7
ana dilimizdə necə səslənəcəyi, hansı formada və mənada iĢlənməsi
problemini qoyur və konkret olaraq öz variantını təklif edir. Müəllif hesab
edir ki, artıq azərbaycanlılar yunan və roma mənĢəli istilahları və filosof,
mütəfəkkirlərin adlarını məhz o dillərə yaxın olan tərzdə iĢlətməlidirlər. Rus
(və ya bəzi hallarda ərəb) dilindən alınmıĢ formada yox. Təəssüf ki bu günə
qədər bizim elmimizdə hələ ki sovet dövrlərindən qalan terminologiya
qalmaqdadır və müəllifin fikrincə yeni azərbaycan elmi terminologiyasının
yaradılması vaxtı gəlib çatmıĢdı. Məsələnin bu cür qoyuluĢu, əvvəllər
azərbaycanda
mövcud
olmayan
xristian
fəlsəfi
və
ilahiyyat
terminologiyasının ilk dəfə yaradılmasına cəhd edilməsi və onun təklif
olunması bu kitabın bəlkə də ən əhəmiyyətli və ciddi yeniliyidir, azərbaycan
elmində həqiqi elmi irəliləyiĢdir. Hətta antik istilahlar, qədim yunan, roma,
orta əsr filosoflarının adlarının sovet dövründə oldüğu kimi russayağı (və ya
ərəbsayağı) deyil, yunan, latın, ingilis, fransız və s. orjinal dillərə yaxın
tərzdə tələffüz edilməsinin vaxtı gəlib çatmıĢdı və müəllif ümid edir ki, bu
kitabı oxuyan hər bir azərbaycanlı filosof, alim bu barədə duĢünəcək və öz
kitablarında bu istilahlardan istifadə edəcək.
Bundan
baĢqa kitabda haqlarında söhbət açılan müxtəlif
mütəfəkkirlərin əsərlərinin orjinal mətnlərinə istinadlar verilmiĢdir. Bu iĢin
yeniliyi ondan ibarətdir ki, onların əksəriyyəti internet Ģəbəkəsindən rus və
ingilis dillərinə tərcümədə gətirilir. Bu isə azərbaycan oxucusuna xristian
təfəkkürünun ilk mənbələri ilə tanıĢ olmaq iĢini xeyli asanlaĢdırır. Bu
istinadların kitabda verilən internet ünvanları ilə tapılması və oxunması üçün
heç bir problem qalmır. Ġnternet resurslarından çox geniĢ istifadə olunması
praktikası da kitabın metodoloji yeniliklərindən biridir.
Xristianlığın tarix və fəlsəfəsinə həsr olunmuĢ və bu sahədə
Azərbaycan dilində yazılmıĢ ilk elmi monoqrafiyasının strukturu və tərtibat
üslubu eyni zamanda ondan Xristianlıqda iĢlənilən terminlərinin qısa
məlumat kitabçası kimi də istifadə edilməsinə imkan verir. Kitabın
haĢiyələrində demək olar ki, bütün əsas terminlərin ətraflı izahı verilmiĢdir.
Bundan baĢqa monoqrafiyada ilk xristian və yəhudi tarixinə, Roma və
Bizans imperiyalarında ilk xristian icmalarının yerləĢməsi, xristian aləminin
müxtəlif tarixi dövrlərdə hansı durumda olmasına aid olan çoxlu xəritələr
yerləĢdirilmiĢdir. Xəritələrə bir qədər düzəliĢ edilməsi və Azərbaycan dilinə
tərcüməsi iĢləri müəllif tərəfindən həyata keçirilmiĢdir. Bu amil oxucu
tərəfindən mövzunun daha dolğun və dərin anlaĢılması üçun köməklik edir.
Xəritələrlə bərabər kitab, qədim xristian tarixi və fəlsəfəsinə aid olan Ģəkil,
rəsm və fotolarla zənginləĢdirilmiĢdir.
8
Kitab, ali məktəblərin fəlsəfə, ilahiyyat, kulturologiya və baĢqa
humanitar fakultələrinin tələbələri, fəlsəfə üzrə mütəxəssislər və
ümumiyyətlə dini fəlsəfə ilə maraqlanan, geniĢ oxucu kütləsi üçün
nəzərdə tutulmuĢdur.
Kitab çox sadə və anlaĢılan dildə yazılmıĢdır. Müəllif
ilk əvvəl özü, bü və ya digər məsələni dərindən öyrənib, sonra isə onun qısa
məzmununu çox sadə dildə ifadə edib. Xristian fəlsəfəsinin əslində nə qədər
mürəkkəb olmasına baxmayaraq, kitabda oxucu üçün çətin anlanan
məqamlar, mürəkkəb ifadələr demək olar ki, yoxdur. Müəllif əlindən gələni
edib ki, bu kitabı ən geniĢ oxucu kütləsi asanlıqla baĢa düĢsün. Fəlsəfi
kitabın bu cür sadə, anlaĢılan dildə yazılması da müəllifin böyük uğuru
sayıla bilər və onun intellektual səviyyəsinin yüksəkliyindən xəbər verir.
Təəssüf ki, bəzi hallarda fəlsəfi ədəbiyyat o dərəcədə ağır, mürəkkəb
ifadələrlə dolu dildə yazılır ki, onun anlanması tələbələr üçün çox böyük
problemə çevrilir. GeniĢ oxucu kütləsi isə ümumiyyətlə onlara yaxın düĢə
bilmir. Bu amillər isə millətimizi fəlsəfədən məhrum edir və xalqın ümumi
mədəni, intellektual səviyyəsinə xələl gətirir. Bütün bu problemləri bu
kitabın müəllifi çox böyük ustalıqla həll edə bilmiĢdir. Bütün bu fikirlərin
söylənməsinə, bu kitabı oxumuĢ müxtəlif sosial təbəqədən olan adamların,
tələbə və gənclərin müsbət rəyləri əsas verir.
Müəllif, bu kitabın iĢıq üzü görməsi istiqamətində ona bilavasitə
kömək etmiĢ AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunun
«Dinin fəlsəfəsi» Ģöbəsinin əməkdaĢları: Ģöbənin müdiri fəlsəfə elmləri
namizədi Hüseynov Həsən müəllimə, kiçik elmi iĢçi Mustafayev Radifə,
laborant Heydərova Afətə, laborant Əliyeva Günaya; kitabın məzmununun
yaxĢılaĢdırılması iĢində ona qiymətli məsləhətlər verən rəyçilər: fəlsəfə
elmləri doktoru professor Abdullazadə Gülnaz xanıma, fəlsəfə elmləri
doktoru Quluzadə Zümrüd xanıma, fəlsəfə elmləri namizədi Yalçın
Abdullaya, fəlsəfə elmləri namizədi Elmir Quliyevə, filologiya elmləri
namizədi Samirə Mir-Bağırzadəyə; kitabın dizaynını tərtib etmiĢ Aytən Əli-
zadəyə; xüsusilə daim iĢlərində ona təmənnasız və səmimi yardımlar edən
kitabın elmi redaktoru, yuxarıda adı çəkilən institutun Direktoru, fəlsəfə
elmləri doktoru, professor Rüstəmov Yusif müəllimə öz dərin
minnətdarlığını bildirir.
I FƏSĠL
Dostları ilə paylaş: |