132
kimi tanıyır. ġərq (ortodoks, və ya pravoslav) kilsəsi isə, onu Ümumdünya
Kilsə Məclisi kimi tanımır. Məclisin qərarı ilə, Fotius kəskin surətdə
pislənib, vəzifəsindən azad edilmiĢdi. Onun yerinə Konstantinopolis
patriarxı vəzifəsinə Ġqnatius bərpa edildi. Buna baxmayaraq, Fotius
Konstantinopolisdə böyük nüfuza malik idi. 877-ci ildə, Ġqnatiusun
ölümündən sonra, o yenidən patriarx oldu.
Bundan sonra, 879 - 880-ci illərdə daha bir Kilsə Məclisi yığıldı. Bu
məclisdə papaz Nikolasın nümayəndələri, onun taxtdan salınmasına görə
Fotiusdan üzr istəməsini tələb etdilər. Lakin Fotius üzr istəmədi. Bu
Konstantinopolis.
Müqəddəs Sofiya məbədi
Məclisdə ġərq kilsəsinin nü-
mayəndələri Qərbdə yayıl-
mıĢ bəzi inancları və ayinlə-
ri də pisləmiĢdirlər. ―Filio-
que‖ adlanan inanc xüsusilə
pislənmiĢdi. Məsələ bunda-
dır ki, ġərqdə və Qərbdə
Kilsə ənənələri, bəzi ayinlər,
bir-birindən fərqlənirdi. Bu
amil də Kilsənin parçalan-
masında müəyyən rol oyna-
mıĢdı.
Bu Kilsə Məclisi Qərbdə əvvəlcə Ümumdünya Kilsə Məclisi elan
olunmuĢdur. Lakin sonra, bu keyfiyyətdə, Fotiusun əvəzinə Ġqnatiusu
patriarx kimi yenidən tanıyan, 869 - 870- ci illərdə keçirilən, Məclis
tanınmıĢdı.
Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları
və inanclarının əsasları da Qərb və ġərq Kilsələrinin mübahisə obyektinə
çevrilmiĢdir. Məlum olduğu kimi, xristianlar Tanrının üç sifətdən ibarət
olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh,
həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan
çıxması haqqında gərgin mübahisələr, Kilsənin əqidə nöqteyi-nəzərindən
parçalanmasına gətirib çıxarmıĢdı. Qərbdə Ambrosius, Hiyeronimus,
Avqustinus kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də
Oğuldan çıxmasını (latınca filioque) iddia edirdilər. VII əsrdə Ġspaniyanın
Toledo Ģəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin
əsaslarına (simvoluna) daxil edilmiĢdir. Buna dələl olaraq Ġsanın sözləri
gətirilirdi: «Bunu dediyi zaman, onlara üfürdü və: «―Müqəddəs ruhu qəbul
133
edin‖, – dedi»
269
. Lakin Ģərq Kilsəsi filioqueni qəbul etməmiĢdi. Onların
fikrincə Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb
atalarının filioque haqqında dediklərini isə, Kilsənin deyil, onların Ģəxsi
fikirləri olduğunu deyirdilər.
Bu mübahisələrin sonu olaraq Qüdsdə 807-ci ildə ġərqi və Qərbi
təmsil edən keĢiĢlərin arasında ixtilaf baĢ vermiĢdi. Buna cavab olaraq,
Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu ildə daha bir
Kilsə Məclisini çağıraraq filioqueni bir daha təsdiq etdirdi və Ģərqlilərin
ifadəsini (yəni Müqəddəs Ruhun Oğuldan deyil, yalnız Atadan çıxmasını)
rədd etmiĢdi. Kilsə Məclisinin qərarları, öz növbəsində, ġərqlilər tərəfindən
rədd edilmiĢdi. Patriarx Fotiusun fikrincə filioquenin simvola əlavə edilməsi
xristian dinini məzmunca dəyiĢmək deməkdir
270
. Fotiusa görə Oğlunun
Atadan doğulması kimi, Müqəddəs Ruh da Atadan çıxır. Əgər Ata Ruhu
harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki,
Ġsanın Əhdi-Cədiddəki sözləri yalnız onun dünyada yaĢadığı dövrə aiddir,
əbədiyyata yox. Yəni, Ġsa dünyada yaĢayarkən, Ata, Müqəddəs Ruhu onun
vasitəsi ilə dünyaya endirirdi. Ġsa dünyadan gedəndən sonra isə, Ata,
Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir.
Bolqarıstan üzərində Qərb və ġərq Kilsələri arasında gedən
mübahisələr isə, sonda, ġərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan
kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi.
X əsrdə də Qərb və ġərq Kilsələri arasında sülh əldə edilməmiĢdi.
Konstantinopolis keĢiĢləri Roma papazına yalnız müstəsna hallarda
müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da
uzaqlaĢdırırdı.
XI əsrdə Qərb və ġərq kilsələri arasında münasibətlər bir qədər
fəallaĢdırmıĢdır, lakin bu fəallaĢma sonda onların parçalanması ilə
nəticələnmiĢdir. O dövrdə Roma papazı olan IX Leo Cənubi Ġtaliyada
Konstantinopolis patriarxının tabeçiliyində olan kilsələrdə Qərb (latın)
ayinlərinin icra olunmasını tələb etmiĢdir (qeyd olunduğu kimi Qərb
kilsələrin bəzi dini ayinləri ġərq ortodoks ayinlərindən fərqlənirdi). Öz
növbəsində Konstantinopolis patriarxı Mixael Kelluarios (Michael
Cerullarios) Konstantinopolisdə papazın tabeliyində olan kilsə və
monastırların bağlanması haqqında sərancam vermiĢdir.
269
Yəhya Ġncili 20:22.
270
Иоанн Мейендорф. Введе ние в святоотеческое богословие. Вильнюс -
Москва, ―Весть‖, 1992, Часть 3, глава 7.
http://www.krotov.info/library/ m/ meyendrf/patr_28.html
134
Vəziyyətin gərginləĢməsini görən Bizans imperatoru Konstantine
Monomaxus (Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq
istəmirdi. O, papaz ilə danıĢıqlar apararaq, Konstantinopolisə papaz
tərəfindən göndərilmiĢ nümayəndələri qəbul etməyə hazır olduğunu
bildirmiĢdi. Lakin nümayəndələrin gəliĢindən sonra, onların ġərq (yunan)
keĢiĢləri ilə Ģiddətli ixtilafı baĢ vermiĢdir. Bu ixtilaf nəticəsində papazın
nümayəndələri Konstantinopolis patriarxını və ona tabe olan bütün ġərq
Kilsələrini heresdə və dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən
xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı
Konstantinopolisin Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan
keĢiĢlərinə təqdim etdilər.
Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi
yığaraq papazın nümayəndələrini lənətləmiĢ, Roma kilsəsi ilə bütün
əlaqələrin kəsilməsi haqqında sərəncam vermiĢdir.
Bu hadisələrdən sonra Xristian kilsəsi parçalanmıĢdır. ġərq (yunan)
kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmıĢdır.
Dostları ilə paylaş: |