25
6.
Ətraf mühit və insan sağlamlığının cari vəziyyəti və Strategiya üzrə təsirlərin analizi
6.1. İqlim və iqlim dəyişmələri
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir Yer
kürəsindəki 11 iqlim tipindən 8-i ölkə ərazisində müşahidə edilir. Burada yarımsəhra və quru çöl,
subtropik, mülayim və soyuq iqlimə rast gəlinir.
Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir.
Rütubətli subtropik iqlim yalnız
Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir.
Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq,
quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim
yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında
müşahidə edilir.
Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15°C olduğu halda, yüksək dağlıq rayonlarda 0°C
və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27°C, dağlıq rayonlarda 5°C təşkil
edir. Mütləq maksimum 43°C olduğu halda, mütləq minimum -30°C-dək aşağı düşür. Bu yüksək
rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir.
Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və
Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında
yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-
800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-
1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-
1700 mm-ə çatır. Hakim küləklər şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb
(Lənkəran ovalığı) istiqamətlidir.
İqlim dəyişmələri -Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci
ildən qoşulmuşdur. Azərbaycan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1-nə daxil
olmayan (yəni istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi
26
götürməyən) ölkədir və 2000-ci ildən Kioto Protokolunun tərəfdaşıdır. ETSN Təmiz İnkişaf
Mexanizmi üzrə Milli Səlahiyyətli Orqan təyin edilmişdir.
Azərbaycanda istilik effekti yaradan qaz tullantıları 1990-cı baza ilində hesablanmış 70 mln. tondan
azaldılaraq 2005-ci ildən etibarən CO
2
ekvivalenti ilə 50±2,5 mln. ton ətrafında sabitləşmişdir.
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma üçün əsas prioritet sahələr alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, su ehtiyatlarının daha səmərəli idarə olunması,
meşələrin bərpası və meşəsalmadır.
İqlim dəyişmələrinin Azərbaycana təsiri -İqlim dəyişmələri ssenarilərinə müvafiq olaraq,
Azərbaycanda orta temperatur və yağıntıların miqdarının yüksəlməsi proqnozlaşdırılır. Proqnozlara
görə 2021-2050-ci illərdə orta illik temperatur 1,5°C-1,6
o
C artacaqdır. Sahil zonalarında və Naxçıvan
MR-nın qərbində temperatur artımı 1,7
o
C təşkil edəcəkdir. Gözlənilir ki, yüzilliyin birinci yarısında
temperatur hər 10 ildə təxminən 0,3°C yüksələcəkdir. 1990-2000-ci illərdə Azərbaycanda
temperaturun faktiki yüksəlməsi təxminən 0,4°C təşkil etdiyi üçün, iqlimin modelləşdirməsi nəticələri
iqlim müşahidələri ilə üst-üstə düşür. 2021-2050-ci illərdə yağıntıların miqdarı 1961-90-cı illərlə
müqayisədə 10-20%, o cümlədən Naxçıvan MR-da 10%, ölkənin şərq regionlarında isə 20%
artacaqdır. İqlim dəyişmələrinin daha çox su ehtiyatlarına, kənd təsərrüfatı, energetika sektorlarına
təsir edəcəyi proqnozlaşdırılır. Bir sıra tədqiqatlara görə Azərbaycan ərazisində baş verən təhlükəli
təbiət hadisələrinin – leysan, daşqın, sel, quraqlıq və s. hadisələrin də müşahidə olunma tezliyi
arta bilər və həmiçinin iqlim dəyişmələri ölkəmizin ərazisində meşə və əkinə yaralı torpaq
ehtiyatlarını azalda bilər.
Cədvəl 4. Azərbaycanda illər üzrə istilik effekti yaradan qazların atılması, (milyon ton CO
2
ekvivalentində)
İstilik effekti yaradan
qazlar
İllər
2005
2010
2011
2012
2013
Karbon qazı (CO
2
)
35.8
24.8
36.7
29.0
28.6
Azot bir oksid (N
2
O)
0.4
0.3
0.3
0.6
0.6
Metan (CH
4
)
14.4
16.0
6.2
7.5
9.5
Mənbə:Azərbaycan Respublikasının Statistika Komitəsi. İllik statistik göstəricilər, “Ətraf mühitin
mühafizəsi”, 2013-il
Energetika sektoru və onun atmosfer havasının keyfiyyətinə təsiri
Azərbaycanda elektrik enerjisi təbii qaz və neftdən sonra sənaye və məişətdə tətbiqinə görə üçüncü
yerdədir. Ölkə ərazisi 100% elektrikləşdirilmişdir. Ölkənin müəyyən edilmiş generasiya gücü
təxminən 6.500 MVt, o cümlədən, istilik elektrik enerjisinin müəyyən edilmiş gücü 5.500 MVt-dır,
qalan güclər su elektrik stansiyalarının payına düşür. Elektrik stansiyalarının təbii qazdan istifadəyə
keçməsi elektrostansiyaların effektivliyini artırmaqla yanaşı, atmosferə çirkləndirici maddələrin
atılmasının qarşısının alınmasına müsbət təsir etmişdir.
Azərbaycanın enerji sistemi 15 istilik və 14 su elektrik stansiyasından ibarətdir. Enerji sisteminin
müəyyən edilmiş gücü 7 QVt-dan çoxdur. Elektrik stansiyalarının faydalı iş əmsalı (FİƏ) 52%-dir.