dillərindəki audiovizual məhsullara aid elmək;
h) bölgə dillərini, yaxud azlıqların dillərini işlədən kütləvi informasiya
vasitələri üçün jurnalistlərin və digər əməkdaşların peşə hazırlığına dəstək
vermək.
2. Tərəflər öz ölkələrindəki bölgə dilləri, yaxud azlıqların dilləri ilə eyni və ya
oxşar olan dildə radio və televiziya verlişlərinin qonşu ölkələrdən sərbəst birbaşa
qəbulunu və qonşu ölkələrdən həmin dildə radio və televiziya verlişlərinin
retransliyasiyasına mane olmamağı öhdələrinə götürürlər. Tərəflər eləcə də,
ölkələrindəki bölgə dilləri, yaxud azlıqların dilləri ilə eyni və ya oxşar dildə ifadə
azadlığına və məlumatların sərbəst mübadiləsinə yol verilməyən heç bir
məhdudlaşdırmanın kütləvi informasiyanın çap vasitələrinə də tətbiq
edilməməsinə diqqət yetirməyi öhdələrinə götürürlər. Yuxarıda adları çəkilən və
müəyyən öhdəliklər və məsuliyyət ilə bağlı azadlıqların həyata keçirilməsi
qanunda nəzərdə tutulan və milli təhlükəsizliyi, ərazi bütövlüyünü, yaxud
ictimai təhlükəsizliyi, ictimai asayişin mühafizəsini və cinayətkarlığın qarşısının
alınmasını, sağlamlığın və ya mənəviyyatın qorunmasını, digər şəxslərin nüfuz
və hüququnun qorunmasını, məxfi məlumatların açılmasına yol verməmək,
yaxud məhkəmə hakimiyyətinin nüfuz və qərəzsizliyini təmin etmək üçün
demokratik cəmiyyətdə vacib tədbirlər olan bəzi rəsmiyyətlər, şərtlər,
məhdudiyyətlər, yaxud sanksiyalar ilə şərtləndirilə bilər.
3. Tərəflər bölgə dillərində, yaxud azlıqların dillərində danışanların
mənafelərinin kütləvi informasiya vasitəlrinin azadlıq və plüralizmin təminatı
haqqında qanuna uyğun olaraq yaradıla biləcək strukturlar çərçivəsində təmsil
edilməsinə, yaxud nəzərə alınmasna nəzarət etməyi öhdələrinə götürürlər.
12-ci Maddə - Mədəni fəaliyyət və mədəniyyət müəssisələri
I.
Tərəflər mədəni fəaliyyət və mədəniyyət müəssisələrinə, xüsusilə,
kitabxanalara, videotekalara, mədəni mərkəzlərə, muzeylərə, arxivlərə,
akademiyalara, teatrlara və kinoteatrlara,
eləcə də, ədəbi əsərlər və
kinomatoqrafiya məhsullarına, xalq yaradıcılığına, festivallara, sənətlərə, o
cümlədən ən yeni texnologiyanın istifadəsinə münasibətdə, haqqında danışılan
dillərin işləndiyi ərazilərdə və dövlət hakimiyyət orqanlarının səlahiyyəti,
hüquqi, yaxud rolu dairəsində aşağıdakıları öhdələrinə götürürlər:
a) özünüifadə imkanını təşviq ktmək və bölgə dillərinə, yaxud azlıqların
dillərinə aid olan təşəbbüsləri dəstəkləmək, eləcə də, bu dillərdə olan əsərlərdən
istifadəni asanlaşdıran müxtəlif imkanlara yardım göstərmək;
b) tərcümə, dublyaj, postsinxron tərcümə və subtitrləndirmə sahəsində
fəaliyyəti dəstəkləyərək və inkişaf etdirərək bölgə dillərində, yaxud azlıqların
dillərində yaradılan əsərlərdən başqa dillərdə istifadəyə
yol tapmaq üçün
müxtəlif imkanlara kömək etmək;
c) tərcümə, dublyac, postsinxron tərcümə və subtitrləndirmə sahəsində
fəaliyyəti dəstəkləyərək və inkişaf etdirərək başqa dillərdə yaradılan əsərlərdən
istifadəyə bölgə dillərində, yaxud azlıqların dillərində yol tapmaq üçün müxtəlif
imkanlarla kömək etmək;
d) müxtəlif növ mədəni tədbirlərin keçirilməsinə və ya onlara kömək
edilməsinə məsul olan təşkilatların təşkil etdikləri, yaxud dəstəklədikləri
tədbirlərdə bölgə dillərinə və mədəniyyətlərinə aid biliklərin və təcrübənin, eləcə
də onların özlərinin təşkil etdikləri, yaxud da dəstəklədikləri tədbirlərdə
azlıqların dillərinin və mədəni ənənələrinin müvafiq həcmdə təmin etmələrinə
14
diqqət yetirmək;
e) bölgə dillərini, yaxud azlıqların dillərini əhalinin qalan hissəsinin danışdığı
dillə bərabər yaxşı bilən əməkdaşların mədəni tədbirlərin təşkili, yaxud onlara
dəstəklənməsi ilə məşğul olan təşkilatların işinə cəlb edilməsinə kömək etmək;
0
bölgə
dillərinin,
yaxud
azlıqların
dillərinin
daşıyıcılarının
nümayəndələrinin mədəniyyət müəssisələrinin işində, yaxud mədəni tədbirlərin
planlaşdııılmasında bilavasitə iştirakına kömək etmək;
g) bölgə dillərində, yaxud azlıqların dillərində olan əsərlərin toplanması,
saxlanmaq üçün müəyyən bir yerə verilməsi, təqdimatı, yaxud dərc edilməsi ilə
məşğul olan bir və ya bir neçə orqanın yaradılmasını təşviq etmək və/yaxud
yaradılmasına yardım göstərmək;
h) bölgə dillərinin, yaxud azlıqların dillərinin hər birində lazımi inzibati,
ticari, iqtisadi, sosial, texnoloji, yaxud hüquqi terminologiyanı dəstəkləmək və
inkişaf etdirmək üçün terminologiyanın tərcüməsi və hazırlanması üzrə xidmət
yaratmaq və/yaxud bu xidməti inkişaf etdirmək və maliyyələşdirmək.
2. Tərəflər,
bölgə dillərinin, yaxud azlıqların dillərinin ənənvi olaraq
işlənmədiyi ərazilərdə, əvvəlki paraqrafa uyğun olaraq, bölgə dillərinin, yaxud
azlıqların dillərinin daşıyıcılarının sayı haqq qazandırdığı halda mədəni
fəaliyyətin, yaxud mədəniyyət müəssisələrinin müxtəlif növlərinə icazə verməyi,
dəstəkləməyi və /yaxud nəzərdə tutmağı öhdələrinə götürürlər.
3. Tərəflər xarici mədəni siyasətlərində bölgə dillərinə, yaxud azlıqların
dillərinə və onların ifadə vasitəsi olduqları mədəniyyətə lazımi yer ayırmağı
öhdələrinə götürürlər.
13-cü Maddə - İqtisadi və sosial həyat
1. Tərəflər iqtisadi və sosial fəaliyyətlə əlaqədar bütün ölkə miqyasında
aşağıdakıları öhdələrinə götürürlər:
a) iqtisadi və sosial həyata aid sənədlərdə, o cümlədən əmək sazişlərində və
məhsulun, yaxud avadanlığın bu və ya digər növünün tətbiq qaydası kimi
texniki sənədlərdə bölgə dillərinin, yaxud azlıqların dillərinin işlədilməsini heç
bir səbəb olmadan yasaq edən, yaxud məhdudlaşdıran istənilən müddəanı
qanunvericiliyindən çıxartmaq;
b) bölgə dillərinin, yaxud azlıqların dillərinin, ən azı eyni dilin daşıyıcıları
arasında işlədilməsini istisna edən, yaxud məhdudlaşdıran bəndlərin
müəssisələrin daxili qaydasına, yaxud xüsusi aktlara daxil edilməsini
yasaqlamaq;
c) iqtisadi, yaxud sosial fəaliyyət çərçivəsində bölgə dillərinin, yaxud
azlıqların dillərinin işlədilməsindən imtinaya yönəlikli təcrübəyə yol verməmək;
d) yuxarıda sadalananlardan savayı bölgə dillərinin, yaxud azlıqların
dillərinin işlədilməsinə başqa üsullarla kömək etmək və/yaxud buna təşviq
etmək.
2. Tərəflər bölgə dillərinin, yaxud azlıqların dillərinin işləndiyi ərazilərdə
dövlət hakimiyyəti orqanlarının səlahiyyəti dairəsində və mümkün dərəcədə
iqtisadi və sosial fəaliyyət sahələri üzrə aşağıdakıları öhdələrinə götürürlər:
a)
ödəmə tapşırıqlarını (çek. veksel və s.) və ya başqa maliyyə sənədlərini
hazırlayarkən bölgə dillərinin, yaxud azlıqların dillərinin ticarət qaydaları ilə
uyğunlaşa bilən şəraitdə istifadə olunması üçün maliyyə və bank
qanunvericiliyində konkret imkanları müəyyənləşdirmək, yaxud zəruri halda,
belə müddəaların qəbulunu təmin etmək;
15