Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə2/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   2   3   4   5   6   7   8   9   ...   195

 

əhali  ərəb  dilini  yadellilərin  d ili  kimi  deyil,  müqəddəs  kitab,  elm  və    mədəniyyət, 



ünsiyyət dili kimi qəbul ed ird i. 

Azərbaycanda  islamın  yayılması  ilə  müsəlman  qaydasında  yeni  dəfnetmə 

adəti  yarandı.  Müsəlman  dəfnet mə  adəti  ilə  birlikdə  yeni  tip  qəbirüstü  xatirə  

abidələri  –  sarkofak,  baş  və  sinə  daşları  yayıld ı.  Onların    ö zlə rində  ərəb  dilində  

epitafiya,  oy ma  və  ya  qabartma  üsulu  ilə    nəbati,  həndəsi  naxışlar  hə kk  o lunurdu. 

Səlcuqlar dövründə qəbirüstü abidələrinin daha  mürə kkəb və  mükə mməl növü olan  

qülləvari türbələr meydana çıxd ı və sonralar geniş yayıld ı. 

Azərbaycanın  yüksələn  xətt  ü zrə  sosial-iqtisadi,  siyasi  və  mədəni  inkişafı 

monqol  işğalı  ilə  dayandırılmış  oldu.  Monqol  istilası  nəticəsində  XIII  əsrin  birinci 

yarısında  Yaxın  və  Orta  Şərq  siyasi  xəritəsi  əsaslı  şəkildə  dəyişdi.  Qonşu  ölkələr 

kimi  A zərbaycan  da  monqol    əsarəti  altına  düşdü  və    Dərbəndən  Fars  körfəzinə  

qədər geniş əraziyə ma lik beşinci monqol ulusuna  – Hülakülər (Elxan ilə r) dövlətinin  

tərkib inə  qatıldı.  Azərbaycan  bu nəhəng  dövlətin  mərkə zi  vilayəti,  Təbriz  isə  onun 

paytaxt  şəhəri  idi.  A zərbaycan  torpaqlarına  digər  monqol  dövlətlərin in  –  Qızıl 

Ordanın  iddia  etməsi  b ir  əsrədək  davam    etmiş  qarşıdurma  və  müharibələrə  səbəb 

oldu. Qızıl Orda öz məqsədlərin i gerçəkləşdirmək üçün  dəfələrlə A zərbaycana hərbi 

yürüşlər  təşkil  edir,  ölkəni  xüsusilə  Şirvan  torpaqlarını  soyub  talayır,  iqtisadiyyata 

ağır zərbə vururdular (A zərbaycan tarixi, 1999, səh. 26-29). 

   Müharibələr  və  köçəri  hərbi  əyanların  yerli  əha lin i  sıxışdırması  ölkədə, 

xüsusilə  də  Arranda  təsərrüfat  həyatının  və  şəhər  mədəniyyətinin  inkişafına  mənfi 

təsir  göstərən  amillərdən  biri  id i.  Ağır  vergi  yükü  və  süni  suvarma  rayonlarda  

irriqasiya  qurğularının  dağılması  kənd  təsərrüfatına  ağır  zərbə  endirmişdi.  Şəhər 

sənətkarlığı  və  ticarət  tənəzzül  həyatı  keçirirdi.  Bunun  nəticəsi  idi  ki,  monqol 

istilasından sonra Azərbaycanda monqol yürüşlərinədək becərilən torpaqların yalnız 

onda  biri  təyinatı  ü zrə  istifadə  olunurdu.  Bir  ço x  zəngin  v ilayətlə r  boşalmış, 

çiçəklənən şəhərlər xarabalığa çevrilmişdi. 

Qazan  xan  köçəri  monqol  əyanlarının  müqavimətini  qıraraq  ölkə 

iqtisadiyyatının  dirçəlməsinə  təkan  verən  zəruri  islahatlar  keçirirdi  və  mərkəzi 

hakimiyyəti  gücləndirdi,  İsla mı  dövlət  d ini  e lan  etdi,  sosial-iqt isadi  və  mədəni 

inkişafın  sürətlənməsi  üçün  hüquqi  zəmin  yaratdı.  Dövrün  mühüm    əlamətlərindən 

biri  iqtisadiyyatın  dirçəlişində,  xüsusilə  şəhərsalmada  qul  əməy indən  geniş  istifadə 

olunması idi. 

Qazan  xan ın islahatları nəticəsində  ölkədə şəhər həyatı, sənət istehsalı, daxili 

ticarət canlanmış, beynəlxa lq ticarət əlaqələ ri genişlən mişdi. Təbriz şəhəri Şərq in ən 

böyük  ticarət  mərkəzlərindən  birinə  çevrilmişdi.  Yen i  şəhər  salın mışdı.  Kənd  

nahiyələri  can lan mış,  xüsusilə  dağətəyi  və  dağlıq  ərazilə rdə  çoxlu  yeni  kəndlə r 




 

salın mışdı.  Karvan yolların ın təhlükəsizliy inə diqqət artırılmış, çaylar üzərində yeni 



körpülər, ticarət magistrallarında karvansaralar inşa olun muşdu. 

Qazan  xanın  islahatı  Hülakilər  dövlətin in  süqutunu  uzatdı,  lakin  onun 

qarşısını  ala  bilmədi.  Cəlairilər  sülaləsinin  hakimiyyəti  dövründə  də  sabitliyi  bərpa 

etmə k mü mkün olmadı.  XIV əsrin sonu və XV əsrin əvvəllərində A zərbaycanın əsas 

ərazisi  Cəlairilərin idarəçiliy indən çıxaraq Tey murilərin, bir sıra yerli  feodalların və 

Qaraqoyunluların ha kimiyyəti alt ına düşdü. Be lə bir  keşmə keşli,  ziddiyyətli dövrdə 

Azərbaycanda meydana çıxan hürufilik təriqəti qonşu ölkələ rə də yayıldı. 

XV  əsrin  30-80-ci  illərdə  sabitliyin  bərqərar  olması  nəticəsində  Azərbaycan 

mədəniyyətində nəzərə  çarpacaq  irəliləyişlər baş  verirdi, şəhərlərdə,  ilk  növbədə,  paytaxt 

şəhərlərdə quruculuq işləri genişlənirdi. Şirvanşahların iqamətgahının Bakıya köçürülməsi 

burada şəhərsalma fəaliyyətinin intensivləşməsi, bir sıra monumental binaların, ilk növbədə 

saray kompleksinin inşası, sənət istehsalı və ticarətin inkişafı, mədəni həyatın canlanması 

ilə əlamətdar oldu.  

XV  əsrin  mənəvi  həyatında  mistik-panteist  səciyyəli  ideoloji  cərəyanların  geniş 

yayılması  Ərdəbil  şeyxlərinin  nüfuzunun  əhali  arasında  güclənməsi  və  yüzilliyin  ikinci 

yarısından  şeyxlərin  hərbi-siyasi  fəallığının  artması,  onların  hakimiyyət  uğrunda 

mübarizəsi  Səfəvilər  dövlətinin  yaranması  ilə  sonuclandı.  Ölkə  ərazisinin  vahid  dövlət 

tərkibində birləşməsi mütərəqqi bir hadisə idi. 

1514-cü  ildən  başlanan,  fasilələrlə  bir  əsrdən  artıq  davam  edən  Səfəvi-Osmanlı 

müharibələri  ölkənin  sosial-iqtisadi  və  mədəni  inkişafına  ciddi  zərbə  vurdu,  şəhər  və 

kəndlərin  xarabazara  çevrilməsinə, əhalinin  qırılmasına, bir  çox  mədəniyyət abidələrinin  

məhvinə səbəb  oldu.  Sənət  istehsalında  durğunluq, sonra  is ə  tənəzzül  baş verdi.  Daxili 

ticarətin  həcmi  azaldı.  Xarici  ticarət  əlaqələri  məhdudlaşsa  da,  XVI-XVII  əsrlərdə 

Azərbaycan Rusiya, Avropa və Asiya ölkələri ilə ticarət əlaqələri  saxlamaqda idi. 

XVI-XVII  əsrlərdə  hərbi-siyasi  durum,  sənət  istehsalının  və  daxili  ticarətin 

həcminin  məhdudlaşması  şəhər  mədəniyyətinin  tənəzzülünü,  şəhərlərin  aqrarlaşması 

prosesini sürətləndirdi. 

Bütün bu mühüm hadisələrin təsiri çoxsaylı abidələrdə yaşayış yerlərində - kənd və 

şəhər  xarabalıqlarında, qalalarda,  müdafiə  istehkamlarında,  yaşayış binaları  qalıqlarında, 

saraylarda, ictimai, təsərrüfat və dini tikililərdə, karvansara, körpü, sərdabə və türbələrdə, 

qəbiristanlıqlarda  və  s.  aydın  izlənilir.  Bu  abidələrin  qalıqlarına  Azərbaycanın  bütün 

ərazisində – dağ, dağətəyi rayonlarında hər addımbaşı rast gəlmək mümkündür.  

Bu  dövrdə  yazılı  qaynaqların  kəmiyyət  və  keyfiyyət  etibarı  ilə  artmasına, 

yüksəlməsinə baxmayaraq  Azərbaycan  feodal  cəmiyyətinin  problemlərinin  həllində  orta 

əsr arxeoloji abidələrinin tədqiqinin müstəsna əhəmiyyəti vardır. Xüsusilə Azərbaycan orta 

əsr  şəhərlərinin,  şəhər  mədəniyyətinin  araşdırılmasında  arxeologiyanın  rolu  böyükdür. 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə