3
redaktorunun müavini təsdiq edilmişdir
1984, 13 iyun
Azərbaycan EA və Azərbaycan Yazıçılar İttifaqının akademik Məmməd Arifin
anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi sessiyada «Görkəmli
tənqidçi, ictimai xadim» mövzusunda məruzə etmişdir
1984, 31 oktyabr
SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə «Əmək veteranı» medalı ilə təltif
olunmuşdur
1984, 1986
Azərbaycan Pedaqoci İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasının
professoru
1985, 3 aprel
Azərbaycan SSR «Bilik» cəmiyyətinin «Fəxri fərman»ı verilmişdir
1986, 26 aprel
«Azərbaycan ədəbi tənqidinin tarixi» kitabına görə Azərbaycan SSR Dövlət
Mükafatı Laueratı adı almışdır
1986, avqust-
sentyabr
Sovet-Hindistan dostluğu günlərində iştirak etmək üçün nümayəndə heyətinin
başçısı kimi Hindistana getmiş, Dehli, Bombey, Kəlküttə və s. şəhərlərdə rəsmi
görüşlər keçirmişdir
1986,
SSRİ-Hindistan dostluğu günlərində Dehli yaxınlığındakı ali təhsil şəhərciyində
«Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri» mövzusunda məruzələr etmişdir
1987, 18 mart
Türkmənistan EA-nın Maxtımqulu adına Dil və Ədəbiyyat İnstitutunun
nəzdindəki doktorluq müdafiə şurasının üzvü
1987
Azərbaycanın «Əmək veteranı» medalı verilmişdir
1987
Oktyabr İnqilabının 70-illiyi münasibətilə fəxri fərman almışdır
1989, 30 iyun
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü / akademiki / seçilmişdir
1990, 26 yanvar
20 yanvar hadisəsindən sonra Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk
etmişdir
1990, 28 may
Türkiyənin Kaysarı şəhərində keçirilən Birinci Böyük Millətlərarası Konqresdə
«XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidnin əsas cərəyanları / 1900-
1920-ci illər /» mövzusunda məruzə etmişdir
1990, 3 iyun
Türk Dünyası Araşdırmaları Vəqfinin I Millətlərarası Böyük Azərbaycan
Konqresi Təşkilat Komitəsinin fəxri diplomunu almışdır
1991
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru
1991, 1 aprel
Azərbaycan EA-da «Beynəlxalq Azərbaycan mühacirət ədəbiyyatı»
simpoziumunda «Azərbaycan ədəbi-tənqidi fikri türk mühacirəti mətbuatında»
mövzusunda məruzə etmişdir
1991, 16 oktyabr
Azərbaycan EA-nın akademiki Mirzə İbrahimovun anadan olması 80 illiyinə
həsr edilmiş elmi sessiyada «Yazıçı-vətəndaş» mövzusunda məruzə etmişdir
1991
İranın Məşhəd şəhərində İmam Rzanın məğbərəsini ziyarət etmişdir.
1991
Təbriz Universitetində keçirilən Nizaminin anadan olmasının 850 illiyinə həsr
olunmuş Konqresdə «Nizaminin ədəbi təlimi» mövzusunda məruzə etmişdir.
1992, 17 fevral
Abdulla Şaiqin Mənzil-Muzeyi Elmi şurasının sədri
1992, 26 may
«Simurğ» Azərbaycan mədəniyyət Assosiyasının Respublika elmi-praktik
seminarında «Müasir Azərbaycan-türk ədəbiyyatşünaslığında milli özünüdərk və
totalitarizmin inkarı» mövzusunda məruzə etmişdir
1993, 14 aprel
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kamal
Talıbzadənin 70 illik yubileyinə həsr olunmuş «Alimdir gözumdə ən uca insan»
adlı görüş keçirilmişdir
1993
Nizami adına Ədəbiyyat İnstitutunda anadan olmasının 70 illiki yubileyi
keçirilmişdir.
1993, 15 sentyabr
Azərbaycan Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur
1994
Muzey işi üzrə Respublika Elmi Metodiki Mərkəzin üzvü
1994
YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli
Komitəsinin üzvü
1994
Azərbaycan Alimlər İttifaqının üzvü
1994-bu günədək
Azərbaycan Elmlər Akademiyasının məşvərətçisi.
1995, 21 aprel
Azərbaycan EA-da Əhməd Ağa oğlunun anadan olmasının 125 illiyinə həsr
olunmuş elmi konfransda məruzə etmişdir
1995, oktyabr-noyabr
Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş Tehran konfrasında «XX
əsrin əvvəllərində Azərbaycan ədəbi fikri və Füzuli» mövzusunda məruzə
4
etmişdir
1996, 7 noyabr
Azərbaycan EA-da M. Füzulinin 500 illik yubileyinə həsr edilmiş Beynəlxalq
Simpoziumda «Füzuli XX əsr Azərbaycan ədəbi tənqidində» mövzusunda
məruzə etmişdir
1996, 11iyun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dövlət Ali Ekspert
Komissiyası Konfransında «Özəl təhsil sistemində tələbələrin mənəvi
tərbiyəsinin bəzi problemləri» mövzusunda məruzə etmişdir
1997, 17 sentyabr
Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının üzvü.
1997
Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü
1997, 20 aprel
«Kitabi Dədə Qorqud» dastanının 1300 illik yubileyinə hazırlıqla əlaqədar
Dövlət Təşkilat Komissiyasının üzvü
1997
Nizami adına Ədəbiyyat İnstitunda 1937-ci il Sovet repressiyasının 60 illiyinə
həsr olunan elmi sessiyada «Repressiyanın A. Şaiq ailəsinin üzvlərinə qarşı
yönəldilməsi halları» mövzusunda məruzə etmişdir
1998, 2 noyabr
Azərbaycan Universiteti Elmi şurasının qərarı ilə «Azərbaycan Universitetinin
Fəxri professoru» adı verilmişdir
1998, 4 noyabr
Azərbaycan Curnalist Həmkarlar İttifaqı Rəyasət həyətinin fərmanı ilə
Kamaliyyə diplomu verilmişdir
1998, 4 noyabr
Azərbaycan Curnalist İttifaqının «Qızıl qələm» mükafatı verilmişdir
1998
Anadan olmasının 75 illiyi münasibətilə Azərb. EA Rəyasət heyətinin fəxri
fərmanını almışdır
1998, 14 avqust
Azərbaycan Respublikasının «Şöhrət ordeni» ilə təltif olmuşdur
1998
Ali-İctimai-Siyasi Kollecdə filologiya kafedrasının müdiri
1998, 4 noyabr
Azərbaycan EA-da anadan olmasının 75 illik yubileyinə həsr olunmuş təntənəli
yubiley yığıncağı keçirilmişdir