və lap əvvəldən etməli olduğum işə girişdim: şəxsi təcrübəmin, natiq və natiqlik
məharəti müəllimi olaraq məndə toplanmış müşahidə və fikirlərin əks olunduğu
natiqlik sənəti üzrə dərs vəsaiti yazdım. Mən Uolter Releyin mənimsədiyi dərsi
mənimsədim. Mən kraliçanın qədəm basması üçün öz plaşını palçıqlı yola sərən
ser Uolter haqda danışmıram. Söhbət 1904-cü ildə Oksfordda ingilis ədəbiyyatı
professoru ser Reledən gedir. “Mən Şekspirin səviyyəsində kitab yaza bilmərəm,
– demişdi o, – lakin mən şəxsən öz kitabımı yaza bilərəm”.
Özünüz olun. İrvinq Berlinin mərhum Corc Qerşvinə verdiyi müdrik
məsləhətə əməl edin. Berlin və Qerşvin ilk dəfə görüşəndə Berlin məşhur,
Qerşvin isə özünə həyatda yol açan cavan bəstəkar idi. O, yüngül musiqi
bəstələməklə həftədə vur-tut otuz beş dollar qazanırdı. Qerşvinin qabiliyyətləri
Berlində dərin təəssürat yaratdı və o, cavan oğlana öz musiqi katibi qismində iş
təklif elədi, özü də onun əməkhaqqısı üçqat artmalı idi. “Amma bu işə razılıq
verməyin, – deyə Berlin məsləhət elədi. – Əgər siz bu işlə məşğul olarsınızsa,
onda siz, ola bilsin, ikinci növ Berlin olarsınız. Amma əgər siz inadkarcasına
özünüz qalsanız, onda sizin birinci dərəcəli Qerşvin olacağınız gün gəlib
çatacaqdır”.
Qerşvin bu xəbərdarlığı eşitdi və tədricən öz nəslinin ən məşhur amerikalı
bəstəkarlarından birinə çevrildi.
Çarli Çaplin, Uill Rocers, Meri Marqaret Makbrayd, Cin Otri və milyonlarla
başqaları bu, mənim bu fəsildə sizin dərrakənizə çatdırmağa çalışdığım dərsi
mənimsəmək məcburiyyətində qalıb. Bu, onlara baha başa gəlib – elə mənim
özümə olduğu kimi.
Çarli Çaplin kinoda çəkilməyə başlayanda filmlərin rejissoru təkid edirdi ki,
o, həmin dövrün populyar alman komikini təqlid eləsin. Çarli Çaplin öz
individuallığını göstərə bilməyənə qədər heç bir nailiyyət əldə edə bilmirdi. Bob
Houp eyni şeyi yaşamışdı: o, uzun illər ərzində mahnı oxuya-oxuya rəqs ifaçısı
olmuşdu və uğur qazanmaq ona eləcə də nəsib olmamışdı. O, öz fərdi janrını –
yumoristik hekayə sənətini seçəndən sonra şöhrət qazandı. Rocers uzun illər
ərzində vodevillərdə statist qismində, bir kəlmə belə demədən çıxış edirdi. O,
eləcə heç bir uğur qazanmazdı, əgər özündə yumoristik əhvalatları danışmaq
vergisini aşkar etməsəydi.
Meri Marqaret Makbrayd ilk dəfə radioda çıxış eləməyə başlayanda özü üçün
komik irlandiyalı aktrisa ampluasını seçmişdi və uğursuzluğa düçar olmuşdu. O,
özünü – Missuridən olan sadə kənd qızını – oynamağa başlayanda isə Nyu-York
radiosunun ən populyar ulduzlarından biri oldu.
Cin Otri özünün Texas ləhcəsindən yaxa qurtarmağa çalışanda və Nyu-
Yorkdan olduğunu bildirəndə adamlar yalnız onun arxasınca gülüşürdülər.
Amma o, bancosunda çalmağa və kovboy balladaları ifa etməyə başlayanda isə
karyerasının başlanğıcını qoydu. Otri həm kinoda, həm də radioda dünyanın ən
populyar kovboyu oldu.
Siz bu dünyada tamamilə yeni bir varlıqsınız. Buna sevinin. Təbiətin sizə
verdiyini ən yaxşı surətdə istifadə edin. Hər bir sənət son nəticədə
avtobioqrafikdir. Siz yalnız öz səsinizlə oxuya bilərsiniz. Siz yalnız öz əlinizlə
rəsm çəkə bilərsiniz. Siz gərək öz təcrübənizin, öz mühitinizin və irsən keçən
mirasın sizi etdiyi kimi olasınız. Nə baş verirsə versin, siz öz kiçik bağçanızı
downloaded from KitabYurdu.org
becərməlisiniz. Nə baş verirsə versin, siz bu həyat orkestrində öz balaca
alətinizdə ifa etməlisiniz.
Emerson müəllifi olduğu “Özünə qarşı etibar” essesində yazırdı:
“Hər bir insanın mənəvi həyatında belə bir məqam yetişir və o, bu əqidəyə
çatır ki, paxıllıq cahillikdən doğur; təqlidetmə – intihardır; insan bunu istəsə və
ya istəməsə də, onun üçün təyin olunmuş qismətlə barışmalıdır; kainatın onu
hansı nemətlərlə ərköyünləşdirdiyinə baxmayaraq, o, özü üçün ayrılmış torpaq
parçasını əkib-becərməsə, bir tikə çörəyini tapa bilməyəcək. Ona verilmiş qüv-
vələrin təbiətdə bənzəri yoxdur və özünün nəyə qadir olduğunu bilmək yalnız
onun özünə verilib, bu isə o özünü sınamayana qədər bəlli olmayacaqdır”
80
.
Emerson belə deyib. Duqlas Mellok isə bunu bax bu cür ifadə edib:
Təpənin başında şam ola bilmirsənsə əgər,
Dərədə xırda ağac ol, amma
Bulağın başında ən yaxşı xırda ağac ol;
Kol ol, ağac ola bilmirsənsə əgər.
Kol ola bilmirsənsə əgər, ot ol,
Və yolu elə daha da gözəlləşdir,
Durnabalığı ola bilmirsənsə, ol xanıbalığı –
Amma göldə ən gözəl xanıbalığı ol!
Kapitan ola bilmərik hamımız,
Kimsə matros da olsun gərək;
Hamımıza iş burda tapılar.
İş ola bilər böyük və kiçik.
Nə vacibdirsə, biz onu edək gərək.
Yol ola bilmirsənsə, cığır ol,
Günəş ola bilmirsənsə, ulduz ol;
Qalib və ya məğlub oluruq – bu deyil vacib,
Özümüzdə olan ən yaxşını göstərək gərək.
Özünüzdə həyata münasibətdə sizə rahatlıq gətirəcək və sizi narahat
olmaqdan azad edəcək nöqteyi-nəzər formalaşdırmaq üçün beşinci qaydanı
yerinə yetirin:
Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz olun.
On yeddinci fəsil
Əgər sizə limon qismət olubsa,
ondan limonad düzəldin
Bu kitabın üzərində işlədiyim mərhələdə mən bir dəfə Çikaqo Uni-
versitetində oldum və onun rektoru Robert Meynard Hatçinsonla söhbət etdim.
Mən ondan narahatlığı necə adladığını soruşdum. O cavab verdi: “Mən həmişə
“Sdirs, Roubik ənd Kompani” firmasının keçmiş prezidenti, mərhum Culius
Rozenvaldın mənə verdiyi məsləhətə əməl etməyə çalışmışam: “Sənə çatan limon
olubsa, ondan limonad düzəlt”.
Məşhur pedaqoq məhz elə bu cür də hərəkət edir. Amma axmaq əksinə
hərəkət edir. Əgər axmaq görürsə ki, tale ona limon təqdim edib, o təslim olur və
deyir: “Mən fiaskoya uğradım. Bu, taledir. Mənim heç bir şansım yoxdur”. Ardınca
o, həyatdan gileylənməyə başlayır və özünə yazığı gəlməkdən ləzzət almaqda
downloaded from KitabYurdu.org