Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə56/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   52   53   54   55   56   57   58   59   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
145 
 
PARANAZAL SİNUSLARIN ŞİŞ XƏSTƏLİKLƏRİNİN KOMPLEKS ŞÜA DİAQNSOTİKASI 
 
Gülbəniz HÜSEYNOVA 
 
İşin rəhbəri:  dos.Məlahət SULTANOVA 
                   dos.Rasim BAYRAMOV 
 
ATU TCK, Şüa diaqnostika və şüa terapiya kafedrası 
 
 
Açar sözlər: Paranazal şişlər, rentgenoqrafiya, KT, MRT  
Giriş: Paranazal sinusların şiş xəstəlikləri hər il artmaqda davam edir. Onların diaqnostikası Rentgenoloji, 
KT  və  MRT    müayinələrinin  köməkliyi  ilə  vaxtında  diaqnoz  qoymaq  və  şiş  xəstəliklərin  erkən  müalicəsi 
mümkündür.  Şişlər  histoloji  quruluşlarındakı  fərqlərə  görə  özlərini  bu  müayinələrdə  fərqli  apardığı  üçün  şüa 
müayinə  metodları  differensial diaqnostikada bizə kömək olurlar.  
Paranazal sinuslarda  aşağidakı şişlərə  cox rast gəlinir:  
Sinonazal polipozis: Burun boşluğunu və paranasal sinusları tutan xoş xassəli kütlələrdir. Sümükdə eroziya 
və remodelinqə səbəb ola bilər.  
Yuvenil  nazofaringeal  angiofibroma:  Xoşxassəəli,  lokal  olaraq  aqressiv  vaskulyar  şişdir.  Baş  və  boyun 
şişlərinin 0,5% faizni təşkil edir. 
 İnverted papilloma: Sinonazal şişlərin 0,5-4% ni təşkil edir. Daha çox 40-60 yaşlarda görülür.  
Antroxonal polip: Maksilyar sinus içərisindəki kistik/polipoid komponent və burun boşluğunda solid olan 
iki  komponentdən  ibartdir.  Ən  çox  uşaqlarda  görlülür  (  bütün  poliplərin  33%  ni  təşkil  edir).  Maksilyar  sinsuda 
selik sıxlığında kütlə maksilyar ostiumda genişlənmə görülür.  
Sinonazal  karsinoma:  Paranazal  sinusun  nadir  rast  gəlinən  aqressiv  şişidir.  Əsasən  etmoid  hücrələri  və 
yuxarı burun boşluğunu əhatə etmiş olmur. 
Mukosele: Xoş xassəli, lokal genişlənmə göstərən, mukusla dolu və epitellə əhatə olunmuş kütlələrdir.  
Tətqiqatın  məqsədi:  Paranazal  sinusların  şiş  xəstəliklərinin  diaqnozunun  rentgenoloji,      MRT,  KT 
müayinə metodları ilə dəyərləndirdirilməsi  
Material və metodlar:Tədqiqat ATU nun Tədrs cərrahiyyə klinkasında 27.12.2016 tarixindən 25.02.2017 
tarixinədək olan müddətdə 74 xəstə üzərində aparılmışdır. Xəstələrdən 21 nəfərdə rentgenoqrafiya, 35 nəfərdə KT, 
18 nəfərdə MRT müayinələri icra edilmişdir.  
Nəticə:  Şişlər  rentgenoloji  müayinədə  dəqiq  konturlu  homogen  intensiv  oval  kölgəliklər  şəklində,  KT 
müayinəsində sinonazal differensiasiya olunmayan karsinoma hipodens, heterogen strukturalı, MRT müayinəsində 
isə  T1  izo  (hipo),  T2  izo-hiperintens    törəmə  kimi  görünür.  Sinonazal  mukozal  melanoma  isə  KT-də  sümükdə 
remodelling,  eroziya  yaradan,  güclü  kontrastlanma  göstərən,  MRT  müayinəsində  isə  T1  homogen  hipointens 
törəmə kimi, qanama və ya melanin olarsa T1 hiperintens, T2 sekanslarda isə hipointens siqnalı olan törəmə kimi 
izlənilir. 
Müzakirə:  Paranazal  şişlərində    müayinə  metodları  onların  differensiyasında  əhəmiyyətli  rol  oynayır. 
Klinik xüsusiyyətlərlə birlikdə, şişlərin histopatoloji diaqnozu bu müayinələrlə çox ciddi irəliləyiş əldə etmişdir. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
146 
 
PULMONAR SEKVESTRASİYANIN ANTENATAL DİAQNOSTİKASINDA ULTRASƏS 
MÜAYİNƏSİNİN VACİBLİYİ 
 
Lalə QULUZADƏ 
 
İşin rəhbəri: Nərminə ƏLİYEVA 
 
ATU TTK , TCK Şüa diaqnostikası və Şüa terapiyası kafedrası 
 
Açar sözlər: Pulmonar sekvestrasiya, intralobar, ekstralobar,  
Giriş:  Pulmonar  sekvestrasiya  bütün  anadangəlmə  ağciyər  xəstəliklərinin  0.15-6.4%-ini  təşkil  edəcək 
qədər  nadir  rast  gənilir.  Bronxial  ağac  və  ağciyər  arteriyaları  ilə  əlaqəsi  olmayan  anormal  inkişaf  etmiş  ağciyər 
seqmentidir. Adətən sistemik arterial qidalanması olur və bununla da digər patalogiyalardan differensiasiya olunur  
Tədqiqatın  məqsədi:  Ultrasəs  müayinəsinin  hamiləlik  müddətində  müəyyən  olunmuş  vaxtlarda 
aparılmasının vacibliyini vurğulamaq. 
Müzakirə:  Pulmonar  sekvestrasiya  demək  olar  həmişə  aşağı  paylarda  rast  gəlinir.  İntralobar  və 
ekstralobar  növlərə  ayrılır.  İntralobar  növü  plevra  ilə  sərhədlənir  və  bütün  sekvestrasiyaların  75-85%-ini  təşkil 
edərək, təkrarı infeksiya ilə gec uşaqlıq dövründə özünü biruzə verir.  Ekstralobar növü isə neonatal dövrdə sianoz, 
respirator distress, infeksiya ilə üzə çıxır. İnfradiafraqmatik ola bilir( 10%) və sistemik venoz sistemə drenaj olur.  
O : Q- 4 : 1 . Anadangəlmə  Kistik Havayolu Malformasiyası ( CCAM ) ilə birlikdə rast gəlinə bilir. Buna hibrid 
zədələnmə  deyilir.  Antenatal  dövrdə  ultrasəs  müayinəsində  hiperexogen  görünüşü  ilə  CCAM  III  tip  Pulmonar 
sekvestrasiya ilə differensial diaqnostikadadır. 
 
 
Nəticə:    Bizim  xəstəmizdə  olduğu  kimi  antenatal  dövrdə  xəstəliyin  ilkin  diaqnostikasını  aparmaq  və  ola 
biləcək ağırlaşmalara hazır olmaq üçün ultrasəs müyinəsini, lazım olduqda MRT müayinəsini aparmaq lazımdır.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
147 
 
BÖYRƏK POLİKİSTOZUNUN DİAQNOSTİK DƏYƏRLƏNDİRMƏSİ 
 
Nərmin Allazova, Tutu Məmmədli 
 
İşin rəhbəri: Mətanət Pənahova, Baxşıyev Bahadur 
 
ATU-TTK, ŞÜA DİAQNOSTİKASI və ŞÜA TERAPİYASI 
 
Açar sozlər : mikrokistalar,  İnfantil tip ,Yetişkin tip, USM, KT, MRT  
Giris:  Böyrək polikistozu irsi  patologiyadır.  Bu  zaman böyrəklərin üzərində  çoxlu  sayda  müxtəlif  ölçüdə 
kistalar  aşkarlanır  .  2  tipi  var-  infantil  və  yetişkin  .  İnfantil  tip  bətn  daxili  aşkarlana  bilər.  Ultrasonoqarafik  ağ 
böyrək kimi  izlənilir. Doğulduqdan sonra  böyrəklər normadan böyük, exogenliyi  çox  miqdarda xırda kistoz (1-
2mm  )sahələr  heabına  diffuz  olaraq  artmişdir.Yetişkin  tipdə  böyrəklər  formasını  dəyişmədən  böyüyür.Kistalarin 
ölçüləri  müxtəlifdir.  Yaş  artdıqca  sayları  artır,parenxima  rezervi  azalır.  İkincili  infeksiyanın  qoşulması    , 
kistalardan  və  ya  parenximadan  şiş  əmələ  gəlmə  riski  böyükdür.  Bu  səbəbdən  kistaların  ağırlaşmasının  
dəyərlənməsində əsas müayinə üsulu kimi MRT və ya KT seçilir.  
Tədqiqatın  məqsədi : Polikistoz  böyrəyin tipinin müəyyən edilməsi  və diaqnostik müayinənin seçilməsi  
Material  və  metodlar  :  Müşahidələr  01.10.2016  tarixindən  15.03.2017  tarixinə  ATU  –nun  tədris 
terpevktik klinikası daxilində müayinədən keçmiş 15  xəstə  üzərində  aprılmışdır . Xəstələrin 65% -də yetişkin 35 
%-də  infantil  tip    polikistoz  böyrək  aşkar  olunmuşdur.  Bunlardan  3      yetişkin  tip  polikistoz  olan  xəstədə  MRT 
zamanı kistaların irinləməsi , 1 xəstədə böyrəkdaxili şiş aşkarlanmışdı. 
Nəticə:    USM  ,KT  ,MRT  böyrək  polikistozu  diaqnostikasında      xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki  , 
polikistozun  aşkarlanmasında  USM  ,  ağırlaşmarın  diaqnostikasında  KT  və  ya  MRT  müayinəsi  aparılması 
məqsədəuyğundur. 
 
 
        
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə