Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə88/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   84   85   86   87   88   89   90   91   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
229 
 
TREATMENT OF DENTAL-FACIAL ABNORMALITIES IN PATIENTS WITH CRANIOFACIAL 
DEFORMITIES 
 
Farinaz İrannejad 
 
İşin rəhbəri: Çingiz Rəhimov 
 
ATU TCK, Ağız və Üz – Çənə Cərrahiyyəsi Kafedrası 
 
Keywords: craniofacial deformities, 
cephalometry, 
Crousone syndrome 
Introduction:  Congenital  cranial  deformities  frequently  involves  facial  structures  and  dental 
occlusion  as  well.  Appropriate  management  of  dento-facial  deformities  related  with  cranio-facial 
abnormalities  requires especial approach from diagnosis and treatment point of view. The application 
of  quite  reasonable  2D  cephalometry  in  dento-facial  abnormalities  is  not  always  effective  in  case  of 
craniofacial  deformities.  Current  progress  of  computer  technologies  allows  us  to  create  3D  models  of 
craniofacial  abnormalities  and  determine  new  navigation  guidance  to  improve  outcomes  of 
reconstructive  procedures  and  follow  orthodontic  treatment. 
The  aim  of  this  study  is  to  identify  the 
informative benchmarks on the 3D cephalometry and 
their application in preplanning of both surgical 
procedures and orthodontic setup in treatment of congenital craniofacial deformities. 
Materials  and  methods:  Treatment  outcomes  of  two  patients  with  diagnosis  of  Crousone 
syndrome  and  one  with  frontonasal  dysplasia  have  been  analyzed.  Virtual  preplanning  of  treatment 
was based on data collected from CT examination by the means of Materialise Mimic Research software 
(Materialise,  Belgium). 
In  all  cases,  the  method  of  3D  cephalometry  was  used  as  the  determining.
  All 
virtual  data  was  carefully  documented  and  used  during  surgical  procedure.  The  postoperative  results 
were assessed clinically and radiologically. 
Results:  In  all  cases,  no  significant  postoperative  complications  were  noted.  Reasonably 
functional  and  aesthetic  results  were  achieved.  Orthodontic  setup  was  applied  directly  after  surgery 
with no additional major surgical interventions.  
Conclusions:  The  application  of  virtual  planning  with  3D  cephalometry  can  significantly 
improve functional and aesthetic results, as well as decrease total time of patient’s rehabilitation. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
230 
 
XRONİK İRİNLİ ORTA OTİTİN MÜALİCƏSİNDƏ EŞİTMƏNİ MÜHAFİZƏ EDƏN 
SANASİYAEDİCİ OPERASİYANIN TƏTBİQİNİN EFFEKTİVLİYİ 
 
Cəmalə Məhərrəmova, Gülnar Əsədova  
 
İşin rəhbəri: Ə.M.Talışinski 
 
ATU TCK, Stomatologiya fakultəsinin otorinolarinqologiya kafedrası 
 
Açar sözlər: eşitməni mühafizəedən sanasiyaedici operasiya, xolesteatoma.  
Giriş:  xronik  irinli  epitimpanit  –  XİE  (epitimpano-antral  orta  otit)  zamanı  qulaqda  aparılan 
ənənəvi  radikal  operasiya  infeksiya  ocağını  eliminasiya  etməklə  yanaşı  eyni  zamanda  müxtəlif 
dərəcədə  saxlanılan  eşitmə  sümükcüklərinin  və  promontorial  divarın  selikli   qişasının  çıxarılması 
nəticəsində  eşitmənin  zəifləməsinə  səbəb  olur.  Bununla  əlaqədar  hazırkı  dövrdə   qulaqda  aparılan 
sanasiyaedici  operasiyalara  olan   tələbat  eyni  zamanda  eşitmənin  yaxşılaşmasına,  eşitmə 
sümükcüklərinin  və  ya  onların  funksional  əhəmiyyətli  qalıqlarının  saxlanılmasına  yönəldilir.  Eşitmə 
sümükcüklərinin saxlanılması ilə qulaqda aparılan operasiyalar “eşitməni mühafizəedən sanasiyaedici 
operasiya”lar adlanır. Bu operasiyalardan ən çox tətbiq olunan formaları konservativ radikal operasiya, 
ayrı-ayrılıqda – müstəqil (qapalı) attiko-antrotomiyadır.  
Məqsəd:  XİE  zamanı  qulaqda  aparılan  eşitməni  mühafizəedən  sanasiyaedici  operasiyanın 
trepanasion boşluğun regenerasiyasına və eşitmə funksiyasına təsirini öyrənməkdir.   
Material  və  metodlar:  XİE  olan  15,  21  və  30  yaşlı  üç  xəstə  müşahidə  etmişik.  Xəstələrə 
ümumiklinik,  otorinolarinqoloji  müayinələr,  akumetriya,  tonal  hədd  audiometriyası,  timpanometriya, 
vestibülometriya  aparılmış,  gicgah  sümüklərinin  KT-si  tətbiq  olunmuşdur;  qulaq  eksudatının 
mikroflorası öyrənilmişdir.  
Nəticələr:  Hər  üç  xəstədə  xarici  qulaq  keçəcəyində  iyli  irinli  ifrazat,  təbil  pərdəsinin  sallanmış 
hissəsində perforasiya, attikin laterial divarının kariyesi, məməyəbənzər çıxıntıda sklerotik dəyişikliklər 
və  xolesteatoma  aşkar  olunmuşdur.  Eşitmə  konduktiv  formada  II  və  III  dərəcədə  aşağı 
düşmüşdür.   Operasiya  qulaq  arxasından  aparılmışdır,  antrum  nahiyəsindəki  kariesli  sümük  toxuma, 
xolesteatoma  xaric  olunmuş,  eşitmə  sümükcüklərinin  təftişi  edilmiş,  onlar  ethiyatla  qranulyasiya  və 
xolesteatomadan  azad  olunmuşdur.  Aditusun  bloku  tam  aradan  götürülmüş,  attikin  kariesli  laterial 
sümük divarı çıxarılmışdır.  
İki  xəstədə  xarici  qulaq  keçəcəyinin  arxa  sümük  divarı  yuxarı  2/3  hissəsində,  bir  xəstədə 
körpücüyə  qədər  götürülmüş,  sümük  təbil  halqası  saxlanılmışdır.  Xarici  qulaq  keçəcəyinin  arxa 
divarının dərisinin plastikası aparılmışdır. Məməyəbənzər çıxıntıdakı trepanasiya boşluğu qidalandırıcı 
ayaqcıq üzərində gicgah əzələsindən biçilən əzələ toxuması ilə doldurulmuşdur.   
Operasiyadan  sonra  məməyəbənzər  çıxıntıdakı  trepanasiya  boşluğu  20-25  gün  müddətində 
obliterasiya  olunmuş  və  epidermis  ilə  örtülmüşdür.  Eşitmə  bir  xəstədə  normal,  iki  xəstədə  I  dərəcəli 
ağıreşitmə həddinə qədər yaxşılaşmışdır. Qulaqdan ifrazat kəsilmişdir.   
Yekun:  XİE   zamanı  aparılan  ayrı-ayrılıqda  (qapalı)  attiko-  antrotomiya  operasiyası  ilə 
məməyəbənzər  çıxıntıdakı  trepanasyon  boşluğun  əzələ  toxuması  ilə  obliterasiyası,  qulaqda  eşitməni 
yaxşılaşdıran sanasiyaedici operasiyanın effektivliyini artırır.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə