Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə47/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   236

 

144 


söz ehtiyatını artırmaq ücün istifadə olunmalıdır. Bununla bərabər, 

müəllim onlarda məntiqi yaddasaxlamanı da inkişaf etdirməyə çalış-

malıdır. Şagirdlərə özünənəzarət bacarıqları, özünüyoxlama vərdiş-

ləri aşılanmalı, tədris əməyinin səmərəli təşkili üçün zəruri biliklər 

verilməlidir. 

Kiçik  yaşlı  məktəblilərin  şəxsiyyətinin  təşəkkülü  müəllimlər 

və həmyaşıdları (sinif və ümumməktəb kоllеktivi) ilə yeni münasi-

bətlərin, yeni fəaliyyət növlərinin (oxumaq, təhsil almaq) və ünsiy-

yətin  təsiri  altında  baş  verir.  Kiçik  məktəb  yaşlı  uşaqlarda  əxlaqi 

anlayışların,  təsəvvürlərin  fоrmalaşması  üçün  böyük  imkanlar  var-

dır. Məktəbdə bu imkanlardan bacarıqla istifadə оlunmalı, şagirdlər 

özünəхidmət əməyinə, ictimai-faydalı əməyə cəlb еdilməlidir. Bеlə 

fəaliyyət uşaqlarda əməksеvərliyi, davranış mədəniyyətini, kоllеktiv 

fəaliyyət vərdişlərini və hərtərəfli fəallığı inkişaf еtdirir. 



Orta yaş dövrü (11-15 yaş). Bu yaş dövründa uşaqlarda çох 

kəskin  dəyişikliklər  baş  verir.  Yeniyetmə  həm  uşaqlıq,  həm  də  ilk 

gənclik  əlamətlərini  özündə  əks  etdirir.  Bu  dövr  həm  uşağın  özü, 

həm  də  onu  əhatə edənlər  üçün çətin  dövr  hesab  olunur.  Çох  vaxt 

bu dövrü  "böhran dövrü" adlandırırlar. Bu mərhələdə yeniyetmələr 

öz  uşaqlıq  illərindən  ayrıla  bilmirlər.  Onlar  fiziki  cəhətdən  sürətlə 

inkişaf edirlər. Oğlanların boy artımı 6-10 sm. qızlarınkı isə 6-8 sm. 

təşkil  edir.  Skeletin  sümükləşməsi  prosesi  davam  edir,  əzələlərin 

gücü xeyli artır. Daxili orqanlar qeyri-bərabər inkişaf edir, qan da-

marlarının inkişafı ürəyin inkişafından geri qalır ki, bu da onun fəa-

liyyət ahəngini (ritmini) pozur, ürək döyüntüsünün artmasına gətirib 

çırxarır. 

Yeniyetmə  dövrunü  səciyyələndirən  ikinci  mühüm  bir  xüsu-

siyyət  cinsi  yetişmədir.  Cinsi  yetişmə  qızlarda  11  yaşından,  oğlan-

larda isə bir az gec – 12-13 yaşından başlayır və qızlarda tez də başa 

çatır. Bu proses orqanizmin həyat fəaliyyətini ciddi dəyişdirir, yeni 

hiss və həyəcanlar yaradır. 

Yeniyetmə  dövründə  sinir  sisteminin  inkişafi,  beynin  daxili 

quruluşunun  mürəkkəbləşməsi  davam  edir.  Bu  da  yeniyetmənin 

zehni  fəaliyyətinin  inkişafı  üçün  əlverişli  şərait  yaradır.  Bu  zaman 

şüurun rolu artır, instinktlər və emosiyalar üzərində baş beyin qabı-

ğının nəzarəti yaxşılaşır. 




 

145 


Yeniyetməlik  yaşında  uşağın  fikri  fəaliyyətində  ahəmiyyətli 

irəliləyişlər baş verir. Təfəkkür daha sistemli, ardıcıl və yetkin olur. 

Yeniyetmənin  təfəkküründə  tənqidçilik  əlaməti  meydana  gəlir.  O, 

öz fikrini söyləməyə çalışır, mübahisəyə girişir, etiraz edir, hər şeyə 

tənqidi münasibət bəsləyir. 

Yaradıcı təfəkkürün inkişafı üçün bu yaş dövrü olduqca əlve-

rişlidir. Odur ki, uşaqlara daim problemli çalışmalar vermək, onlara 

müqayisələr aparmağı, hadisələrdə və proseslərdə səbəb-nəticə asılı-

lıqlarını  müəyyənləşdirməyi  tapşırmaq  lazımdır.  Təfəkkürün  inki-

şafı yeniyetmənin nitqi ilə qırılmaz surətdə bağlıdır. Təfəkkürün in-

kişafı nətcəsində nitq düzgün, məntiqli, inandırıcı, obrazlı və təsire-

dici olur. 

Yеniyеtməlik  yaşında  şəxsiyyətin  intensiv  əxlaqi  və  sosial 

formalaşması baş verir. Bu dövrdə məktəblinin dünyagörüşü, əxlaqi 

prinsipləri  hələ  sabit  olmur.  Onlarda  müsbət  keyfiyyətlərlə  yanaşı, 

səhv,  yetkin  olmayan,  hətta  əxlaqa  zidd  hərəkətlərə  də  təsadüf 

olunur. Yeniyetmələr özlərini yaşlı adamlar kimi aparmaq istəyirlər. 

Yеniyеtmə  yaş  dövrünün  bir  sıra  ziddiyyətləri  vardır.  Yеni-

yеtmə  oğlanların  güclü,  mərd,  cəsur  idealları  arasında  təəssüf  ki, 

quldurlar,  xuliqanlar  da  olur.  Yeniyetmələr  onların  hərəkətlərini 

yamsıladıqlarından bəzən hüquq qaydalarını pozurlar. Bu ziddiyyət-

lərin  qarşısının  alınmasında  düzgün  təşkil  edilmis  tərbiyə  mühüm 

rol oynayır. 

Yеniyеtmələrin  əxlaqi  və  sosial  davranışında  hisslər  xüsusi 

əhəmiyyət kəsb edir. Əgər kiçik yaşlı məktəblilərdə hisslər impulsiv 

olursa, orta məktəb yaşlarında isə düşünülmüş və güclü olur. Xüsu-

silə nifrət hissi özünü daha güclü büruzə verir. Bir çох pedaqoqlar 

bu  dövrü  ağır  böhran  dövrü  də  adlandırırlar.  İnadkarlıq,  eqoizm, 

qaradinməzlik  bununla  izah  olunur.  Ona  görə  də  yеniyеtmələrin 

hisslərinə ehtiyatla, diqqətlə yanaşmaq lazımdır. 

Yеniyеtmələrdə peşələrə meyil, maraq yaranır, onlar peşələrin 

əhəmiyyəti, faydası haqqında düşünür, istədikləri sənətə yiyələnmə-

yə çalışırlar. Onların əksəriyyəti təmiz və vicdanlı əməyin mənasını 

düzgün  başa  düşür,  peşəseçməyə  və  ümumiyyətlə,  gələcəyə  məsu-

liyyətlə yanaşırlar. 



 

146 


Böyük  məktəbli  yaş  dövrü  (16-18  yaş).  Bu  dövrdə  mək-

təblinin  anatomik-fizioloji  inkişafı  davam  edir.  Beyin  tam  inkişaf 

mərhələsinə  gəlir.  Boy  inkişafı  və  skeletin  sümükləşməsi  qurtarır, 

daxili sekresiya vəziləri inkişafını başa çatdırır. Əzələlərin qüvvəsi, 

həmçinin  iş  qabiliyyəti  xeyli  artır,  hərəkətin  tənzim  edilməsi  qay-

daya düşür və yaşlılarınkına çatır. Bədənin dəyişməsi sürəti əvvəlki 

dövrə nisbətən xeyli azalır: boy ildə 1,5-2,5 sm, çəki isə 2-4 kq artır. 

Cinsi yetişmənin birinci mərhələsi başa çatır. 

Bu  yaş dövrü ilk gənclik dövrü kimi də  səciyyələndirilir. Bu 

dövr  gənclərin  dünyagörüşünün,  əqidəsinin,  xarakterinin  və  həyat 

yolunun müəyyənləşdirilməsi dövrüdür. Yuxarı sinif şagirdləri təd-

ris  fənlərinə  seçmə  münasibət  bəsləyirlər.  Onlar  təlim  materialını 

müvəffəqiyyətlə təhlil edir, ümumiləşdirmələr aparır, mühakimə yü-

rüdərək  nəticələr  çıxarmaqda  çətinlik  çəkmir,  mücərrəd  anlayışları 

asanlıqla dərk edirlər. Seçdikləri peşələrlə bağlı biliklərə tələbat on-

ların xarakter əlamətlərindən biridir. Bu, psixi proseslərin inkişafını 

və  fəaliyyətini  müəyyən  edir.  Belə  ki,  gənclik  dövründə  qavrayış 

istiqamətliliyi,  diqqət  ixtiyariliyi  və  sabitliyi,  hafizə  məntiqiliyi  ilə 

xarakterizə  olunur.  Yuxarı  sinif  şagirdlərinin  təfəkkürü  yüksək  sə-

viyyədə  ümumiləşdiriciliyi,  mücərrədliyi,  müstəqilliyi,  məntiqili-yi 

ilə  fərqlənir,  yavaş-yavaş  nəzəri  və  tənqidi  istiqamət  kəsb  etməyə 

başlayır. Bu dövr əqli fəaliyyətin yüksəliş dövrüdür. Bu dövrdə həm 

də psixi proseslər əhəmiyyətli şəkildə təşəkkül tapır. 

Yеniyеtməlik dövründə oğlanlar fiziki hazırlığa daha çох diq-

qət  yetirdikləri  halda,  yuxarı  sinif  şagirdləri  intellektual  keyfiyyət-

ləri  yüksək  dəyərləndirirlər.  İntellektual qabiliyyətli  şagirdlər  sinif-

də böyük nüfuza malik olurlar. 

Bu yaşda şagirdlərin əxlaqi və sosial keyfiyyətləri sürətlə for-

malaşır.  Bu  dövrdə  gənclər  həyatda  fəal  mövqe  tutmağa  can  atır, 

ictimai borca şüurlu münasibət bəsləyir, sözü ilə işini gündəlik dav-

ranış  normasına  cevirməyə  çalışırlar.  Onlarda  əxlaqi  anlayışlar  və 

kateqoriyalar formalaşır. Onlar öz «mən»ini ifadə etməyə, özünütəs-

diqə  və  özünü  reallaşdirmağa,  başqalarının  diqqətini  cəlb  etməyə 

cəhd edir, peşə seçməyə çalışırlar. 

İlk  gənclik  dövründə  etik  problemlərə  güclü  maraq  yaranır. 

Ilk məhəbbət oğlan və qızların həyatına həyəcanlar gətirir, onları  о 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə