18
Onlar belə hesab edirdilər ki, pedaqogika digər elmlərin məlumat-
larını assimilyasiya etməklə yanaşı, nisbi müstəqil elm sahəsidir.
Buna baxmayaraq, elmi biliklər sisteminin modeli qurularkən ənə-
nəvi olaraq üç əsas bilik sahələri – təbiət, cəmiyyət və təfəkkür elm-
ləri orada əsas yer tutur.
Nəzəri problemlərin intensiv həlli metodikalarının formalaş-
ması, metodoloji məsələlər üzrə tədqiqatların nəticələri pedaqo-
gikanın müstəqil bir elm kimi öz hüquqlarını bərpa etməsinə imkan
verdi. Artıq XX əsrin 30-40-cı illərində pedaqogikanın həm nəzəri
və həm də tətbiqi bir elm olması təsdiq olundu.
Məlum olduğu kimi, vahid olan elmin hər bir sahəsi başqa sa-
hələrindən üç mühüm əlamətinə görə fərqlənir: a) hər bir sahənin
özünün xüsusi tədqiqat obyekti və buna uyğun predmeti vardır;
b) hər bir sahə özünün obyektini öyrənmək üçün tədqiqat metodla-
rından istifadə edir; ç) hər bir sahənin tədqiqat obyektinə uyğun
olan anlayışlar sistemi fəaliyyət göstərir. Pedaqogika elminin başqa
elmlərdən fərqləndirən birinci əlamət onun özünəməxsus tədqiqat
obyektinə malik olmasıdır. Bu obyekt bəşəriyyətin əldə etmiş
olduğu təcrübəni yeni nəsillərə verməyin spesifik xüsusiyyətləri ilə
xarakterizə olunur. Təcrübənin verilməsinin qanunauyğunluqlarını,
prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir elm özü
üçün spesifik obyekt hesab edə bilməz. Həmin obyektdə (yəni
təcrübənin verilməsi prosesində) fəaliyyət göstərən qanunauyğun-
luqlar, prinsiplər, metodlar və s. məhz pedaqogikanın anlayışlar sis-
temini təşkil edir. Pedaqogika öz obyektini öyrənmək üçün pedaqoji
müşahidə, pedaqoji müsahibə, pedaqoji eksperiment kimi tədqiqat
metodlarından istifadə edir ki, başqa elmlərdə həmin metodlar özü-
nü pedaqogikada olduğu şəkildə büruzə vermir .
Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər
elmlərdən bəzi ideyaları əxz edir, amma hər şeydən əvvəl özünün
nəzəri tədqiqatlarına əsaslanır. Nəzəri pedaqogika pedaqoji elmlər
sisteminə daxil olan bütün elm sahələri üçün baza elmidir. Onların
hamısının elmi-nəzəri əsasını müasir nəzəri pedaqogika təşkil edir.
Pedaqogika elminin sürətlə diferensiasıyası nəticəsində o, ar-
tıq adi pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır. Ona
bu statusun verilməsi həm şaxələnmə hadisələrinin baş verməsi,
19
həm də baza elmi statusunu saxlaması ilə əlaqədardır. Hər bir elm
kimi pedaqogika da öz müstəqilliyini saxlamaqla bir sıra başqa
elmlərlə sıx əlaqədardır. Bu əlaqə ilk növbədə insanı başqa istiqa-
mətlərdə öyrənən elmlərlə bağlıdır. Pedaqogika hər şeydən əvvəl
ümumi psixologiya, uşaq psixologiyası, pedaqoji psixologiya və
sosial psixologiya ilə əlaqədardır. Bioloji elmlər, fiziologiya, gigi-
yena ilə pedaqogikanın əlaqəsi qaçılmazdır. Danılmazdır ki, tarix
boyu pedaqoji nəzəriyyələr fəlsəfi görüşlərlə sıx bağlı olmuş, çox
zaman filosoflar tərəfindən irəli sürülmüşdür. Müxtəlif tərbiyə sis-
temləri bu və ya başqa fəlsəfi cərəyanın təsiri altında olmuş, zə-
manəmizin ya qabaqcıl, ya da mürtəce fəlsəfəsinə istinad etmişdir.
Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi, siyasi quruluşun müxtəlifliyi
ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Pedaqogika
elmi bu cərəyanların təbiətini açır, təlim, tərbiyə və təhsil sahəsində-
ki əks-sədanı təhlil edir, onların mütərəqqi cəhətlərini ortaya qoyur.
Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun
predmeti ilə şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və texnoloji
olmaqla iki yerə bölünür.
Unutmayaq ki, pedaqogika özünün nəzəri və texnoloji funk-
siyalarını vəhdətdə həyata keçirir.
Nəzəri funksiyalar üç səviyyədə təzahür edir:
1.
Təsviredici və izahedici səviyyə (bu, qabaqcıl pedaqoji
təcrübəni öyrənməkdir);
2.
Diaqnostik səviyyə (bu, pedaqoji hadisələrin vəziyyətini,
pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən
şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur);
3.
Proqnostik səviyyə (bu, pedaqoji gerçəkliyi eksperimental
yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini
qurmağı nəzərdə tutur).
Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata
keçirilir:
1.
Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərs-
lik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması
və s. daxildir);
20
2.
Dəyişdirici səviyyə (bu səviyyədə pedaqoji elmin nailiy-
yətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq
məqsədilə tətbiq olunur);
3.
Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqiqatla-
rın nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını
qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə praktik fəaliyyətin
qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur) .
Bir elm sahəsi kimi pedaqogika elmi özündə üç hissəni birləş-
dirir: O nəyi öyrənmişdir? O nəyi öyrənməlidir? O nəyi öyrətmə-
lidir? Bu üç hissə arasında tarixilik, inkişaf və təkmilləşmə prosesi
vardır.
Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi ola-
raq fərqləndirilən bölmələr bunlardır: pedaqogikanın ümumi əsas-
ları, didaktika, tərbiyəşünaslıq və məktəbşünaslıq. Bu bölmə-
lərin hər biri nisbi müstəqil nəzəriyyə kimi (elmi idrakın forması
olmaqla) pedaqogikanın strukturunda yer tutmuşdur. Pedaqogika
elmi-pedaqoji nəzəriyyələrin məcmusu kimi təqdim oluna bilər. Bu
gün hər bir nəzəriyyənin (məsələn, didaktikanın) özünün inkişafı
nəticəsində yeni-yeni nəzəriyyələr (məsələn, “Müasir dərs nəzəriy-
yəsi”) işlənib hazırlanmışdır. Bu onu göstərir ki, pedaqogika elmi
inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir.
***
Burada “nəzəriyyə” anlayışı ilə bağlı şərh verməyi də məqbul
sayırıq, düşünürük ki, faydalı olar. Çünki bu anlayışdan sonrakı inter-
pretasiyalarda tez-tez istifadə olunacaqdır.
Öncə qeyd etməliyik ki, hipoteza ilə tutuşdurulduqda nəzəriyyəni
elmi idrakın forması kimi daha aydın şəkildə dərk etmək mümkündür.
V.H.Nəsirov və Ə.B.Məmmədov göstərirlər ki, hipoteza yalnız elm və
bəşəriyyətin praktikası tərəfindən təsdiq edildikdən sonra elmi nəzəriyyəyə
çevrilir, bununla da elmi idrakın yeni, nisbətən daha yüksək forması olan
nəzəriyyə yaranmış olur. Aralarındakı bir sıra prinsipial fərqlərə baxma-
yaraq hipoteza və nəzəriyyə elmi biliyin sistemləşdirilməsinin öz arala-
rında qarşılıqlı əlaqələnən iki müxtəlif formasıdır; idrakın inkişafı pro-
sesində hipoteza nəzəriyyəyə çevrilir.
P.V.Kopninin təbirincə desək, “hipoteza ilə səhih nəzəriyyənin
qarşılıqlı əlaqəsi o dərəcədə ayrılmazdır ki, onlar bir-birinə elə qarşılıqlı