Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
76 
 
“Məqbər”  əsərini  xatırladı.  Bu  əsəri  böyük  şair  həyatdan  vaxtsız  köçmüş 
sevimli ömür dostuna həsr etmişdi. “Məqbər”dən misralar dedi. Göz yaşları 
yanaqlarına süzüldü. Axır vaxtlar Zəkəriyyə tez-tez qızından söhbət açırdı. 
Mən  isə  Yıldız  xanımı,  ancaq  atasının,  anasının  xatirələrindən  tanıyırdım. 
Sonra  gün  gəldi  ki,  1994-cü  ilin  dekabr  ayında  məşhur  türk  jurnalisti 
Mustafa Əkməkçi Bakıda ikən Yıldız xanımın sözlərini mənə yetirdi: 
-Canım  qardaşım!  Yıldız  xanım  mənə  tapşırıb  ki,  Bakıda  bir  Aqşin 
Babayev  var.  Onu  axtarın  tapın,  həm  öz  şəklini,  həm  anamın  məzarının 
fotosunu mənə göndərsin. 
Mustafa  Əkməkçidən  ünvanı  aldım.  O  getdikdən  sonra  bir  fotoqrafçı 
ilə  ikinci  Fəxri  xiyabana  getdim.  Səbihə  Sərtəlin  məzarının  şəklini  və  öz 
fotomu  çəkdirdim,  Yıldız  xanıma  göndərdim.  Təxminən  beş-altı  foto  idi. 
Üstündən  xeyli  müddət keçəndən  sonra  günlərin  birində  Yıldız  xanımdan 
təşəkkür dolu bir məktub aldım. Mənə elə gəldi ki, bu məktub göz yaşları 
içində  yazılıb:  “Əzizim,  qardaşım  Aqşin  bəy!  Siz  mənə  dünyaları 
bağışladınız.  Şəkilləri  alıb,  bağrıma  basdım.  Sizdən  çox  xahiş  edirəm, 
İstanbula  yolunuz  düşəndə  məni  mütləq  arayın.  Siz  axı  mənim  atamla, 
anamla 
çiyin-çiyinə  çalışmısız.  Ölmədən  sizi  görmək  həsrətilə 
yaşayan:Yıldız Sərtəl”. 
Çox təəssüf ki, Yıldız xanımla görüşmək mənə qismət olmadı. 
Zəkəriyyə bəy tez-tez deyirdi: “Məndən nə soracaqsansa, sor” . Və bir 
misal da çəkdi: “Dostlarımdan biri Parisə uzun müddət yaşamağa gəlmişdi. 
Dedim  ona  ki,  sən  əvvəlcə  bir  Eyfel  qülləsini  yaxından  gör.  Dedi  ki, 
buradayam da, gedib görərəm. Gün gəldi ki, gecə ilə ona Parisi tərk etmək 
əmri verildi. Getdi, özü də Eyfel qülləsini görmədən. Ona görə də məndən 
nə soracaqsansa, sor”. 
Təəccüb etdim: 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
77 
 
-Yəni siz qəflətən gedə bilərsiz? 
-Yox,-dedi.-Mən  bunu  elə-belə  deyirəm.  Bir  də  bundan  sonra  mənim 
yaşamağımın nə mənası var?! 
Bir  gün  işə  gələndə  Baş  redaktorumla  qarşılaşdım.  “Sonra  yanıma 
gələrsən”,-dedi. Getdim. 
-Xəbərin  var?  Zəkəriyyə  Sərtəl  Moskvaya,  oradan  da  Parisə  uçdu. 
Daha Bakıya dönməyəcək. 
Donub  yerimdə  qaldım.  Sonra  mən  Zəkəriyyə  Sərtəlin  taleyini  çox 
izlədim.  Bir  türk  qəzetində  oxudum  ki,  İstanbul  aeroportuna  gəlib,  ancaq 
onu  Türkiyəyə  buraxmayıblar.  Bir  xeyli  Parisdə  yaşayandan  sonra  ikinci 
dəfə  Türkiyə  onu  qəbul  etdi...Bu  qəbul  xəbərini  Parisdə  ikən  alan 
Zəkəriyyə  Sərtəl,  özünün  yazdığı  kimi,  sevindiyindən  uşaq  kimi  ağlayır, 
gecələri yata bilmirdi. “Cumhuriyyət” qəzetinin 1977-ci il 19 fevral tarixli 
nömrəsi  qarşımdadır.  Yeddinci  səhifədə  qara  hərflərlə  bir  başlıq  verilib: 
“Zəkəriyyə  Sərtəlin  iyirmi  beş  illik  sürgün  həyatı  sona  yetir”.  Fransız 
müxbiri  Kosta  Dakontenin  apardığı  müsahibədə  Zəkəriyyə  Sərtəl  Sovetlər 
Birliyində keçirdiyi ağrılı –acılı günlərdən, başına gələn müsibətlərdən, bir 
sözlə, öz təbirilə desək, “sürgün həyatı”ndan söz açırdı. Bu həyatın altı illik 
bir  parçası  Azərbaycanda  keçmişdi.  O,  Bakıda  keçirdiyi  günləri, 
Azərbaycan  radiosunda  işlədiyi  dövrü  məmnunluqla  xatırlayırdı.  Amma 
onun verdiyi müsahibədə yalan da vardı. 
İndi  Zəkəriyyə  Sərtəl  həyatda  yoxdur.  Necə  deyərlər,  haqq 
dünyasındadır.  “Ölənin  dalınca  danışmazlar”,-deyirlər.  Allah  ona  rəhmət 
eləsin. O,  öz  ömrünün  altı ilini  Azərbaycan  radiosunun  türk  redaksiyasına 
verdi.  Onun  bu  xidməti  unudulmazdır  və  Zəkəriyyə  Sərtəlin  adı 
Azərbaycan  radiosu  xarici  verilişlərinin  salnaməsində,  kiçik  də  olsa, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
78 
 
özünəməxsus bir  yer  tutur.  Bir də  Zəkəriyyənin  sayəsində biz  unudulmaz 
Səbihə xanımla tanış olduq. O, ürəklərdə daim yaşayan bir insandır. Bunu 
ölməz  sənətkar  Nazim  Hikmət  də  həmişə  deyərdi,  şairin  bacısı  Samiyə 
xanım  da...Bir  sözlə,  Səbihə  Sərtəli  yaxından  tanıyan  bütün  insanlar... 
Məzarı nurla dolsun! 
1972-ci  ildə  Türkiyəyə  işləməyə  gedəndə,  Moskvada  Sovet  İttifaqı 
Kommunist  Partiyasının  Mərkəzi  Komitəsində  bizi-  məni  və  həyat 
yoldaşımı  qəbul  etdilər  və  bizimlə  söhbət  apardılar.  Mənə  möhkəm-
möhkəm  tapşırdılar  ki,  sən  Nazim  Hikməti  Türkiyədə  işlədiyin  müddətdə 
unut.  Yəni  Nazim  Hikməti  görməmisən,  onunla  görüşməmisən,  onun 
haqqında  heç  bir  təsəvvürün  yoxdur.  Çünki,  türk  xalqı  Nazim  Hikməti 
sevmir və ona nifrət edir. 
Ancaq  mən  Türkiyəyə  gələndən  sonra  bunun  tam  əksini  gördüm.  Elə 
işlədiyim  yerdə  Ercan  Yüzərəroğlu  adlı  bir  həmkarım  Nazim  Hikməti 
sevmək  bir  yana  dursun,  onun  şeirlərini  əzbər    deməkdən  yorulmurdu. 
Həqiqətən də mən Türkiyədə işlədiyim illərdə Nazim  Hikmətə olan böyük 
bir sevginin şahidi oldum. İskəndərunda hər səhər ilk işim türk qəzetlərinin 
xülasəsi ilə rəisimi tanış etmək idi. Bir səhər Türkiyədə çıxan “Günaydın”, 
“Cumhuriyyət”,  “Milliyyət”,  “Yeni  ortam”  qəzetlərini  vərəqləyəndə 
Zəkəriyyə  Sərtəlin  portetini  gördüm.  “Zəkəriyyə  Vətəninə  qovuşmaq 
istəyir,  amma  onu  Türkiyə  qəbul  etmir”  kimi  yazılar  vardı 
“Milliyyət”qəzetində.  Rəisimə  geniş  məlumat  verdikdən  sonra  tərcümə 
işlərinə başladım. Günorta yeməyinə gedəndə sürücümüz Fərrux yanındakı 
qəzetlərə işarə ilə: 
-Əfəndim,  -dedi.  -  Bizim  Zəkəriyyə  Bakıda  da  yaşayıbmış.  Siz  onu 
heç gördünüzmü? 
-Gördüm,-dedim. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə