34
qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə
tab gətirdi”. İsa o dəhşətlərə necə tab gətirdi? İmanla! İsa Allahın
sadiq olduğuna və Onu dirildəcəyinə inanırdı. İsa müvəqqəti
kədərinin gələcəkdə böyük sevincə dönəcəyinə əmin idi. İsa bu
gələcək sevinci düşünə-düşünə söyüldü, döyüldü, əzab şəkdi və hər
şey dözdü. İndi O bizə imanda yol göstərən kamil Nümunədir. Biz
yorulub ruhdan düşməmək üçün “bu qədər... dözən Şəxsi” — İsa
Məsihi düşünməliyik.
Biz İsa Məsihi düşünməsək, nəzərimiz bu dünyaya, öz
problemlərimizə yayınsa, tez yorulub ruhdan düşəcəyik. Bu yarış
asan deyildir. Həvari Paul belə yazırdı: “Qaçışda yarışanların
hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını
bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. Yarışda
iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu
solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz çələng
almaq üçün çalışırıq. Beləliklə, mən də məqsədsiz qaçmıram.
Yumruğumu havaya döyən adam kimi atmıram. Lakin bədənimi
məcburən özümə qul edirəm ki, başqalarına təbliğ edəndən sonra
mükafatımdan məhrum olmayım”
[92]
. Paul Allahın var olduğuna və
Onu axtaranlara mükafat verəcəyinə inanırdı. Paul şahidlər buludu
ilə əhatə olunduğu üçün hər bir yükü və onu asanlıqla çaşdıran
günahı tərk edib qarşısındakı yarışda dözümlə qaçırdı. Paul “Mən
Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə
götürün”
[93]
deyirdi. Məsih kimi iman yolu ilə getməyə çalışan
Həvari Pauldan solmaz çələng üçün çalışmağı, ülvi məqsəd üçün
yaşamağı, öz nəfsinə hakim olmağı və bədənini özünə qul etməyi
öyrənə bilərik.
Bir dəfə İsa Məsih şagirdlərinə böyük iman dərsi verdi. “Həvarilər
Rəbbə dedi: «İmanımızı artır!»”
[94]
Çox maraqlıdır. Görək, Rəbbimiz
onlara nə cavab verdi. “Rəbb onlara belə dedi: «Bir xardal toxumu
qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə
[92]
1-ci Korinflilərə 9:24–27
[93]
1-ci Korinflilərə 11:1
[94]
Luka 17:5
35
əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı»”
[95]
. Məgər
şagirdlərin bir zərrə qədər imanları yox idi? O halda onlar necə hər
şeyi buraxıb İsanın ardınca getmişdilər? Sözsüz, heç olmasa xardal
toxumu qədər kiçik imanları var idi! İsa onlara dedi ki, imanınız var,
amma sizə imanla hərəkət etmək lazımdır. Bu söhbətin davamına
diqqət verin:
“Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir
qula tarladan qayıdanda “tez ol, gəl süfrə başında otur” deyər?
Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət
et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? Onun
əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? Siz də
belə, sizə əmr olunanları yerinə yetirəndən sonra deyin: “Biz
dəyərsiz qullarıq, çünki görməli işlərimizi etmişik”»”
[96]
.
İsa Məsih şagirdləri ilə imandan söhbət edərkən birdən qul
mövzusuna keçir. Bu, bir təsadüf ola bilərmi? Əlbəttə ki, yox. Bəs
bunun mənası nə ola bilər? Bəlkə də, İsa bizə deyir ki, imanımızı
artırmağa çalışmaq əvəzinə daha itaətkar olmağa çalışmalıyıq.
“Sən imanlısansa, Mənə məxsussan” — deyir İsa. — “Mənim
əmrlərimə tabe olmalısan. Çalış, öz gündəlik həyati problemlərinə
başın qarışmasın. Mənim sözümə qulaq asaraq ağaclara, dağlara
dənizə atılmağa əmr edə bilərsən! Qoy imanınla əməlin bir olsun!”
Bax belə iman Allahı razı salar.
[95]
Luka 17:6
[96]
Luka 17:7–10
36
İmanın sınaqdan keçirilməsi
Əhdi-Cədiddə iman, yarışa və mübarizəyə bənzədilir. Paul Timoteyə
“İman uğrunda yaxşı mübarizə apar”
[97]
— deyə yazmışdır. Həm
ətrafımızda, həm daxilimizdə iman uğrunda mübarizə gedir. Biz
Allahın bizə dediyi sözlərə inanmaq üçün daim mübarizə aparmağa
məcburuq. Gözümüzlə gördüyümüz “obyektiv” faktlar Rəbbin dediyi
sözlərə zidd olanda, biz nəyə inanırıq? Vəd Edəni sadiq sayırıqmı?
İbranilərə Məktubda yazılmışdır ki, vəd olunan şeylər iman və
səbir ilə irs alınır: “Siz tənbəl olmayasınız, amma vəd olunan
şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz”
[98]
.
“Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq
üçün sizin tab gətirməyə ehtiyacınız var”
[99]
.
Səbir, tab gətirmə, dözüm — bunların hamısı bir-birinə bənzər
xüsusiyyətlərdir. Allahın bizə vəd etdiyi gözəl mirası almaq üçün
bizə dözüm lazımdır. Bu dözüm Allahdan gəlir. Allah bu dözüm
gücünü bizə Öz Kəlamı və eləcə də əziyyətlər vasitəsilə verir.
Birincisi, Allah bizi Öz Kəlamı ilə ürəkləndirir və dözməyə güc verir:
“Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı
ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz
olsun”
[100]
. Rəbbimiz “
dözüm verən və ürəkləndirən Allah”dır
[101]
.
İkincisi, Allah bizi əziyyətlərlə, iztirablarla, sınaqlarla kamilləşdirir.
Həvari Paul belə yazmışdır: “Çəkdiyimiz əziyyətlərlə də fəxr edirik,
çünki bilirik ki, əziyyətdən dözüm... yaranır”
[102]
. Siz çəkdiyiniz
əziyyətlərlə fəxr edirsinizmi? İmansız adamlar öz nailiyyətləri
ilə, var-dövləti ilə, nəsil şəcərəsi ilə və sair üstünlükləri ilə fəxr
[97]
1-ci Timoteyə 6:12
[98]
İbranilərə 6:12
[99]
İbranilərə 10:36
[100]
Romalılara 15:4
[101]
Romalılara 15:5
[102]
Romalılara 5:3–4