Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə17/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

38 
 
brick,  or  ground  in  this  or  other  form  and  it  was 
used as a clay oven, a stokehole, a workshop or a 
shop.  Construction  remnants  of  this  kind  were 
encountered  in  almost  every  part  of  excavation 
field. The traces of subsidiaries are displayed for 
the  first  time  like  wells  dug  for  humus  of  pent-
house posts, or just for posts. 
Clay  oven  (tendir)  and  hearth  rests  are 
found inside all Agsu houses. There are such houses having several hearthes inside 
differed  for  form  and  capacity.  It  meant  that  local  residents  used  the  houses  as  a 
kitchen,  i.e.  people  slept,  sat,  ate,  even  cooked  their  meal  in  the  same  place. 
Hearthes  served  heating  of  houses  as  well.  Round  of  hearthes  were  built  from 
ground, stone or brick in most houses and turned into special form of padded chair. 
It is for warming up or cooking by siting comfortably around the hearth. 
Destructions  of  baked  bridge  were  displayed  only  in  some  found  houses 
while  being  cleansed  from  inside.  It  proves  that  facade  of  those  houses  was 
covered by baked bridge in vaulted form. But brick debris was not encountered in 
most houses. Thus, brick was not used in construction and cover of that houses. It 
is supposed that the houses' facade  was hewed  with tree logs; cane arranged over 
them  and  afterwards  covered  with  ground  grout.  To  recall,  such  houses  built  in 
XIX  century  in  Baku,  Shamakhi  and  Lahij    remain  till    nowadays.  After  casting 
ground  grouts  onto  the  houses  it  was  repeatedly  crammed  with  stones  called 
“girgino” amongst the people. 
Display of such stone similar to “calender” from IV excavation field to be 
used for asphalt cramming by hands confirms the mentioned once again. 
 
Su 
təchizatı, 
abadlıq  və  sanitariya 
məsələləri:  IV  qazıntı  sahəsində  aparılan  qazıntılar 
zamanı  bir  neçə  yerdə  daşdan  və  saxsı  borulardan 
ibarət  su  xətti  aşkar  olunmuşdur.  İlkin  olaraq  belə 
bir  xətt  6b  kvadratında  qeydə  alınmışdır.  Uzunluğu 
32,  enli  tərəfdə  diametri  13,  dar  tərəfdə  isə  11  sm 
olan  saxsı  borulardan  ibarət  bu  xətt  şimal-cənub 
istiqamətində  olmaqla  oradakı  evin  döşəməsi 
altından  keçir.  Təmizlənərkən  aşkara  çıxarılmış 
hissədə  xəttin  uzunluğu  2,75  m-dir.  Su  xətti  binanın  qarşısındakı  daş  döşəməli 
meydanın  ortasındakı  hövuza  gedir.  Binanın  şimal-şərq  küncündəki  taxçanın 
altında  kəmərin  şimal  istiqamətində  davamını  izləmək  mümkün  olmamışdır.  Ola 
bilsin ki, binanın divarı üçün bünövrə yeri qazılarkən həmin hissədə saxsı borular 
dağıdılmışdır.  Bununla  yanaşı,  su  xəttinin  bina  ilə  eyni  dövrə  aid  olduğunu,  yəni 
onun şüurlu sürətdə tikintinin döşəməsi altında çəkilməsi, taxça yerində isə otağın 


39 
 
içərisində  istifadə  məqsədi  ilə  xüsusi  dəli  açılması 
ehtimalını da  nəzərdən qaçırmaq olmaz.bu ehtimalların 
hansının  doğru  davamını  və  divarla  su  xəttinin  şimala 
doğru davamını və divarla nə dərəcədə əlaqəli olduğunu 
dəqiqləşdirmək 
gərəkdir. 
Tikintilərin 
dağılmaq 
ehtimalını nəzərə salmağı məqsədəuyğun bildi. Əlbəttə, 
zəruri  konservasiya  işləri  görüldükdən  sonra  bu 
məsələyə də aydınlıq gətiriləcəkdir.  
Uzunluğu  1,8  m  olan  saxsı  borulardan  ibarət 
daha  bir  su  xətti  8a  kvadratında  qeydə  alınıb.  Orada 
istifadə olunmuş saxsı borular ölçülərinə görə bir qədər 
kiçikdir. Onların uzunluğu 29 sm, diametrləri enli tərəfdə 11, dar tərəfdə isə 7 sm-
dir.  Həmin  su  xətti  də  şimal-cənub  istiqamətindədir.  Cənub  tərəfdə  qazıntıdan 
kənara  çıxdığına,  şimal  tərəfdə  isə  sonrakı  dövrə  aid  tikinti  və  torpaq  işləri 
nəticəsində  dağıldığından  kəmərin  davamını  izləmək  mümkün  olmadı.  Bunlardan 
əlavə,  həm  III,  həm  də  IV  qazıntı  sahəsində  ayrı-ayrı  yerlərdə  dağıdılmış  və  ya 
sındırılmış  vəziyyətdə  olan  xeyli  miqdar  saxsı  su  boruları  da  aşkar  edilib.  Bütün 
bunlar  onu  göstərir  ki,  şəhərin  su  ilə  təmin  olunmasında  bu  tip  kəmərlərdən  də 
istifadə olunmuşdur. 
Arxeoloji qazıntılar zamanı ətrafı daşla hörülmüş 
su  xəttlərinin  qalıqlarına  daha  çox  təsadüf  olunmuşdur. 
Kürəbənd  tipli  bu  xəttlərin  üstü  adətən  iri  sal  daşlarla 
örtülüb.  III  qazıntı  sahəsində  2,  2b,  5a  və  5b 
kvadratlarında, IV qazıntı sahəsində isə 2a, 3a, 4, 4a, 4b, 
4c, 5b, 6b, 7a, 7b, 8, 8a, 8b və 8c kvadratlarında belə su 
xəttlərinin  qalıqları  aşkara  çıxarılmışdır.  Bu  xəttlərin 
əksəriyyəti əsasən şimal-cənub istiqamətindədir. Yalnız 
bəzi  yerlərdə,  məsələn,  4,  4b,  4c,  7b,  8a,  8b  və  8c 
kvadratlarında  qeyd  olunan  su  xəttlərinin  istiqaməti 
şərq-qərb, 
yaxud 
da 
şimal 
qərb-cənub 
şərq 
istiqamətindədir.  Bu  isə  həmin  nöqtələrdə  relyefin  fərqli  olması  ilə  əlaqədardır. 
Daha  dəqiq  desək,  4-5-ci  kvadratlardakı  nisbətən  hündür  tirəni  aşaraq  cənuba 
keçmək  üçün  şimaldan  gələn  kürəbənd  tipli  xəttlərin  istiqaməti  bir  qədər  şərqə 
meyillənib.  Bu,  əlbəttə,  yerli  ustaların  ərazinin  topoqrafiyasını  mükkəmməl 
bilmələrindən  irəli  gəlir.  Yəni,  artıq  yuxarıda  qeyd  olunduğu  kimi  şəhərin  şimal 
tərəfi cənuba nisbətən, qərb tərəfi isə şərqə nisbətən bir neçə metr yüksəkdir. Qeyd 
olunan  kürəbənd  tipli  xəttlərin  ikisi  6-cı  kvadratda  aşkar  olunmuş  hamam 
istiqamətindədir.  Onlardan  biri  6b  kvadratından  başlayaraq  7b  kvadratına  keçir. 
Daha  sonra  isə  qövsvari  forma  əmələ  gətirməklə  qərbə  -  hamamın  qazanxanası 
olan  tərəfə  istiqamətlənir.  Görünür,  bu  kəmər  hamamın  su  ilə  təminatına  xidmət 
edib.  Daha  bir  kürəbənd  tipli  kəmər  7,  7b,  8,  8a  və  8b  kvadratlarını  kəsərək 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə