Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

28 

 

mehriban  qonşuluğa  dəvət  edirdi.  Bu,  Qarsın  əhalisinin  erməni  barbarları 



tərəfindən  qırılması təhlükəsini diktə etdiyi ümidsizlik aktı idi. Həmin teleqramda  

Milli Şuranın sədri  doktor Aslan bəy Hacıyev yazırdı: “Biz də yorulmuşuq, qayda-

qanun və dinc əmək üçün darıxmışıq...” 1919-cu il mayın ortalarında Qars vilayəti 

erməni daşnakları tərəfindən işğal edildikdən sonra Milli Şuranın  fəaliyyətinə son 

qoyuldu. 

Qars  Respublikasının  müvəqqəti  höküməti  1918-ci  ilin  dekabrında 

yaradıldı və  iki dəfə  dəyişikliyə  uğradı : S.  F.  Ağabəyovun başçılıq etdiyi birinci 

kabinet  bilavasitə  Milli  Komitənin  iclasında  təşkil  olunmuşdu,  İ.  Cahangirovun 

başçılıq etdiyi ikinci kabinet  (Nazirlər Şurası)  1919-cu il martın 27-də parlament 

iclasında  təsdiq  edilmişdi.  Beləliklə,  hakimiyyətin  legitimliyinə  nəinki  əməl 

olunurdu,  həm  də  Avropa  ölkələrinin  təcrübəsindən  faydalanaraq  beynəlxalq 

normalara yaxınlaşırdı. 

Müvəqqəti  hökümət  burjuaziya  və  kəndli  nümayəndələrindən  təşkil 

edilmişdi,  burada  çar  ordusunun  keçmiş  zabitləri  görkəmli  rol  oynayırdılar.  Bizə 

elə  gəlir  ki,  hökümətin  tərkibinin  bu  cür  olması  məkrli  və  qəddar  işğalçıdan  – 

daşnak  Ermənistanından  respublikanı  müdafiə  etmək  zərurətindən  irəli  gəlirdi. 

Hökümətdə əsas vəzifələri – sədr, daxili işlər və hərbi nazirliklər, həmçinin orduda 

əsas vəzifələri demokratik sistemin qurulması və müstəqillik uğrunda əhalinin fəal 

çıxış edən təbəqələrinin nümayəndələri tutmuşdular. 

Cənub-Qərbi  Qafqaz  Demokratik  Respublikasının  müvəqqəti  höküməti 

hakimiyyətdə  qalsaydı  respublikanın  qanunvericilik,  nəzarət  və  ali  idarəetmə 

orqanına  çevrilə  bilərdi.  Bu  meyl  açıq-aydın  görünür.  Belə  ki,  1919-cu  ilin 

yanvarından  müvəqqəti  hökümət  seçkilər  yolu  ilə  təşkil  edilən  yerli  idarəetmə 

orqanlarının demokratikləşdirilməsinə başladı. 

Batum vilayətində məclis fəaliyyət göstərirdi. Lakin bu məclis 1919-cu il 

yanvarın  8-də  Britaniya  işğalçı  hökümətinin  yaratdığı  Sovet  tərəfindən  “türk 

höküməti tərəfindən təşkil edilmiş və Rusiya qanunları ilə nəzərdə tutulmayan bir 

təsisat kimi...”

38

 buraxıldı. 



Təəssüflə qeyd etmək lazımdır ki, müvəqqəti hökümətin birinci heyətinin 

tərkibi və strukturu haqqında arxivlərdə məlumat qalmamışdır. Görünür, bu dövrdə 

ixtisaslı  kadrlar  çatmadığı  üçün  nazirliklər  yaradılmamışdı.  1919-cu  il  yanvarın 

sonlarında  Atabəyov  ADR  hökümətinə  məhz  məmurlar  göndərmək  xahişi  ilə 

müraciət etmişdi. Baş nazir  İ. Cahangirov hərbi nazirliyin qismən də xarici işlər və 

daxili  işlər  nazirliklərinin  fəaliyyətini  genişləndirməyə  nail  olmuşdu.  O  biri 

nazirliklər  ancaq  kağız  üzərində  mövcud  idilər.  Hakimiyyətin  və  idarəetmənin 

dövlət orqanları qovşağının təşkilini başa çatdırmaq üçün hökümətin nə vəsaiti, nə 

də vaxtı vardı. 

                                                           

38

 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 1, v. 112. 




29 

 

Azərbaycan Respublikası parlamentinin açılışından ( 7 dekabr 1918-ci il ) 



bir ay sonra çağırılan Qars parlamenti – türk xalqlarının tarixində ikinci parlament, 

təkcə  Cənub-Qərbi  Qafqaz  üçün  yox,  bütün  Şərq  tarixi  üçün  parlaq  fenomen  idi. 

Elə  ilk  günlərdən  parlament  regionun  bütün  əhalisi  arasında  nüfuz  qazanmışdı. 

Hətta  Batum  vilayəti  Gürcüstan  Respublikasına  birləşdikdən  sonra  da  onun 

nümayəndələri parlamentin iclaslarında iştirak edirdilər.  

Parlamentarizmə - parlamentin təkcə qanunvericilik orqanı kimi yox, həm 

də  icra  hakimiyyətinə  ali  nəzarət  orqanı  kimi  üstünlük  təşkil  etdiyi  dövlət 

quruculuq  sistemi  təcrübəsinə  müraciət  təsadüfi  deyildi.  Qars  Respublikasının 

Avropa  ölkələrinin  təcrübəsindən  və  ADR  parlamentinin  –  bu  parlament  ancaq 

dekabr  1918  –  yanvar  1919-cu  il  ərzində  bir  sıra  mühüm,  əsas  qanunlar  qəbul 

etmişdi – hələ çox da böyük olmayan təcrübəsindən bəhrələnmək imkanı vardı. 

Cənub-Qərbi  Qafqaz  Demokratik  Respublikasında  insan  hüquqlarının 

müdafiəsi  və  demokratiyanın  inkişafı  sahəsindəki  nəzərə  çarpacaq  nailiyyətləri 

göstərməklə,  bir  sıra  tarixi  şəraiti  də  yaddan  çıxarmamalıyıq.  İngilislərin  ağalıq 

etmələri  demokratik  sistemə  öz  təsirini  göstərirdi.  Fransa  tarixçisi  və  yazıçısı 

Fransua Fürenin qeyd etdiyi kimi  “XIX – XX əsrin Avropa hüdudlarından kənarda 

demokratik proseslərdəki ziddiyətlərin səbəbini  tarixdə axtarmaq lazımdır, belə ki, 

insan  hüquqları  konsepsiyasını    bu  ölkələrə  müstəmləkəçilər  gətirmiş  və  silah 

gücünə  qəbul  etdirmişdilər”

39

.  Əlbəttə,  Qars  Respublikasında  demokratik  sistem 



zor  gücünə  qəbul  etdirilməmiş,  müsəlman  əhalisinin  mübarizə  və  səylərinin 

nəticəsi  kimi  meydana  gəlmişdi.  Lakin  Avropa  ölkələrinin  Azərbaycan,  Qars  və 

Gürcüstan  müstəqil  respublikalarındakı  seçilmiş  siyasi  sistemə  olan  rəğbətlərinə 

baxmayaraq  mövqeyi,  onların  Qafqazdakı  ziddiyətli  siyasətləri  eyni  zamanda 

sabitliyi  pozur,  millətçi  ekspansiya  qarşısında  bu  demokratiyanı  müdafiəsiz 

qoyurdu. Son nəticədə də bu regionlar öz müstəqilliklərini itirdilər və demokratiya 

süquta uğradı. 

1919-cu  ilin  sonunda  –  1920-ci  ilin  əvvəllərində  daşnakların  Qars 

vilayətinin əhalisinə qarşı genosid siyasəti yeritdiyinin çoxlu tarixi şəhadəti vardır. 

1920-ci  ilin  yanvarında  Cənub-Qərbi  Qafqaz  müsəlmanlarının  Tiflisdə 

keçirilən  iclası  Qarsdan  gələn  Qasımovun  məruzəsini  dinlədikdən  sonra 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə bu məzmunda teleqram göndərdi: 

“...biz  hesab  edirik  ki,  sonrakı  hadisələr  bir  daha  sübut  etdi:  özünün  məkrli  və 

dəhşətli  niyyətlərini  həyata  keçirmək  üçün  erməni  höküməti  heç  nə  qarşısında 

dayanmayacaq  bə  süni  razılıq

40

 hökümətimizin  nəzərini  öz  çirkli  əməllərindən 



yayındırmaqdır. Daşnak  quldur dəstələrinin daxil olduqları hər yerdə qan və tüstü, 

                                                           

39

 Ф. Фюре. Судьба идей. Курьер Юнеско, 1959, июль – август, с. 56. 



40

 Azərbaycan Respublikası ilə daşnak Ermənistanı arasındakı razılıq nəzərdə tutulur. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə