_______________________________________________
Nazim Hikmət qalaktikası
31
dinlədim. İndi həmin vaxtdan neçə il sonra Bakıda, Mirzə Fətəli Axundov
adına Opera və Balet Teatrında "Koroğlu" tamaşasına baxdım. Bülbülün
oyununu da gördüm."
Nazim Hikmət Bülbülün səsini çox bəyənirdi. Bu gün Bülbülün ev
muzeyində Nazim Hikmətin dəsti-xətti ilə göndərilmiş iki fototeleqram hifz
olunur:
"Sovet insanlarına və bütün insanlığa gözəl şərqilərini uzun illər boyu
şakı Bülbülüm, şakı.
Nazim Hikmət."
"Səhər vaxtı quş səsi, rüzgarda qayın ağacı yarpaqlarının səsi,
sevgilinin ovucundan tökülən su səsi, makinaların səsi, kaman səsi, tar
səsi... Amma məncə, səslərin ən gözəli, ən dərini, ən ulusu – İnsan səsidir.
İnsan səsi insanları ölümə də çağıra bilər, həyata da, kinə də, sevgiyə də.
Sənin səsin, sevgili qardaşım, bütün ömrün boyunca insanları gözələ,
doğruya, haqqa, ümidə çağırdı. Mən sənə ölümsüz gənclik diləyirəm.
Gözlərindən öpürəm.
Nazim Hikmət."
Bu teleqramlar Nazim Hikmətin Bülbül sənətinə necə böyük qiymət
verdiyinə misaldır. Öz xatirələrində Nazim Hikmət Qara Qarayevdən,
Fikrət Əmirovdan, Səid Rüstəmovdan və başqa sənət xadimlərindən
məhəbbətlə söz açaraq yazırdı:
"Azərbaycan Opera Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinə
də baxdım. Onun da musiqisini əvvəllər eşitmişdim. Bu, məncə, yalnız
Sovet İttifaqında deyil, bütün dünyada ən gözəl balet musiqisindən biridir.
Fikrət Əmirovun "Sevil" operasına da böyük bir zövqlə qulaq asdım.
Aqşin Babayev_______________________________________________
32
Bakıda kəşf etdiyim ən gözəl şeylərdən biri də Musiqili Komediya
Teatrı oldu. "Məşədi İbad"ı, o ölməz əsəri, sonra Səid Rustəmovla
Süleyman Rüstəmin "Durna"sını gördüm. Ömrümün ən nəşəli iki gecəsini
keçirdim. Rejissor Şəmsi Bədəlbəyliyə, artist Lütfəliyə və Qafarlıya, aktrisa
Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən də varam...”
Nazim Hikmətin heyran olduğu əsərlərdən biri də dünya şöhrətli
bəstəkarımız Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti idi. "Məhəbbət
əfsanəsi" Nazim Hikmətin "Bir aşk masalı" pyesinin əsasında
yaradılmışdır.
Arif Məlikov neçə illərdən bəridir ki, Nazim Hikmətin "Yusif və
Züleyxa" pyesi üzərində işləyir. İnanıram ki, onun qəlbindən süzülən
musiqi şairin eyni adlı əsəri əsasında bir baletə çevriləcək və bu əsər
dünyanın hər yerini gəzəcək. İstanbulda da tamaşaya qoyulacaq. O zaman
Türkiyənin əbədi sakini olan Ceviz ağacı, yəni Nazim Hikmət sevinəcək,
onun pak ruhu şadlanacaq.
Çoxşaxəli yaradıcılıq diapazonuna malik, təkcə Türkiyədə deyil,
dünyanın əksər ölkələrində tanınan Nazim Hikmət gözəl şair, mahir
dramaturq olmaqla yanaşı, həm də bir kinossenarist kimi məşhurlaşmışdı.
Əlamətdar haldır ki, Nazim Hikmət, yaradıcılığının ilk dövründən
başlayaraq kino sənəti ilə məşğul olmuşdur.
Nazim Hikmət ömrünün sonuna qədər Azərbaycanın kino xadimləri
ilə də bağlı olmuşdur. Onun ssenariləri əsasında çəkilmiş "Bir məhəlləli iki
oğlan", "Məhəbbətim mənim, kədərim mənim" və başqa filmlər geniş
tamaşaçı kütləsinin böyük rəğbətini qazanmışdır.
“Nazim Hikmətdə Azərbaycan” və “Azərbaycanda Nazim Hikmət”
məfhumları bir-birilə elə sıx tellərlə bağlıdır ki, bunları ayırmaq, sadəcə,
mümkün deyildir. Bu bağlılığın unudulmaz səhifələrindən biri də Nazim
_______________________________________________
Nazim Hikmət qalaktikası
33
Hikmət poeziyasının, dram əsərlərinin nəşri və bu əsərlərin səhnə taleyidir.
Nazim Hikmət yaradıcılığının poetik nümunələri Azərbaycanda 1928-ci
ildən başlayaraq bu günə qədər nəşr edilməkdədir. Moskvada yaşadığı
illərdə şairlə görüşümdə o, kədərlə dedi: “Şeirlərim bütün dünya dillərində
çap olunur, türk dilindən başqa. Pyeslərim bir çox dünya səhnələrində
nümayiş etdirilir, türk səhnəsindən başqa.” Cəsarət edib ona belə bir söz
dedim: “Sizin şeirləriniz, pyesləriniz Azərbaycanda azəri türkcəsi ilə
müntəzəm nəşr edilir, tamaşaya qoyulur. Biz də türkük də.” Bu sözlərin
müqabilində Nazim Hikmət gülümsündü. Gözlərində kədər vardı. Bilirdim,
o, Türkiyə türkcəsini nəzərdə tuturdu. Mən sırf təsəlli üçün dedim bu
sözləri.
...Nazim Hikmət dramaturgiyası öz orijinallığı və sanbalı ilə seçilir.
Sənətkarın 20-dən artıq pyesi bir çox dünya teatrları tərəfindən səhnəyə
qoyulmuşdur. Azərbaycanda müəllifin "Kəllə" pyesi bütün başqa dram
əsərlərindən daha əvvəl radio tamaşası kimi efirə verilmiş və dinləyicilərin
böyük rəğbətini qazanmışdı.
Nazim dramaturgiyasında nəzəri xüsusilə cəlb edən bir cəhət var.
Onun bir çox pyeslərində obrazların adları ya onların sənətinə uyğun, ya da
şərti şəkildə verilmişdir. Məsələn, "Damokl qılıncı"nda surətlər A.B.,
Boksçu, Arxitektor, Komissar və sair adlandırılmışdır. Bundan məqsəd bu
və ya digər bir pyesdə hadisələrin təkcə Türkiyəyə, yaxud başqa bir ölkəyə
aid olmadığını göstərməkdir. Bu, Nazim Hikmət dramaturgiyasının
bəşəriliyini əks etdirən xüsusiyyətdir. Onun pyeslərinin mövzu dairəsi də
bəşəri səciyyəyə malikdir. Zəka sahibinin ehtiyac içində yaşaması, pul, var-
dövlət üstündə gedən ölüm-dirim mübarizəsi, bu gün məşhurlaşan, sabah
unudulan insanların acı taleyi, düz adamların çəkdiyi əziyyətlər, insanların
Dostları ilə paylaş: |