Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə37/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   30   31   32   33   34   35   36   37   38

atıb. Aşağıdakı səs-küyü eşitməsə digər paltarları da atcaq-
mış, amma yalnız pəncərəni bağlamaqla kifayətlənib. 
-Ola bilər.  
-Daha yaxşısını tapana qədər bu fərziyyəni istifadə edə-
cəyik.  Söylədiyim  kimi,  Buneni  həbs  edib  polis  bölməsinə 
aparıblar, amma əleyhində dəlillər tapa bilməyiblər. İllərdir 
dilənçilik etdiyi bilinir, amma heç bir cinayət işləməyib. Tam 
burada, ortaya cavablandırılması lazım olan bəzi suallar çı-
xır. Neville St. Kleyrin o tiryək təkkəsində nə işi vardı? Ora-
da  başına  nə  gəlib?  İndi  haradadır?  Huq  Bunenin  bu  işdə 
barmağı  varmı?  İndiyə qədər,  ilk  baxışda  sadə görünüb  bu 
qədər çətin olan bir hadisə görmədiyimi etiraf etməliyəm. 
Şerlok Holms bu hadisələr zəncirini izah edərkən, fayto-
numuz şəhərin kənar məhəllələrindən çıxıb çöl əraziyə  gir-
mişdi  artıq.  Hekayə  bitdiyində,  bəzi  pəncərələrindən  hələ 
işıq sızan iki kəndin arasından keçirdik. 
-Linin kənar  məhəllələrindəyik,  -  dedi  yol  yoldaşım.  - 
Bu qısa səfərimiz boyunca, Middleseksdən başlayıb, Surrey-
dən keçərək sonunda şəhərə çatdıq. Ağacların arasındakı bu 
işıqları görürsənmi? Ora “The Cedars” və lampanın yanında 
oturan qadın, atların ayaq səslərini yəqin ki, eşidib. 
-Amma araşdırmanı niyə Beyker küçəsində aparmırsan? 
-Çünki  orada  həllini  gözləyən  bir  çox  araşdırmam  var. 
Xanım St. Kleyr istifadə etməyim üçün iki otaq verdi və əmi-
nəm sənin kimi bir yoldaş və həmkarım olduğunu görəndə 
də  sevinəcək.  Əriylə  əlaqədar  yeni  xəbərlərim  olmadıqca 
onunla  qarşılaşmaqdan  nifrət  edirəm,  Uatson.  Axır  ki,  gəl-
dik. 
Böyük bir villanın qarşısında dayandıq. Bir lakey  gələ-
rək faytonu apardı. Mən də Holmsun arxasınca, daş yoldan 
evə doğru getməyə başladım. Yaxınlaşdığımızda qapı açıldı 
152
 
 


və önümüzdə, boyuna və biləklərinə çəhrayı şifonlar tikilmiş 
paltar geymiş, sarışın, qısaboylu bir qadın qabağa çıxdı. Bir 
əli qapıda, digəri yüngülcə havaya qaldırılmış, bədəni bir az 
önə əyilmiş, maraqlı nəzərlərlə bizə baxırdı. 
-Nə oldu? - deyə qabağa gəldi. Sonra iki adam olduğu-
muzu görüncə əvvəl sevindisə də, dostumun başını yelləyib 
çiyinlərini silkələdiyini görüncə ümidsizcəsinə içini çəkdi. 
-Xəbərlər yaxşı deyilmi?  
-Xeyr. 
-Bəs, pis xəbər varmı? 
-Xeyr. 
-Buna da şükr. Amma lütfən qapıda dayanmayın. Yəqin 
yorğunsunuz, sizin üçün uzun bir gün oldu. 
-Bu,  dostum  doktor  Uatsondur.  Bir  neçə  əməliyyatda 
mənə  çox  böyük  köməyi  toxunmuşdur.  Təsadüfən  onunla 
qarşılaşdıq və onu da bu araşdırmaya daxil etdim. 
-Sizinlə  tanış  olduğuma  sevindim,  -  dedi  əlimi  səmi-
miyyətlə sıxaraq. Bir çatışmazlıq olsa, üzrlü hesab edin. Hər 
şey o qədər ani oldu ki… 
-Sevimli  xanım,  -  dedim,  -  köhnə  əsgər  olaraq  bu  tip 
problemlərə əhəmiyyət vermirəm. Əgər sizə ya da buradakı 
dostuma bir köməyim toxuna bilsə, çox xoşbəxt olacağam.  
Masası axşam  yeməyiylə  bəzənmiş  yemək  otağına  keç-
diyimiz zaman dedi: 
 -  Cənab  Holms,  sizə  bir  neçə  sual  vermək  istəyirəm. 
Amma lütfən mənə dürüst cavab verin. 
-Təbii ki, xanım. 
-Duyğularımı problem hesab etməyin. İsterika keçirəcək 
və ya huşumu itirəcək deyiləm. Gerçək fikrinizi eşitmək is-
təyirəm. 
-Nə barədə? 
153
 
 


-Hər  şeydən  əvvəl,  Nevillenin  həyatda  olduğuna  ina-
nırsınızmı? 
Şerlok Holmsun bu sualdan xoşu gəlmədiyi sezilirdi. 
-Lütfən, dərhal indi, dürüst cavab verin, - qadın, maraq-
la baxaraq təkrar etdi. 
-O halda, doğrusunu söyləmək lazımdırsa, inanmıram." 
-Öldüyünümü düşünürsünüz? 
-Bəli. 
-Sizcə öldürülübmü? 
-Belə demədim. Amma bəlkə… 
-Yaxşı hansı gün öldürülüb? 
-Bazar ertəsi. 
-Yaxşı. Elə isə, cənab Holms, sizcə necə olub ki, bu gün 
ondan məktub gəlib? 
Şerlok Holms, elektrik vurmuş adam kimi kürsüsündən 
atıldı. 
-Nə? - deyə çığırdı. 
-Bəli, bu gün. Qadın əlində tutduğu bir kağız parçasını 
yelləyərək gülümsədi. 
-Baxa bilərəmmi? 
-Əlbəttə. 
Məktubu  həyəcanla  qadının  əlindən  qapdı  və  masada 
açaraq, lampanın köməyiylə diqqətli şəkildə araşdırdı. Mən 
də oturduğum yerdən qalxıb, çiyininin üzərindən baxırdım. 
Qalın bir zərfin içində idi. Üstündə, bu günün tarixi möhür-
lənmiş  bir Qravesend markası vardı. 
-Kobud bir yazıdır, - deyə mızıldandı Holms. Hər halda 
bu, ərinizin əlyazması deyil xanım. 
-Deyil, amma məktubdakı yazı onun əlyazmasıdır. 
-Anladığım  qədəriylə,  məktubu  poçtla  göndərən adam 
ünvanı araşdırmaq məcburiyyətində qalıb. 
154
 
 


-Necə yəni? 
-Gördüyünüz  kimi,  adı  özü  üçün  quruyub,  ona  görə 
qapqaradır.  Gerisi  boz rəngdədir,  bu  da  qurutma  kağızı  is-
tifadə edildiyini göstərir. Əgər hamısı yazıldıqdan sonra qu-
rudulmuş olsaydı, yuxarıdakı kimi tünd-qara rəng olmazdı. 
Adam  adı  yazıb  və  ünvanı  yazmazdan  əvvəl  bir  müddət 
gözləyib. Bu da ünvanı bilmədiyini göstərir. Kiçik bir detal-
dır, amma kiçik detallar hər zaman  əhəmiyyətliləridir. İndi 
məktuba baxaq. Aha, içində başqa şeylər də varmış. 
-Bəli, bir üzük vardı. Möhür üzüyü. 
-Yaxşı bu yazının ona aid olduğuna əminsinizmi? 
-Əlyazma formalarından biridir.  
-Biridir? 
-Tələsik  yazarkən  istifadə  etdiyi  əlyazımasıdır.  Hər  za-
mankı yazısına çox bənzəməz, amma bu yazısını da yaxşı ta-
nıyaram. 
“Sevgilim, əsla qorxma. Hər şey yoluna düşəcək. Orta-
da, düzəltməsi bir az zaman alacaq böyük bir səhv var. Səbr 
et... NEVİLLE.” Karandaşla, bir kitabın boş səhifələrindən bi-
rinə  yazılmışdır,  su  izi  yoxdur.  Əlləri  çirkli  adam tərəfin-
dən, Qravesenddən göndərilmişdir. Aha! Qapağı da yanılmı-
ramsa, tütün dolduran bir adam tərəfindən yapışdırılmışdır 
və  siz,  bunun  ərinizin  yazısı  olduğuna  qətiliklə  əminsiniz, 
elədirmi xanım? 
-Bəli. Bunları Neville yazıb. 
-Və bu gün Qravesenddən məktubla göndərilib. Təhlü-
kənin  bitdiyini  sanmayın,  amma  buludlar  dağılır  xanım  St. 
Kleyr. 
-Amma heç olmasa həyatdadır, cənab Holms, elə deyil-
mi?  
155
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə