Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə3/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   2   3   4   5   6   7   8   9   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 10 – 
 
Harada ki, sülh var, xeyir 
var,  məhəbbət  var,  orada 
Allahın özü var. 
 Bleyk 
aloqu» ili adlandırıldı. Və nəhayət, neçə illərdən sonra bu problem Ai-
da xanımın qızı, Azərbaycanın birinci ledisi, YUNESKO və İSESKO-
nun xoşməramlı səfiri Mehriban Əliyevanın apardığı məqsədyönlü fə-
aliyyət nəticəsində bir daha aktuallaşdı və bu dəfə ölkəmiz bu dialoqda 
təşəbbüskar  və  aparıcı  tərəf  kimi  çıxış  etdi.  Məhz  bu  fəaliyyətin 
sayəsində Bakı 2009-cu ildə bütövlükdə İslam mədəniyyətinin paytaxtı 
elan  olundu.  Şərq  ilə  Qərbi  birləşdirən  İpək  Yolunun  bərpası  işinin 
təməli  Bakıda  qoyulduğu  kimi,  şəhərimiz  “Şərq-Qərb”  mövzusunda 
kino  festivalları,  incəsənət  bayramları,  beynəlxalq  elmi  konfranslar 
üçün də mədəni-mənəvi məbədə çevrildi.  
10 iyun 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadın-
ların rolunun genişlənməsi” mövzusunda keçirilən Beynəlxalq  forum-
dakı çıxışında  Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzi-
fələrdən danışaraq dedi: “Görəsən, 
sivilizasiyalara,  xalqlara  və  ayrı-
ayrı  insanlara  bir-birini  eşitməyə, 
anlamağa nə mane olur və nə kömək 
ola bilər?”
1
  
Bizcə,  bu  dialoqa  kömək  edə 
biləcək  amillər  içərisində  ən  mühümlərindən  biri  də  ədəbiyyatlar  ara-
sında əlaqədir ki, Aida xanımın yaradıcılığı bu gün də həmin məqsədə 
xidmət edir.  
Sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kulturolo-
ji müstəvilərdə üzə çıxması əslində əvvəlcə elmi-fəlsəfi və ədəbi-bədii 
yaradıcılıqda  aparılan  axtarışların  nəticəsi  idi.  Yəni  siyasətdə  yenicə 
aktuallaşan  bir  problem  bədii  yaradıcılıq  müstəvisində  bir  sıra  yazıçı-
mütəfəkkirlər  tərəfindən  hələ  XX  əsrin  əvvəllərində  qaldırılmışdı  ki, 
Aida İmanquliyeva da həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda 
kəsb  etdiyi  yeni  ictimai-siyasi  mənanın  vacibliyini  nəzərə  alaraq,  bu 
problemi  Azərbaycan  şərqşünaslıq  məktəbinin  mühüm  istiqamətlərin-
                                                 
1
 Mehriban  Əliyeva.  “Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  genişlən-
məsi”    mövzusunda  keçirilən  Beynəlxalq  forumda  çıxışı.  “Azərbaycan”  qəzeti,  11 
iyun 2008-ci il. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 11 – 
Romantik  sənətkar  təbiə-
tin  qoynunda  özünüdərkə 
doğru  bir  oyanış  və  cazibə 
hiss edir. 
Aida İmanquliyeva 
dən birinə çevirdi. O öz tədqiqat obyekti kimi Şərq dünyasının Qərbdə 
yazıb-yaradan üç böyük mütəfəkkirini: Cübran Xəlil Cübran, Əmin ər-
Reyhani  və  Mixail  Nüayməni  seçdi.
1
 Bu  seçim  bir  tərəfdən  professor 
A.İmanquliyevanın  ilk  ixtisasına  görə  ərəbşünas  olması  ilə,  digər 
tərəfdən,  ona  öz  fəlsəfi-romantik  baxışlarını  ifadə  etmək  üçün  daha 
geniş  imkan  açması  ilə  bağlı  idi.  İdeyaları  tədqiq  olunan  hər  üç 
şəxsiyyət əslən ərəb ölkələrindən olub Amerika və Avropaya köçmüş, 
Şərq  ruhunu  Qərb  düşüncəsi  ilə  birləşdirmiş  insanlardır.  Məsələn, 
Əmin ər-Reyhaninin də, C.X.Cübranın da sadəcə ərəb milli kimliyini 
və ya ərəb ədəbiyyatını deyil, bütövlükdə Şərq dünyasını Qərbdə təm-
sil etmələri onların bir çox əsərlərində açıq-aydın görünür.   
Əmin  ər-Reyhani  qadın  azadlı-
ğından,  Şərq  qadınının  taleyi  və  mü-
barizəsindən  bəhs  edərkən  əsərinin 
qəhrəmanı  olaraq  türk  qadınını  seçir. 
Cübran  isə  öz  idealı  kimi,  həm  Şər-
qin, həm də Qərbin ən böyük dahisi 
olaraq  bir  ərəb  mənşəli  şairi  və  ya 
mütəfəkkiri yox, türk əsilli İbn Sinanı seçir; «İbn Sina və onun poema-
sı»  adlı  əsərində  C.X.Cübran  özü  də  peşəkar  filosofdur.  Məhz  buna 
görə də, Cübran kimi şəxsiyyətin fəlsəfi və ədəbi-bədii irsinin öyrənil-
məsi ərəbşünaslığın hüdudlarından çox kənara çıxmış və Azərbaycan-
da  yeni  elmi  tədqiqat  istiqamətinin:  Şərq-Qərb  komparativistikasının 
yaranmasına  səbəb  olmuşdur.  Mövzu  özü  Aida  xanımı  filologiya  hü-
dudlarını  keçərək  böyük  fəlsəfi  fikir  məkanında  tədqiqat  aparmağa 
sövq etmişdi.  
Fəlsəfi aspektdə professor Zümrüd Quluzadə də bu problem üzrə 
tədqiqat aparmış, «Şərq fəlsəfəsinin XIII-XIV əsrlərdə inkişaf qanuna-
                                                 
1
 А.Н.  Имангулиева.  «Ассоциация  пера»  и  Михаил  Нуайме.  М.,1975;  A.N. 
İmanquliyeva.  Cübran  Xəlil  Cübran.  Bakı,  1975;  А.Н.  Имангулиева.  Корифеи  но-
воарабской  литературы  (к  проблеме  взаимосвязи  литератур  Востока  и  Запада 
начала ХХ века) – Баку, Элм, 1991 вя с. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 12 – 
 
Asiyada  (Şərqdə  )  zahiri 
fiziki günəş çıxır, Qərbdə isə 
o  batır:  əvəzində  Qərbdə 
özünüdərkin  daxili  günəşi 
çıxır 
və 
daha 
yüksək 
səviyyədə şüalanır. 
Hegel 
uyğunluqları  və  Qərb-Şərq  problemi»
1
 mövzusunda  kitab  yazmışdır. 
Yaxud  neçə  illərdən  sonra  digər  fəlsəfə  elmləri  doktoru  Könül  Bün-
yadzadə yenə də orta əsrlər çağını əhatə edən “Şərq-Qərb: ilahi vəhdət-
dən  keçən  özünüdərk”
2
 adlı  monoqrafiyasında  irrasional  idraka  iki 
fərqli münasibətlə əlaqədar Şərq və Qərb düşüncə tərzlərinin müqayi-
səsini verməyə çalışır.  
Lakin  bizim  «Qərb»  anlayışına  münasibətimiz  fərqli  olduğun-
dan, yəni biz həmin dövrdə Avropanı alternativ bir sivilizasiya daşıyı-
cısı deyil, Şərqin davamı, əyaləti hesab etdiyimizdən, Şərq-Qərb prob-
lemindən ancaq Yeni dövr (XVI əsrdən sonra) üçün danışmağı məqbul 
sayırıq. Bu problemin formalaşdığı, tədqiqat obyektinə çevrildiyi dövr 
isə  məhz  XIX  əsrin  axırları,  XX  əsrin  əvvəlləridir.  Məhz  bu  dövrdə 
Qərb mütəfəkkirləri irəli getdikcə, 
fikir  fəzasının  yüksək  qatlarına 
qalxdıqca,  Şərq  ruhuna  daha  böyük 
ehtiyac  hiss  etdiklərini  dərk  etməyə 
başlamış,  sivilizasiyaların  bir-birini 
tamamlamalı  olması  qənaətinə  gəl-
mişlər.  Şərqşünaslıq  bir  elmi  fəaliy-
yət  sahəsi  kimi  inkişaf  etmiş, Şərqin 
keçmişdə  əldə  etmiş  olduğu  böyük 
tərəqqinin səbəbləri araşdırılmış və mənimsənilmişdir.   
Məsələnin  şablondankənar,  yeni,  orijinal  qoyuluşu  Aida  xanıma 
əslində  öz  zəmanəsini  qabaqlayaraq,  Azərbaycan  gerçəkliyində  Şərq 
və  Qərbin  vəhdəti  ideyasını  ilk  dəfə  konseptual  şəkildə  irəli  sürməyə 
imkan  vermişdir.  Onun  nəzərində  sadəcə  poeziyanın,  mənəviyyatın, 
ruhaniliyin  beşiyi  kimi  qalmaq  indi  daha  Şərq  üçün  kifayət  deyildi. 
Şərq mütləq müasir elmi-texniki nailiyyətlərə  yiyələnməli idi. Və bu-
nun  yolu Qərblə inteqrasiyadan keçirdi. Lakin Şərq elm və texnologi-
                                                 
1
 З.Кули-заде. Закономерности развития восточной философии XIII-XVI вв. 
(регион ислама) и проблема Запад-Восток. Баку, “Элм” , 1983. 
2
 
K.Bünyadzadə. Şərq və Qərb. İlahi vəhdətdən keçən özünüdərk. Bakı, Nurlan, 
2007.
 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə