Aydin haciyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#31545
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

76 

 

Oktyabrın  sonunda  Cəmillinski  Azərbaycan  hökümətinə  məlumat  verirdi 



ki,  Naxçıvanla  sərhədə  əvvəlki  kimi  erməni  qoşunları  cəmləşir.  Ordubad 

yaxınlığındakı  Oxçu,  Şabadin  və  Kiq  rayonlarında,  həmçinin  Zəngibasarda 

ermənilər  azərbaycanlılara  silahı  təhvil  vermək  haqqında  ültimatum  veriblər. 

Daşnaklar Vedibasar rayonunu da rahat buraxmırdılar, bura Qarsdan gətirilən ağır 

toplarla atəşə tutulurdu. 

Naxçıvanın ağır vəziyyətini nəzərə alan Azərbaycan höküməti vəd etmişdi 

ki,  6  min  əsgəri  silahlandırmaqda  Cəmillinskiyə  kömək  göstərəcəkdir.  Vəziyyətin 

kəskinliyini  nəzərə alan amerikalılar bir qrup zabiti polkovnik Han Pirin başçılığı 

ilə  Naxçıvana  göndərmək  qərarına  gəldilər.  Lakin  onların  Naxçıvana  gəlişi  əks 

reaksiyaya  səbəb  oldu,  çünki  əhali  Britaniya  nümayəndələri  kimi,  onların  da 

simasında  daşnak  işğalçılarının  tərəfdarlarını  görürdü.  Qubernatorluğun  binası 

qarşısına  toplanan  naxçıvanlılar  Naxçıvana  gələn  zabitlərin  dərhal  geri 

qayıtmalarını  tələb  etdilər.  Amerikalı  general-qubernator  özündən  əvvəlki 

qubernatorlar  kimi  şəhəri  tərk  etdi  və  şəhərdən  üç  kilometr  aralıda,  kazarmada 

yerləşdi.  Kifayət  qədər  hərbi  qüvvənin  olmaması  üzündən  onun  hakimiyyəti 

Naxçıvan  şəhəri  ilə  məhdudlaşırdı.  Əhalinin  rəğbət  və  hörmət  bəslədiyi  S. 

Cəmillinskidə burada idi.  Qəzalara  Milli  Şura  silahlı  dəstələrinin  komandirləri  – 

Kəlbəli xan, Kəblə Muxtar Nehrəmli və s. rəhbərlik edirdilər. 

Noyabrın  sonunda  amerikalılar  general-qubernatorun  hakimiyyətini 

gücləndirmək  cəhdi  göstərdilər.  V.  Haskelin  şəxsi  nümayəndəsi  polkovnik  Rey 

yenidən şəhərə gəldi, o, S. Cəmillinski  və Milli Şura ilə olan ziddiyyətləri aradan 

qaldırmalı idi. Aparılan danışıqlar zamanı Naxçıvan rəhbərləri Reyi razı saldılar ki, 

E. Delinin Naxçıvanda statusu yerli hökümət yanında ABŞ müşaviri kimi müəyyən 

edilsin.  Beləliklə,  Deli  və  Reyin  missiyası  süquta  uğradı,  amerikalıların 

Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı. 

Elə  bu  zaman  ermənilərin  Naxçıvanda  möhkəmlənmək  cəhdi  davam 

edirdi.  1919-cu  ilin  noyabrında  erməni  işğalının  yeni  mərhələsi  başlandı, 

Naxçıvanla Ermənistan sərhəddində yeni müharibə qızışmağa  başladı. 

1919-cu il noyabrın 18-də Panıs və Kürdikən erməni kəndlərinin sakinləri 

Oxçu  müsəlmanlarına  məxsus  mal-qara  sürüsünü  apardılar.  Mehri  və  Qafan 

rayonlarının  hərbi  hissələrinin  komandiri  Boronyans  sakinlərin  şikayətinə  onları 

aldadan  bir  məktubla  cavab  verdi.  Sadəlövh  sakinlər  məkrli  Boronyansa  inanaraq 

noyabrın 19-da “danışmaq və mehriban qonşuluq münasibətləri yaratmaq üçün” öz 

nümayəndələrini    erməni  kəndi  Panısa  göndərdilər.  Bu  nümayəndələr  arasında 

Molla  İdris,  Əziz  Bəy,  Rüstəm  bəy,  Şeyx  Əli,  Cəmil  bəy,  Mövlamverdi  var  idi. 

Təbiidir ki, müsəlmanların bu nümayəndələri qurulmuş tələyə düşdülər. Ermənilər 

onları  həbs  etdilər  və  kəndə  iki  məktub  göndərdilər,  biri  cımiyyətin,  digəri  – 

Mustafa Cəfərovun adına, məktubda təslim olmaq, onların hökümətini tanımaq və 

silahı təhvil vermək təklif olunurdu. Bundan başqa ermənilər məktubda bildirirdilər 

ki,  əgər  müsəlmanlar  könüllü  təslim  olsalar  onların  həyatının  və  əmlakının 




77 

 

təhlükəsizliyi təmin ediləcəkdir. Aydındır  ki, bu, təmiz  yalan idi, lakin  müsəlman 



kəndlərinin əhalisi, beş-altı adam istisna olmaqla, həm özlərini, həm də həbs edilən 

nümayəndələri xilas etmək üçün təslim olmaq qərarına gəldilər. 

Noyabrın  19-da,  yəni  elə  həmin  gün  xalqın  bu  qərarından  sonra  gündüz 

saat 12 üçün erməni komissarı Amazasp 40 süvari ilə kəndə gəldi, onların ardınca 

erməni  hərbi  hissələri  kəndin  ətrafında  mövqe  tutdular.  Bədbəxt  kəndlilər 

komissarı  duz-çörəklə  qarşıladılar,  nahara  qonaq  etdilər,  yemək  vaxtı  Amazasp 

çörəyə  and  içdi  ki,  əgər  müsəlmanlar  yığılıb  Ermənistan  hökümətinə  sədaqətlə 

xidmət  edəcəklərinə  and  içsələr  ermənilərin  onlara  qarşı  münasibəti  “lap  yaxşı 

olacaqdır”. Nahardan sonra kəndin bütün kişi əhalisi karvansaranın həyətinə yığıldı 

ki, məscidə gedib ermənilərə and içsin... 

Lakin elə bu zaman silahsız sakinləri vəhşicəsinə qırmağa başladılar. Atəş 

açıldıqdan sonra sağ qalan yaralıları süngü ilə öldürdülər. Sonra qadın və uşaqları 

bir  yerə  yığan  erməni  vəhşiləri  onları  zorlamağa,  işgəncə  verməyə,  öldürməyə 

başladılar. Səməd bəy Cəmillinski özünün 5 dekabr 1919-ci il tarixli raportunda bu 

vəhşiliklər  haqqında  yazırdı:  “Cəsarətlə  demək  olar  ki,  belə  bir  hadisə  heç  vəhşi 

xalqların  tarixində  də  olmamışdır.  Müdafiəsiz  qadınların,  hətta  balaca  qızların 

başına  nələr  gətirilmişdi...”

184


 .  Bu  kənddən  yalnız  3  nəfər  salamat  qalmışdı. 

Onlardan  ikisi  əvvəlcədən  kənddən  çıxmışdı,  birini  isə  ermənilər  buraxıb 

demişdilər: “Müsəlman kəndlərinə get və de ki, erməni hökümətini tanımayanları 

bu  aqibət  gözləyir”.  Kəndin  bütün  sakinləri  –  qocalar  və  uşaqlar  –  min  beş  yüz 

adam məhv edilmişdi. 

Bu vaxt belə vəhşi və qəddar əməliyyatlar başqa kəndlərdə də keçirilirdi. 

Şabadin  kəndindən  ancaq  8  kişi  və  7  qadın  xilas  ola  bilmişdi.  Atqız  kəndinin 

sakinləri qaçmaqla canlarını qurtardılar, lakin Ordubad və Kığıdərəsi yolunda 167 

adam,  əsasən  qadınlar  və  uşaqlar  donmuşdu.  Dörd  kəndin  (Şabadin,  Pirdovdan, 

Atqız və Oxçu) dörd min sakinindən yalnız 261-i sağ qalmışdı. Cəmillinski xəbər 

verirdi  ki,  “hazırda  onlar  Ordubadda  çox  böhranlı  və  acınacaqlı  bir 

vəziyyətdədirlər”. 

Xəlil bəyin və Kəlbəli xanın başçılıq etdikləri silahlı dəstələrin hücumları 

müvəffəqiyyət qazanmadı, o günlərdə Bazarçay yaxınlığındakı əməliyyat da iflasa 

uğradı, 1919-cu il noyabrın 25 – 26-da Məzrə kəndi yaxınlığındakı hərbi əməliyyat 

da uğurlu olmadı. 

Noyabrın 30-da Cəmillinski Ordubad qəza rəisindən telefonoqram aldı ki, 

ermənilər  dörd    müsəlman  kəndini  yerlə-yeksan  edəndən  sonra  yolları  üstündəki 

Dırnıs  kəndini  məhv  etmək,  Yuxarı  və  Aşağı  Akulis,  Danaqırt  və  Cananab 

kəndlərini  erməni  kəndləri  ilə  birləşdirmək,  sonra  isə  Ordubad  və  Culfanı 

hədələmək qərarına gəliblər. 

                                                           

184

 Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 10, iş 78, v. 11 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə