38
«Millət-dövlət» konsepsiyası
75
fransız maarifçilərinin və digər liberal
mütəfəkkir və ideoloqların intellektual səylərinin məhsulu olub, ilk dəfə XVIII
əsrin sonlarında – amerikan və xüsusən də Böyük Fransa inqilabının gedişində
praktiki təcəssümünü tapmışdı. XIX-XX əsrlərdə isə bu cür dövlət tipi əvvəlcə
Avropa və Amerikada, sonra isə dünyanın digər qitələrindən vüsət alan milli-siyasi
hərəkatların məqsədinə çevrilmişdi. Milli dövlətlər yaranmalarına görə millətçi
baxışların inkişafına borclu idilər: mütləqiyyətçi hakimiyyət prinsipinə
söykənən
ənənəvi dövlətlərin - imperiyaların xalq suverenliyi və
milli yekcins dövlət
ideyasına istinad edən «millət-dövlətlərlə»
sürətlə əvəzləndiyi XIX-XX əsrin
əvvəlləri, ümumiyyətlə, «millətçilik əsri» kimi qavranılırdı. Burada millətçiliyin
görkəmli tədqiqatçılarından olan E.Hobsbaumun aşağıdakı tərifini gətirmək
istərdik: «millətçilik - siyasi proqramdır və tarixin nöqteyi-nəzərinə görə, nisbətən
yeni hadisədir. Bu konsepsiyaya uyğun olaraq, özünü «Millət» kimi anlayan
qruplar, fransız inqilabından sonra formalaşmış ərazi dövlətləri tipində dövlət
yaratmaq hüququna malikdirlər».
76
«Millət-dövlət» konsepsiyası çərçivəsində
(habelə «millət» konseptinin şərhində) iki əsas yanaşma mövcud idi: birinci
yanaşma (fransız) millət-dövlətə fərdlərdən ibarət siyasi camiə (toplum) kimi
baxırdısa ikinci yanaşma (alman) millətə üzvü varlıq kimi münasibətdən çıxış
edirdi: ona əsasən fərdlər özü-özlüyündə mövcud ola bilməzlər: onlar özlərini daha
dolğun gerçəkləşdirməkdən ötrü bir millətin üzvü olmalıdırlar. Bu yanaşmaya
əsasən dövlətin üzvi sərhədi yalnız millət ola bilərdi.
77
«Millət-dövlət» haqqında gətirilmiş bu xarakteristika 1918-ci ildə
meydana çıxmış Qafqaz respublikalarına da şamil oluna bilər. Siyasi planda bu
respublikalar imperiyanın çöküşünün məhsulları idi. Onlar mövcudiyyətləri
dövründə öz soydaşlarının məskun olduqları ərazilərlə yanaşı, tarixi, təsərrüfat və
s. mülahizələrə istinadən, özgə etnik və sosiomədəni arealdan olan torpaqları əhatə
etməyə çalışırdı (sonuncu qeyd ilk növbədə Ermənistan və Gürcüstan
respublikalarına şamil olunmalıdır). Bu respublikaların ideoloji əsası sinkretik
xarakter daşıyırdı: o, millətçiliyin, liberalizmin, sosializmin, mühafizəkarlığın
elementlərini özündə birləşdirirdi, fəqət millətçi ideyalar bu zaman dominatlıq
kəsb edirdi.
Tarix səhnəsinə çıxmış bu gənc respublikaların qarşısında duran ən
önəmli həyati vəzifələr - özlərinin yaşama qabiliyyətini təsdiqləmək, habelə,
öncə qeyd etdiyimiz kimi, sərhəd və ərazilərini müəyyən etmək idi. Bu
dövlətlərin ərazi identikliklərinin təsbitinə yönəlmiş səyləri çoxsaylı ixtilaf və hətta
qanlı münaqişələrlə müşayiət olunurdu. Ümumiyyətlə, ərazi çəkişmələri müstəqil
varolmalarının bütün dövründə Cənubi Qafqaz respublikalarının siyasi həyatının
ayrılmaz atributuna çevrilmişdi, çünki millətçilik, məşhur ingilis antropoloqu
B.Andersenin fikrincə, «milləti birləşdirmək üçün daxilə, millət və onun ərazisini
qonşu xalqlardan ayırmaq üçün isə xaricə hədəflənir».
78
39
Bəhs olunan dövrdə Gürcüstanın və ola bilsin ki, bütün Cənubi Qafqazın
siyasi həyatında ən mühüm hadisələrdən biri gürcü sosial-demokratiyanın, bir çox
hallarda millətçi diskursun (nitq praktikasının) və davranışın daşıyıcısı olan siyasi
qüvvəyə transformasiyası idi ki, bu barədə yeri gəldikcə daha ətraflı bəhs edəcəyik.
Azərbaycan və Gürcüstan respublikaları arasında öz təcili həllini tələb
edən bir sıra etnoərazi ixtilafları, bu dövlətlər siyasət meydanına çıxar-çıxmaz,
yaranmışdı. Gürcü ictimai-siyasi xadimi, professor Z.Avalovun xatirələrinə görə,
hələ mayın 21-də, Batumda olarkən Azərbaycan və gürcü nümayəndə heyətləri
arasında sərhədlərin müəyyənləşdirilməsinə dair məsləhətləşmələr aparılmışdı.
Jordaniyanın rəhbərlik etdiyi gürcü tərəfi, öz etiraflarına görə, son məqamda,
əlacsız qalarsa, Zaqatala dairəsindən imtina edə biləcəyini dilə gətirmişdi,
Azərbaycan xeyrinə digər ərazi güzəştləri isə istisna edilirdi.
79
Tərəflərin
kompromiss əldə edə bilməməsi üzündən həmin görüş nəticəsiz qalmışdı.
Görüşdən bir neçə gün sonra Cənubi Qafqaz dövləti dağıldı və dərhal da
Azərbaycanla Gürcüstan arasında Borçalı, Qarayazı, Sığnaq, Zaqatala bölgələrinin,
yaxud həmin ərazilərin bu və ya digər hissələrinin mənsubluğu ilə bağlı kəskin
mübahisələr ortaya çıxdı. 1918-ci ilin yayında, hətta iki dövlət arasında silahlı
toqquşma ehtimalı yaranmışdı. İyunun 14-də Azərbaycanın xarici işlər naziri
M.H.Hacınskinin öz gürcü həmkarına göndərdiyi notada Borçalı qəzasının bü-
tövlükdə gürcü qoşunları tərəfindən tutulmasına qəti etiraz bildirilirdi.
80
Söhbət
Borçalının azərbaycanlılar yaşayan hissəsindən gedirdi. Oranın əhalisi
Azərbaycana birləşmək arzusunda idi və Azərbaycan hökuməti bu istəyə etinasız
qalmamağa çalışırdı.
Gürcüstan xarici işlər naziri N.Ramişvilinin iyunun 17-də göndərdiyi cavab
məktubu sərt tonda tərtib olunmuşdu: «...Borçalı qəzası hər zaman Gürcüstan
tərkibində bulunmuş və mübahisə, şübhə predmeti də olmamışdı, hərçənd bu qəza
heç əvvəllər də yekcins etnik vahid təşkil etmirdi. Həmçinin (Gürcüstanın şərq
sərhədi də mübahisə oluna bilməz...»
81
Artıq bəhs olunan bu ilk diplomatik yazışmalarda ərazi mübahisələrinin
həllinə dair Azərbaycan və gürcü yanaşmalarında fərq ortaya çıxırdı: əgər
Azərbaycan tərəfi münaqişələrin həllinin prinsipial əsası kimi etno-demoqrafik,
yəni gürcü menşeviklərinin hələ 1917-ci ildə irəli sürdükləri «real məskunlaşma»
prinsipini dəstəkləyirdisə, gürcü tərəfi «tarixilik» adlanan prinsipi əldə rəhbər
tuturdu. Faktiki olaraq bununla menşeviklər - Gürcüstan siyasi sisteminin və
dövləti mexanizminin dayaq elementi, milli-demokratların bir qədər əvvəl söhbət
açdığımız ərazi ideologiyasını və onun «açar» anlayışını («Gürcüstanın tarixi
məkanı») əxz etdiklərini nümayiş etdirmiş olurdular.
Azərbaycan və Gürcüstan respublikalarının 1918-ci ilin ikinci yarısında
qarşılıqlı münasibətləri regionda alman-türk hegemonluğunun bərqərar olması
şəraitində cərəyan edirdi ki, bu barədə xüsusi paraqrafda bəhs edəcəyik.
Dostları ilə paylaş: |