Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə12/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   8   9   10   11   12   13   14   15   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 38 – 
 
Ən müxtəlif fikirlər bənd-
lər kimi bir-birinə calanır və 
öz-özünə  tamlıq  yaradırlar: 
bir  də  görürsən  biz  özümüz 
də  onların  arxasınca  yeni, 
özümüzün yaratdığımız dün-
yaya düşmüş oluruq. 
Emerson 
kimi,  Füzulinin  «şeir,  söz  sənəti  haqqındakı  təsəvvürü  olduqca 
genişdir. O, şeiri həyatın, varlığın (kursiv mənimdir – S.X.) ən yüksək 
formada inikası hesab edir».
1
 
Aida xanım həm Qərb,  həm də Şərq şair-mütəfəkkirlərinin poe-
ziya haqqında düşüncələrini müqayisəli surətdə təhlil edərək, poeziya-
nın mahiyyəti və funksiyaları, şairlik missiyası ilə əlaqədar dolğun tə-
səvvür  yaradır  ki,  bütün  bunlar  Azərbaycan  estetik  fikri  və  ədəbiyyat 
nəzəriyyəsi üçün zəngin materialdır.  
Bədii  ədəbiyyat  İnsan-Dünya,  İnsan-Təbiət,  İnsan-Cəmiyyət 
problemlərini  ən  ümumi  şəkildə  qoymur.  Lakin  bununla  belə  bədii 
ədəbiyyat üçün müəyyən ümumiləşdirmə (tipikləşdirmə) səciyyəvidir. 
Burada  Aristotelin  poeziya  haqqında  məşhur  fikrini  xatırlamamaq 
mümkün deyil. “...Poeziya tarixdən 
daha  fəlsəfi  və  daha  ciddidir: 
poeziya  daha  çox  ümumidən,  tarix 
xüsusidən bəhs edir.”
2
  
Lakin bədii ədəbiyyat, poeziya 
nümunələri ümumilik dərəcəsinə görə 
müxtəlifdir.  O,  tarixdə  olduğu  kimi, 
konkret bir hadisənin təfərrüatını, spe-
sifikasını, 
təkrarlanmazlığını,  
unikallığını  da  əks  etdirə  bilər.    Daha 
doğrusu,  bədii  əsər  bunsuz  mümkün  deyil.  Zira  o  əslində  yalnız  tək-
cəni və ya yalnız ümumini deyil, təkcə, xüsusi və ən ümuminin əlaqə-
sini və vəhdətini əks etdirir. Dəqiq ünvanlı təbiət guşələrinin, konkret 
tarixi  hadisələrin  və  ayrı-ayrı  şəxsiyyətlərin  bədii  tərənnümünə  həsr 
olunmuş əsərlər çox vaxt məhz fərdilikdən, təkrarsızlıqdan, özünəməx-
susluqdan çıxış edir ki, bu da həmin əsərləri məhz tarixlə yaxınlaşdırır. 
Məsələn, Homerin poemaları, “Dədə Qorqud”, “Manas” və s. bəlkə də 
bədii  nümunə  olmaqdan  daha  çox,  tarixi  informasiya  mənbəyi  kimi, 
həmin dövrün adət-ənənələri, həyat tərzi, təfəkkür üslubu və dil xüsu-
                                                 
1
  Mir Cəlal. Füzuli sənətkarlığı, III nəşr, Bakı, “Kaşqari”, 2007, səh. 16. 
2
 AristotelPoetika, Bakı, 1974, səh. 63. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 39 – 
Öz  içində  harmoniyaya 
nail olanlar üçün məğlubiy-
yət  adında  bir  şey  yoxdur. 
Ən nəcib fitri daxili mənliyi 
doğuran fədakarlığı  sevmə-
yə  davam  edənlər  üçün 
ümidsizlik  adında  bir  şey 
yoxdur.  Qəlb  idealının  po-
tensialına  sərmayə  qoyan-
lar  üçün  müvəffəqiyyətsiz-
lik adında bir şey yoxdur. 
Reyhani 
siyyətləri haqqında heç bir tarix kitabından ala bilməyəcəyimiz dərəcə-
də məlumat verən mədəni-mənəvi irs kimi qiymətlidir. Beləliklə, epos-
lar,  tarixi  poema  və  romanlar  ictimai  həyatın  müəyyən  bir  dövrünü 
daha dolğun əks etdirməklə tarixi abidəyə çevrilir.  
Digər  tərəfdən,  bədii  formada  yazılmış  fəlsəfi  əsərlər  də  bədii 
əsər kimi deyil, məhz fəlsəfi baxımdan maraq doğurur. Məsələn, Luk-
retsi Karın “Şeylərin təbiəti haqqında” poeması, Şeyx Mahmud Şəbüs-
tərinin  “Gülşəni-raz”  məsnəvisi...  Cübranın  “Peyğəmbər”i  də  əslində 
bir poeziya nümunəsi olmazdan əvvəl, bir hikmət dastanıdır.  
Ədəbiyyat adı altında elə müxtəlif əsərlər palitrası əhatə olunur 
ki,  burada  ifrat  konkretlik  və  təsvirçilikdən  ifrat  ümumiləşdirmə  və 
mücərrədliyə  qədər  hər  cür  əsər  tap-
maq  mümkündür.  Bəli,  poeziya  tarixə 
nisbətən  ümumi,  fəlsəfəyə  nisbətən 
xüsusidir. Bu iki qütb arasındakı geniş 
sahədə  isə  ümumilik  dərəcəsinə  görə 
bir-birindən  ciddi  surətdə  fərqlənən 
müxtəlif 
əsərlər  yerləşir.  Poetik 
əsərlərin  bir  qismi  tarixə,  digər  qismi 
isə  fəlsəfəyə  yaxındır.  İfrat  hallar, 
yuxarıda  dediyimiz  kimi,  nəzmlə 
yazılmış  tarix  və  nəzmlə  yazılmış 
fəlsəfədir.  Bunların  heç  biri  əslində 
poeziya deyil. Bunların heç biri elm 
də  deyil.  İstər  elm,  istərsə  də  bədii 
ədəbiyyat  və  incəsənət  tarixdən  fəlsəfəyə,  hadisələr  dünyasından  ma-
hiyyətlər dünyasına gedən böyük yolun müxtəlif məntəqələridir. Daha 
doğrusu,  söhbət  eyni  başlanğıcdan  eyni  sonluğa  aparan  iki  müxtəlif 
yoldan gedir. Bu yolların birini məntiq, digərini hiss şöləsi işıqlandırır, bi-
rində anlayışlar, digərində hissi obrazlar bələdçilik edir.  
Bəzən bədii əsərlər sinkretik xarakter daşıyır və əsərin əsas qayə-
sinin, fəlsəfi konsepsiyanın açılışına aparan bu iki yolun birindən o bi-
rinə  müvəqqəti  keçidlər  edilir.  Məsələn,  Nizaminin  poemaları  belə 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 40 – 
 
Məhəbbət  və  gözəllik  elə 
mənəvi  işıqdır  ki,  qəlbi  nur-
landırır. 
Aida İmanquliyeva 
sinkretiklik  baxımından  səciyyəvidir.  Nəzmlə  yazılmış  elmi-fəlsəfi 
ricətlər  ümumi  struktura  daxil  olur.  Müəllif  ümumi  fəlsəfi  konsep-
siyanın  açılışına  gedən  yolların  hər  ikisini  işıqlandırmağa  çalışır. 
“Xosrov və Şirin”də insani məhəbbətin ümumdünya cazibəsi konteks-
tində  şərh  olunması  mənəvi  və  maddi  dünyanın  vahid  qanunlara  tabe 
olması, dünyanın vəhdəti və ahəngdarlığı, daxili tamlığı ideyasını ifadə 
edir. Beləliklə, sufi fəlsəfəsinin mühüm məqamlarından biri olan vəh-
dəti-vücud  təlimi,  Nizami  yaradıcılığında  təbiət  qanunları  ilə  mənə-
viyyat  qanunlarının  eyniyyətindən  çıxış  etməklə  həm  elm,  həm 
poeziya və həm də fəlsəfi fikir vasitəsilə ifadə olunur.  
Bu  gün  sintetik  təfəkkür 
ancaq tarix, poeziya, elm və fəlsəfə 
üçün 
deyil, 
ədəbi  tənqid  və 
publisistika  üçün  də  zəruridir.  Bizim 
üçün  XX  əsrin  əvvəllərində  və  indi 
yaranmış zərurət azadlıq, müstəqillik 
uğrunda  mübarizə  aparan  və  ya  yeni  müstəqillik  əldə  etmiş  bütün 
xalqlar üçün səciyyəvidir. Maraqlıdır ki, Cübran, Reyhani və Nüaymə 
də  Mirzə  Cəlil,  Cavid,  Ü.Hacıbəyov  və  o  dövrün  başqa  görkəmli  ya-
zarları  kimi,  bütün  bu  janrlarda  yazıb-yaradırdılar.  Çünki  əsas  olan 
forma  yox,  çatdırılması  vacib  ideyalar  idi.  Aida  xanım  bu  hadisənin 
səbəblərini  Əmin  ər-Reyhanidən  bəhs  edərkən  belə  açıqlayır:  “O, 
özünü  yalnız  yazıçı  deyil,  həm  də  mübariz  vətənpərvər  hiss  edirdi. 
Özünün bütün maraq və düşüncələri ilə o, xalqın ictimai-siyasi və mə-
nəvi  həyatının  mərkəzində  dururdu.  Ər-Reyhaninin  publisistika  ilə 
təbii bağlılığı da buradan irəli gəlirdi”.
1
  
Ədəbi tənqid sadəcə bədii ədəbiyyatı izləməklə məhdudlaşmırsa, 
onun  önündə  getmək,  ona  yol  göstərmək  istəyirsə,  onda  gərək  yalnız 
ədəbiyyatdan  deyil,  sosial-mənəvi  gerçəkliyin  məntiqi  təhlilindən,  el-
mi-fəlsəfi fikirdən də bəhrələnsin.   
Şərqdə  mənəviyyat  daha  çox  dərəcədə  fərdin  öz  miqyası  ilə 
məhdudlaşdığından,  cəmiyyətin  mədəni-mənəvi  həyatından  ayrılaraq 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 307. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə