Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə82/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
291 
 
insanların  təkidi  ilə  zindandan  azad  olunduqdan  sonra  Moskvaya  gələn 
Nazim  Hikmət,  ömrünün  son  13  ilini  keçmiş  Sovetlər  Birliyində  yaşayıb. 
Bu  illərdə  o,  tez-tez  Bakıya  gələrdi,  vətən  həsrətini  dili  bir,  ruhu  bir 
azərbaycanlılarla görüşlərində ovudardı.  
İndi mən sözü qonaqlarıma vermək istəyirəm. Arif müəllim, Siz ilk 
dəfə  Nazim  Hikmətlə  nə  vaxt  və  necə  görüşmüsünüz  ?  Ümumiyyətlə 
xatirələrinizi dinləmək istərdik. 
Arif  Məlikov:  Mənim  Nazim  Hikmətlə  ilk  görüşüm  bir  neçə 
saniyəlik olub. Nazim Bakıda idi, “İnturist” otelində qalırdı və mən onunla 
görüşə  gəldim,  içəridə  də  xeyli  qonaqlar  var  idi.  Dedim  ki,  Ustad,  mən 
sizin  “Bir  aşk  masalı”  pyesiniz  əsasında  balet  yazıram.  “Çox  gözəl,  çox 
gözəl”  dedi.  Sonra  nə  mənim  bir  sözüm  oldu,  nə  də  onun.  Mən  getdim. 
Orada  kinorejissor  Əjdər  İbrahimov  da  vardı.  Sonra  o,  mənə  hər  şeyi 
danışdı. Nazim Hikmət deyib ki, o, yazacaq. Çünki gəncdir. Nazim Hikmət 
gənclərə həmişə inanırdı və gənclər də onu çox istəyirdi. 
Mən  sizə  səkkiz  yaşlı  bir  türk  qızının  əhvalatını  da  danışmaq 
istəyirəm.  Neçə  illər  bundan  əvvəl  İstanbulda  idim.  O  vaxt  təmirdə  olan 
Sultan sarayına adam buraxmırdılar. Amma sarayın müdiri məni ora dəvət 
etdi.  Nahar  etdik.  Süfrə  başında  bir  qız  da  oturmuşdu.  Bir  kəlmə  də 
danışmırdı. Amma sözlü adama oxşayırdı. Sonra bildim ki, bu, müdirin qızı 
imiş. Müdir dedi ki, biz  Nazimsevərik. Qızım Nazimə şeir həsr edib, onu 
sizə  oxumaq  istəyir.  Qız  şeiri  oxudu.  Səsi  titrəyirdi.  Tam  şeiri  sizə  əzbər 
deyə  bilmərəm,  məzmunu  təxminən  belə idi:  “Nazim  əmi,  məzarından bir 
ovuc torpaq ver mənə. Bağçamda əkdiyim güllərin dibinə səpim. O gülləri 
dərməyəcəyəm. O gülləri dərmək, Nazimi torpaqdan ayırmaq deməkdir”.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
292 
 
Məni çox kövrəltdi o qız, sonra çıxdıq bağçaya, gəzdik. Qızıl güllər 
açmışdı.  Rəngbərəng  idilər.  Açıq  qırmızı  rəngdə  bir  gülü  göstərdim  qıza, 
soruşdum: bumu Nazim Hikmət ? Dedi yox. Tünd qırmızı rəngdə bir gül 
var  idi.  Özü  də  güllərin  boyu  insan  boyundan  da  yüksəkdi.  Dedi  hə,  bax 
budur.  Dedim,  qızım,  sənə  nə  hədiyyə  edim.    “Mənə  Nazim  Hikmətin 
əsərini  göstər”,-dedi.  O,  “Məhəbbət  əfasanəsi”ni  görmək  istəyirdi.  O 
dövrdə bu mümkün deyildi. Nazim Türkiyədə yasaq idi. Sonralar Ankarada 
tamaşanı qoya bildik. Sonra İstanbula da gəldik. İstanbula gəlməyin də bir 
səbəbi  var  idi.  Ankarada  tamaşanın  premyerasını  verəndən  sonra 
Türkiyənin  Baş  Naziri  məndən  soruşdu  ki,  nə  arzunuz var,  dedim  mənim 
bir arzum var ki, “Məhəbbət əfsanəsi”ni İstanbulda göstərək. Dedi problem 
yoxdur.  Çağırdı  müdiri,  dedi:  “üç-dörd  tamaşadan  sonra  gedin  İstanbula, 
göstərin tamaşanı”. Gəldik İstanbula, özüm də pult arxasında oturmuşdum. 
Salonda həmin qızı da atası ilə əyləşdirmişdim. Tamaşadan sonra qız mənə 
dedi ki, çox sağ olun. Mən Nazim Hikməti gördüm. Bakıya gələndən sonra 
o qızın şeirini “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdim. 
Nazim Hikmət haqqında danışanda ürəyimizi açan, fərəhli hadisələr 
olduğu  kimi,  bizi  kədərləndirən  duyğular  da  var.  Deyirlər  kişi  göz 
yaşlarından  utanmamalıdır.  Mən  Nazim  Hikmətlə  bağlı  ağlamışam. 
“Məhəbbət əfsanəsi”ni Ankarada tamaşaya qoymaq istəyəndə premyeraya 
bir gün qalmış tapşırıq gəldi ki, Nazim Hikmətin adı afişalardan çıxarılsın. 
Çıxarılsa  premyera  olacaq,  çıxarılmasa  olmayacaq.  Mən  dedim  ki,  bütün 
ölkələrdə  bu  əsər  Nazim  Hikmətin  adıyla  gedir.  Əgər  Türkiyə  bugün 
Nazimi qəbul etmirsə, tamaşa olmayacaq. Aparaturamı vurdum qoltuğuma, 
getdim.  Premyera  olmadı.  Sonra  hökümət  dəyişildi,  iki  ildən  sonra 
Ankarada  “Məhəbbət  əfsanəsi”  tamaşaya  qoyuldu.  Sonra  İzmirdə  də 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
293 
 
qoyuldu,  İstanbulda  Bələdiyyə  Teatrında  da  nümayiş  etdirildi.  Nazim 
Hikmətin 100 illiyində təntənəli bir premyera verdik.  
Anar:  Aqşin  müəllim,  siz  düzgün  qeyd  etdiniz  ki,  Nazim  Hikmət 
Bakıya  ilk  dəfə  1927-ci  ildə  gəlib.  O  vaxt  Nazimin  ilk  kitabı  “Günəşi 
içənlərin  türküsü”  1928-ci  ildə  ərəb  əlifbası  ilə  çap  olundu.  Bu  kitabın 
redaktoru  Süleyman  Rüstəm  idi.  O  vaxt  Nazim  Hikmətlə  atam  tanış 
deyildi.  Sonra  tanış  oldular  onlar.  Çox  qısa  bir  zamanda  da  yaxın  dost 
oldular.  Mən  isə  Nazim  Hikməti  ilk  dəfə  1957-ci  ildə  gördüm.  Bakıya 
gəldi,  atam  onu  evimizə  dəvət  etmişdi.  Yadımdadır  ki,  həkimi  Qalina  idi. 
Qalina  və  Əkbər  Babayevlə  bir  yerdə  gəlmişdilər.  Evimiz  üçüncü 
mərtəbədə  idi.  Hər  mərtəbədə  stul  qoymuşduq.  Nazim  otururdu,  nəfəsini 
dərirdi,  sonra  qalxırdı.  O  gecə  bizdə  Süleyman  Rüstəm,  Cəfər  Cəfərov, 
Sabit  Rəhman,  Ənvər  Məmmədxanlı  qonaq  idilər.  Bülbülü  də  atam  dəvət 
etmişdi. Bülbül mahnılar oxuyurdu və Nazim: “Bayıldım  bu mahnılara. Nə 
gözəl,  nə  gözəl”  deyirdi.  Hər  dəfə  Nazim  Bakıya  gələndə  bizdə  belə 
qonaqlıqlar olurdu.  
Sonra  mən  Moskvada  olanda  Nazim  Hikmətə  zəng  etdim,  telefonla 
danışdıq. Heç bir-iki saat keçməmişdi ki, Əkbər mənə zəng elədi ki, Nazim 
bir yerə gedir, səni də dəvət edir. Mən Moskva mehmanxanasında qalırdım. 
Dedi ki, düş aşağı, bir yerdə gedək. Düşdüm aşağı, iki maşınla gəlmişdilər. 
Nazimin  maşını  qabaqda  gedirdi.  Arxada  da  Əkbər  özü  sürürdü.  Mən 
Əkbərin  yanında  oturmuşdum.  Nazimin  maşını  bir  az  gedəndən  sonra 
dayandı və Nazim düşdü. Nazim çox şık geyinmişdi. Ümumiyyətlə, o yaxşı 
geyinməyi  sevirdi.  Düşdü  maşından  küçədə  var-gəl  elədi,  sonra  yenə 
əyləşdi.  Bir  az  gedəndən  sonra  başqa  bir  küçədə  yenə  maşından  düşdü. 
Mən  Əkbərdən  soruşdum  ki,  niyə  belə  edir  ?  Dedi,  özündən  soruşarsan. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə