Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

ola  biləcəklərinə  görə,  onlar  da  ən  azı  mərkəzləşdirilmiş  nizamlama  sahəsinə 

qismən  daxil  edilməlidir.  Bu  sahələrdə  nizamlama  birgəlik  əsasında  da,  o 

cümlədən nizamlamanın xüsusilə aid olduğu ərazi vahidəlrinin və ya azlıqlarının 

iştirakı  (18-ci  və  19-cu  tövsiyyələrə  bax)  ilə  həyala  keçirilə  bilər.  Bununla 

bərabər,  nizamlaşdırıcı  səlahiyyətin  belə  bölgüsü  hüquq-müdafiə  normalarına 

zidd  olmamalı  və  əlaqələndirilmiş  şəkildə,  lazımi  praktiki  yanaşma  ilə  həyata 

keçirilməlidir.

Ümumi etirafa görə,  muxtariyyətin ərazi və ya qeyri-ərazi formasından asılı 

olmayaraq,  hamının  mənafeyinə uyğun gəldiyi  və həm  bütünlükdə dövlət  üçün, 

həm  do  azlıqlar  üçün  xüsusi  əhəmiyyəti  olan  sahələrdən  biri  təhsil  sahəsidir. 

Yuneskonun  təhsil  sahəsində  ayrı-seçkiliklə  mübarizə  Konvensiyasının  5.1 

maddəsində  yuxarıda  göstərilən  məqsədlərə  hansı  yol  ilə  çatmaq  haqqında 

olduqca  ətraflı  müddəalar  vardır:  "bu  Konvensiyanın  tərəfləri  olan  dövlətlər 

hesab edirlər ki:  (...)

b)  valideynlər,  müvafiq  hallarda  isə  qanuni  qəyyumlar,  birincisi,  hər  bir 

dövlətin  qanunları  ilə  müəyyən  edilmiş  çərçivə  daxilində  öz  uşaqlarını  dövlət 

tədris  müəssisələrinə  deyil,  səlahiyyətli 

təhsil  orqanları  tərəfindən 

müəyyənləşdirilmiş  və  ya  təsdiqlənmiş  minimum  tələblərə  cavab  verən  başqa 

tədris  müəssisələrinə  azad  surətdə  göndərmək  imkanına,  ikincisi  isə,  öz 

əqidələrinə  uyğun  olaraq,  uşaqlarının  dini  və  mənəvi  tərbiyəsini  təmin  etmək 

imkanına  malik  olmalıdırdar;  ayrıca  heç  bir  kəsə  və  ya  bütövlükdə  heç  bir 

şəxslər  qrupuna  onların  əqidələri  ilə  bir  araya  sığmayan  dini  tərbiyəni  zorla 

qəbul etdirilməməlidir;

c)  milli  azlıqlara  mənsub  şəxslərin  məktəblərə  rəhbərlik  etmək  də  daxil 

olmaqla  öz  maarifçilik  işlərini  aparmaq  və  hər  bir  dövlətin  təhsil  sahəsində 

siyasətinə  uyğun  olaraq,  öz  dilini  işlətmək  və  tədris  etmək  hüququnu  qəbul 

etmək  lazımdır,  ancaq  bir  şərtlə  ki:  i)  bu  hüququn  həyata  keçirilməsi  milli 

azlıqlara mənsub şəxslərə bütün kollektivin mədəniyyətini və dilini  anlamağa və 

onun fəaliyyətində iştirak etməyə mane olmur və ölkənin suverenliyini sarsıtmır;

ii)  belə  məktəblərdə  təhsil  səviyyəsi  səlahiyyətli  orqanlar  tərəfindən 

müəyyənləşdirilmiş,  yaxud  təsdiqlənmiş  ümumi  səviyyədən  aşağı  deyil;  iii)  bu 

tipli məktəblərdə oxumaq  fakültativdir"

16.  İnsan  hüquqlarının  ümumi  bəyannaməsinin  21-i  maddəsində  mülki  və 

siyasi  hüquqlar haqqında  beynəlxalq paktın  25-ci  maddəsində,  insan  hüquqları 

haqqında  Avropa  Konvensiyasına  əlavə  edilən  1  №-li  protokolun  3-cü 

maddəsində  və  ATƏT-in  normalarında  dolğun  şəkildə  xülasə  edilmiş 

demokratik  idarəetmə  prinsipi  bütün  səviyyələrdə  və  bütün  həlqələrdə 

idarəetməyə  aiddir.  Özünüidarə  sosial  qurumlarını  təşkil  etmək  vacib  və 

məqsədəuyğun  olduqda  bu  qurumlarda  demokratiya  prinsipinə  əməl  edilməsi 

bütün  vətəndaşların öz hüquqlarını  bərabər ölçüdə reallaşdırmasnın ilk şərtidir.

a)  Qeyri-ərazi mexanizmləri

17.  Bu bölmə çox vaxt "şəxsi" və ya mədəni  muxtariyyat adlandırılan,  ancaq 

bu  və  ya  digər  qrup  üzvlərinin  coğrafi  baxımdan  yığcam  yaşamadıqları  halda 

daha  çox  tətbiq  edilə  bilən  qeyri-ərazi  mexanizmlərinə  həsr  edilmişdir. 

Səlahiyyətlərin,  o  cümlədən  konkret  sahələrdə  işlərin  idarə  edilməsi  üzrə 

səlahiyyətin  müvafiq  bölgüsü  ümumdövləl  səviyyəsində,  yaxud  ərazi 

təşkilatlarına görə təmin edilə bilər.  İstənilən halda bu tədbirlə əhatə olunmayan 

şəxslərin  hüququna  hörmət  edilməsinə  təminat  vermək  lazımdır.  Muxtariyyət

54

belə  formalarda  həm  də  ictimai  funksiyasının  reallaşması  üçün  lazım  gələn 



adekvat  maliyyələşdirmə ilə  möhkəmləndirilməli  və geniş iştirakı  nəzərdə tutan 

proseduralara əsaslanmalıdır.  (5-ci  tövsiyyəyə bax)

18. 

Mümkün  funksiyaların  siyahısı  bununla  bitmir.  Çox  şey  konkret 



şəraitdən,  o  cümlədən,  ilk  növbədə  azlıqların  tələbatından  və  onların  ifadə 

etdikləri  istəklərindən  asılı  olacaq.  Müxtəlif şəraitlərdə  bu  və  ya  digər məsələlər 

azlıqları  çox  və  ya  az  dərəcədə  maraqlandıracaq  və  həmin  məsələləin  həlli. 

azlıqlara müxtəlif cür təsir edəcək. Bəzi sahələr birgə fəaliyyət sahəsi ola bilərlər. 

Azlıqlar üçün xüsusi həssas məsələlərdən biri öz şəxsi  və digər adlarını özlərinin 

müəyyənləşdirmək  hüququdur  və  bu  isə həm  ictimai  müəssisələrə, həm  də ayrı- 

ayrı  vətəndaşlara  aiddir.  Çərçivə  konvensiyasının  11-ci  maddəsinin  1-ci 

bəndində  müvafiq  müddəa  nəzərdə  tutulmuşdur.  Din  məsələsinə  gəldikdə  isə, 

həmin  tövsiyyənin  müəllifləri  dini  təşkilatlara  verilən  səlahiyyətlər  dairəsinin 

müəyyənləşdirilməsi  (məsələn,  vətəndaşlıq  vəziyyəti  aktları  barəsində)  istisna 

olmaqla,  bu  sahəyə  dövlət  müdaxiləsinə  qarşı  etirazlarını  bildirirlər.  Azlıqların 

nümayəndələrinin  öz  xüsusi  kütləvi  informasiya  vasitələrini  yaratmaq  və 

onlardan istifadə etmək imkanına malik olmalarına Çərçivə Konvensiyasının  9- 

cu maddəsinin  3-cü  bəndi ilə təminat verilsə də, tövsiyyələrdə həmçinin azlıqlara 

məxsus  müəssisələr  tərəfindən  kütləvi  informasiya  vasitələri  üzərində  nəzarətin 

həyata keçirilməsi nəzərdə tutulmur. Əlbəttə, mədəniyyət - sosial təminat, mənzil 

və uşaqlara  baxmaq  kimi  sahələri  də əhatə edən  hərtərəfli  anlayışdır;  dövlət  bu 

sahələrdə  rəhbərliyi  həyata  keçirərkən,  həm  də  azlıqların  mənafelərini  nəzərə 

almağa  borcludur.

b)  Ərazi mexanizmləri

19.  Qərarların  bilavasitə  aid  olanlara  və  mənafelərinə  toxunanlara 

maksimum  yaxınlıqla  və  mümkün  qədər  onlar  tərəfindən  qəbul  edilməsi  üçün 

Avropa  dövlətlərində  səlahiyyətlərin  verilməsi  və  subsidiarlıq  prinsipinin 

reallaşdırılması  üçün  ümumi  bir  meyl  xarakterikdir.  Yerli  özünüidarənin 

Avropa  xartiyasının  4-cü  maddəsinin  3-cü  bəndində  bu  məqsəd  aşağıdakı 

qaydada  ifadə  edilmişdir.  Prinsip  etibarı  ilə  ictimai  funksiya  ilk  öncə  əhaliyə 

hamıdan daha yaxın olan  hakimiyyət orqanları tərəfindən həyata  keçirilməlidir. 

Funksiyaları  digər  orqanlara  verərkən  hakimiyyət  vəzifələrin  miqyasını  və 

xarakterini,  eləcə  də  səmərəlilik  və  qənaət  tələblərini  nəzərə  almalıdır  Məhəlli 

özünüidarə dövlət birliyinin qorunub saxlanmasına kömək edə və eyni zamanda 

əhalinin  ümumi  sayında  azlıqların  xüsusi  çəkisinə  uyğun  səviyyədə  onların 

idarəetmədə  rolunu  artıraraq,  azlıqların  iştirak  və  cəlb  olunma  səviyyəsini 

yüksəldə  bilər.  Bu  vəzifəyə  federativ  quruluş  qədər,  unitar  dövlətlər  və  ya 

federasiyalar  daxilində  xüsusi  muxtar  vahidlər  də  cavab  verə  bilərlər.  Qarışıq 

inzibati  idarələrin  mövcudluğu  da  mümküdür.  15-ci  lövsiyyədə  qeyd  edildiyi 

kimi,  bütün  dövlət  ərazisində  təşkil  edilən  qurumlar  hökrnən  eyni  növdə 

olmamalıdır,  tələbata  və  ifadə  edilən  təklifə  uyğun  olaraq,  müxtəlif  növdə 

meydana çıxa bilər.

20.  Muxtar  hakimiyyət  orqanları  qanunverici,  icra  və  məhkəmə  orqanları 

səviyyəsində  qərarlar  qəbul  etmək  üçün  real  səlahiyyətlərə  malik  olmalıdır. 

Dövlətdə səlahiyyətlər mərkəzi, regional və yerli hakimiyyət orqanları  arasında, 

həmçinin  funksional  əlamət  üzrə  bölünə  bilər.  Kopenhagen  sənədinin  35-ei 

bəndində  "belə azlıqların  konkret  tarixi  və ərazi  şəraitlərinə  cavab  verən  lazımi 

yerli və ya muxtar idarəetmə orqanları"  kimi  alternativlərdən danışılır.  Buradan

55



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə