Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

71 
 
Məktəb  fəqərəsi...  Şamaxıda  ən  yazıq  gəlinəli  bir  haldadır 
Burada köhnə üsul, yə'ni çubuq və fələqqə tərəfdarı o qədərdi ki, 
beş-on üsuli-cədid tərəfdarlarının ah-naləsi bilmərrə bisəm qalır. 
Altı-yeddi ay müddətindən bəri 
milli 
məktəbin güşadı 
ba
rəsində olan 
tədbirlərə şeheri “mütedeyyin” nümayəndələri hər növ səd çekməyə, 
hər  növ  sedemə  vurmağa  cidd-cəhd  etməkdədirlər”. 
(Kursiv 
bizimdir—A.B.). 
                                                   *** 
Sabirin müəllimliyi də şairliyi kimi nümunəvi olmuşdur. Odur 
ki,  müasirləri  onun  pedaqoji  ustalığına  da  yüksək  qiyıııoi 
vermişlər. Bu, Ümmid məktəbinin fəaliyyət göstərdiyi günlərdə 
1909-cu  ildə  “Tərəqqi  qəzetində  çap  olunan  müxbir  mək-
tublarından  da  görünür.  Həmin  faktları  ilk  dəfə  tədqiqata  cəlb 
edən  professor  Məmməd  Məmmədov  qarşısına  qoyduğu  məq-
sədə uyğun olaraq, onları Sabirin pedaqoji ustalığı və bu ustalığa 
verilən  yüksək  qiymət  baxımından  təhlil  etmişdir.
1
  Lakin 
“Tərəqqi”dəki materiallardan o da aydın olur ki, xalq şairi özü-
nün  ictimai-pedaqoji  fəaliyyətini  yalnız  “Ümmid”  məktəbində 
dərs  deməklə  məhdudlaşdırmamışdır.  O,  Şamaxıda  “Məktəbi- 
milli”  açılması  ideyasının  təşəbbüskarlarından  biri  kimi    işin 
həyata  keçirilməsi  üçün  əzmlə  çalışmış,  camaat  arasında 
müxtəlif vasitələrlə geniş təbliğat işi aparmış, tə sirli tədbirlərə əl 
atmışdır.  Məsələn,  dini  bayramlarla  əlaqədar  şəhərdə  keçirilən 
mərasimlərdə  çıxış  etmək  üçün  Sabir  kiçik  yaşlı  şagirdlə 
hazırlaşdım, milli məktəbin açılması barədə iltiması onların dili 
ilə  edirdi.  Bayram  günü  azyaşlı  şagirdlərin  etdikləri  xahiş  is-
tədikləri bayram töhfəsi ataların ürəyini yumşaldırdı Sabir usta-
lıqla bu psixoloji andan istifadə edir, məqsədinə az-çox nail 
                 
1.Bax.Məmməd Məmmədov.Sabir və mətbuat.Bakı,Elm,1974.Səh.142-144 


72 
 
olurdu. Oııun təşkil etdiyi çıxışlar hər dəfə əks-səda doğururdu. 
Bu haqda “Tərəqqi” qəzetində oxuyuruq: 
“...Sonra Ümmid 
məktəbinin şagirdləri müəllimləri Sabir əfəndi və Hacıbala Za- 
manov cənabları ilə varid olub onlar da bir nəğmə, bir nitq oxu-
dular... 
Pcydəqrey oxunan nitqlər cəmaətdə bir hüsn-milliyyət və bir 
meyli-tərəqqi olub piş-əz-vəqt tə'sis etmək niyyətində olduqları 
məktəbi-millinin  bilaittifaq  vücudə  gəlməsin  arzu  etdilər.  Bu 
arada xeyli danışıq oldu və boylə qərar qoydular ki, sabah Hacı 
Məhəmmədrza məscidinə yığılıb danışsınlar. 
Ayın 13-cü günü (Rəbiəl-əvvəd ayının hicri tarixlə. Miladi 
tarixlə 22 mart 1909—A.B.) məscidimiz bura cəmməm olub bir 
qomissiya seçdilər ki, məktəbin işlərinə mübaşirət etsinlər..." 
Lakin  yuxarıda  “Yol  qeydləri'’ndən  gətirdiyimiz  sitatdakı 
kursivlə verdiyimiz cümlədən də aydın olur ki, “şəhərin müto- 
dəyyiıı nümayəndələri" bu xeyirxah tədbirlərə qarşı çıxıb onlara 
mane  olmağa  çalışırdılar.  Onların  gücü,  imaknİan,  camaat 
arasındakı nüfuzu az deyildi. Sabir bu cür maneələrin qarşısını 
almaq üçün bir psixoloq məharəti ilə Şamaxının şiəməzhəb mü-
səlmanlarının ruham rəhbəri Ağa Mir Mehdi ağanın və təzə qazı 
Mustafa  əfəndinin  tərəqqi  və  inkişafa  az-çox  bəslədikləri 
meyldən  də  istifadə  edirdi.  Təsadüfi  deyil  ki,  “Tərəqqi  də  çap 
edilən  müxbir  məktublarının  hər  ikisində  həmin  şəxslərin,  ca-
maat  üzünə  də  olsa.  Sabirgilin  irəli  sürdükləri  milli  məktəbin 
açılması təklifinə tərəfdar olduqları qeyd olunmaqla, onların nü-
fuzlarına və görəcəkləri işlərə böyük ümidlər bəslənilirdi. Lakin 
xalqın  cəhalətində  mənafeyi  olanlar  ölkədə  yaranmaqda  olan 
yeniləşmə  meylini  gördükcə  həyəcan  və  dəhşətlə  öz  həm-
karlarım  ayıqlığa,  fəaliyyətə  səsləyirdilər.  Sabir  belələrini  ıtşa 
edərək yazırdı: 
Neylarinı, ey vaybu urus bakılılar, 
Bilməyirm hardan aşıb-daşdılar?! 


73 
 
Ölkədə gündən-günə çoxlaşdılar, 
Hər əmələ, lıər işə çulğaşdılar. 
Qoymayın, ay köhnələr, ay yaşdılar! 
Heyvərələr hər yerə dırmaşdılar!.. 
Bundan başqa, “Arzu”, “Valı! bu imiş...”, “Yaşamaq ists isok. sırf 
ovam  olmalıyız!”  və  s.  satiralar  da  həmin  məqsəd,  mübarizə  və 
hadisələrlə səsləşməkdədir. 
Hər  cür  mütərəqqi  addımın  qarşısını  almağa  çalışan  mürtəci 
dairələr  vaxtilə  “Ümmid”  məktəbinin  açılmasına  maneçilik  tö 
rədərək  şairin  kəskin  publisist  qələminə  və  satirasına  hədəf  ol 
muşdular. Onlar indi də milli məktəbin açılmasına mane olmaqla 
bərabər, Sabirin məktəbini maddi cəhətdən boykot edib bağlatmağa 
çalışırdılar. Çünki o vaxt maarif və mədəniyyətin inkişafına dövlət 
çox  az  vəsait buraxırdı.  Şəxsi  məktəblər  isə dövlo:  himayəsindən 
tamamilə  məhrum  idilər.  Ona  görə  məktəblənı  açılması  müəyyən 
dərəcədə  “sərmayədarlar”dan  asılı  idi.  Onla:  isə  maarif  və 
mədəniyyətin inkişafı naminə pul xərcləməyə və s göstərmirdilər. 
Sabir  qəzəblə  “kisədust”  adlandırdığı  bu  cüı  tiplərin  məktəbə 
düşmən münasibətlərinin səbəbini açaraq onları damğalayırdı: 
Neçin mətəhə rəğbətim olmayır
?—
 
Cibim dolmayır, dolmayır, dolmayır! 
Demək, “kisədust”ları vətənin, millətin tərəqqisi yox, öz cibləri 
və kisələri maraqlandırır. Odur ki, digər məktəblər kimi. “Ümmid” 
məktəbi  də  ağır  maddi  böhran  keçirirdi.  Sabir  bu  acınacaqlı 
vəziyyəti  həmin  günlərdə  “Molla  Nəsrəddin”  jurnalında  çap 
etdirdiyi bir satirasında ürək ağrısı ilə açıb göstərirdi: 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə