Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

 
 
 
81 
-  Mən  Şerlok  Holmsam.  Sənətim  başqalarının  bilmədiklərini 
bilmək, tapa bilmədikləri şeyləri axtarıb tapmaqdan ibarətdir. 
-  Ancaq siz bu iş barəsində bir şey bilmirsiniz ki. 
-      Bağışlayın,  mən  artıq  sizin  düşündüyünüz  o,  məsələ  barədə 
hər şeyi bilirəm. Siz Brikston Roudda yaşayan Xanım Okşotdan 
Brekinricin  aldığı  qazı  tapmağa  çalışırsınız.  Buradan  da  həmin 
qaz,  Alfada  Cənab  Uindiqeytin  qaz  klubundan  həmin  klubun 
üzvü olan Cənab Henri Beyker tərəfindən alınmışdı. 
-   A..a, ser! Siz elə mənim görüşmək istədiyim adamsınız, - deyə 
balacaboy  kişi  həyəcandan  qışqırdı.  -  Mən  bu  işlə  çox 
maraqlanıram. 
-  Bəli, bunu bilirəm. - Şerlok Holms dedi. - Biz bu barədə rahat 
bir    otaqda  danışmalıyıq,  belə  bir  soyuq  küçədə  yox.  Zəhmət 
olmasa, əvvəlcə adınızı deyin. 
    Balacaboylu kişi bi az susdu, sonra dedi: 
-   Adım Ceyms Riderdir. 
-    A...a,  Kosmopolitan  mehmanxanasında  baş  xidmətçi.-  Holms 
dedi.  -  Zəhmət  olmasa,  mənimlə  gedək.  Sizi  maraqlandıran  hər 
şey barədə  tezliklə məlumat alacaqsınız. 
    Balacaboylu  kişi  əvvəlcə  Şerlok  Holmsa,  sonra  isə  mənə 
baxdı. Sonra bizimlə getməyə razı oldu. Yarım saatdan sonra biz 
Beyker  küçəsində  Holmsın  qonaq  otağında  oturmuşduq.  Soyuq 
olduğundan  hörmət  əlaməti  olaraq  qonaq  sobanın  yanında 
qoyulmuş kresloda oturmuşdu. 
-  Deməli,  siz  qazların  başına  hansı  əhvalat  gəldiyini  bilmək 
istəyirsiniz, - deyə Holms sözə başladı. 
-   Bəli, ser. 
-    Bəli,  siz  yalnız  quyruğunda  qara  zolaq  olan  ağ  qaz  haqqında 
bilmək istəyirsiniz? 
    Rider həyəcanlı halda qışqırdı: 
-   A...a, ser! Deyə bilərsiniz, həmin qaz haraya getdi? 
-   O, buraya gəldi. 
-   Buraya? 


 
 
 
82 
-    Bəli.  O,  çox  mraqlı  bir  quş  idi.  Ölümündən  qabaq  buraya 
balaca  parlaq  rəngli  bir  yumurta  da  qoya  bildi.  Mən  onu  bura, 
muzeyimə qoymuşam. 
   Holms  seyfi  açdı  və  oradan  mavi  rəngli  yaqut  daşını  götürdü. 
Rider qorxmuş halda ayağa qalxdı, ancaq danışa bilmədi. 
-  Rider,  indi  hər  şeyi  özün  danış.-  Holms  sakitcə  dedi.- 
Susmayın!  Əyləşin.  Uotson,  ona  bir  az  su  verin!  Belə...  İndi 
yaxşıdır. 
   Riderin  gözlərindən  qorxu  yağırdı,  gözlərini  Şerlok  Holmsdan 
çəkmirdi. 
-  Əlimdə  bütün  faktlar  vardır,  ancaq  siz  də  bir  balaca  əlavə 
etməlisiniz.  Əgər  siz  mənə  kömək  etsəniz,  mən  bu  işi  sona 
çatdırmış olacağam. Rider, siz Qrafinya Morkarın mavi rəgli daşı 
haqqında eşitmisinizmi? 
-  Bu  barədə  mənə  Katrin  Kuzak  danışmışdı.  -  Rider  astadan 
dilləndi. 
-  Bilirəm. Qrafinyanın qulluqçusu. Beləliklə, siz tez bir zamanda 
varlanmaq qərarına gəlmisiniz. Siz bilirdiniz ki, Horner bir dəfə 
oğurluq  üstündə tutulubdur. Bu dəfə də ondan  gözləmək olardı. 
Siz  sonra  nə  etdiniz?  Sonra  siz  Horneri  bəzi  xırda  işlər  üçün 
harasa  göndərirsiniz.  O,  gedən  kimi  siz  daşı  qutusundan 
oğurlayırsınız  və  həyəcan  siqnalı  verirsiniz.  Yazıq  Horner  həbs 
edilir. Sonra siz... 
-  Rəhm eləyin, - Rider qışqırdı. - atamı, anamı düşünün. Mən bir 
də belə iş etmərəm! Məni məhkəməyə verməyin! 
-  Əyləşin! - Holms acıqlı halda dedi. - Sizin ucbatınızdan həbsdə 
yatan  yazıq  Horneri  düşünün!  İndi  isə  hər  şeyi  danışın;  daşın 
qazın  çinədanına  necə  düşməsini,  qazın  mağazaya  necə 
gəlməsini. Danışın! 
   Rider bir anlığa susdu, sonra danışmağa başladı: 
-  İndi  mən  sizə  necə  olmuşdusa,  hamısını  danışacağam,  ser. 
Horner  həbs  ediləndə  bu  daş  mənim  cibimdə  idi.  Mən  bu  daşı 
bacardıqca  tez  gizlətmək  qərarına  gəldim,  çünki  polislər  onu 
mənim  otağımda  tapa  bilərdilər.  Mehmanxanada  daşı  gizlətmək 


 
 
 
83 
üçün münasib yer tapa bilmədim. İş bəhanəsilə mehmanxanadan 
çıxıb bacımgilə getmək qərarına gəldim. Bacım, Okşot  Brikston 
Roudda ərdədir. Onun qazları vardı. Həmin qazları o, mağazaya 
verirdi.  Mən  bacımgilə  gələndə  o,  mənim  rəngimin  qaçdığını 
gördü. Mən ona dedim ki, mehmanxanada bir oğru vardı. Sonra 
mən  daşı  harada  gizlədəcəyim  barədə  düşünərək  həyətə  girdim. 
Bacımın qazlarını həyətdə görəndə birdən ağlıma bir fikir gəldi. 
Bacım mənə demişdi ki,  Milad bayramı münasibətilə mənə qaz 
verəcək.  Buna  görə  də  mən  indi  istədiyim  qazı  seçə  bilərdim. 
Mən qazların  içərisində quyruğunda qara zolaq olan ağ bir qazı 
seçdim. Bu qaz həm də başqa qazlara nisbətən çox kök idi. Sonra 
mən  həmin  qazı  tutudum,  dimdiyini  aralayıb  əlimdəki  qiymətli 
daşı bacardıqca qazın boğazına itələdim. Qaz daşı dərhal uddu və  
onu yenidən qazların içərisinə buraxdım. Mən qazı tutanda bacım 
görmüşdü. 
- Cem, o quşla nə edirsən? - Bacım məndən soruşdu. 
-  Axı,  sən  mənə  demişdin  ki,  Milad  bayramı  münasibətilə  sənə 
qaz  verəcəyəm.  Buna  görə  də    mən  onların  ən  kökünü  seçmək 
istəyirəm. 
-  Cem,  biz  artıq  sənin  üçün  eləsini  seçmişik.  Bax,  o,  böyük  ağ 
qazı seçmişik. İndi o, böyük ağ qaz sənindir. Burada cəmi iyirmi 
altı qaz var. Onlardan biri sənin, biri bizim, qalan iyirmi dördünü 
isə mağazaya verəcəyəm. 
-  Sağ ol, Maqi, - mən dedim.- ancaq bunların hamısı eyni şeydir. 
Mən elə indicə seçdiyim qazı götürərəm. 
-  Çox yaxşı. Onda elə indi kəs, apar. 
    Bacımın  dediyi  kimi  də  etdim.  Qazı  yenidən  tutub  kəsdim  və 
dostumgilə  apardım.  Mən  nə  etmişdim  hamısını  dostuma 
danışdım. Dostum o ki, var güldü. Sonra biz bıçağı götürüb qazı 
parçaladıq. Amma həmin daş qazın içərisində yox idi. Mən səhv 
etdiyimi başa düşdüm və dərhal bacımgilə qaçdım, həyətə nəzər 
saldım. Həyətdə bircədənə də olsa, qaz görünmürdü. 
-  Maqi, qazlar hanı?! - deyə qışqırdım. 
-  Mağazaya apardılar. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə