Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
135 
 
insanla ailə həyatı qurdu. Vera Nazimin adını, şöhrətini, pulunu sevmişdi, 
özünü yox!” 
 Dedikləri  doğruydu, doğru deyildi, deyə bilmərəm, amma  “Nazimin 
pulu”  məsələsi  həqiqətdən  uzaqdı.  Hətta  özü  üçün  maşın  alanda  ona 
Azərbaycan    şairlərindən  iki-üç  nəfər  borc  vermişdi.  Moskvada  olarkən 
mən  bir  dəfə  Əkbər  Babayevin  maşınında  Nazim  Hikmətlə  birlikdə 
Rəssamlıq  Akademiyasına  gedərkən  bir  söhbətin  şahidi  oldum.  Nazim 
Əkbərə dedi: 
“Pulum qurtarır. Öyrən gör, pyesin pulunu nə vaxt verəcəklər.” 
Kassada  növbəyə  dayananda  halal  əmək  haqqımızı  alarkən  kənar 
gözlərdən  sıxıldığımız  vaxtlar  idi.  Nazimin  pyesinin  qonararını  istəməsi  o 
vaxtlar mənə çox qəribə gəldi. Amma bu, həqiqətdi. 
Veranı  mən  dəfələrlə  görmüşdüm.  Gəncdi,  gözəldi,  ağıllıydı, 
nəzakətliydi,  qonaqpərvərdi.  Bəlkə  də  bu  dediklərim  zahiri  əlamətlər  idi. 
Hiss etdiyim, gördüyüm yalnız Nazimlə Veranın yaş fərqi idi və bir-birinə 
olan  sevgiləriydi.  Nazimin  Veraya  həsr  etdiyi  şeirlər  isə  əsil  sənət 
nümunələriydi. 
Şair Veraya deyirdi: 
 
Her günüm mis gibi dünya kokan kavun dilimi  
senin sayende. 
Bütün yemişler elime güneştenmişim gibi uzanıyor  
senin sayende. 
Senin sayende yalnız umutlardan alıyorum balımı 
Yüreyimin çalışı senin sayende. 
En yalnız akşamlarım bile duvarında 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
136 
 
gülen bir Anadolu kilimi  
senin sayende 
Şehrime ulaşamadan bitirirken yolumu 
Bir gül bahçesinde dinlendim  
senin sayende 
Senin sayende, içeri sokmuyorum 
En yumuşak urbalarını giyip 
Büyük rahatlığa çağıran türküleriyle  
Kapımı çalan ölümü. 
 
Amma Nazim Hikmətin ölümündən sonra Vera, ona ünvanlanmış bir 
şeir  tapmışdı.  Kitabını  da  həmin  şeirlə  bitirmişdi.  Kitabına  son  nöqtəni 
qoymadan əvvəl Vera Nazimə müraciətlə belə deyirdi: 
“Sənə bir sualım var, Nazim... O sabah kimliyini (pasportunu) istədilər 
məndən...  Həyatımda  ilk  dəfə  pencəyinin  cibinə  girdim.  Portmanatından 
kimliyini  çıxardım.  Bir  də  mənim  fotoşəklim  çıxdı.  1957-ci  ildə  bir-
birimizə  şəkillərimizi  vermişdik,  yadındamı?  Sən  öz  şəklinin  arxasına 
“Vera  qızıma”  deyə  yazmış  və  ox  saplanmış  yaralı  bir  ürək  rəsmi 
çizmişdin.  Mən  sənə  bir  şey  yazmadan  vermişdim  fotoşəklimi.  O  sabah, 
şəklimi  çevirəndə  arxasına  yazılmış  misraları  gördüm.  Kiçicik  hərflərlə 
yazılmışdı.  Bax,  indi  bunu  öyrənmək  istəyirəm.  Nazim,  bu  şeiri  nə  vaxt 
yazmışdın: 
 
 Gelsene dedi bana
 Kalsana dedi bana, 
 Gülsene dedi bana, 
 Ölsene dedi bana. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
137 
 
 Geldim, 
 Kaldım,   
 Güldüm,  
 Öldüm. 
 
Nazim Hikmətin bu şeiri bir yazımda dediyim kimi sanki təkcə Veraya 
yox, bütün Rusiyaya deyilmiş söz idi. Çünki Rusiyanın, yəni o vaxtkı Sovet 
İttifaqının    rəhbərliyi  də  Nazimə  əvvəlcə  “gəlsənə”  dedi,  sonra  “ölsənə” 
dedi.  Nazim  bu  quruluşun  ayıblarını  açıb  göstərdi,  Zoşşenko  kimi  qələm 
sahiblərinin haqq-ədalət fikirlərini müdafiə etdi, ona görə də təqib olundu. 
Çeçənlər onun evinə gəldilər, ondan imdad istədilər, Nazim onları müdafiə 
etdi. Buna görə məzəmmət edildi. XXII partiya qurultayına bir kommunist 
kimi  dəvət  olunmadı.  Bu  işdə  türk  kommunist  partiyasının  başqanı, 
“Marat” təxəllüsi ilə tanınan İsmayıl Belenin də “böyük xidməti” oldu.  
O  ki  qaldı  Veraya,  təbii  ki,  bu  şeir  onun  xəyal  qırıqlığı  deməkdi. 
Amma  burada  mən  bir  məqamı  da  qeyd  etmək  istəyirəm.  Vera  bu  şeiri 
gizlədə də bilərdi. Amma gizlətmədi! Ölənə qədər də Nazim üçün çalışdı. 
Arxivini yaratdı. Və soyadına “Hikmət” sözünü artırdı. “Vera Tulyakova-
Hikmət” oldu...  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
138 
 
Melih GünəĢ 
 
Melih Günəşin adına ilk dəfə internet saytında rast gəldim. Yazılmışdı 
ki,  Melih  Günəş  Nazim  Hikmətə  həsr  olunmuş  bir  sərgi  açıb.  Sonradan 
bildim ki, bu ilk sərgi deyilmiş. Və onu da  öyrəndim ki, M.Günəş Nazim 
Hikmətin fədakar tədqiqatçılarından imiş. 
Günlərin  birində  qələm  dostum,  S.Mümtaz  adına  Ədəbiyyat  və 
İncəsənət arxivinin müdiri Мaarif Teymur mənə telefon açdı və bildirdi ki, 
Melih Günəş Bakıdadır və mənimlə görüşmək istəyir. Çox sevindim. Vaxt 
təyin  etdik.  M.Günəşlə  görüşüb  səmimi  söhbət  etdik.  Mən  ona  Nazim 
Hikmətə  həsr  olunmuş  kitablarımı  və  İsveçrədə  yaşayan  qızım  Aytənin 
“Nazim  Hikmətin  dünyagörüşü”  adlı  əsərini  hədiyyə  etdim.  O  da  mənə 
özünün  hazırladığı  Nazimin  məktublarından  ibarət  “Həsrətlə”,  Vera 
Tulyakovanın  “Bəxtiyar  ol,  Nazim”,  bir  də  yenə  Nazimə  həsr  olunmuş 
“Şəhərimi  görmədən  bitirərkən  yolumu”  adlı  kitabları  bağışladı.  Sonuncu 
kitabda şairin öz səsindən lentə alınmış şeirlərinin diski də vardır. Bu, mənə 
çox dəyərli hədiyyə oldu. ”Həsrətlə” kitabını çox maraqla oxudum. Kitabın 
əvvəlində  Melih  Günəşin  tərcümeyi-halı  verilmişdir.  Tərcümeyi-halda 
oxuyuruq: “M.Melih Güneş Türkiyədə - Akşehirdə anadan olub. Memarlıq 
təhsili alıb. Uzun illər Sovetlər Birliyində - Rusiyada yaşayıb, işləyib. Vera 
Tulyakova  Hikmət  arxivində  və  Rusiya  Ədəbiyyat  və  Sənət  Dövlət 
arxivində  qorunan  Nazim  Hikmətlə  əlaqədar  sənədləri  və  lent  yazılarını 
incələyərək önəmli bir qismini təsnif edib. ”Şəhərimi görmədən bitirərkən 
yolumu”,  “Nazim  və  Vera”,”Moskvadan  İstanbula”  adlı  sərgilərin 
açılmasını təşkil edib.  
Kitab üç bölümdən ibarətdir: “Nazim Hikmətdən məktublar”, “Nazim 
Hikmətə məktublar” və “Nazim Hikmətə dair digər məktublar”. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə