Aqata Kristi Baş nazirin oğurlanması


                                Meksikalı



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

 
 
 
101 
 
        
                   Meksikalı  
 
 
     Heç  kim  onun  tarixçəsini  bilmirdi.  Onları  bir  məqsəd,  bir 
amal  birləşdirirdi.  Vətənlərini  azad,  müstəqil  görmək  amalı. 
İnqilab  etmək  üçün  onlara  silah  lazım  idi,  silah  üçün  isə  çoxlu 
pul! 
    İlk  dəfə  otağa  daxil  olanda,  hamı  ona  şübhəli  nəzərlərlə 
baxmış, onu cəsus hesab etmişdilər. 
    İlk  baxışdan  bu  oğlan  təşkilatın  üzvlərinə  xoş  təsir 
bağışlamadı. Onun on səkkizdən yuxarı yaşı olmazdı. Bunu onun 
baxışlarından  sezmək  olurdu.  O  dedi  ki,  adı  Filip  Riveradır, 
arzusu inqilab naminə işləməkdir. Daha başqa söz demədi. Sanki, 
onun  gözlərindən  zəhər  damır,  soyuq  baxışlarının  dərinliyində 
şölə saçan alovla kədər birləşirdi. 
    Paulino  Vera  sual  dolu  nəzərləri  ilə  Arelano  və  Ramosaya 
baxdı.  Onların  gözlərində  şübhə  bərqərar  oldu.  Ancaq  həmişə 
olduğu  kimi,  bu  dəfə  də  Vera  cəld  tərpənərək  yoldaşları  ilə 
oğlanın arasında dayandı. 
-  Yaxşı,  -  o,  soyuqqanlıqla  dilləndi.-  siz  inqilab  naminə  iş 
görmək  istəyirsiniz.  Eləsə,  paltonuzu  çıxarın  və  oradan  asın. 
Sonra isə bura gəlin. Döşəmə çirklidir. Bu əski, bu da vedrə. Siz 
bu döşəməni və o biri otaqları silib təmizləməlisiniz. Pəncərələri 
də yaddan çıxartmayın. 
-   Bu inqilab üçündür? - oğlan soruşdu. 
-   Bəli, inqilab üçündür, - Vera cavab verdi. 
    Rivera  soyuq,  şübhəli  nəzərlə  onlara  baxdı.  Sonra  paltosunu 
çıxarmağa davam etdi. 
-  Yaxşıdır, - o dedi.   
    O,  daha  başqa  heç  bir  söz  demədi.  Hər  gün  gəlib  öz  işini 
görürdü – süpürür, təmizləyir, şotka ilə döşəməni yuyurdu. 


 
 
 
102 
    Təşkilatın  üzvləri  bilmirdilər  ki,  Rivera  harada  yatır,  harada 
yeyib-içir.  Bütün  bunlar  onlar  üçün  sirr  olaraq  qalırdı.  Bir  dəfə 
Arelano ona iki dollar təklif etmişdi. O, başını yırğalamışdı. Vera 
işə  qarışmışdı  və  pulu  onun  ovcuna  qoymaq  istəmişdi.  Bu  vaxt 
Rivera demişdi: 
-   Mən inqilab üçün çalışıram. 
    Yeni  inqilab  etmək  üçün  pul  lazım  idi.  Təşkilat  üzvləri  bunu 
əsas götürürdü. Onlar ağır işlər görür, ac qalmaqlarına razı olur, 
ancaq  nəyin  bahasına  olursa-olsun,  pul  əldə  etmək  istəyirdilər. 
Bəzən onlar bütün günü gördükləri iş üçün yalnız bir neçə dollar 
alırdılar.  
    Bir  dəfə  sahibkar  onları  qaldıqları  otaqlardan  çıxaracağı  ilə 
hədələmişdi,  çünki  iki  ay  olardı  ki,  onlar  ev  kirayəsi  haqqını 
ödəyə bilməmişdilər. 
    Bu zaman ciddi görkəmli, nimdaş paltarlı, həmişə otaqları silib 
təmizləməklə  məşğul  olan  Filip  Rivera    Mey  Setbinin  stolunun 
üstünə altımış dollar qızıl pul qoymuşdu. 
    Hələ  də  onlar  Filipi  başa  düşmür,  onu  yaxından  tanıya 
bilmirdilər. Nəsə,  hələlik Rivera yoldaşlarda heç bir inam yarada 
bilməmişdi. O, heç vaxt danışmır, heç bir şey soruşmur, heç bir 
şey də təklif etmirdi. Onlar inqilab barəsində  danışanda, xüsusən 
söhbətlər  çox  qızğın  şəkil  alanda  Rivera  sakitcə  dayanıb  onlara 
qulaq  asır,  onları  yalnız  soyuq  baxışlarla  süzürdü.  Bu  oğlan 
vətənpərvərlər  üçün  bir  müəmma  olaraq  qalırdı.  Riveranın 
vaxtının çoxunu harada keçirməsi həqiqətən də bir sirr idi. 
    Bir  həftə  olardı  ki,    Rivera  görünmürdü.  Hər  dəfə  geri 
qayıdanda,  o,  heç  bir  söz  demədən    Mey  Setbinin  stoluna 
yaxınlaşır,  dinməzcə  cibindən  çıxardığı  qızıl  pulları  onun 
qabağına  qoyurdu.  Qalan  günləri  isə  Rivera  onlarla  birlikdə 
keçirirdi.  Bir  azdan,  o,  yenidən  yoxa  çıxır,  gecədən  xeyli 
keçəndən sonra geri qayıdırdı. 
     Krizis  dövrü  yaxınlaşdı.  İndi  həmişəkindən  daha  çox  pul 
lazım  idi.  Pulu  əldə  etmək  isə  daha  çətin  olmuşdu. 
Vətənpərvərlər  pulu  son  qəpiklərinə  qədər  verib  silah,  döyüş 


 
 
 
103 
sursatı almışdılar, ancaq bu hələ kifayət deyildi. Bəhanə axtaran 
batalyonları  da  silahlandırmaq  lazım  idi.  Ancaq  necə?  Pul  yox 
idi. 
-    Meksikanın  azadlığını  ya  düşünmək  mümkün  olmayacaq,  ya 
da  bir  neçə  min  dollar  lazım  olacaq,  -  deyə    Paulino  Vera  son 
sözünü dedi. 
    Bütün sifətləri ümidsizlik ifadəsi bürüdü. 
    Rivera  dizi  üstə  çökərək  otağın  döşəməsini  silirdi.  O,  dirsəyə 
qədər  çırmalanmış  çılpaq  qolunu  şotka  ilə  birlikdə  çirkli  suya 
salaraq  dərin  fikrə  getdi.  Sonra  cəld  şotkanı  və  əllərini  sabunla 
yuyub, şotkanı yerindən asdı. 
-   Beş min dollar bəs edər? – Rivera soruşdu. 
    Hamı  ona  qımışdı.  Vera  başını  buladı  və  udqundu.  Rivera 
danışmadı, ancaq o, indi elə bil fövqəladə bir kəşf etmişdi. 
-    Silahları  sifariş  verin!  Vaxt  azdır.  Üç  həftədən  sonra  beş  min 
dolları  gətirəcəyəm.  Bu  yaxşı  oldu.  Vuruşmaq  üçün  hava  daha 
isti olacaq. Bu da mənim üçün ən yaxşı fürsət olar, - deyə Rivera 
yoldaşlarının  heç  bir  vaxt  səsini  eşitmədiyi  bir  cəldliklə  sözləri 
onlara çatdırdı. 
    O  ayağa  qalxdı,  paltarının  qolunu  aşağı  saldı  və  pencəyini 
geyindi. 
-   Silahları sifariş edin! – o dedi. – Mən gedirəm.        
    Uzun  telefon  söhbətlərindən,  danışıqlarından  sonra  axşam 
iclası    Kellinin  idarəsində  keçirildi.  O,  Nyu-Yorkdan  Denni 
Uordu  gətirmişdi.  Üç  həftə  bundan  əvvəl  Billi  Karti  və  Denni 
Uord  arasında  boks  görüşü  təşkil  etmək  nəzərdə  tutulmuşdu. 
Yarışa  isə  indi  iki  gün  qalırdı.  Bu  yarış  hələlik  idman 
jurnalistlərindən  gizli  saxlanılırdı.  Ancaq  məlum  oldu  ki,  Karti 
bərk zədələnib, xəstə yatır. Onu əvəz edə bilən isə heç kim yox 
idi. İndi ümid üçün işıq ucu  görünürdü. 
 Sizin qeyri-adi əsəbiniz var, - deyə Kelli Riveraya tərəf döndü 
və ilk baxışdan bir-birini tez anladılar. 
    Riveranın  gözlərində  nifrət  qığılcımları  parladı,  ancaq 
sifətində bunu hiss etdirmədi. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə