Müsəlman elmi
114
tləri (stereoqrafik proyeksiya), səma meridianları, dünya qütbünü və
horizontunu göstərən xətt qeyd olunur. Verilən coğrafi endən asılı
olaraq dünya qütbünün vəziyyəti və səma koordinat torunun
proyeksiyası müxtəlif olur. Ona görə də, timpanların üzərində müxtəlif
cografi enlər üçün səma koordinatları qeyd olunur. Cihazın mərkəz
oxuna bərkidilmiş nişanlama xətkeşini ölçülən əşyaya tuşlamaqla onun
uzərində qeyd olunmuş tarixi və ya vaxtı təyin etmək olur. Bu cihazın
köməyi ilə həm də günəşin və ayın vəziyyəti, həmçinin ayın üzünün
tutulması
fazalarını
tapmaq
olur.
Astrolabın
triqonometrik
hesablamalara əsaslanan işləmə prinsipinin dəqiqliyi, onun hissələrinin
hazırlanma dəqiqliyindən asılı idi. Ədəbiyyatlarda bu hissələrin hazır-
Şəkil 1.73. Astrolab.
Müsəlman elmi
115
lanma texnologiyasına aid heç bir məlumata rast gəlinmir.
Fizikanın inkişafında İbn əl Hətəmin işləri vacib rol oynamışdır
[1.64]. O Ptomoleyin səma hadisələrinin riyazi modelini interpretasiya
etmək və Aristotel fizikası ilə uzlaşdırmaq üzrə tədqiqatlar aparmışdır.
Müsəlman riyazi elminə aid edilən optik problemlərin riyazi üsullarla
araşdırılması da İbn əl Hətəmiyə mənsubdur. İbn əl Hətəmi apardığı
astronomik tədqiqatlarında əldə etdiyi nəticələrini yalnız işlədiyi nəzəri
əsaslarla yoxlaya bildiyi halda, optikada məlum olan problemlər ona
prinsipial olaraq sınaqlara keçməyə imkan vermişdir. Apardığı
sınaqların nəticələrini düzgün qiymətləndirmək üçün cihazlardan
düzgün istifadə etmək və lazım gəldikdə işlədiyi riyazi nəzəriyyəyə
əsasən yenisini düzəltmək İbn əl Hətəminin görkəmli bir fizik olmasını
sübut edir [1.64]. Məsələn, o ilk dəfə olaraq işığın düzxətli yayılması
ideyasını, içi boş güzgüyə düşən işığın dağılmasını sınaqların köməyi ilə
yoxlamışdır. O, optika sahəsində gördüyü işlərin nəticələrini bir neçə
kitab şəklində çap etdirmişdir. Onun kitablarından “Kitab fil manazir”
(ərəb. Böyük optika) ən məşhurudur. Bu kitab haqqında Roqer Bakon,
Vitelos və Con Pekams, Leonardo da Vinçi və Yohannes Kepler kimi
alimlərin işlərində qeyd edilmişdir. İbn əl Hətəm işığı kiçik hissəciklər
axını kimi təsvir edir. O, qabarıq və çökük səthlərdə, silindrik, konik,
sferik
güzgülərdə
işığın
refleksiya
olunmasının
xassələrini
araşdırmışdır. İbn əl Hətəm işığı iki tərkib hissəyə bölmüşdür. Onlardan
biri güzgü səthinə paralel, digəri isə ona perpendikulyar izah olunur.
İşığın refleks olunması haqqındakı qanunu sınaqlarla sübut etmək də İbn
əl Hətəmiyə aiddir. Ancaq bu çox vaxt səhv olaraq Bakonun adına
yazılır [1.64].
XII əsrdə ilk dəfə olaraq müsəlman alimləri tərəfindən mexaniki
hərəkətin dinamik və kinematik xassələri araşdırılmışdır. Buna
müsəlman alimlərindən İbn Rəşid və İbn Baccanın tədqiqtlarında
Aristotelin işlərinə dair yazdıqları izahatda rast gəlinir. Bu ideya XIII
əsrdə İngiltərədə xristian filosofları tərəfindən daha təkmilləşdirilmişdir.
Müsəlmanlar öz ideyalarının bir çoxunu çinlilər, hindlilər və bizans-
Müsəlman elmi
116
lılardan götürmələrinə baxmayaraq onlar bu texniki vasitələrdə
əhəmiyyətli dərəcədə təkmilləşdirmə və yeniləşmə aparmış, seqmentli
dişli çarxları, müəyyən avtomatik tənzimləmə sistemləri və hidravlik
qurğuları tətbiq etmişlər. Onların işlərinə həmçinin müxtəlif saatlar və
alətlərin, qənd istehsalı və bitki yağlarının çıxarılması üçün maşınlar aid
idilər. Bu maşınlardan bəziləri bu günə kimi bizə gəlib çatmışdır. O
dövrdə körpü və su bəndlərinin tikintisi geniş yayılmışdır. Çaylar
üzərində qurulmuş su dəyirmanları su enerjisindən istifadə edərək
müxtəlif məqsədlər üçün istifadə edilirdi. Bu məqsədlə ilin
mövsümündən asılı olaraq suyun səviyyəsini sabit saxlamaq üçün su
bəndlərindən istifadə edilirdi. Arxeoloji tapıntılar göstərir ki, bu
enerjidən hətta ağacların mişarlanmasında da istifadə olunmuşdur.
Külək dəyirmanlarının tətbiqi hələ xəlifə Ömərin (634
−
44 cü illər)
hökmranlıq
etdiyi
dövrdə
məlum
idi.
Avropada
isə
külək
dəyirmanlarının tətbiqinə aid ilk dəfə olaraq 1105-ci ildə bir dini icmaya
külək dəyirmanının hazırlanması üçün verilən icazəni göstərən fransız
aktında rast gəlinir. Əl Qəzvin öz kitabında Seyistanda (indiki
Əfqanıstanda) daimi hərəkətdə olan belə bir külək dəyirmanın
tətbiqindən yazır. Bu dəyirmanlar əsasən iki hissədən ibarət idilər. Aşağı
hissədə, yəni otaqda pərlər bərkidilmiş val, yuxarı otaqda isə daşlar
yerləşdirilirdi. Yelkənin oxu üfiqi, daşların valı isə şaquli yerləşirdi. Bu
vallar bir-biri ilə dişli çarxların köməyi ilə birləşdirilmişdilər. Bu
dəyirmanların qalıqlarına indi də rast gəlmək olur [1.68, 1.69] .
Qədim müsəlman dünyasında bir çox məşhur mühəndislər olmuşlar.
Bunlardan Əl Qaracı (XI əsr) “Gizlənmiş suyun çıxarılması” (ərəb.
İnbat Əl Miyah Əl-kəfiyyə) adlı kitabında həndəsənin tətbiqi və
hidrologiyada riyaziyyatın tətbiqini təhlil etmişdir. O, su mənbələrinin
tapılması, quyuların qazılması, yeraltı borulardan istifadə edilməsini
təsvir etmişdir.
Ən məşhur müsəlman mühəndisləri kimi Tağı Əl Din, Əl Zərqəli,
Banu Musa və Əl Cəzari sayılırlar. Təəssüf olsun ki, bu mühəndislərin
işləri az tədqiq olunduğundan onlar haqqında texniki ədəbiyyatlarda az
Dostları ilə paylaş: |