AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə12/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   8   9   10   11   12   13   14   15   ...   144

 

mühüm  yer  tutur  və  “A”  və  “B”qruplarının  xüsusi  çəkiləri  təxminən 

bərabər olur, yəni hərəsi təxminən 50% təşkil edir. 

          

Ölkələr  daxilində  istehsal  edilən  sənaye  məhsulları  çoxlu 

miqdarda  xammal  və  yanacaq  tələb  edir.Sənaye  məhsulunun maya 

dəyərində material-enerji xərcləri 60-90% təşkil edə bilər.Buna görə də 

istehsalın  rəqabətdözümlü  olmasında  material-enerji  xərclərinin 

azaldılması  xüsusi  əhəmiyyət  kəsb  edir.Tədqiqat  göstərir  ki,  ölkələrin 

inkişaf  səviyyəsini  təyin  etdikdə  və  onları  qruplaşdırdıqda    istehsal  



olunmuş    məhsul    vahidinə  düşən  xammal  və  yanacaq  sərfinin 

səviyyəsi  göstəricisindən  istifadə  edilməsi  yaxşı  nəticə  verir.  Məsələ 

burasındadır ki, bir qayda olaraq ölkə iqtisadi cəhətdən intensiv inkişaf 

etdikcə  istehsal  olunan  məhsul  vahidinə  daha  az  miqdarda  xammal  –

enerji tələb olunurvə təbii materialların əvəzinə süni materiallardan daha 

çox  istifadə  edilir.  Bu  göstəriciyə  görə  də  dünya  ölkələrini  yüksək 

inkişaf etmiş, orta səviyyədə inkişaf etmiş və s. bu kimi ölkələr qrupuna 

bölmək  olar.  Ölkələrin  bu  və  ya  digər  qruplara  aid  edilməsi  dünya 

miqyasında  məhsul  vahidinə  düşən  xammal  –yanacağın  sərfinin  orta 

qiymətini ölkənin əldə etdiyi müvafiq göstərici ilə tutuşdurmaqla  həll 

edilir.  Orta  qiymətdən  aşağı  göstərici  əldə  edən  dövlət  yüksək  inkişaf 

etmiş  ölkələr  qrupuna  daxil  edilir  və  əksinə,  göstərici  orta  qiymətdən 

yuxarı olduqda ölkə zəif inkişaf edən ölkələr qrupuna daxil edilir. 

         

Dünya təsərrüfatını yarımsistemlərə bölərkən istifadə edilən 

kriteriyalardan  biri  də  “iqtisadi  inkişafın  tipidir”.  Bu  kriteriya  görə 

bütün dünya ölkələrini iki böyük yerə-intensiv və ekstensiv yolla inkişaf 

edən    ölkələrə  bölmək  olar.  Bu  kriteriya  ilə  qruplaşdırmada  nəzərə 

almaq  lazımdır  ki,  təcrübədə  “təmiz”  intensiv  və  yaxud  da  “təmiz” 

e

kstensiv inkişaf edən ölkəyə çox çətin rast gəlmək olur.Buna görə də 



qruplaşmada  “əsasən  intensiv”,  “əsasən  ekstensiv  ”  inkişaf 

kriteriyalarından  da  istfadə  edilir.  Bir  cəhəti  də  yadda  saxlamaq  

lazımdır  ki,  istər  intensiv  və  istərsə  də  ekstensiv  inkişaflar tipi daimi 

olmurlar.Eyni  bir  ölkədə  müəyyən  dövr  intesiv,  sonra  isə  ekstensiv 

inkişaf tipi ola bilər. Məsələn, tədqiqatçıların göstərdiklərinə görə keçən 

əsrdə  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrin  iqtisadi  inkişafında  iki 

mərhələ-1960-cı ilin ortalarına qədər ekstensiv inkişaf, keçən əsrin son 

30 ilində isə intensiv inkişaf tipləri qeydə alınmışdır. 

              

Ayrı-ayrı 

yarımsistemlərin  dünya  təsərrüfatında 

tutduqları mövqe onların xarici iqtisadi əlaqələrdə iştirakı ilə təyin edilə 




 

bilər.  Bu  kriteriya  ilə  ölkələri  qruplaşdırdıqda  əmtəə  və  xidmətlər  və 

kapitalın  hərəkəti  üzrə  idxal  və  ixracın  həcmi  əsas  götürülür.Eyni 

zamanda  ölkənin  beynəlxalq  əmək  bölgüsündə  iştirak  forması, 

istiqaməti,dərəcəsi nəzərə alınır. Müasir dövrdə dünyada çox mürəkkəb 

pros


eslər baş verir.Məhsuldar qüvvələrin inkişaf səviyyəsi elədir ki, heç 

bir dövlət və ya dövlətlər qrupu ayrıca, qapalı şəkildə inkişaf edə bilmir. 

Lakin beynəlxalq mübadilələr vasitəsilə hər bir ölkə özünə daha çox sərf 

edən əmtəə, kapital və bazar tipləri tapa bilər. 

            

Hər  bir  ölkənin  xarici  iqtisadi  əlaqəsini  bir  sıra 

göstəricilərlə  səciyyələndirmək  olar.  Mühüm  göstərici  kimi  “ixrac  və 

idxal  ”kvotalarını”,  “xarici  ticarətin  əmtəə  strukturunu”,  “kapitalın, 

texnologiyanın,əməyin  beynəlxalq  hərəkəti”ndə  ölkənin  iştirakını 

xarakterizə edən göstəricilər belə göstəricilərdəndir. 

            

“Ölkə təsərrüfatlarının açıqlıq səviyyəsi” də xarici iqtisadi 

əlaqələri  xarakterizə  edə  bilən  göstərici  ola  bilər.  Açıq  iqtisadiyyat 

dedikdə elə təsərrüfat sistemi başa düşülür ki, onun inkişaf parametrləri 

dünya təsərrüfatında da  qəbul edilmiş meyllərə  uyğun təyin edilsin və 

xarici  iqtisadi  əlaqələr  durmadan  genişlənsin.  Mütəxəssislər 

hesablamışlar  ki,  xarici  ticarət  dövriyyəsi  ölkənin  ümumi  daxili 

məhsulunun  25%-ni  təşkil  etdikdə,  “iqtisadiyyatın  açıqlıq  siyasəti” 

ümumi  iqtisadi  inkişafın  stimullaşdırılmasına    kömək  göstərir.  Qapalı 

iqtisadiyyata  malik  ölkənin  inkişafı  iki  cəhətdən  –daxili  bazarın 

çərçivəsi və ölkənin resurslarının miqdarı ilə məhdudlaşa bilər. Bu da öz 

növbəsində  iqtisadi  inkişafı  ləngidər.Açıq  iqtisadiyyatda  isə  vəziyyət 

dəyişilir:  ölkə  çatışmayan  hər  cür  resursları  digər  ölkələrdən  əldə  edə 

bilər. 


           

Yarımsistemlər  qruplaşdırılarkən  istifadə  edilən  növbəti 

kriteriya “

ölkələrin iqtisadi potensialı”dır. İqtisadi inkişaf səviyyəsindən 

fərqli  olaraq  iqtisadi  potensial  həm  də  məhsuldar  qüvvələrin 

miqyasından,  əhalinin  ümumi  sayından  ,  ölkənin  ərazisindən,  təbii 

sərvətlərin  ümumi  həcmindən  və  strukturundan  asılı  olur.  Məhz  elə 

buna  görə  də  “Çin  Xalq  Demokratik  Respublikası  və  Hindistan  kimi 

dövlətlər  ayrıca  yarımsistemə  daxil  edilməlidir”  fikrini  irəli  sürən 

tədqiqatçılar haqlıdırlar. 

               

Müasir dövrdə beynəlxalq təcrübədə dünya ölkələrini üç 

böyük  qrupa  bölmək  geniş  yayılmışdır.  1980-cı  ildən  başlanan  bu 

təsnifləşməyə görə birinci qrup ölkələrə sənaye cəhətdən inkişaf etmiş 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə