Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   63   64   65   66   67   68   69   70   71

Runiyə  gülürlər-  jurnalisti  susmaqda  günahlandıracaqsan?  Runi 
susqu ilə imtahana dözmədi. 
  
         Pauza  sizə  müsahibdən  almaq  istədiyiniz  informasiyanı  aça  bilər. 
Yeri  gəlmişkən,  treninq  keçirdiyim  auditoriyalardan  birində  bu  metodu 
tələbələrin  öz  üzərində  nümayiş  etdirdim.  Eksperiment  üçün  qrupda  ən 
narahat  və  talantlı  tələbəni  seçdim. 
ki  sualdan  sonra  susdum. 
Respondent  düz  13  dəqiqə  danışdı.  Uşaqlara  bu  texnikanı  açanda  ... 
valeh oldular.  Siz də sınayın. Dostunuz, rəfiqəniz, tanışınızla.  

 
Maraq  oyadın.  Söhbətdə  araşdırma  boyu  üzə  çıxardığınız  bir-neçə 
kiçik  faktı  ötəri  xatırladın.  Bu  faktlara  qarşı  müsahibiniz  laqeyd 
olmamalıdı.  O  daha  çox  bilmək  istəyir,  sizdə  daha  hansı  faktlar  var, 
siz  nə  dərəcədə  informasiyalısınız.  Güman  ki,  müsahib  ifşa 
olunacağından çəkinib sizə düzünü deyəcək. 

 
 Ən  yaxşı  metod  -  tez-tez  “Nə  üçün?”  sualını  verin.  Sadə  sual  hər 
şeydən 
yaxşıdı. 
Situasiyanı 
mürəkkəbləşdirməyin. 
Özü 
də 
müsahiblərinizin belə sadə tipli suallardan qaçmaq şansları çox azdı. 

 
Suallarınıza  konkret  forma  verin.  Belə  suala  birbaşa  cavab  almaq 
ehtimalı  da  böyükdü.  Bir  jurnalistimizin  stilistikasında  “Təbiətin  bu 
oyanan,  gül  açan,  çılğınlaşan  vaxtında,  saatın  bu  xoş  məqamında, 
taleyin  bu  parlaq  cilvəsində  üzünüzü  dərgaha  tutaraq  tanrıdan  əfv 
diləməyə təşnə bəndələrə nə arzu edərdiniz, deyilmi?” tipli suallardan 
qaçın. 
Sonrakı   addımlarınız 


            Oxuduqlarınızdan belə nəticəyə gələ bilərsiniz ki, araşdırma bir-necə 
məlumatlı  qaynaqla  şirin-şirin  “mırt  vurub”,  tələsik  bir  material  üzə 
çıxarmaqdı?  Heç  deyil.  Müsahibələr  yalnız  aysberqin  görünən  hissəsidi. 
Müsahibələrə qədər və sonra siz ciddi jurnalist işi aparmalısınız. Praktik və 
elmi  ədəbiyyatda  bununla  bağlı  minlərlə  maraqlı  məsləhətlər,  bölüşmələr 
var.    Başlanğıc  üçün  -  hipoteziniz  olmalıdı  (Örnək  3).    Hipotezinizin 
gerçəkliyini üç mərhələdə yoxlayırsınız. 
     
 Birincisi,  iş  yerinizdə.  Fikirlərinizlə  bölüşün:  kolleqalarınızla, 
redaktorunuzla. Bu sizə problemə kənar baxış verəcək.  
     
kincisi,  təxminlərinizi  başqa,  şəxslərin  rəyləri  ilə  müqayisə  edin. 
Yazınıza neqativ, yaxud ümumiyyətlə münasibəti çapdan öncə bilmək daha 
faydalıdı. 
    
 Üçüncüsü, hipotezi ya təsdiqləyən, ya rədd edən sənədlər axtarın. 
      
Dediklərimi illüstrasiya etmək üçün örnəyə baxaq.   
                                                                                                                          
ÖRNƏK 3 
 
                                                 H POTEZ 
        Şəhərimizə gətirilən minik avtomobillərinin çox hissəsi atmosferə insan 
sağlamlığı  üçün  təhlükəli  birləşmələr  buraxır.Bu  maşınlar  öz  vətənlərində 
yararsız hala gətirildikdən sonra “üçüncü” ölkələrə satılır.  
                                              Sizin addımlarınız 
        B R NC  ADDIM: BÖLÜŞÜN 


        Kolleqanız  Əhmədov  Məmməd  üç  ay  öncə  “MERSEDES-  BENS” 
markalı on il sürülən   avtomobil alıb. Sənədlərə əsasən, onun maşını ekoloji 
baxımdan  tam  təhlikəsizdi.  O  avtomobili  alarkən  texniki  nəzarətdən  keçib. 
Avtomobilin  tam  təhlükəsiz  olduğunu  təsdiqləyən  möhür  texniki  baxış 
sənədlərində  durur.  Amma  kolleqanız  texniki  baxış  prosedurunun  tam 
formal şey olduğunu da sizə deyir. Proses sadəcə müəyyən məbləğ rüsumun 
ödənilməsi ilə bitib.  
        K NC  ADDIM: KƏNAR RƏYLƏR ÖYRƏN N 
      Yaxşı    tanışınız,  əməkdaşlıq  etdiyiniz    ekspert  ekoloq  Əliyev  Alı 
söhbətdə  xatırladır  ki,  üç  həftə  boyu  axşam    saat  6-da    “Sahil  ”  metrosu 
rayonunda  aparılan  ekoloji  monitorinq  və  ölçmələr  haqqında  nazirlikdə  
müzakirə  keçirilib.    Nəticələr  “ölünü  qoy  dirini  ağladı”.  Havada  ağır 
metalların miqdarı normadan on dəfə artıqdı.  
     ÜÇÜNCÜ ADDIM:  SƏNƏD AXTARIN 
      “Qaynaqlar”  bölümündə  verilən  qaydada  ekologiya  ilə  məşğul  olan 
uyğun dövlət orqanına (bizim halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi) 
yazılı  sorğu  hazırlayın.  Bu  açıq  tipli  informasiya  olduğundan,  güman  ki, 
sorğunuza cavab veriləcək. Aldığınız cavab sizin əlinizdə sənəddir. O sizin 
hipotezi  ya  təsdiqləyəçək,  ya  rədd  edəcək.  Fərz  edək  ki,  cavab  almadınız. 
Bu halda siz ekologiya problemləri ilə məşğul olan elmi institutlara, qeyri- 
hökumət təşkilatlarına (QHT) müraciət edərək öz təxmininizin gerçək olub-
olmadığı  haqqında  sənəd  tapın.  Həmən  ərazidə  on  ildən  artıq  yaşayan 
sakinlərin  siyahısını  götürün.  Bunun  üçün  AR-də  və  bütövlükdə  bütün 
postsovet  məkanında  çox  hörmətli  Mənzil  stismar  darəsinə  yanaşın. 
Həmən  rayona  xidmət  edən  poliklinikalara  baş  vurun.  O  ərazidə  yaşamış 


adamların  ölüm  səbəblərini  toplayın,  nəticələri  kompüterə  salın  və  təhlil 
edin.  Təhsil  Nazirliyində  həmən  ərazidə  neçə  məktəb,  bağça  olduğunu 
öyrənin.  Ümümdünya  Səhiyyə  Təşkilatinin  rəsmi  saytlarından  havada  ağır 
metal  və  qurğuşun  birləşmələrinin  olması  insan  orqanizmində  hansı 
dəyişikliklərə, hansı ağırlaşmalara gətirdiyini öyrənin. Topladığınız faktları 
müqayisə edin. 
 
Yazını necə yazmalı 
              Jurnalist  araşdırması,  əslində,  çap  mediası  üçün  “yüksək  pilotaj” 
sayılır.  Bu  formatda  işləyən  jurnalistlər  jurnalistikada  “önəmli  bir  işlə 
məşğuluq” deyə bilərlər. Janrın yaxşı tədqiqatçısı sayılan Ullmen araşdırma 
haqqında  belə  yazır:  “Ən  yaxşı  analitik  materialların  hazırlanması  alimin 
işindən az fərqlənir. Hipotez, güman qurulur, mövzu ilə bağlı çap olunmuş 
materiallardan  ibarət  məlumat  bazası  nəzərdən  keçirilir,  müsahibələ
aparılır,  qaynaqlar  öyrənilir,  hipotezin  mənfi  və  müsbət  tərəfləri  müqayisə 
edilir, nəticələrə gəlinir və bu nəticələr dərc edilir”.  
                Reportyor  topladığı  materialı  elə  qurmalıdı  ki,  oxucuya  zərbənin 
istiqamətini, araşdırmanın mahiyyətini göstərsin. Əsas olayı jurnalistin necə 
göstərəcəyini  süjet  müəyyənləşdir.  Süjeti  qurdurduqdan  sonra  olayın 
məntiqi  düzümündə  uyğunsuzluqlar,  boşluqlar  üzə  çıxır.  Bu  boşluqları 
doldurmaq  üçün  əlavə  araşdırmalar,  yeni  müsahibələr,  sənədlər  tələb 
olunacaq. Daha sonrası reportyor ağlının, reportyor fantaziyasının işidi.  
               Yanlış  olaraq  yazını  sonda,  faktlar  tam  yığıb  qurtarandan  sonra 
yazmağa başlamayın.  “Jurnalistikanın mahiyyəti, əslində, fikirləri sözlərlə 
ifadə  etməkdi,  bu  prosesi  uzatmaq  düz  deyil”  (Ullmen).  Araşdırma  boyu 


paralel  olaraq  yazını da  yazın.  Onda  siz  ehtiyac  duyulan  detalları,  məntiqi 
“zəncirdə”  hansı  halqanın  çatmadığını  asanlıqla  üzə  çıxaracaqsınız. 
Amerikalı  jurnalist-praktiklər  araşdırmanı  böyük  bir  “pazzl”  (kiçik, 
bölünmüş  fraqmentlərdən  böyük  şəklin  yığılması  ilə  bağlı  uşaq  oyunu) 
yığırmış  kimi  aparırlar.  Ayrı-ayrı,  ilk  baxışdan  az  əlaqəsi  olan  müxtəlif 
olaylar, faktlar, rəylər toplanır, pazlldakı kimi tutuşdurulur, sonucda böyük 
bir  mənzərə  alırlar.  Nəzərə  alın  ki,  Amerikada  informasiya  infrastrukturu 
çox inkişaf edib. Bizim təsəvvür edə biləcəyimizdən də çox. 
Araşdırma jurnalistikasında çətinliklə
        
nformasiya  qaynaqlarına  çıxış  imkanları  sizi  məlumatlandıracaq 
qaynaqları  tapmaq  kifayət  qədər  problematikdi.  Hansısa  yazılı  sənədləri 
əldə  etməksə  ondan  da  çətindi.  Bir  faktın,  yaxud  pozuntunun  sübutunu 
almaq üçün bəzən aylarla gözləməli olacaqsan. 
     Yeni  üsullara  yiyələnməli.  Jurnalistlər  üçün  haçansa  cah-cəlal  sayılan 
bəzi  üsullar  araşdırma,  analitik  jurnalistikası  üçün  adi  iş  standartlarıdı. 
Kompüter  texnologiyalarını  bilməyən,  böyük  sənədlər,  bilgilər  massivi  ilə 
işləməyi bacarmayan jurnalistdən çətin ki, yaxşı araşdırmaçı çıxsın. 
     Araşdırma  predmetini  bilməmək. 
şə  başlarkən  biz  adətən 
araşdıracağımız 
predmetdən, 
əsas 
iştirakçılardan, 
qəbul 
olunmuş 
normalardan, bu normaların pozulma üsullarından çox az bilgilərimiz olur. 
Bəzən  biz  süjetin  araşdırmaya  layiq  olub-olmadığını  belə  özümüz  üçün 
müəyyənləşdirə bilmirik. 
         Təzyiq.  Adətən jurnalistə iki istiqamətdə təzyiq edilir. Ya araşdırmanı 
kəsmək,  ya  da  onu  tez  qurtarmaq  tələbi  ilə.  Jurnalist  araşdırmasının 
hədəfində  saxlanılan  şəxslər  və  təşkilatlar  adətən  redaktorlara,  naşirlərə, 


rəhbərlərə  şikayətlər  edirlər.  Jurnalist-araşdırmaçılar  dəfələrlə  belə 
təzyiqlərlə rastlaşırlar.    
        Zaman. Zaman istənilən ciddi jurnalist işinin düşmənidi. Redaksiyaya 
materialları vermək vaxtından əlavə, digər rəqib nəşrlərin də oxşar materialı 
çap  etmək  ehtimalı  olur.  Jurnalist  materiallarından  vaxtındalıq  və 
eksklüzivlik tələb olunur. 
      Hüquqi  problemlər.  Araşdırma  aparan  jurnalistlər  daim  qarayaxma, 
özəl  həyata  müdaxilə  və  s.  üçün  məhkəməyə  cəlb  olunacaqları  təhlükəsi 
altındadırlar.  Yadda  saxlayın  ki,  hər  dəfə  məhkəmədə  uduzub,  qəzetinizin 
səhifələrində  üzrxahlıq  çap  etdirməyiniz  sizə  və  həmkarlarınıza  oxucu 
inamını bir az qırır. 
 
 
 
  Çalışmalar: 
1.
 
Yaşadığınız zonada çörək satılan mağazaların çörəyi hansı sexlərdə
aldığını, onun hansı şəraitdə bişirildiyini araşdırın. 
2.
 
Azərbaycanda informasiya azadlığı ilə bağlı hüquqi sənədləri, 
qanunları araşdırın. Media azadlığı haqqında araşdırma materialı 
hazırlayın. 
3.
 
 Bölümdəki  ÖRNƏK 3   əsasında  avtomobil yollarının keyfiyyəti 
haqqında hipotez hazırlayın və onun gerçəkliyini sübut etməyə çalışın. 
4.
 
 ÖRNƏK 1-ə əsasən,  yol departamentinin çinovnikinə bir il ərzində 
baş vermiş yol- qəza hadisələrinin statistikası haqqında suallar 
hazırlayın. 


 
Ə
dəbiyyat: 
1.
 
Уллмен  Дж.  Журналистские  расследования:  современные 
методы и техника.  M., 2001. s. 68-74.                                                                                                                         
2.
 
Константинов  А.  Журналистское  расследование.  История 
метода  и  современная  практика.  М.,    «Олма-Пресс»,  2003. 
s. 31-35. 
3.
 
С.А. Муратов Телевизионное общение в кадре и за кадром. 
M., «Аспект Пресс», 1999. s. 62-63. 
 
4.
 
Рэндалл      Д.    Универсальный  журналист.  M.,  РroMedia, 
1996. s. 39-47. 
 
5.
 
Gun  işığı  qaçılmazdır.  Media  hüququ  institutu.  Bakı,  2005.  s. 
24-27. 


ZAHLI SÖZLÜK 
 
Azərbaycanca 
ngiliscə 
zah 
Araşdırma 
nvestigation 
Az öyrənilmiş, qapalı, gizlədilə
mvzunun hərtərəfli və bütün 
detalları ilə öyrənilməsdir 
Balanslılıq 
Balance  
Peşəkarcasına yazılmış yazılara xas 
xüsusiyyətdir. Reportyor fikir 
plüralizminə nail olmaq üçün olay 
barədə hakim baxışla yanaşı, eyni 
zamanda əks, fərqli və tamamlayıcı 
baxışları təqdim edir, beləliklə, 
çoxsəslilik, baxış bolluğu yaradır. 
Ənənəvi jurnalistikada obyektivlik 
(objectivity) kimi təsnif olunur. 
Redaksiya 
yazısı 
 
Editorial 
Cəmiyyət üçün önəmli hadisə barədə 
redaksiyanın öz mövqeyini bildirdiyi 
yazıya deyilir. Redaksiya yazısını 
adətən baş redaktor, icraçı redaktor, 
aparıcı şöbənin rəhbəri və ya peşəkar 
jurnalist yazır.  
Çevrilmiş 
piramida 
 
 
nverted pyramid  sti xəbərin yazılma üsullarından 
biridir. Bu üsula əsasən, xəbərin canı, 
cövhəri yazının əvvəlində - liddə 
verilir. Sonrakı cümlə lidi 
dəstəkləyərək onu gücləndirir. Daha 


sonra informasiya önəmlilik 
dərəcəsinə görə (önəmlidən daha 
önəmsizə doğru) düzülür. 
Yoxlama 
 
Verification 
Reportyorun mənbənin verdiyi 
informasiyanın düzgünlüyünü 
yoxlamaq üçün atdığı addımlardır. Bu 
addımlar müşahidə, mənbələrlə söhbət 
və sənədlərlə iş ola bilər. 
Gövdəəsas 
hissə 
 
Body 
Yazının ən geniş hissəsidir. Bu hissədə 
mövzu incələnir, detallara, sitatlara yer 
verilir. 
nsan marağı 
 
Human interest 
Oxucunun hisslərini ehtizaza gətirən 
hadisə və ya situasiya. 
stinad 
  Attribution 
Sitatın və ya informasiyanın 
qaynağının göstərilmə üsulu. 
sti xəbər 
 
Hard news,  
Baş vermiş olay barədə oxucuya 
operativ çatdırılmalı olan xəbər. 
Keçid abzası 
 
Nut paragraph 
Soyuq xəbərin lidini yazının gövdəsi 
ilə birləşdirən abzas. 
Kontekst 
 
Context 
Yazıda söhbət açılan olayın ümumi 
durumu barədə informasiya. Oxucuya 
hadisəni daha yaxşı anlamağa kömək 
edir. 
Qaynar xəbə
Breaking news 
ndicə baş vermiş, hələ bitməyən, 
dolğun açıqlanma imkanı olmayan 
oxucuya təcili çatdırılmalı olan xəbər. 


Qərəzsizlik 
mpartiality 
Jurnalistin rəğbət və nifrəti üzərindəki 
nəzarətidir. Müəllif özünün rəyini və 
yaşantılarını yazıdan ayırır, oxucuya 
yalnız faktları çatdırır. 
Lid 
Birbaşa lid 
 
 
 
Dolayı lid 
 
Lead  
Direct lead 
 
 
 
ndirect lead 
Xəbərin başlanğıcı, qısa xülasəsidir.  
Birbaşa liddə olayın ən önəmli 
məqamı ləngidilmədən oxucuya 
xəbərlənir.  sti xəbərin lidi birbaşa 
liddir.  
Dolayı liddə müəllif mövzuya birbaşa 
keçmir, oxucunun diqqətini çəkmək 
üçün yazını hər hansı bir əhvalatın 
nəqli və ya səhnənin təsviri ilə 
başlayır. Soyuq xəbərin lidi adətən 
dolayı lid olur. 
Soyuq xəbər 
 
Soft news, 
Feature 
nsan marağına hesablanan, informativ 
və ya əyləncə səpkili, xüsusi araşdırma 
tələb edən yazı. Post-faktum xarakterli 
olur. 
Ön tarixçə
qaynaq 
informasiya 
 
Background 
Olay barədə keçmişdə baş vermiş, 
onunla birbaşa bağlılığı olan 
informasiya. Oxucunun hadisəni daha 
yaxşı anlamasına xidmət edir. 
Rakurs, baxış 
bucağı 
Angle 
Yazını qələmə almaq üçün müəllifin 
seçdiyi fərqli bir baxış bucağı, 
yanaşma tərzi.  stənilən mövzunun 


müxtəlif aspektləri ola bilər. Jurnalist 
bunlardan yalnız birini seçərək, 
mövzuya həmin aspektdən yanaşır və 
yazının fokusunu müəyyənləşdirir.   
Vicdanlılıq 
Fairness 
Yalan və uydurmaya yol verməmək 
deməkdir.  
 
 
 
 
 
 
 


1.
 
Civə ilə Alovun şəkilləri. “Tələbələrə” mətninin altında. Şəkilaltı: “Mən 
Civəyəm” , “Mənsə Alov”,  “Biz xəbərçilərik”.  
2.
 
Civə 2. Xəbərin öz arşını var. (Fəsil 1. Xəbərin digər elementləri) 
3.
 
Civə 3.  nadkarlıq iki ayağı bir başmağa soxmaq deyil (Fəsil 2. Reportyor kimdir) 
4.
 
Civə 4. Bu qədər də informasiya olar? Lap başımdan tüstü çıxır (Fəsil 3)  
5.
 
Alov 7. Sənədlər altında qalan, görəsən, Civədir, ya Alov? (Fəsil 5) 
6.
 
Civə 5. Kaş piramidaları çevirə biləydim... (Fəsil 6) 
7.
 
Civə 6. Xəbəri də qızdırmaq olur... (Fəsil 7) 
8.
 
Alov 8. Bu ləpir o ləpirdən deyil (Fəsil 9) 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə