66
halda düĢünən varlıq olan insan, düĢüncəyə malik olmayan bir Ģeydən
yaranardı. Bu isə məntiqə ziddir.
Dünyada hər Ģey bir məqsədlə yaradılıb. Dünya – insan üçün, insan
isə Tanrını tanımaq və ona ibadət etmək üçün. Ġnsan azaddır və öz Ģüurlu
hərəkətləri ilə Tanrıya sədaqətini göstərməlidir, pis yollardan çəkinməlidir.
Bu dünya onun üçün bir sınaq meydanıdır. Bu sınaqlara sinə gələ bilsə,
Tanrı onu əbədi həyatda mukafatlandıracaq. Dünyada Ģər, xeyrin nə
olduğunu anlamaq üçün mövcuddur. O olmasaydı insanlar xeyri bilməzdilər.
Eyni zamanda Laktantius, stoitsizm fəlsəfəsinin təsiri altında
olmuĢdur. Məsələn o, ruhun əslində materiyanın daha incə forması olduğunu
iddia edirdi. Onun təbiətinin oddan ibarət olduğu haqqında danıĢırdı. Lakin
materiya olduğuna baxmayaraq, ruhu dərk etmək mümkün deyil, və o
ölməzdir.
Kitabının sonuncu hissəsində Laktantius qiyamətin qopması, onun
hansı Ģəkildə baĢ verəcəyi haqqında yazmıĢdır. O inanmırdı ki, Ġsa tezliklə
dünyaya qayıdacaq, bütün mömin ölüləri dirildəcək və onlarla birlikdə yer
üzərində ədalətli hakimiyyət quracaq. Bu cür inanclar hiliazm
145
adlandırılır
və sonrakı dövrlərdə rəsmi kilsə tərəfindən rədd edilmiĢdir. Çünki hiliazm
tərəfdarlarının dediklərindən belə çıxırdı ki, ölülər iki dəfə diriləcəklər: bir
dəfə Ġsanın gəlməsi və min illik hakimiyyəti qurması zamanı; ikinci dəfə isə,
Tanrı tərəfindən bütün kainat məhv edildikdən sonra. Bu isə rəsmi Kilsənin
mövqeyinə zidd idi. Rəsmi xristian ehkamlarına görə, dirilmə hadisəsi yalnız
bir dəfə, dünyanın sonunda baĢ verəcək. Bibliyada hiliazma iĢarə edən
yerlərə isə kilsə xadimləri baĢqa, məcazi mənalar verirlər.
145
Yunanca ―khilias‖- min rəqəmidir.
67
68
IV FƏSĠL
XRĠSTĠANLIĞIN DÖVLƏT DĠNĠNƏ ÇEVRĠLMƏSĠ
Xristian ehkamlarının formalaĢması dövrü və daxili çəkiĢmələr
IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə,
baĢqa dinlərlə bərabər hüquqlar verilmiĢdi, sonra isə bu din imperiyanın
rəsmi dininə çevrilmiĢdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması
imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə
atmıĢdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniĢ xalq
kütlələrinə təsir etmə imkanı olan təĢkilatlar yarada bilmiĢdilər. Xeyriyyə
iĢləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün
cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarĢı səbrli olmaq
ideyaları, onları dövlət baĢçılarına qarĢı
Ġmpe rator
üsyan etmə ehtimalının qarĢısını alırdı.
Eyni zamanda, kilsə tərəfindən mü-
əyyən edilmiĢ dini qanunları və eh-
kamları qəbul etmək, keĢiĢlərə tabe ol-
maq, Xristianlığın prinsiplərindən idi. Bu
cür din monarxiya üsul-idarəsi üçün çox
əlveriĢli idi.
Bunu
baĢa düĢən imperator
Konstantinus, imperiyada sabitliyə na-il
olmaq və öz hakimiyyətini möhkəm-
ləndirmək üçün, xristian faktorundan
istifadə etməyə baĢladı. Ġlk növbədə o,
313-cü ildə, Xristianlığı hüquqi nöq-
teyinəzərdən, baĢqa dinlərlə bərabər-
ləĢdirən Mediolan
146
fərmanını imzala-
mıĢdır.
Lakin Xristianlığın, müsbət və
əlveriĢli cəhətləri ilə bərabər, nöqsanlı
cəhətləri də var idi. Onun daxilində
parçalanma hökm sürürdü və vahid,
hamı tərəfindən qəbul edilən doktrina-sı
146
Ġtaliyanın Milan Ģəhərinin qədim adıdır.
69
Konstantinus
hələ formalaĢmamıĢdı. Xristianlığın
parçalanması hətta çox təhlükəli təmayüllərin yaranmasına gətirib
çıxarmıĢdı.
Məsələn, Afrikanın Ģimalında donatçıların hərəkatı xristian birliyinə
çox ciddi zərbə vurmuĢdu. Bu ixtilaf roma imperatorlarının xristianlara qarĢı
təqiblərin sona çatmasından sonra baĢ vermiĢdi. Məsələ bundadır ki, təqiblər
dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə
qorxmayaraq dindən imtina etməmiĢdirlər. Lakin digər qismi təqiblərə
davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəĢtlərə
getmiĢdirlər, bəziləri isə iĢgəncələrə məruz qalaraq Xristianlıqdan imtina
etmiĢdirlər.
311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keĢiĢ təyin
olundu. Lakin məĢhur yepiskop Donatus ona qarĢı çıxıĢ etmiĢdi və onu
yepiskop kimi tanımamıĢdı, çünki təqiblər dövründə Sesilian, iĢgəncələrə
dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermiĢdi. Onu,
dinindən çıxmıĢ elan edən Donatus, 312-ci ildə öz partiyasını yaradaraq
―satqın‖ yepiskoplar tərəfindən icra edilmiĢ xaç suyuna çəkilmə
mərasimini
147
qüvvədən düĢmüĢ elan etmiĢdi və onun yenidən icra
edilməsinin zəruri olması haqqında tələb irəli sürmüĢdü. Donatçılar rəsmi
Kilsəni günahlara batmıĢ hesab edərək, ondan ayrılmıĢ, öz ardıcıllarından
yüksək mənəvi paklıq tələb edirdilər. Onların fikrincə kilsə mərasimləri,
yalnız din xadimlərinin təmizliyi, davamçılarının isə həqiqi mömin olduğu
halda, Tanrı tərəfindən qəbul edilir. Bundan baĢqa, onlar dinin dövlət
iĢlərində iĢtirakının əleyhinə də çıxıĢ edirdilər. Bu istək isə Roma
imperatorlarının maraqlarına zərbə vururdu. Bu səbəbdən, Roma
imperatorları ġimali Afrikada güclənən və kilsə birliyinə ağır zərbə vuran
donatçı üsyançılarına qarĢı qoĢun yollamıĢdılar. Lakin bu heç bir nəticə
verməmiĢdi və donatçılar bir neçə əsr ərzində (müsəlman istilasına qədər)
ġimali Afrikada böyük nüfuza malik idilər.
Donatçılardan baĢqa, müxtəlif qnostik təriqətlər (montançılar,
markionçular, maniçilər və baĢqa cərəyanlar) də xristian birliyinə mane
olurdu.
O dövrün cərəyanlarından biri də monarxianlar
148
idi. Bu təriqət III
əsrdə yaranmıĢdır. Onun ardıcılları trinitarizmi (Tanrının üç sifətlərdən
147
Ġnsanın xaç suyuna salınması rəsmi kilsənin ən vacib mərasimlərindən biridir.
Xristianlığı qəbul edən hər bir Ģəxs xaç suyuna girməlidir və bununla, rəmzi olaraq,
keçmiĢ günahlardan və, ən əsası, Adəmin ilk günahından təmizlənmiĢ olur.
148
Yunanca ―monos‖ - bir, ―arche‖ – baĢlanğıc deməkdir.
Dostları ilə paylaş: |