Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə207/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   200   201   202   203   204   205   206   207   208

yaxşılaşdı. Nəhayət, belə işləməyi qərara aldım ki, işim guya mənə zövq verir,

hətta ona nifrət etdiyimə belə baxmayaraq. Onda mən növbəti vacib kəşfi etdim:

əgər işimi ondan elə bil, həqiqətən də, zövq aldığım kimi yerinə yetirərəmsə, bu

halda işimdən hansısa bir dərəcədə gerçəklikdə də zövq alacağam. Mən bunu

aşkar etdim ki, zövqlə işləyəndə daha sürətlə işləyirəm. Buna görə də məndə

işdən sonra qalıb işləmək zərurəti nadir hallarda meydana çıxır. İşə dəyişən

münasibətimin sayəsində yaxşı işçi reputasiyasını qazandım. Şöbə

rəhbərlərindən birinə şəxsi katibə tələb olunanda o məhz məni seçdi, çünki

özünün dediyi kimi, mən əlavə işi məmnunluq hissiylə yerinə yetirməyə razıyam.

“Psixoloji əmrin dəyişməsinin bu nəticəsi, – yazırdı xanım Qolden, – mənim üçüm

fövqəladə dərəcədə vacib kəşf oldu. O, möcüzə törətdi!”

Xanım Veli Qolden özünə bununla bağlı, ola bilsin, hesabat belə vermədən

məşhur fəlsəfi “elə bil ki” prinsipini istifadə etmişdir. Uilyam Ceyms bizə belə

hərəkət etməyi tövsiyə edir ki, biz “elə bil ki” cəsarətliyik və biz cəsarətli

olacağıq, özümüzü “elə bil ki” xoşbəxtik kimi aparaq və biz özümüzü xoşbəxt hiss

edəcəyik və ilaxir.

Özünüzü elə aparın ki, iş “elə bil ki” sizin xoşunuza gəlir. Əvvəl bu, oyun kimi

olacaq, ardınca isə sizdə işinizə münasibətdə əsl maraq meydana çıxa bilər. Bu

həm də yorğunluğunuzu, gərginliyinizi və narahatlığınızı azaldacaq.

Bir neçə il əvvəl Harlan A.Hauard öz həyatını tamamilə dəyişən bir qərar

qəbul etdi. O, darıxdırıcı işi maraqlı etməyi qət elədi. Onun işi isə, həqiqətən də,

darıxdırıcı idi: başqa oğlanlar topla oynadıqları və ya qızlarla deyib-güldükləri

vaxt o, qab-qaşığı yumalı, piştaxtaları silməli və məktəb yeməkxanasında

dondurma satmalı idi. Harlan Hauardın öz işini görməyə gözü yox idi, lakin çıxıb

getmək imkanı olmadığından o, dondurmaya aid olan hər şeyi öyrənməyi qərara

aldı – onu necə hazırlayırlar, onun tərkibini, nə üçün bir növ başqasından daha

yaxşıdır. O, dondurma istehsalının kimyəvi texnologiyasını öyrəndi və orta

məktəbdə kimya kursları üzrə ən yaxşı dinləyici oldu. O, ərzaq məhsullarının

kimyası ilə indi elə bir dərəcədə maraqlanmışdı ki, Massaçusets ştatının kollecinə

daxil oldu və ərzaq texnologiyası sahəsi üzrə ixtisaslaşdı. Nyu-Yorkun kakao

firması kakao və şokoladın istifadə olunması ilə bağlı ən yaxşı tələbə məruzəsi

üzrə konkurs elan edəndə və yüz dollar məbləğində mükafat təyin eləyəndə, necə

fikirləşirsiniz, kim qalib oldu?.. Bəli, düz tapdınız. Harlan Hauard.

O, iş axtararkən çətinlklərlə üzləşdiyindən Massaçusets ştatının Amherst

şəhərində öz evinin zirzəmisində şəxsi laboratoriya açdı. Bundan bir qədər sonra

yeni qanun qüvvəyə mindi. Süddəki bakteriyaların sayının hesablanması tələb

olunurdu. Harlan A.Hauard tezliklə Amherstdə on dörd firma üçün süd

məhsullarında bakteriyaların sayını hesablayırdı və ona hətta iki köməkçi də

tutmaq lazım gəldi.

Siz necə fikirləşirsiniz, iyirmi beş ildən sonra onu nə gözləyir? Həqiqətən də,

ərzaq kimyası sahəsində fəaliyyət göstərən indiki aparıcı mütəxəssislər o vaxt

üçün pensiyaya çıxacaq və onların yerini indi təşəbbüs və entuziazmla qaynayıb-

daşan cavan adamlar tutacaqlar. Harlan A.Hauard iyirmi beş ildən sonra, çox

güman, işini uğurla davam etdirəcək, peşəsinin liderlərindən biri olacaq və

həmin vaxt onun nə vaxtsa dondurma satdığı həmyaşıdları qaşqabaqlı

uğursuzlara çevriləcək, işsizlərin sırasını dolduracaq, hökuməti lənətləyəcək və

downloaded from KitabYurdu.org



həyatlarlarını dəyişmək imkanının onların əlinə düşmədiyindən gileylənəcəklər.

Çox güman ki, Harlan A.Hauardın da əlinə heç vaxt bu cür imkan düşməzdi, əgər

o, darıxdırıcı işi maraqlı etmək qərarına gəlməsəydi.

Çox illər bundan qabaq bir cavan oğlan da var idi ki, işi onu boğaza yığmışdı.

O, zavodda tornaçı dəzgahının qabağında dayanır və bolt düzəldirdi. Cavan

oğlanın adı Sem idi. Sem işdən getmək istəyirdi, lakin başqa yerə işə düzələ

bilməyəcəyindən qorxurdu. Sem darıxdırıcı işi yerinə yetirmək məcburiyyətində

qaldığından işini maraqlı etməyi qərara aldı. O, qonşu dəzgahda işləyən

operatorla yarış təşkil elədi. Onlardan biri nahamar səthi hamarlamalı, o biri isə

boltları tələb olunan diametrə çatdırmalı idi. Vaxtaşırı onlar dəzgahları

dəyişirdilər ki, kimin daha çox bolt düzəldə biləcəyini yoxlasınlar. Semin işinin

sürətini və səliqəsini usta yüksək qiymətləndirdi və tezliklə onu daha

kvalifikasiyalı işə keçirtdi. Bu, Semin xidməti nərdivanla irəliləməsinin başlanğıcı

oldu. Üstündən otuz il ötəndən sonra Sem – Semyuel Vokleyn – Bolduin

Lokomotiv Uorks firmasının prezidenti oldu. Amma o, bütün ömrü boyu elə ope-

rator da qala bilərdi, əgər darıxdırıcı işi maraqlı etməyə cəhd göstərməsəydi.

Amerika radiosunun məşhur siyasi şərhçisi H.B.Kaltenborn bir dəfə mənə

darıxdırıcı işi maraqlı etməyə necə müyəssər olduğunu danışdı. İyirmi iki yaşı

olanda o, Avropaya yollanmışdı və gediş haqqını ödəmək üçün ona Atlantik

okeanından buynuzlu mal-qara daşıyan gəmidə işləmək lazım gəlmişdi. O,

öküzləri yemləməli və sulamalı idi. İngiltərə boyunca velosipedlə səyahəti başa

vuraraq o, ac və yaşamaq üçün hər hansı bir vəsaiti olmadan Parisə gəlib çıxdı.

Kaltenborn öz fotoaparatını beş dollar müqabilində lombarda qoymalı oldu. O,

“Nyu-York Gerald” qəzetinin Paris nəşrində iş axtardığı haqda elan verdi. Ona

stereoskop satmaq təklif olundu. Əgər sizin qırx yaşınız varsa, ola bilsin,

gözlərimizə yaxınlaşdırdığımız və tamamilə eyni olan iki şəkil gördüyümüz

qədimi stereoskopları xatırlayırsınız. Biz baxmaqda davam edirdik və qəfildən

möcüzə baş verirdi. Stereoskopdakı iki linza iki şəkli vahid rəsmə gətirir,

bununla da üçüncü ölçü effektini yaradırdı. Biz məsafəni görə bilirdik. Biz

heyrətamiz perspektiv hissi qazanırdıq.

Artıq dediyim kimi, Kaltenborn həmin aparatları satmağa başladı. O, Parisdə

bir qapıdan o birisinə gedirdi, fransızca isə danışa bilmirdi. Bununla belə, o,

birinci il ərzində satdığının faizi qismində beş min dollar qazana və həmin il

Fransada əməyi ən yüksək ödənilən ticarət agenti ola bildi. H.B.Kaltenborn mənə

danışdı ki, bu təcrübə ona uğurlu fəaliyyət üçün Harvardda bir il oxumaqdan az

bilik vermədi. Özünə inam? cənab Kaltenborn mənə deyirdi ki, indi o, özünə belə

gəldiyi kimi, fransız evdar qadınlara lap “konqresin protokollarını” da sata

bilərdi.


Bu təcrübə ona fransızların həyatını elə dərin başa düşmək bacarığı verdi ki,

bu, sonralar radioda Avropadakı hadisələri təhlil etməkdə qiymətsiz mənbə oldu.

Fransız dilini bilməyə-bilməyə o, birinci dərəcəli ticarət agenti olmağa necə

müvəffəq oldu? O, işəgötürənindən xahiş etmişdi ki, müştərilərə müraciət elədiyi

mətni gözəl fransız dilində yazsın. Kaltenborn bu mətni əzbər öyrənmişdi.

Olurdu ki, o, qapının zəngini çalır, evin qadını qapını açır və o, əzbərlədiyi mətni

elə qəribə ləhcə ilə deyirdi ki, çox gülməli alınırdı. Sonra o, evin qadınına öz

şəkillərini göstərirdi. Qadın ona sual verəndə isə o, adətən, çiyinlərini çəkir və

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə