Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə110/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   106   107   108   109   110   111   112   113   ...   116

 

 

 



 

380 


edən Nazim bəy, aşığın ifasındakı melodiyaları səsləndikləri kimi 

(bütün  nüansları  ilə  birlikdə)  və  piano  müşayiətində  notaya  ala 

bilmişdir

7

.  



Dastanda istifadə edilən melodiyalar yuxarıda da söylədiyimiz 

kimi  dastanın  əsas  idea-məzmununa,  süjetinin  gedişinə,  qəhrə-

manların müxtəlif ruh hallarına, emosyonal vəziyyətlərinə uyğun 

olaraq istifadə edilir. Məsələn, "Kərəm Köçdü" havası aşıq dastan 

mətninin  o  hissəsində  oxunur  ki,    burada  Aşıq  Qərib,  sevgilisi 

Şahsənəm ilə məcburi olaraq yeddi illiyinə vidalaşır və Şahsənəm 

bunun  səbəbini  anasına  bildirir.  Yəni  atasının  Qərib  ilə  olan 

sevgisinə  razı  olmamasından  dolayı,  Qəribdən  qırx  kisə  qızıl 

istədiyini,  eyni  zamanda  Qəribin  onları  tapmaq  üçün  yola  düş-

düyünü bildirir. Bu vəziyyətdə Şahsənəmin ayrılıqdan, hicrandan 

doğan  dərin  kədər,  həsrət  hissləri  musiqi  vasitəsi  ilə  xüsusilə 

emosional  bir tərzdə  ifadəsini tapmış olur.  Aşıq, haqlı olaraq  bu 

ruh halını ifadə etmək məqsədiylə bu səhnəyə uyğun olan "Kətəm 

Köçdü"  yanğılı  aşıq  havasını  çalıb  oxuyur.  Əslində  bu  musiqi 

parçası ilə Şahsənəmin ayrılıqdan doğan keçirdiyi duyğuları əks 

etdirməklə  birlikdə,  dinləyicilərin  də  bu  həyəcanları,  hissləri 

yaşamasını təmin edir. Unutmamaq lazımdır ki, hər bir dastanın 

bəzən bir çox variantları belə mövcud ola bilər. Məsələn, sözünü 

etdiyimiz dastanın təxminən doqquz variantı vardır və bunun bu 

variantlarının  meydana  gəlməsində  bir  çox  sənətkar  aşğın  bila-

vasitə  yaradıcılıq  fəaliyyətinin  olması  heç  bir  şübhə  doğurmur. 

Buna  görə  də  eyni  dastanın  aşıqlar  tərəfindən  ifası  zamana, 

məkana,  aşığın  fərdi  qabiliyyətinə,  estetik  dünyagörüşünə  və  s. 

bağlı  olaraq  onların  dastanlara  olan  qatqılarından  da  söhbət 

açmalı oluruq. Bu fikri dastanın musiqi müşayiətinə də aid etmək 

mümkündür. Yəni aşıq repertuarının genişliyi və ya darlığı dastan 

                                                           

7

 Nazim Hidayətoğlu. Aşıq Qərib, Trabzon, 1999 




 

 

 



 

381 


söyləyərkən aşıqların təsvir və ifadə imkanlarını ya genişləndirir, 

ya  da  daraldır.  “Aşıq  Qərib”    kimi  digər  dastanlarımızda  da 

melodiya,  burada  musiqi ilə  ədəbiyyatın (daha dar  mənada  mət-

nin,  şeirin)  dialektik  əlaqəsinin  əhəmiyyətli  olması  ilə  birlikdə, 

eyni zamanda mürəkkəb və çox az tədqiq olunması fikrini ortaya 

çıxarmaqdadır.  Heç  şübhəsiz,  eyni  aşıq  havasında  və  ya  melo-

diyasında, həmçinin bir dastanın müxtəlif ustad aşıqlar tərəfindən 

ifa  edildiyində  belə  bəzi  fərqliliklərə,  dəyişikliklərə  rast  gələ 

bilirik.  Bunun  yuxarıda  sıraladığımız  səbəblərlə  birlikdə  bir  də 

aşıq sənətinin əslində improvizasiya xarakterli olması ilə də izah 

etmək mümkündür. Hər bir aşığın bu və ya digər dərəcədə həmin 

qabiliyyətə  sahib  olması,  yəni  şeir  bəstələməklə  birlikdə  musi-

qiçilik  və  bəstəkarlıq  qabiliyyətinə  də  sahib  olması  gerçəkliyi 

eyni  zamanda  bu  sənətin  əhəmiyyətli  xüsusiyyətlərindən  sayıl-

maqdadır.  Təsadüfi  deyil  ki,  belə  bir  qabiliyyətə  görə  bəzən 

aşıqların ustad aşıq olub olmaması, bu sənətin incəliklərinə sahib 

olub  olmaması  kimi  fikirlər  ortaya  çıxa  bilir.  Aşıqların  ifaçılıq, 

bədahətən şeir söyləmə məharəti xalq arasında uzun illərdən bəri 

sevilən,  rəğbət  görən  aşıqlar  divanı  kimi  adlandırılan  və  əsasən 

aşıqları  bir  araya  gətirə  bilən,  onların  ustalıqlarının,  ifaçılıq 

maharətlərinin  inkişafına  xidmət  edən  bir  aşıq  növünü  də 

unutmamaq  lazımdır.  Bu  qəbildən  olan  "aşıqlar  divanı"  bütün 

Türk  dünyasında  özünü  göstərməkdədir.  Xatırladaq  ki,  hal-

hazırda aşıqlar divanının ən qədim dövrlərdən başlayaraq sosial-

mədəni  həyatımızda  oynadığı  rol,  onun-dəyişdirici  funksiyası, 

xalq  arasında  bəyənilməsinin  səbəbi  ilə  əlaqədar  problemlər 

folklorşünas alimlərimizin marağına səbəb olmaqdadır. Məsələn, 

bu  sahədə  həm  Azərbaycanda,  həm  də  Türkiyədə  bir  çox  araş-

dırmaların  aparılmasını  söyləmək  mümkündür.  Son  zamanlarda 

Türkiyədə  ozan-aşıq  sənəti,  eyni  zamanda  aşıqlar  divanı  ilə 

əlaqədar əhəmiyyətli fəaliyyəti ilə diqqət çəkən folklorşünas alim 



 

 

 



 

382 


Nazim İrfan Tanrıkulunun müsbət səyylərini xüsusi olaraq qeyd 

etmək  lazımdır.  Onun  "Aşıqlar  Divanı"  adlı  əsərini  son  zaman-

larda Türkiyədə meydana gəlmiş və aşıq sənətini işıqlandıran ən 

qiymətli  əsərlərdən  saymaq  mümkündür.  Əsərdə  yazar  zənni-

mizcə  indiyə  qədər  görülməmiş  bir  üsuldan  istifadə  etməyi 

qarşısına  bir  məqsəd  olaraq  qoyur.  Daha  doğrusu  burada  əsas 

diqqəti,  aşıqlar  divanı  və  deyişmələrə    istiqamətləndirir.  Aşıq 

sənəti üçün son  dərəcə  mühüm olan  bu  sahənin xüsusiyyətlərini 

kitabdan, aşıq ədəbiyyatından, mütəxəssislərin fikirlərindən aldığı 

məlumatlara  görə  deyil;  aşıqların  reallaşdırdıqları  canlı  aşıq 

məclislərindəki  deyişmələrin  olduğu  kimi  qələmə  alınması  yolu 

ilə  şərhə  çalışması  və  oxucuların  ixtiyarına  verilməsini  əsas 

götürür.  Həqiqətən  də  müxtəlif  aşıq  məktəblərində,  təcrübə  və 

səviyyəyə  sahib  aşıqların    bir-biriləri  ilə  olan  deyişmələrində 

onların  bu  sənətə  nə  dərəcə  yaxından  sahib  olduqlarını  görmək 

mümkündür. Aşıqların bədahətən  bir-biriləri ilə deyişməsi, eyni 

aşıq şeir formasında, eyni zamanda, eyni bir aşıq havası üstündə 

söyləyib oxuması bu xalq sənətkarlarının həqiqətən böyük fitri is-

tedadından  xəbər  verir.  Kitabda  müəllif,  hal-hazırda  Türkiyədə 

ad-san  sahibi  olan  aşıqların  müxtəlif  zamanlarda  bir-birləri  ilə 

olan deyişmələrini, burada söylədikləri sözlərdə heç bir dəyişiklik 

və  əlavə  olmadan  və  həqiqətdə  olduğu  kimi  təqdim  etmişdir. 

Əslində,  bu  cür  deyişmələri  təsvir  edən,  reallaşdıran  və  bu  son 

dərəcə  əhəmiyyətli  proseslərdə    bilavasitə  şəxsən  iştirak  edən 

Nazim Tanrıkulu müasir deyişmə üslubunun bir çox xüsusiyyət-

lərinə  sahib  ola  bilməsini  aydın  bir  şəkildə  hiss  edirik.  Canlı 

olaraq bu deyişmələr olduğu kimi reallaşdırılmasını qələmə alan 

müəllif,  parallel  olaraq  bu  prosesə  qatılmış,  aşıqlar  haqqında  da 

məlumatlar  vermiş,  aşıqlıq  sənəti  haqqında  qayğılarını  da  şərh 

etməyə    cəhd  göstərmişdir.  Kitabda  göstərildiyi  kimi  deyişmə  

Nazim  Tanrıkulunun  da  iştirakı  ilə  əsasən  üç  aşıq  tərəfindən 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə