Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə122/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   115   116   117   118   119   120   121   122   123

384
beyni bədbinlərin əsarəti altındaydı! Belə olan halda beyində 
alınacaq heç bir qərarın bir əhəmiyyəti olmayacaqdı çünki Ma-
vinin  durub  otağı  tərk  etməsi  üçün  hərəkət  siqnalları  onurğa 
beynindən keçə bilməliydi. Mavi istəsə də tərpənə bilmirdi.
Saniyələr içində Mavi durub otağı tərk etmək istədi. An-
caq bədbin fikirlərin təsirilə istəsə də tərpənə bilmirdi. Bədəni 
o yatağa yapışmışdı və onun sözünə qulaq asmırdı. Ayaqları 
tərpənmirdi. Özünü saxlayır və o bədbin fikirləri təkrarlayır-
dı: “Dayan. Əgər bir neçə dəqiqə də dözsən yox olacaqsan və 
bundan sonrakı həyatında heç bir peşmançılıq, kədər, əzab, in-
tizar olmayacaq. Sadəcə otur və gözlə! Vəssalam!”
Beynindəki  ziddiyətli  fırtınalar  bir-biriylə  toqquşur  və 
yüksək gərginlik yaradırdı və Mavi varlıqla yoxluq arasında 
ilişib qalmış parçalanmaqda olan bir buludu xatırladırdı. Bir 
anlıq var olduğundan belə əmin ola bilmədi. Hansı daha asan 
idi, yox ikən varmış kimi davranmaq yoxsa var ikən yoxmuş 
kimi davranmaq?
Oturdu və gözlədi.
- Demək istədiyin son bir sözün var?
- Ölümə qovuşub azad olacağım üçün Asclepiusa bir xoruz 
borcum var, ancaq Sokratın əksinə, borcumu ödəyəcək heç ki-
mim yoxdur.
Həkim başa düşmür və Mavi son təbəssümünü edir.
- Bu biraz incidə bilər.
Öldürücü  inyeksiyanın  iynəsini  Mavinin  qolundakı  qa-
barmış damardan içəri sancır həkim. İynənin ağrısı sinirlərlə 
şimşək kimi bütün bədənə göndərilir və fikirlərə qərq olmuş 
Mavini oyadır. 
- Əgər hazırsınızsa prosesi başlada bilərik – doktor-ölüm 
onun son qərarını gözləyir.
Beynindəki nikbinlərin ümidsiz qışqır-bağırından o həkimi 
güclə eşidir və könülsüz tərəddüdlər içində dodaqlarından o 
yorğun hərflər tökülür: “Hazıram..”
Ölüm üçün səbirsizlənirdi, bədənindəki bu savaşı bitirsin 
deyə.


385
Nə yaddaşı, nə ümidləri, nə rasional nə də emosional qərar-
ları idarə edən hissələrdə artıq nikbinlər ordusunun edə biləcə-
yi heçnə qalmamışdı. Bütün neyronlar son ümidlərini qucaqla-
rına alıb qorxu içində onurğa beyinə doğru qaçırdılar. Bir köç 
var idi Mavinin ruhunda və beynində. Son və ən böyük savaşın 
getdiyi yerdə. Bədnibləri yenib, verilmiş hərəkət əmrinin ic-
rası üçün siqnalın onurğa beyindən keçib əzələlərə çatmasına 
qadir olmaq lazım idi.
Bütün orduların onurğa beyinə getdiyini görən bədbinlər 
də ora yönəlirlər. Frontal lobdakı hissənin böyük bir dəstəsi 
onurğa beyinə gedirdi və başlarında o ən əzəmətli neyron qru-
pu var idi: ölüm tanrısı Orcus’un qrupu
Nikbinlərin özlərinə olan inamları tükənirdi. Dizləri əsir-
di. Onların bəziləri yarı yolda ölürdü. Neyron savaşlarının ən 
özünəməxsus xüsusiyyəti də o idi ki, bu savaşda ölən neyron 
yox olmurdu. Daha da betər idi: ölənlər düşman tərəfin əmrinə 
keçirdi. Və hansı tərəfdə, hansı fikirdə neyron sayı daha artıq 
idisə o tərəf də qazanırdı. Nikbinlər ordusundan saniyələr için-
də minlərlə nəfər ölürdü və bədbinlərin sayı artırdı. İki ordu 
arasındakı fərq milyonlara çatanda, savaş qazanılmış olacaqdı. 
Frontal  lobdan  onurğa  beyinə  qədər  yolda  düzülmüş  bədbin 
neyronlar, nikbinlərdən göndərilən yardım siqnallarını dayan-
madan akson atəşinə tutur və onları məhv edərək öz tərəflərinə 
keçirirdilər.
 Beyin, bədbinlərin iqtidarındaydı.
Ölüm tanrısı Orcusun onurğa beyində olduğunu eşidən heç 
bir neyron qrupu ora girməyə cürət etmirdi, girən qruplar da 
özlərinə inamsızlıqdan Orcusun qarşısında dizləri əsir və ölüb 
onun tərəfinə keçirdilər. Neyronlar savaşalarda heç vaxt intihar 
etməzdilər, çünki qarşı tərəfin sayını artırardılar yoxsa. Amma 
indi onlar hətta intihar etməyə başlayırlar, həm də sürətlə.
Bir neyron ancaq o vaxt ölüdür ki o özünə inamını itirib.
Bir fikir ancaq o vaxt ölüdür ki o özünə inamını itirib.
Bir insan ancaq o vaxt ölür ki o özünə inamını itirir.
Həkim aparatın start düyməsinə basaraq evtanaziyanı baş-


386
latdı  və  ölümcül  zəhər  incə  plastik  şlanqdan  sürətlə  aşağı  – 
Mavinin damarına doğru süzülməyə başladı.
Balanslarının  itirilməsinin  intiharla  çox  yaxından  əlaqəsi 
olduğuna inanılan Qayt reseptorlarının müvazinəti pozulmuş-
du. Serotoninlər yerdə yaralı yatırdı və Mavi, ölürdü.
Biləklərinin kəsilmiş olduğunu gördü kiçik bir an içində. 
Qanının rəngi mavi idi və biləklərindən süzülüb bütün otağa 
və divarlara yayılırdılar. Ölüm otağı melanxoliyanın rənginə 
boyanırdı.  Öz  qanında  boğulurmuş  kimi  hiss  etdi.  Öz  xislə-
tində boğulurdu. Hər yeri mavi bir kədər bürümüşdü. Təkrar 
özünü inandırırdı: ona görə ölürdü ki, çünki onun qanı mavi 
idi. Bütün digər mavi qanlılar kimi qırmızı qanlıların əksinə 
onlar yaşamağa yox ölməyə proqramlanmışdılar. 
Mavi bir pələng otağa girdi və Mavi onu tanımamazlıqdan 
gəldi. 
Bir bayquş səsi eşidildi və Mavi özünü qorxmurmuş kimi 
apardı.
Qodot olduğunu gizlədən bir kişi otağa girib həkimin qula-
ğına nələrsə pıçıldayıb çölə çıxdı. Uzaqlarda bir yerlərdən Po-
seidonun qəzəbi eşidildi. Otağın divarında bir pəncərə açıldı 
və günəş Maviyə onu bağışladıqlarını bildirdi.
Bütün gümanın qırılıb inamın öldüyü və bədbinlərin qələ-
bə qışqırıqları atmağa başladıqları anda yaratdıqları uğultu taa 
beynin  dərinliklərindən  eşidilən  olduqca  kiçik  qrup  bir  cən-
gavərin ayaq səsləri eşidilməyə başlanıldı ön cəbhədə.
Saniyələr içində ön cəbhəyə daxil oldu bu kiçik cəngavər-
lər ordusu və gözlərindəki inam bütün ölüm dəstəkçilərini lər-
zəyə gətirdi. “Ümid” adlı həmin qrup idi bu. 
Son  saniyədə  bütün  beyin  hüceyrələrini  ümidləndiririlər. 
Və  bütün  tribunalar  onların  ətrafına  yığışıb  qışqır-bağırlara 
onları  dəstəkləyirdilər.  Qorxmadan  Orcusun  gözünün  içinə 
baxmalarını və onu qorxutmuş olmaqlarını alqışlayırdılar. Bü-
tün bədən və beyin birləşərək ölümə meydan oxuyurdu və tək 
silahları var idi: ümidlər. Dəfələrlə savaşa girib çıxmış ancaq 
yenədə  ölməmiş,  yorulmamış,  bezməmiş  ümidlər.  Hər  dəfə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə