Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

Aynurə  Paşayeva 
 
 
34 
Məşədinin  söhbətindən  ürəyi  yumşalmış  camaat 
başladı pul toplamağa. Ağır miqdarda bir məbləğ cəm 
olub məşədiyə vüsul oldu. 
Neçə  vaxtdan  sonra  işin  üstü  açıldı.  Həqiqətən, 
bir  seyid  qızı  haman  günü  məşədinin  evinə  libassız 
əyləşibmiş, o da məşədinin öz arvadı imiş» (31, s. 39). 
Haqverdiyev Xortdanı cəhənnəmin qapısından ke-
çirdəndən sonra ona cəhənnəmin tamaşasının «gözəl-
liyi»ndən  danışır.  Əlbəttə,  burada  da  böyük  kinayə 
var.  O, özü  də  yazdıqları ilə  kimsəni  inandırmayaca-
ğını bilir. Buna görə də Qurana and içmir. Çünki Qu-
rana öz vədinə əməl edən əsil müsəlman and içə bilər. 
O,  yalan  olan  varlıqlara,  insanlar  tərəfindən  uyduru-
lan,  qazanc  mənbələrinə  and  içir.  Bu  andlar  ədibin 
«Seyidlər ocağı» hekayəsindəki Seyid Əhmədin and-
larını xatırladır: «Mənim andlarım möhkəm andlardır.  
And  olsun  Cəfərqulu  xanın  övladının  ağızlarının 
tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qa-
nına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli 
ocağına,  cındırlı  pirə,  Cicim  ocağına,  öskürək  pirinə, 
and olsun Xorasan mütəvəlli başçısının anbarından çı-
xan  şərab  küplərinə, imam  Cümənin buğda  anbarına, 
Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıq-
larına,  dərviş  Qırışmaqulunun  dişsiz  əfilərinə,  yazdı-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
35 
ğım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlə-
ridir» (31, s. 53). 
Ədib andları sadaladıqdan sonra and içdiyi yerlər 
haqqında  müəyyən  şərh  verir.  Bu  şərhlər  içərisində 
«Topal Seyid» daha maraqlıdır. Bəlaya giriftar olmuş 
şəxs  Topal  Seyidin  qanından  çörəyə  batırıb  yesə  idi, 
xəstəliyi sağalardı. Sual meydana gəlir ki, əgər bu To-
pal Seyid dərdlərə şəfa verəndirsə, niyə bəs özünə bir 
əlac etmir? Bu suala cavab daha sonra aydınlaşır. Bir 
gün Paster xəstəxanasına getməyi özünə artıq xərc bi-
lən  xəstə  sağalmaq  üçün  Topal  Seyidin  yanına  gedir. 
Ancaq  o,  altı  həftədən  sonra  vəfat  edir.  Amma  yenə 
də cəhalət, avamlıq insanların gözünə elə qalın pərdə 
çəkmişdi  ki,  Topal  Seyidə  qarşı  olan  inam  azalmır. 
İnsanlar  həmin  xəstəni  guya  seyidin  yanına  etiqadla 
getməmişdir deyə dünyadan getdiyini zənn edirlər. 
Ədibin bu andlarında gülüşündəki ittiham intona-
siyası  da  xeyli  kəskinləşir,  sarkastik  notlarla  zəngin-
ləşir.  Əslində  onun  and  içdiyi,  daha  sonra  haqqında 
məlumat  verdiyi  bu  pirlər  onun  kəskin  tənqid  etdiyi 
yerlərdir. 
Ə.  Haqverdiyev  mahir  ifşa  ustasıdır.  Özü  də  çox 
rəngarəng  və  orijinal  ifşa  priyomlarına  və  üsullarına 
malikdir. Ümumi halda isə onun ifşası tənqid obyek-


Aynurə  Paşayeva 
 
 
36 
tinin dərin və dəqiq təhlilinə əsaslanır: komik hədəfin 
səciyyəvi naqislikləri, eybəcərlikləri faş olunur, ifşaçı 
gülüşü bu eybəcərliklərin mahiyyətindən yaranır, itti-
ham pafosuna çevrilir. 
Ə.  Haqverdiyev  qıl  körpüsündən  keçə  bilməyən 
cəhənnəmdəki mərsiyəxanlara da toxunur. Ancaq ədib 
tək  Fazili-Dərbəndidən  danışmağı  kifayət  bilir.  Həqi-
qətən  də,  həyatda  həm  Azərbaycanda,  həm  də  İranda 
Fazili  Dərbəndi  adlı  məşhur  rövzəxanların  hamısının 
mürşüdi olan şəxs olmuşdur. Əsərdə göstərilir ki, Fa-
zili-Dərbəndi  Təbrizdə  mərsiyə  oxumuş,  lakin  hamı 
ona böyük hörmətlə yanaşmışdır, onu müqəddəs adam 
kimi  qəbul  etmişlər.  Lakin  yazıçı  Fazili-Dərbəndini 
cəhənnəmdə  göstərərək  yada  salır  ki,  o,  sağ  olanda, 
avam  camaatı  elə  ovsunlamışdı  ki,  hamı  müticəsinə 
ona  itaət  göstərirdi.  Əsərdə  göstərilir  ki,  hər  gün  ona 
qonaqlıq  verilər,  siğələr  gətirilərdi.  Bir  gün  Fazili-
Dərbəndi  Tehranda  şahın  haram  yeyib-içdiyini  dedi-
yinə görə Şah tərəfindən göndərilən qəhvənin vasitəsi 
ilə  zəhərlətdirilir.  Əsərdə  göstərilir  ki,  hamının  mü-
qəddəs  bildiyi  Fazili-Dərbəndi  qıl  körpüsündən  gü-
nahları  çox  olduğuna  görə  keçə  bilməyib  cəhənnəmə 
düşüb. 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
37 
Əlbəttə  ki,  xalqı  soyan  tək  mərsiyəxanlar  deyil, 
eləcə də, ölkə-ölkə gəzib dolaşan dərvişlər də var idi. 
Bu  cür  dərvişlərdən  biri  Hacı  Mehdi  oğlu  Əsgərinin 
var-yoxunu  əlindən  alır:  «Dərviş  elmi-kimyadan  mə-
harət yetirdiyinə buna inandırıb və hər mədəni döndə-
rib  qızıl  eləmək  sirrini  bildiyini  söyləmişdi.  Bu  bəd-
bəxt  oğlu  aldanıb  dərvişi  gətirib  saldı  evinə.  Əlində 
olan mayanın hamısını kürədə yandırandan sonra, bir 
səhər durub dərvişi qaçmış gördü» (31, s. 41). 
Biz bu cümlələri oxuyanda yadımıza M.F. Axun-
dovun «Molla İbrahimxəlil kimyagər» komediyası dü-
şür. 
Bundan  başqa  cəhənnəmdə  Xortdanın  xəsislərin 
məkanında qarşılaşdığı hacılardan da danışılır. Bu ha-
cılardan biri Haqverdiyevin digər hekayəsi olan «Diş 
ağrısı»ndakı Hacı Rüstəmi xatırladır. Orada – dişinin 
birini on yeddi qəpiyə çəkdirən Hacı Rüstəm ömrünün 
axırına  kimi  gözünü  müalicə  etməyib  yüz  manat  hə-
kimə  verməyə  rəva  bilməyən,  ölənə  qədər  tək  gözlə 
yaşayan Hacıya necə də oxşayır.  
«Odabaşının hekayəsi»ndə bir-birini dərin məhəb-
bətlə sevən Fərmanla Gövhərtacın qovuşmasına mane 
olan,  mənəviyyatdan  məhrum  olan,  ancaq  maddiyat 


Aynurə  Paşayeva 
 
 
38 
sevgisi ilə yaşayan Hacı Kamyab, Hacı Mirzə Əhməd 
ağa kimi tiplər də ədibin kəskin ifşa obyektidir. 
Əvvəldə  qeyd  etdiyimiz  kimi  Haqverdiyev  yerli 
dövlət məmurlarının ifşasına da geniş yer vermişdir. 
«Xortdanın  cəhənnəm  məktubları»nda  yerli  bəy-
lər dörd təbəqəyə bölünür:  
«Pervi  sort  bəylərə  Sarıcalı  bəyləri  deyirlər  ki, 
Nadir şah dövründən bəydirlər. 
Vtoroy  sort  bəylər  bəyliklərini  xanlardan  alıblar. 
Bunların  babaları  ya  xanın  cəlladları  olublar,  ya  təl-
xək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri və 
i.a. 
Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunla-
rın ciblərində ildə üç ay pul olar, doqquz ay müflisdir-
lər... 
Çetverti sort bəylər var. Bunlara  «cır bəylər» de-
yirlər  ki,  var-yoxlarını  qumara,  Tiflis  və  Bakı  kefinə 
verib,  indi  dövlətli  bəylərin  qapılarında  sülənirlər» 
(31, s. 66-67). 
Əsərdə göstərilir ki, yerli bəylər bir gün naçalnik 
Vinokurovun  zülmünə  dözə  bilməyib  ərizə  yazırlar. 
Bəylərdən biri həmişə Vinokurovdan xeyir gördüyünə 
görə həmin ərizələri aparıb Vinokurovun özünə verir. 
Bu  bəylərin  hamısı  cəhənnəmin  sakinləri  kimi  göstə-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə