Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya


Böyük Monqol imperatorluğu. Qızıl Ordu. Hülakülər



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 

Böyük Monqol imperatorluğu. Qızıl Ordu. Hülakülər 

 

XII əsr

 

Monqol  tayfaları  arasında  qəbilə  münasibətləri  dağılmağa  başladı  və  feodal 



münasibətləri, hərbi təşkilatlar olan ordular - birləşmələr yarandı. 

1206-cı il

 

Onon  çayı  qurultayı  çağırıldı.  Onon  qurultayında  Monqol  dövləti  yaradıldı, 

Temuçin böyük xan - xaqan seçildi və Çingiz adlandırıldı. 

1207-ci il

 

 

Çingiz xan qalibiyyətli hərbi yürüşlərə başladı. 



1207-1211-ci illər

 

 

Çingiz xan qırğız, merkit, uyğur və buynak tayfalarını tabe etdi. 



1211-ci il

 

 

Çingiz xan Şimali Çinə yürüş etdii. 



1215-ci il

 

Çingiz xan Pekin şəhəri  tutdu və Şimali Çinin monqollar tərəfindən işğalı başa 

çatdı. 

1219-1221-ci illər

 

Çingiz xan  Otrar, Buxara, Səmərqənd, Üzgənc və Mərv şəhərlərini ələ keçirdi. 

Mərkəzi Asiya monqollar tərəfindən işğal olundu. 

1220-1222-ci illər

 

 

Şimali İran və Cənubi Qafqazı monqol işğalına məruz qaldı. 



1227-ci il

 

 

Çingiz xan vəfat etdi. Ugedey böyük xaqan oldu. 



XIII əsrin 40-cı illəri

 

Monqollar  Şərqi Avropaya  yürüş etdilər. Monqolların  Şərqi Avropaya  yürüşləri 

nəticəsində bir çox Avropa dövlətləri ələ keçirildi və rus knyazları monqollardan 

vassal  asılılığına  salındı.  Şərqi  Avropada  Batı  xan    tərəfindən  Qızıl  Ordu 

dövlətinin əsası qoyuldu. Qızıl ordunun ilk paytaxtı Saray-Batı sonra isə  Saray-

Bəkrə şəhəri olmuşdu. 



1256-cı il

 

 



Hülakü xan Azərbaycan və İranı ələ keçirdi. 

1258-ci il

 

Hülakü  xan  Bağdadı  ələ  keçirdi.  Abbasilər  xilafətinin  varlığına  son  qoyuldu. 



Beşinci monqol ulusu - Hülakü dövləti yarandı. 

1258-1357-ci illər

 

Hülakülər  dövlətinin  mövcud  olması  dövrü.  Dövlətin  ərazisi  Dərbəndlə  İran 



körfəzi arasında yerləşən ölkələri əhatə edirdi. 

XIII əsrin ikinci yarısı

   

Monqol dövlətində mərkəzi hakimiyyətə tabe olmamaq meylləri gücləndi. 



XIII əsrin ikinci yarısı

 

Xübilay  xanın  hakimiyyəti.  Xubilay  xanın  dövründə  (1264-1284)  paytaxt 

Qaraqorumdan  Pekin  şəhərinə  köçürüldü,  mərkəzi  hakimiyyətə  tabe  olmamaq 

meylləri daha da gücləndi. 



1264-cü il

 

 



Monqol dövlətinin paytaxtı Qaraqorumdan Pekinə köçürüldü. 

XIII əsrin sonları

 

 

Qızıl Ordu dövləti ilə Monqol imperatorluğu arasında əlaqələr tamalilə kəsildi. 



XIV əsrin əvvəlləri

 

 

Monqol dövləti  parçalandı və ərazisində ayrı-ayrı dövlətlər yarandı. 



1357-ci il

 

Qızıl Ordu xanı Canı bəy Azərbaycana yürüş etdi. Yürüş  nəticəsində Hülakülər 

dövləti süqut etdi. 

1380-ci il

 

Moskva  Knyazlığı  ilə  Qızıl  Ordu  arasında  Kulikovo  döyüşü  baş  verdi.  Döyüş 

nəticəsində Moskva knyazı Dmitri Donskoy Qızıl ordu dövlətini məğlub etdi, rus 

knyazlıqları  vassal asılılığından çıxdı. 



1380-1395-ci illər

 

Toxtamış  xanın    hakimiyyəti  dövrü.  Toxtamış  xanın  hakimiyyəti  dövründə 

Moskva    tutularaq  yandırıldı,  rus  knyazlıqları  yenidən  itaət  altına  (vassal 

asılılığına)  alındı,  Əmir  Teymurdan  asılı  olan  ərazilərə  talançı  yürüşlər  təşkil 

edildi. 

1382-ci il

 

 

Toxtamış xan  Moskvanı tutaraq yandırdı. 



1395-ci il

 

Əmir  Teymur    ilə  Qızıl  Ordu  arasında  Terek  çayı  sahilində  döyüş  baş  verdi. 

Döyüş  nəticəsində  Teymur  Toxtamış  xanı  tməğlub  edərək  Qızıl  Ordunun  şərq 

vilayətlərini ələ keçirdi. 



XV əsr

 

Qızıl  Ordu  müstəqil  dövlətlərə  parçalandı.  Qazan,  Həştərxan  Krım  və  Sibir 



xanlıqları  yarandı. Rus knyazlıqlarının Qızıl Ordudan asılılığa son qoyuldu. 

XVI əsrin əvvəlləri

 

 

Qızıl Ordu dövləti süqut etdi. 



 

 

 

 


 

Osmanlı imperatorluğu 

 

1299-cu il



 

 

 

Osmanlı dövləti yarandı. 



1359-1389-cu illər

 

Orxan  qazinin  hakimiyyəti.  Orxan  qazinin  dövründə  paytaxt  Bursa  şəhərinə 



köçürüldü,  Maltəpə  döyüşündə  Bizans  ordusunu  məğlub  edildi,  yeni  fəthlər 

davam  etdirildi,  dövlətin  sərhədləri  Egey  dənizindən  Konstantinopoladək 

genişləndi,  Osmanlı  dövləti  inzibati  cəhətdən    ilk  dəfə  paşalıqlara  və 

sancaqlıqlara bölündü, hərbi islahatlar nəticəsində ilk dəfə  olaraq muzdlulardan 

ibarət piyada (yeniçəri) və süvari qoşunlar yaradıldı. 

1361-1389-cu illər

 

Sultan I Muradın hakimiyyəti. Sultan I Murad Osmanlı dövləti tarixində ilk dəfə 

olaraq  sultan  titulunu  qəbul  etmişdi.    Sultan  I  Muradın  dövründə  Balkanlarda 

Osmanlı  fəthləri davam etdirildi,  Ədirnə  şəhəri  ələ  keçirildi  və    paytaxt Ədirnə 

şəhərinə köçürüldü, Bizans və Bolqarıstan  Osmanlılardan asılı vəziyyətə düşdü. 

1361-ci il

 

 

Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə köçürüldü. 



1371-ci il

 

Çirmən  döyüşündə  Osmanlılar  Serbiya  dövlətini    məğlub  etdi.  Məğlubiyyət 

nəticəsində Serbiya osmanlılardan asılılığı qəbul etdi və hər il Osmanlılara  əsgər 

və vergi verməyə məcbur oldu. 



1389-1402-ci illər

 

I  İldırım  Bəyazidin  hakimiyyəti.  İldırım  Bəyazidin  dövründə  dövlətinin 

sərhədləri  genişləndi,  Albaniya  və  Bosniyanın  bir  hissəsi    osmanlıların 

hakimiyyəti  altına  düşdü,  Osmanlılar  bütün  Bolqarıstanın  işğalını  başa  çatdırdı, 

Osmanlı dövləti  Əmir Teymurun  hücumuna məruz qaldı. Əmir Teymura qarşı 

mübarizə  aparmaları  Dehli  sultanlığı  və  Osmanlı  imperiyası  tarixi  üçün  oxşar 

cəhət təşkil edir. 

1402-ci il

 

Bəyazidlə  Teymur  arasında  Ankara  döyüşü  baş  verdi.  Döyüşdə  osmanlılar 

məğlub  oldu,  Bəyazid  və  onun  iki  oğlu  əsir  düşdü.  Əmir  Teymur  Osmanlıların 

hakimiyyəti altında olan torpaqları Bəyazidin dörd oğlu arasında böldü. Teymur 

özü də bilmədən Avropanı Osmanlı işğallarından xilas etdi. 

1421-1451-ci illər

 

Sultan  II  Muradın  hakimiyyəti.  II  Muradın  dövründə  Osmanlı  dövlətində 

hakimiyyət mübarizəsi başa çatdı və dövlətin əvvəlki qüdrəti bərpa edildi. 

1453-cü il 29 may

 

II  Mehmet  Konstantinopolu  fəth  etdi.  Osmanlı  qoşunlarının  Konstantinopolu 

tutması nəticəsində Bizans imperiyasının varlığına son qoyuldu, Konstantinopol  

şəhəri İstanbul adlanaraq Osmanlı dövlətinin paytaxtına çevrildi. 



1520-1566-cı illər

 

Sultan  I  Süleyman  Qanuninin  hakimiyyəti.  Süleyman  Qanuninin  dövründə 

Səfəvi dövləti ilə Osmanlılar arasında qanlı müharibələr başladı, Misir Osmanlı 

dövlətinə    tabe  edildi  və  Osmanlı  gəmilərinin  Qırmızı  dənizə  yolu  açıldı, 

Osmanlılar Belqradı, Cənubi və Mərkəzi Macarıstanı tutdu, Bağdadın tutulması 

nəticəsində  osmalıar  Mesopotamiya  üzərində  nəzarəti  ələ  keçirdilər  və  İran 

körfəzinə çıxdılar. 

1514-cü il

 

 

Çaldıran düzündə Osmanlılar  Səfəviləri  məğlub etdilər. 



1521-1526-cı illər

 

 

Sultan I Süleyman Belqradı, Cənubi və Mərkəzi Macarıstanı tutdu. 

 

 

 



 

 

 



 

 

 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə