Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   2   3   4   5   6   7   8   9   ...   33


 
30. Layihə ofisi və idarə edilməsi ................................................ .85 
31.İdarəetmə standartları və metodları ......................................... .93 
32. Layihə ofisinin yaradılması .................................................... .97 
33. Kommunikasiya. Əməkdaşlarla iş. İclasların təşkili  
və keçirilməsi. Sənədlərin toplanması və qaydaya  
salınması. İşgüzar yazışmaların və hesabatların tərtib  
edilməsi. İşgüzar danışıqların aparılması ..................................... 99 
Ədəbiyyat……............................................................................109 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Giriş 
 
Insanlar  hər  hansı  bir  məqsədə  çatmaq  üçün  vəsait  axtarır, 
tapandan  sonra  müəyyən  vaxt  ərzində  bəzi  risklərə  getməklə, 
məqsədə  çatmaq  istiqamətində  keyfiyyətli  işlər  həyata  keçirir: 
materiallar  alınır,  işçi  qüvvələri  səfərbər  edilir,  vəzifələr  və 
məsuliyyətlər  bölüşdürülür,  danışıqlar  aparılır,  müqavilələr 
imzalanır və işləriın icrasına nəzarət edilirBütün bu işlərin çoxluğu 
hər hansı bir layihənin həyata keçirilməsinin əsasını təşkil edir. 
        Məqsəd, əlaqəli işlər kompleksi, başlanğıc və son müddətlər və 
nadirlik  kimi  faktorlar  müxtəlif  xarakterli  fəaliyyət  növlərini  bir-
birinə  bağlayır  və  layihələri  həyatın  digər  fəaliyyət  növlərindən 
fərqləndirir. 
«Layihə»  hər  hansı  miqyaslı  bir  tədbirin  planlaşdırılması  və 
həyata keçirilməsi kimi qəbul edilir,  «layihələrin idərə edilməsi» isə  
bu  proseslərin  idarə  edilməsinə  deyilir.  Layihə  hər  hansı  bir  nəticə 
əldə  edilməsini  deyil,  məhz  bu  proseslərin  uğurla  idarə  olunmasını 
nəzərdə  tutur,  çünki  layihənin  uğurla  başa  çatması  onun  düzgün 
idarə edilməsindən asılıdır. 
Layihə  yerinə  yetirilərkən  hər  bir  aralıq  mərhələdə  görülən 
işlərin  gedişi  və  nəticələr  yoxlanılmalı  və  son  məhsulun  keyfiyyəti 
qiymətləndirilməlidir.  
İstənilən  layihə  «nəyisə  dəyişmək»  ideyasından  başlayır. 
İnsanın  fəaliyyət  göstərdiyi  istənilən  sahədə  -  elmdə,  incəsənətdə, 
istehsalatda,  məişətdə  və  s.  ətraf  mühitimizi  dəyişmək  ideyası 
mövcuddur.  Bu  dəyişiklik  qlobal  dəyişikliklərdən  başlayaraq 
zavodlarda yenidənqurma və daha sonra məişət əşyalarının alınması 
sahəsinə  kimi  əhətə  edə  bilər.  Bu  səbəbdan  deyilir  ki,  layihələr 
dünyasının  sərhədi  yoxdur.  Tədqiqat  layihəsi,  istehsalat  ilə  bağlı 
layihə,  təhsil,  səhiyyə,  informasiya  texnologiyaları,  maliyyə, 
mədəniyyət və investisiya fəaliyyəti ilə bağlı layihələrin olması buna 
sübutdur. 
Layihənin  daxilində  yerinə  yetirilən  işlərin  həcmindən  asılı 
olaraq  onun  üçün  müvafiq  idarəetmə  sistemləri  yaradılır.  Layihələr 
onlarla,  yüzlərlə  və  minlərlə  parametrlərlə  xarakterizə  oluna  bilər. 
Ona görə də iri layihəni idarə etmək hətta bir neçə insanın imkanları 
daxilində deyildir. Belə layihələri idarə etmək üçün yeni informasiya 



 
tcxnologiyalarından istifadə etmaklə bir neçə qrup mütəxəssislər işə 
cəlb olunurlar, layihə ofisi yaradılır.
 
Üç  parametr:  vaxt,  büdcə  və  keyfiyyət  rəhbərlərin  həmişə 
diqqət  mərkəzində  olmalıdır.  Layihəni  vaxtında  bitirməyəndə  onun 
icra  müddəti  uzanır,  icra  müddəti  uzandıqca  ona  çəkilən  xərc  artır. 
Layihələrin  idarə  edilməsi  zamanı  mahz  bu  üç  parametrlərin 
paylaşdırılması  elə  olmalıdır  ki,  hər  hansı  bir  layihə  vaxtında, 
keyfiyyətli və büdcə müqabilində yerinə yetirilsin. 
Fənnin  tədrisində  layihələrin  idarə  olunması  ilə  bağlı  aşağıdakı 
məsələlər izah olunur. 
Əvvəlcə  layihələrə  verilən  təriflər,  layihəni  səciyyələndirən 
əlamətlər,  layihənin  növləri  və  təsnifatı  layihənin  mühiti  və 
iştirakçıları,  layihənin  məqsədi,  strukturu  və  həyat  dövrü  kimi 
məsələlər  araşdırılır.  Eyni  zamanda  layihəni  səciyyələndirən  on 
əlamətin  hər  biri  ayrı-ayrılıqda  izah  edilir  və  layihələrə  təsir  edən 
qüvvələrin qrafik təsviri göstərilir. 
Daha  sonra  layihələrin  idarə  edilməsi  prosesi  və  zərurəti, 
layihələrin  idarə  edilməsindən  faydalanan  tərəflər  və  layihələrin 
intellektual idarəetmə sistemləri ilə bağlı mövzuların tədrisi nəzərdə 
tutulur. 
Layihələrin  idarə  edilməsinin  Qərb  modeli,  layihələrin  idarə 
edilməsi  üzrə  Avropa  və  Amerika  beynəlxalq  təşkilatları  haqqında, 
keçmişin və bu günün müsbət tendensiyalarının təhlilləri  haqqında 
məsələlər açıqlanır. 
 Layihənin  təşkilatı  strukturlarının  yaradılması  prinsipləri  və 
təşkilati  strukturların  növləri,  layihə  komandasının  üzvlərinin  bilik 
və  təcrüblərinin  beynəlxalq  standartlar  əsasinda  qurulması 
prinsiplərinə  baxılır.  Eyni  zamanda  Yapon  sahibkarının  idarəetmə 
üslubu nəticəsində yüksək nəticələrin əldə edilməsi nümunə kimi və 
bir model kimi göstərilir. 
Layihələrin idarə edilməsində yaranmış münaqişələrin növləri, 
layihə  rəhbərinin  münaqişələrdə  rolu,  münaqişələrin  nəticələri, 
münaqişənin digər işlərə təsiri və onun idarə edilməsi modelləri kimi 
mövzular izah edilir. 
Keyfiyyətin  idarə  edilməsi,  keyfiyyətin  idarə  edilməsində 
layihə  rəhbərinin  rolu  və  apardığı  siyasəti,  onun  bu  istiqamətdə 
strategiyasi, keyfiyyət sistemi və bu sistemə olan tələblər araşdırılır. 
Keyfiyyət sisteminə və siyasətinə olan tələblərin nümunələri verilir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə