Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   18   19   20   21   22   23   24   25   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
65 
 
PROLAKTİNOMA 
 
Rezident: Salamzadə Firuzə 
 
Elmi rəhbər  Məmmədova Gülnarə 
 
Bakı Sağlamlıq Mərkəzi, Endokrinologiya şöbəsi 
 
Açar sözlər: Prolaktinoma, hiperprolaktinemiya ( HP), prolaktin (PRL) 
Giriş:  Hipofiz      vəzinin    prolaktin  ifraz  edən  şişləri  prolaktinoma  adlanır.  Ən  sıx  görülən    hipofiz 
adenomasıdır.( %40)Prolaktinin normal aralığı 5-20 ng/mL-dir. Hiperprolaktinemiya fizioloji və patoloji ola bilər. 
Fizioloji  olaraq  hamiləlik,  laktasiya,  yuxu  və  stres  zamanı,patoloji  HP  səbəbləri-dərmanlar,  hipotireoz  və 
prolaktinomalardır.  Prolaktinin  >150  ng/ml  olması  prolaktinomaya  işarədir.  Dərmanlara  antidepressant, 
antipsixotrop  və  neyroleptiklər  aiddir.  Dərmanla  bağlı  HP  da  prolaktinin  miqdarı  25-100  ng/mL  aralığında  olur, 
dərman  kəsildikdən  3-4  gün  sonra  normal  həddlərə  enir.  Makroprolaktinomalarda  prolaktinin  səviyyəsi 
>200ng/mL,  hətta  500  ng/mL  ola  bilər.  Diaqnostik  göstərici  qanda  PRL  miqdarının  təyini,  baş  beyinin  MRT 
müayinəsidir.  
Müalicənın  əsas  məqsədi  şişin  ölçüsünün  kiçilməsi,  basqının  aradan  qaldırılmasıdır.  İlk  seçim  dofamin 
aqonistləridir. Aqressiv gedişli,  ətraf toxumaya basqı  və  invaziya edən, dofamin  aqonistlərinə rezistentlik cərrahi 
müalicəyə göstərişdir. 
Material  və  metodlar:    26  yaşlı  oğlan  ağızda  quruluq,  susuzluq,  halsızlıq,  güclü  baş  ağrıları,  görmə 
pozğunluğu  şikayətləri ilə BSM-ə daxil olmuşdur. Bir neçə ildir ki şəkərli diabetlə xəstədir, insulin terapiya qəbul 
edir. Başqa dərmanların qəbulunu inkar edir. Fiziki müayinə zaman həmçinin süd vəzilərinin böyüməsi, tüklərin 
azalması  əlamətləri  də  aşkarlandı.  Laborator  göstəricilər:  QÜA  HBG-13,9  g/dl,  RBC  4,92x10
6
/ml  ,  WBC  5,7  x 
10
3
/ml EÇS 16 mm/saat. Qanda PRL-5623 ng/mL, TSH 1,65 İU/ml , sT3 5/07 nmol/l, sT4 13,3 nmol/l, kortizol 
179nmol/l,  testesteron  2,4  nmol/l,  qanda  qlükoza  22mmol/l.  Qaraciyər  və  böyrəyin  laborator  göstəriciləri 
normaldır.  Baş  beyinin  MRT  müayinəsi  zamanı  endo-supra-antesellar  adenoma  qeyd  edildi.  (makroadenoma 
düşünülməli) 
Nəticə:  Müayinələrə  əsasən xəstəyə  prolaktinoma diaqnozu qoyulmuşdur. Xəstədə  prolaktinin səviyyəsini 
nəzərə alaraq Dostineks 1 tabletdən həftədə 2 dəfə ( I və IV günlər) təyin edildi. Müalicə fonunda xəstədə nisbətən 
yaxşılaşma qeyd olundu. 1ay sonra təkrar müayinə zamanı PRL 2125 ng/mL, 3 ay sonra kontrol  MRT müayinə 
zamanı şişin ölçüsünün 50% azaldığı müşahidə olundu.     
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
66 
 
ATUREK - 5 Nevrologiya / Psixiatriya bölməsi 
 
OBSESSİV-KOMPULSİV POZUNTULARIN KLİNİKASI VƏ MÜALİCƏSİ 
 
Gülər CƏFƏROVA 
İşin rəhbəri:  t.e.d. N.A. ƏlİYEV 
 
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrası 
 
        Açar sözləri: obsessiv-kompulsiv pozuntu, klinika, müalicə.  
     Giriş. Obsessiv-kompulsiv pozuntuların öyrənilməsinin əhəmiyyəti onların çox geniş yayılması və insanın ən 
məhsuldar  yaşında  ona  düçar  olmasıdır.  Belə  ki,  xəstəliyin  orta  başlanğıc  yaşı  21-35  yaş  və  əhali  arasında 
yayılması 1-2 % təşkil edir.  
    Tədqiqatın  məqsədi:  obsessiv-kompulsiv  pozuntularda  (OKP)  kliniki  mənzərəni  öyrənmək  və  müvafiq 
müalicə tədbirləri həyata keçirməkdən ibarət olmuşdur.  
    Material  və  metodlar.  Bu  araşdırma  Səhiyyə  Nazirliyinin  1  saylı  RPX-da  20-35  yaş  intervalında  23  xəstə 
arasında  aparılmışdı.  OKP  ağırlıq  dərəcəsini  təyin  etmək  üçün  Yel-Braun  obsessiv-kompulsiv  simptomların 
cədvəlindən istifadə edilmişdi. 
   Nəticə.  Xəstələrin  hamısında  affektiv  əzablı  məzmunlu  obsessiv  pozuntular  və  onlara  müvafiq  olan 
kompulsiyalar  müşahidə  olunmuşdu.  Xəstələr  fikirləri  nə  qədər  əzabverici  olsa  belə  onları  özününkü  hesab 
edirdilər. Sarışan hərəkətlər və ya stereotip rituallar ondan ibarətdir ki, xəstə onları təkrar  - təkrar yerinə yetirir. 
Xəstələrin  fikrinə  görə   onlar  bu  hərəkətləri  xoşagəlməz  hadisənin  baş  verməsinin  qarşısını  almaq  məqsədilə 
həyata keçirirlər. Hansı ki, əks halda onun özünə, doğmalarına və ya xəstə tərəfindən digər şəxsə zərər yetirilə 
bilər.  Adətən  belə  davranış  xəstə  tərəfindən  mənasız  və  ya  effektsiz  kimi  başa  düşülür,  lakin  onlar  təkrarən 
görülür.  Demək  olar  ki,  həmişə  həyəcan  müşahidə  edilir.  Əgər  kompulsiv  hərəkətlər  tormozlanarsa,  həyəcan 
daha  da  artır.  OKP  müalicəsində  farmakoterapiya  və  psixoterapiya  mühüm  əhəmiyyət  kəsb  edir.  Klomipramin 
(anafranil) preparatı - başlanğıc doza 25-50 mg təşkil etməlidir. Hər 2-3 gündən bir 25 mg artırmaqla gündəlik 
doza 250 mg-a çatdırılır. Maksimal doza 300 milliqramdır. Kompulsiyaların  müalicəsində alimemazin (teralen) 
preparatından istifadə edilmişdi. Psixoterapevtik metodlardan koqnitiv-davranış metodu tətbiq olunmuşdu.  
Müzakirə.  OKP  yüksək  xəstəlik  faizini  təşkil  edərək  son  iki  onillik  ərzində  dünya  psixiatrlarının  diqqət 
mərkəzindədir. Bizim aldığımız məlumat ədəbiyyatla uzlaşır, buna baxmayaraq, gələcəkdə bu tədqiqatı daha çox 
xəstə arasında aparmaq və psixometrik metodlardan əlavə, bioloji psixiatriya üslublarla birlikdə həyata keçirmək 
lazımdır. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə