Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə192/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   188   189   190   191   192   193   194   195   ...   208

ayrılan səkkiz saatı keçirirəm. İndi başa düşürəm ki, əgər yaponlar Perl-Harbora

hücum etməsəydilər, bütün ömrüm boyu yarıəlil qalacaqdım. Vaxtımı çarpayıda

keçirmək mənə xoş idi. Mənə daima qulluq edirdilər və indi mənə aydındır ki,

günbəgün, özümdən asılı olmadan yaşamaq iradəmi, sağalmağım üçün mübarizə

aparmaq qabiliyyətimi itirirdim.

Perl-Harbor üzərinə hücum Amerikanın tarixində ən böyük faciələrdən biri

idi. Lakin şəxsən mənim üçün o ən əlamətdar hadisələrdən biri oldu. Bu dəhşətli

böhran mənə qüvvə verdi. Mənim diqqətim öz əzablarımdan yayındırıldı və

başqa adamların üzərində cəmləşdirildi. Bu, mənim həyatıma dərin və

əhəmiyyətli məna verdi. Mənim bundan sonra özüm haqda fikirləşməyə və öz

qayğımı çəkməyə vaxtım olmadı”.

Kömək dalınca psixiatrın yanına cuman adamların üçdə ikisi Marqaret

Yeysin nümunəsini təkrar etmiş olsaydılar, ola bilsin, özləri özlərini sağalda

bilərdilər. Onlar sağalardılar, əgər diqqətlərini başqalarına kömək etmək

üzərində cəmləsəydilər. Mənim ideyamdır? Bu, Karl Yunqun

81

dediyidir



təqribən. Bunu ondan yaxşı kim bilər axı? O deyib: “Mənim pasientlərimin ən azı

üçdəbiri kliniki diaqnoz qoyulan nevrozdan yox, həyatın mənasızlığından və

boşluğundan əziyyət çəkir”. Başqa sözlə deyilərsə, onlar istəyirlər ki, həyatda

kimsə onları özü ilə aparsın, amma həyat onların yanından ötüb-keçir. Və onlar

psixiatrın yanına tələsib, özlərinin məhdud, mənasız və boş həyatlarından

şikayətlənirlər. Gəmi onlarsız çıxıb gedir, onlar limanda qalıb, özlərindən başqa

hamını mühakimə edir və bütün dünyanın öz eqoistik istəklərinə “baş üstə”

deməsini tələb edirlər.

Bəlkə də indi siz özünüzə deyirsiniz: “Hə də, əlbəttə, bu hekayətlər məndə

dərin təəssürat yaratmadı. Əgər mən Perl-Harborda olsaydım, onda

məmnuniyyətlə Marqaret Yeyts kimi hərəkət edərdim. Lakin məndə hər şey

başqa cürdür: mənim həyatım ən adi və birxətlidir. Mən hər gün səkkiz saat

ərzində darıxdırıcı işlə məşğul oluram. Həyatımda dramatik heç nə baş vermir.

Axı mən başqalarına kömək etməyə necə aludə ola bilərəm? Bu, mənə nə

verərdi?”

Sual tamamilə ədalətlidir. Ona cavab verməyə çalışıram. Bəli, sizin həyatınız

birxətlidir, lakin siz hər gün, yəqin ki, hansısa adamlarla rastlaşırsınız. Bəs siz

onlar üçün nəsə edirsiniz? Siz, sadəcə olaraq, onların yanından keçib gedirsiniz,

yoxsa onları nəyin həyəcanlandırdığını öyrənməyə çalışırsınız? Məsələn, siz hər

gün poçtalyonla qarşılaşırsınız. O, hər il yüzlərlə mil məsafə qət edir ki, sizə poçtu

çatdırsın. Heç olmasa bir dəfə onun harada yaşadığı ilə maraqlanmısınız, onun

həyat yoldaşının və uşaqlarının fotoşəklinə baxmaq arzunuzu ifadə etmisiniz? Öz

işindən yorulub-yorulmadığını, bu işin onu bezdirib-bezdirmədiyini ondan

soruşmusunuz?

Hər gün baqqal dükanında cavan satıcını, qəzet satıcısını və tində oturub

çəkmələrinizi parıldadan ayaqqabı təmizləyən oğlanı görürsünüz. Axı onlar da

insandır və hər birinin öz problemləri, arzuları və can atdıqları nə isə var. Onlar

da bunları kiminləsə bölüşmək istəyərdilər. Məgər siz onlara nə vaxtsa belə bir

imkan verirsiniz? Məgər siz nə vaxtsa onların şəxsiyyətinə və həyatlarına canlı,

səmimi maraq göstərirsiniz? Mən məhz elə bunu nəzərdə tuturam. Axı dünyanı –

sizin şəxsi dünyanızı yaxşılaşdırmaq üçün qətiyyən vacib deyil ki, Florens

downloaded from KitabYurdu.org




Naytingeyl və ya sosial islahatçı olasan; siz bunu sabah səhər hər gün ünsiyyətdə

olduğunuz adamlardan başlaya bilərsiniz!

Bu, sizə nə gətirəcək? Böyük xoşbəxtlik! Böyük məmnunluq, özünüzlə fəxr

edə biləcəksiniz! Aristotel bu cür davranışı “tərəqqipərvər eqoizm”

adlandırmışdı. Zərdüşt demişdi: “Başqalarına xeyirxahlıq etmək – bu, vəzifə

deyil. Bu – sevincdir, zira bu, sağlamlığı yaxşılaşdırır və xoşbəxtliyi çoxaldır”.

Bencamin Franklin isə bunun xülasəsini çox sadə vermişdi. “Siz başqaları üçün

xeyirxah iş görəndə, – demişdi o, – ilk növbədə özünüzə xeyirxahlıq etmiş

olursunuz”.

“Psixologiyanın, mənim rəyimə görə, heç bir müasir kəşfi yoxdur ki, – Nyu-

Yorkda Psixoloji Xidmət Mərkəzinin direktoru Henri S.Link yazır, – bu kəşf

insanın özünü realizə etməsi və xoşbəxt olması üçün özünüifadənin və intizamın

zəruriliyinin elmi cəhətdən sübut olunması qədər vacib əhəmiyyət kəsb etmiş

olsun”.


Başqaları barədə qayğı təkcə sizin diqqətinizi özünüzlə bağlı narahatlıqdan

yayındırmayacaq, o həm də sizə çoxlu dost qazanmağa və həyatdan bolluca zövq

almağa kömək edəcək. Nə cür? Bu sualla mən bir dəfə Yel Universitetinin

professoru Uilyam Layon Felpsə müraciət elədim. Onun mənə cavabı belə oldu:

“Mən hotelə, bərbərxanaya və ya mağazaya gələndə qarşılaşdığım hər bir

kəsə mütləq nə isə xoş bir söz deyirəm. Mən hər bir kəsə onu şəxsiyyət kimi

səciyyələndirən nə isə deməyə çalışıram ki, o özünü, sadəcə olaraq, maşının bir

vintciyi kimi hiss etməsin. Elə olur ki, bəzən mağazada mənə xidmət göstərən

satıcı qıza kompliment deyirəm. Onun gözəl gözləri və ya saçları ilə bağlı

heyranlığımı ifadə edirəm. Bərbərdən bütün günü ayaq üstə dayanmağın onu

yorub-yormadığını soruşuram. Bundan başqa, onun bu peşəyə necə

yiyələndiyini, neçə il işlədiyini və bu vaxt ərzində nə qədər saç düzəldə bildiyini

soruşuram. Bunu hesablamaqda ona kömək edirəm. Nəzərimə çarpıb ki, özünə

münasibətdə göstərilən maraq insanı xoşbəxtlikdən işıldamağa məcbur edir.

Sakvoyajımı gətirən yükdaşıyanın əlini sıxıram. Bu, onda bütün gün üçün yaxşı

əhvali-ruhiyyə və qıvraqlıq yaradır. Bir dəfə həddən artıq isti yay günündə

dəmiryol ekspressinin vaqon-restoranında səhər yeməyinə getdim. Adamlarla

dolu olan vaqon sanki qızdırılmış soba idi, sərnişinlərə xidmət isə çox ləng

həyata keçirilirdi. Ofisiant, nəhayət, menyunu mənə təqdim edəndə ona dedim:

“İstidən odlanan mətbəxdə işləyən aşpazlara bu gün çox ağırdır”. Ofisiant əvvəl

söyməyə başladı. O, incik tonla danışırdı. Əvvəl mənə belə gəldi ki, o hirslənir.

“Xeyirxah, hər şeyə qadir olan İlahi, – dedi o. – Adamlar bura gəlir və daima da

yeməklərdən şikayət edirlər. Onlar ləng xidmət göstərilməsindən narazıdırlar və

isti və qiymətlərdən gileylənirlər. Mən isə on doqquz ildir bu şikayətləri

dinləyirəm. Siz qızmar plitənin qabağında işləyən aşpazların halına acıdığını

ifadə edən birinci və yeganə adamsınız. Tanrıya dua edirəm ki, sizin kimi

sərnişinlər bura çox gəlsin”.

Ofisiant ona görə heyrətlənmişdi ki, mən zənci-aşpazlara insan kimi

yanaşmışdım. Mən onlara dəmir yolunun mürəkkəb mexanizmindəki vintciklər

kimi yox, canlı insan kimi baxırdım”.

“İnsanlar, – deyə professor Felps davam edirdi, – özlərinə qarşı azacıq da

olsa insani münasibətlərə möhtacdırlar. Mən küçə ilə gedəndə və gözəl it

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə