Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə10/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   6   7   8   9   10   11   12   13   ...   208

mənimlə əlaqədar heç bir plan qurmur, çünki bilir ki, mən hər şənbə günü

axşamın bir hissəsini özünüanalizə, həftə ərzində etdiklərimin icmalına və

qiymətləndirilməsinə həsr edirəm. Nahar yeməyindən sonra öz otağıma

çəkilirəm, öz kitabımı açıram və ötən həftə ərzində baş vermiş görüşlərin,

diskussiyaların, iclasların hamısı üzərində düşünürəm.

Öz-özümdən soruşuram: “Bu müddət ərzində mən hansı səhvlərə yol

vermişəm? Mənim etdiklərimdən hansı düzgündür? Nəyi daha yaxşı və nə cür

etmək olar? Mən bundan nə kimi dərs hasil edə bilərəm?”

Hər həftə edilən bu icmal məni tez-tez naümid hala salırdı. Necə kobud

səhvlərə yol verdiyim məni neçə dəfə sarsıntı keçirməyə vadar etmişdi. Əlbəttə,

illər ötdükcə səhvlərə daha az rast gəlirdim. İndi də bəzən bu cür icmaldan sonra

mən özümü kötəkləməyə meyilli oluram. Bu, illər uzunu həyata keçirdiyim

özünüanaliz və özünütərbiyə sistemi mənə sınaqdan çıxardığım digər hər hansı

metoddan qat-qat çox fayda verib. O, mənim qabiliyyətlərimin inkişaf etməsinə

və düzgün qərarlar qəbul etməyimə şərait yaratdı, mənim insanlarla ünsiyyət

qurmağıma fövqəladə dərəcədə köməklik göstərdi.

“Mən onu nə qədər yüksək qiymətləndirmiş olsam da, həmin qiymət onun

üçün çox da yüksək olmayacaqdır”.

Kitabda müzakirə olunan, özünüzün tətbiq etdiyiniz prinsiplərin sınaqdan

çıxarılması üçün bu sistemdən niyə də istifadə etməyəsiniz? Bu cür hərəkət

etməklə siz iki dəfə udmuş olardınız.

Birincisi, siz aşkar edəcəksiniz ki, maraqlı olduğu kimi, həm də faydalı olan

özünütərbiyə prosesinə aludə olmusunuz.

İkincisi, siz əmin olacaqsınız ki, insanlarla münasibət qurmaq və onu davam

etdirmək qabiliyyətiniz həmişəyaşıl dəfnə ağacı kimi sürətlə böyüməyə və inkişaf

etməyə başlayır.

9. Bu kitabın axırında siz gündəlik tapacaqsınız ki, həmin prinsiplərin tətbiq

olunmasında öz triumflarınızı bura qeyd etmək lazımdır. Konkret olun, adları,

tarixləri, nəticələri göstərin. Bu cür qeydlərin aparılması sizi daha işgüzar olmağa

ruhlandıracaqdır. Üstündən illər ötəndən sonra siz təsadüfən onlarla rastlaşanda

həmin qeydlər sizə nə qədər kövrək görünəcək!

Beləliklə, bu kitabdan fayda qazanmaq üçün:

1. İnsanlarla münasibət qurmaq prinsiplərinə yiyələnməyə özünüzdə dərin

kök salmış əməli istəyi inkişaf etdirin.

2. Hər bir fəsli növbətisinə keçməzdən əvvəl təkrarən oxuyun.

3. Verilən məsləhətlərin hər birini necə tətbiq edə biləcəyinizi özünüzdən

soruşmaq üçün mütaliə prosesində fasilə verin.

4. Əhəmiyyətli görünən hər bir fikrin altından xətt çəkin.

5. Hər ay bu kitabı yenidən nəzərdən keçirin.

6. Bu prinsipləri hər bir əlverişli halda tətbiq edin. Kitabdan öz

problemlərinizin həll edilməsi üçün işçi məlumat kitabçası kimi istifadə edin.

7. Yaxınlarınızdan kiməsə, sizi bu prinsiplərin pozulmasında da, siz ona kiçik

pul mükafatı təklif etməklə, özünüzü öyrətmək prosesini canlı oyuna çevirin.

8. Müvəffəq olduğunuz nailiyyətləri hər həftə yazın. Hansı səhvlərə yol

verdiyinizi, nədə tərəqqiyə nail olduğunuzu, bundan gələcək üçün nə kimi dərs

ala biləcəyinizi özünüzdən soruşun.

downloaded from KitabYurdu.org



9. Haqqında danışılan prinsipləri necə və nə vaxt tətbiq etdiyinizi

göstərməklə gündəlik aparın.

4 Poqonda dörd ulduz – bu, ABŞ ordusunda generalın fərqlənmə nişanıdır.

I Hissə

ADAMLARLA YAXINLAŞMANIN ƏSAS FƏNDLƏRİ

Birinci fəsil

Əgər siz balı çıxarmaq istəyirsinizsə, pətəyi yıxmayın

1931-ci il mayın 7-də mən Nyu-Yorkda qoca şəhərin nə vaxtsa gördüyü ən

sensasion adam ovunun şahidi oldum. Bir neçə həftə çəkən təqiblərdən sonra

qanqster və qatil (yeri gəlmişkən, nə içən, nə də çəkən) Kroulinin – “İki naqan”ın

izinə düşmək mümkün olmuş və o, öz məşuqəsinin mənzilində “qamarlanmışdı”.

Yüz əlli polis və detektiv onun üst mərtəbədəki sığınacağını mühasirəyə

almışdı. Onlar damda deşik açaraq “kopnilleri” gözyaşardıcı qazla boğub

çıxarmağa cəhd etdilər. Sonra isə qonşuluqdakı binaların damında pulemyotlar

qoydular və Nyu-Yorkun ən gözəl kvartallarından birində bir saatdan çox

tapança və pulemyot səsindən qulaq tutulurdu. Krouli çevrilmiş kreslonun

arxasında büzüşərək fasiləsiz cavab atəşi yağdırırdı. On min həyəcanlı tamaşaçı

ovun gedişini izləyirdi. Nyu-Yorkun küçələri əvvəllər buna tay olan “tamaşa”

görməmişdi.

Krouli ələ keçiriləndə polis komissarı Melnuey mətbuat nümayəndələrinə

bildirdi ki, dəlisov “İki naqan” Nyu-Yorkun ən təhlükəli cinayətkarı idi. Komissar

deyirdi: “O, bir burum tütünə görə də adam öldürər”.

Bəs Krouli özünü necə qiymətləndirirdi? Polis onun sığınacağını gülləbaran

etdiyi vaxt o, “bunun kimlərə dəxli varsa, onlara” ünvanlanan məktub yazırdı. Və

onun yarasından axan qan kağızın üzərində al iz qoymuşdu.

Həmin məktubda Krouli yazırdı: “Mənim pencəyimin altında yorğun, ancaq

mərhəmətli, heç kimə pislik etməyəcək bir ürək vardır”.

Bundan bir müddət əvvəl Krouliyə Lonq-Aylenddən gələn qəsəbə yolunun

üstündə sevgi görüşü təyin olunmuşdu. Gözlənilmədən onun maşınına bir

polismen yaxınlaşdı və dedi: “Sürücülük vəsiqənizi göstərin”. Heç bir söz

demədən Krouli naqanı çıxartdı və polisi güllə yağışı ilə yerə sərdi. O yıxılandan

sonra Krouli maşından atılıb çıxdı və can verən polisin revolverini qaparaq

sərələnmiş bədənə bir güllə də vurdu. Və budur, həmin qatil deyir: “Mənim

pencəyimin altında yorğun, ancaq mərhəmətli, heç kimə pislik etməyəcək bir

ürək vardır”.

downloaded from KitabYurdu.org




Krouli elektrik stulunda ölüm cəzasına məhkum olundu. O, Sinq-Sinq

həbsxanasının ölüm hökmü kəsilmişlər üçün kamerasına daxil olanda

deməmişdi: “Adamları öldürdüyümə görə aldığım bax bu oldu”. Xeyr, o dedi:

“Adamları müdafiə etdiyimə görə aldığım bax bu oldu”.

Bu əhvalatda əlamətdar olan odur ki, “İki naqan” – Krouli özünü günahsız

adam hesab edirdi. Bu cür özünəqiymət cinayətkarlar arasında qeyri-adidirmi?

Əgər siz bunun məhz belə olduğunu hesab etməyə meyillisinizsə, bir aşağıda

göstərilən faktlarla da tanış olun:

“Mən həyatımın ən yaxşı illərini insanlara alovlandırıcı ləzzətlər verməyə və

onların öz vaxtlarını xoş keçirmələrinə kömək etməyə sərf etdim; bunun

müqabilində aldığım nə varsa – bu, küncə qısnanmış adamın məruz qaldığı

təhqirlərdir”. Bunu deyən Al-Kaponedir. Bəli, həmin o Al-Kapone, nə vaxtsa

Çikaqonu terror etmiş ən qatı cinayətkar, Amerika cəmiyyətinin 1 nömrəli

düşməni


5

. O, özünü mühakimə etmir. O, həqiqətən də, özünə xeyirxah –

cəmiyyətin düzgün qiymətləndirilməyən və başa düşülməyən xeyirxahı kimi

baxır.


Eyni şeyləri Nyu-Yorkda qanqsterlərin güllələri altında büküləndən bir

müddət əvvəl “Alman” – Şults da demişdi. “Alman” – Şults (Nyu-Yorkun ən

məşhur “siçovullarından” biri) qəzet üçün verdiyi müsahibədə birbaşa bəyan

edirdi ki, o, cəmiyyətin xeyirxahıdır. Və o, buna inanırdı.

Mənim Sinq-Sinq həbsxanasının rəisi ilə bu mövzuda maraqlı yazışmam

olmuşdu. O bildirirdi ki, Sinq-Sinqdəki cinayətkarların çox azı özünü pis adam

hesab edir. Onlar – eynilə bizim və sizin kimi adamlardır və eynilə bu cür də

mülahizə yürüdür və öz hərəkətlərini izah edirlər. Onlar seyfi nə üçün qırmalı və

ya tətiyi sıxmalı olduqlarını sizə müsbət izah edə bilərlər. Onların əksəriyyəti

dolaşıq və ya məntiqli arqumentlərin köməyi ilə öz antiictimai hərəkətlərinə

hətta öz gözlərində də haqq qazandıra, bu minvalla da möhkəm əminlik

qənaətinə gələ bilərlər ki, onları, ümumiyyətlə, heç həbsxanaya salmaq da lazım

deyilmiş.

Əgər Al-Kapone, “İki naqan” – Krouli, “Alman” – Şults və həbsxana divarları

arxasında olan digər mahnısı oxunmuş centlmenlər özlərini heç nədə mühakimə

etmirlərsə, onda hər gün ünsiyyətdə olduğumuz adamlar haqqında nə demək

olar?!

Mərhum Con Uenmayker bir dəfə etiraf etmişdi: “Otuz il əvvəl mən başa



düşdüm ki, söz güləşdirmək, ən azı, axmaqlıqdır. Başa düşdüm ki, Tanrının

zəkanı hamı arasında bərabər bölüşdürməyi lazım bilmədiyi ilə əlaqədar narahat

olmaqdansa, öz məhdudluğumun adlanması ilə bağlı narahat olmaq lazımdır”.

Uenmayker bu dərsi erkən dərk etmişdi. Şəxsən mən özüm Uenmaykerin nə

dərəcədə haqlı və ya haqsız olduğundan asılı olmayaraq, insanın yüz hadisədən

99-da özünü heç nədə günahkar bilmədiyi həqiqəti qarşımda açılana qədər, bu

dünyanın cəngəlliyində axtara-axtara bütöv bir qərinə ərzində getməli oldum.

Tənqid faydasızdır, çünki insanı müdafiə olunan mövqeyinə gətirir və onu

özünə haqq qazandıran yollar axtarmağa sövq edir. Tənqid təhlükəlidir, çünki o,

insan üçün qiymətli olan şəxsi ləyaqət hissini yaralayır, insanın öz əhəmiyyəti

haqqında təsəvvürlərinə zərbə endirir, onda inciklik və narazılıq hissini

qıcıqlandırır.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə