91
bir yerdir. Kilsə arxivi 1996-1997-ci illərdə arxivində
işlədiyim
Quver
institutunun
yaxınlığında
yerləşdiyindən, burada baş verən bə᾽zi hadisələri
izləmək imkanına malik oldum. Kilsə sodomitlərin
sevimli yerinə çevrilmişdi‒burada protestant keşişləri
mütəmadi olaraq keylər (kişiləri «sevən» kişilər) və
lesbiyan qadınlar (qadınları «sevən» qadınlar) arasında
«nigahlar» bağlayırdılar. Bu, kifayət qədər əsrarəngiz
bir prosesdir. Deyilənlərə görə, bə᾽zi «nigah»
proseslərinə ABŞ-ın bir çox şəhərlərindən yüzlərlə
sodomit gəlir. «Nigah» bağlayan keşiş qətlin və cəsədin
təhqir olunduğu yerin düz mərkəzində dayanır.
Hazırda bu kilsə, şübhəsiz, iblissevərlər və
sodomitlərin ziyarət etdikləri ən sevimli yerlərdən
birinə çevrilib. Görünür, Birləşmiş Dinlər Təşkilatının
tə᾽sisçilərinin öz konfranslarını məhz burada keçirmək
qərarları da təsadüfü deyil. Bu barədə sonuncu fəsildə
daha ətraflı danışacağam.
20-ci əsrin ən məşhur iblissevəri və iblisanə kilsənin
banisi macar yəhudisi Anton Lavey olub. (1930-cu ildə
doğulub). A. Kroulinin «mə᾽nəvi şagirdi olan Lavey də
öz müəllimi kimi, əsas vəzifəsini xristianlığı məhv
etməkdə görürdü.
A. Kroulinin yazılarına əsaslanaraq, Lavey indi hər
bir müasir iblissevərin stolüstü kitabına çevrilən 2 kitab
tərtib etdi‒«İblis bibliyası» və İblisanə mərasim». 1967-
ci ilin yanvarında o, ilk iblisanə «nigah», iyun ayında
ilk iblisanə «xaç suyuna çəkmə», dekabrda isə «dəfn»
həyata keçirdi.
92
Bütün bunlar açıq-aşkar, izdihamın iştirakı ilə
keçirilirdi. Ən iri qəzetlər onun əməllərini ətraflı
işıqlandırırdı.
İblisin Ali Kahini A. Lavey «nigah» prosesini
San‒Fransiskodakı ilk iblissevərlər kilsəsində həyata
keçirdi. Mərasimdə ondan başqa, daha 30 «zülmət
knyazı» da iştirak etdi.
Özünün iblisanə mərasimlə dəfn olunmasını
vəsiyyət edən E. Oleen adlı dənizçinin dəfni də eynilə
geniş reklam olundu. Mərasim elə həmin kilsədə
keçirildi, daha
sonra
isə
cəsəd
hərbi-dəniz
donanmasına xas ehtiram göstərməklə basdırıldı.
80
1970-ci ildə iblisanə kilsə ABŞ kilsələrinin Milli
İttifaqına qəbul edildi. Digər konfessiyalarla yanaşı,
Pentaqonun nəzdində iblisanə kilsənin də baş kapellanı
təmsil olundu. Onun himayəsi altında ABŞ Silahlı
Qüvvələrinə xidmət göstərən yüzə yaxın kapellan-
iblissevər qulluq edirdi.
Öz davamçıları üçün Lavey iblisin 9 prinsipini
göstərdi:
1. İblis məhdudlaşdırma əvəzinə şəhvani, cismani
arzulara himayə təklif edir!
2. İblis mə᾽nəvi xülyalar əvəzinə dolğun həyat təklif
edir!
3. İblis üzdəniraq özünüaldatma əvəzinə kamil
müdriklik təklif edir!
4. İblis nankorlara məhəbbət əvəzinə layiqlilərə sevgi
təklif edir!
5. İblis hamını bağışlama əvəzinə qisas hüququ təklif
edir!
93
6. İblis psixi qaniçənlərə qayğı əvəzinə məs᾽uliyyətli
insanlara qarşı məs᾽uliyyət təklif edir!
7. İblis insanı davranışı 4 ayaq üstə gəzən
heyvanlardan bə᾽zən yaxşı, əksər hallarda isə pis adi
heyvan növü kimi təqdim edir!
8. İblis günah adlandırılanların hamısına izn verir,
çünki onlar fiziki, hissi və emosional tə᾽minat verir!
9. İblis həmişə kilsənin ən yaxşı dostu olub, çünki
onun sayəsində kilsə uzun illər boyu özünə
məşğuliyyət tapıb!
Satanizmi xüsusi olaraq öyrənən amerikalı keşiş
Cefri Steffon hesab edir ki, iblisə yaxınlaşmanın 7
səviyyəsi var.
1-ci səviyyədə falçılıq və ən᾽ənəvi magiyanın sadə
formaları ilə məşğul olanlar yerləşir.
Steffon 2-ci
səviyyəyə
spritizmə, alkoqola,
narkotiklərə və «ağır rok» tipli musiqiyə aludəçliyi
olanları aid edir. Bu qrupun nümayəndələrinin bir
hissəsi «İblis bibliyası» və «İblisanə mərasimlər» tipli
kitablar oxuyurlar, hərdən isə hətta bu ayinlərdən
bə᾽zilərini yerinə yetirməyə təşəbbüs də göstərirlər.
3-cü səviyyədə kortəbii satanist qruplar yerləşir.
Onların liderləri Krouli və Lavey tipli adamlar olur. Bir
çox adamlar narkotiklərdən istifadə və orgiyalarda
iştirak nəticəsində bu qruplarla əlaqə yaradır,
yeniyetmələri isə bu cür toplantılara yaşlı satanistlər
də᾽vət edirlər.
Hər bir qrupda özəl inanc və ayinlər sistemi
formalaşır və bunlar bir qayda olaraq, həmin qrupun
mənafelərinə müvafiq olur.
94
4-cü səviyyə «İblis kilsəsi», «Seta mə᾽bədi» və bu
qəbildən olan digər təşkilatların üzvlərini ehtiva edir.
«İblis kilsəsi» ona qoşulmaq arzusunda olanları əsaslı
şəkildə, hərtərəfli öyrənir. Satanistlərin əsas dini ayini
«qara messa»dır. 4-cü mərhələdə olan iblispərəstlər
okkultizm haqqında gənclər üçün nəzərdə tutulan
yazıların yayılması üçün məs᾽uliyyət daşıyırlar.
5-ci səviyyəni satanistlər («möhkəm özək») təşkil
edirlər. Onlar qurban verilməsini (o cümlədən
insanları) nəzərdə tutan ayinləri yerinə yetirirlər.
Hazırda bu adamlar gizli fəaliyyət göstərdiklərindən,
onların mövcudluğunu sübut etmək çox çətindir.
Müxtəlif nəsillərin nümayəndələrini əhatə edən gizli
qruplar da bu səviyyəyə aiddir. Bu qrupların üzvləri
ikrah doğuran mərasimlər icra edir, uşaqlara
münasibətdə zor işlədir, öz uşaqlarını narkotik
maddələrə dəyişir, heyvanları və insanları qurban
verirlər.
6-cı səviyyə satanistlərini adeptlər adlandırırlar.
«Onlar iblisi görməyə qadirdirlər, həmçinin xırda cinlər
üzərində hakimiyyətə malikdirlər».
Ali səviyyə satanistləri illüminatlar, «sırf iblis
pərəstişkarları» adlanırlar. Onlar öz iradə və
şəxsiyyətlərini iblisə bəxş edirlər.
81
70‒80-cı illərdə ABŞ-da iblis kilsəsinin baş templi
San-Fransiskodakı Kaliforniya küçəsində idi. Bura
itiuclu damı olan, hündür məftil çəpərə alınmış o qədər
də böyük olmayan qara binadır. Satanizmin Ali Kahini
A. Lavey də elə burada xidmət edib.
82
Mən 90-cı illərin
ortalarında satanist templinin yaxınlığında oldum.