Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   35   36   37   38   39   40   41   42   ...   68

80 
 
vasitəsi ilə özümü  savaş  meydanından qurtardım. Bir təpənin başında Şahzadə ilə 
görüşdüm.”
42
 
Cahangir  Mirzə  davam  edir  ki,  təpənin  başında  rus  ordusunun  Qacar 
ordularını  təqib  etdiyini  görürdük.  Sanki  ovçu  ovu  təqib  edərcəsinə  bizimkilər 
təqib edilirdilər. Ordunu saran ümüdsüzlük səbəbi ilə fərarların da sayı çoxalmışdı. 
Bir  neçə  top  gülləsi  də  qaçanların  arxasınca  sıxışdırıldı,  lakin  artıq  təqib  də 
durdurulmuşdu. 
Şahzadə  öz  oğulları  və  məğlub  ordusu  ilə  Araza  doğru  geri  çəkilməyə 
başladı. Bütün topları savaş meydanından çıxarmağı başarmışdılar, ancaq yolda iki 
qəbzə  top  bataqlığa  batdı.  Şahzadə,  Uğurlu  Xanın  süvarilərinə  bu  topları 
bataqlıqdan  çıxarmalarına  əmr  etdi.  Gəncə  savaşının  başlanğıcından  beş  yüz 
nəfərlik bir  Tatar  süvarisi çevrədə dolaşmaqda idi. Hansı tərəf qalib gəlsə idi ona 
qatılmağı gözləyirdilər. Bu 500 süvari indi məğlub tərəfi təqib etməyə və onlardan 
bac almaq üçün hücuma başlamışdı. Bilirdilər ki, bu məğlub tərəfdən bir şey əldə 
edə  bilərlər.  Bu  Tatar  süvarilər  iki  batmış  toplarla  uğraşan  Uğurlu  Xan  və 
süvarilərinin əllərini bağlayıb ödül almaq üçün ruslara apardılar. 
Abbas Mirzə Arazdan keçdikdən sonra ordunun Bəhramlı adında bir təpədə 
durmasını istədi. Abbas Mirzə burada ordunu düzənə tabe etmək istəyirdi. Müxtəlif 
yerlərə  qaçmış  əsgərlər  də  gəlirdilər.  Ancaq  Şahzadənin  sağlığının  yerində 
olmadığı  açıqca  görünürdü.  Ölümcül  bir  səssizlik  Abbas  Mirzənin  ruhunu  və 
vücudunu  sarmışdı.  Elə  bir  durumda  idi  ki,  ordu  komutanlarının  bir-birləri  ilə 
yüksək səslə nəzakətsiz davranmalarına belə laqeyd idi. Bu ortamda Abbas Mirzə 
savaşla ilgili bir raport yazıb Şaha göndərdi. Bu raportda mindən artıq ölü və dörd 
mindən artıq əsir haqqında bilgi verilirdi. 
Əsir düşənlərin çoxu Asəf-əd Dövlənin komutanlığında olan Ərak alayından 
idi.  Asəf-əd  Dövlə  bu  alaydan  gərəkli  məqamda  istifadə  edəməmiş  və  savaşın 
nəticəsini  gözləməyə  başlamışdı  ki,  qərarını  savaşın  gedişinə  görə  versin. 
Şahzadənin ordusu isə fərar etməyə başladığı zaman bu alay da qaçmağa çalışaraq 
dağlıq  yolla  özlərini  Naxçıvana  çatdırmağa  cəhd  etmişdilər.  Lakin  Mədədov 
casusları vasitəsi ilə onların fərar istiqamətini öyrənib çoxunu əsir almışdı. 
*** 
Məğlubiyyət  xəbərini  duyan  Fətəli  Şah  Abbas  Mirzəni  hüzuruna  çağırdı. 
Şahzadə, Bəhramludakı ordunun başçılığını Məhəmməd Xan Əmir Nizama tapşırıb 
oğulları  ilə  bərabər  neçə  yüz
 
nəfərlik  güvənlik  süvariləri  ilə  yola  düşdü.  Asəf-əd 
Dövlə Süpəhdar da onlarla birgə yollandı 
Yermolov  oktyabrın  (ekimin)  22-də  yazırdı  ki,  Şah  Əhərdədir.  Abbas 
Mirzə,  Şahın  yanına  gedir  və  dağılmış  ordusunu  təkrar  bir  düzənə  tabe  etməyə 
çalışır. 
                                                           
42
Cahangir Mirzə “Yeni tarix”. 


81 
 
Təqribən bir ay Gəncə savaşından keçməkdə idi. Bu müddət ərzində Abbas 
Mirzənin  ordusu  isti  bir  yemək  yeməmişdi.  Çünkü  geri  çəkilmə  sürəci  doğru-
dürüst  yeməyin  hazırlanmasına  əngəl  olmuşdu.  Digər  tərəfdən,  məğlubiyət  
duyğusunu  yaşayan  orduda  sıcaq  yemək  yemə  zövqü  də  yox  idi.  Lakin  Abbas 
Mirzənin  dərdi  bunlardan  da  böyük  idi.  Rusların  istilasına  uğrayan  bir  çox 
kəndlərin  əhalisi  çocuqları  ilə  bir  yerdə  fərar  edirdilər.  Onların  çoxu,  özəlliklə 
çocuqlar  yolda  aclarından  ölürdü.  Şahzadənin  gözlərinin  önündə  insanlar  dəstə-
dəstə  saldatların  zülmündən  Arazın  bu  tərəfinə  doğru  qaçırdı,  Azərbaycan 
ordusunun  baş  komutanı,  Azərbaycan  hökmdarı  Abbas  Mirzədən  yardım 
diləyirdilər. Bir çox kəndlilərin qızları saldatlar tərəfindən təcavüzə məruz qalır və 
bir  çox  gənc  qızlar  da  təcavüz  qorxusundan  özlərini  yaxır  və  ya  dəyişik  yollarla 
intihar  edirdilər.  Bu  hadisələri  eşidən  Şahzadə  danışmağa  belə  söz  tapa  bilmirdi. 
Bütün  bu  olaylar  onu  dərindən  sarsıdırdı.  Azərbaycan  ordusundan  imdad  diləyən 
bu  bədbəxt  insanlara  Abbas  Mirzə  yardımçı  ola  bilmədiyi  üçün  çox  üzülürdü. 
Şahzadə öz yeməyini də əsgərlərin yeməyi səviyyəsinə endirmişdi. Heç bir özəl ov 
ətini qəbul etmirdi və əsgərlərindən fərqlənmək istəmirdi. 
Şah, Ərdəbilə yaxın bir məkan olan Şaməsbi
*
 adında bir yerdə bulunmaqda 
idi.  Şaməsbidə  bir  hərbi  şura  düzənləndi  və  Abbas  Mirzənin  təkrar  Araz  sahilinə 
geri  dönməsi  qərarlaşdırıldı.  Təkrar  yeni  komutanların  təyini  üçün  yeni  qərarlar 
verildi.  Şeyx-ül  Məluk  Mirzə  və  Həsən  Xan  Talış,  Xəzər  dənizini  qorumaqla   
görəvləndilər. Həsən Xan İrəvanı qorumaqla əmirləndi. 
Rus  ordusunun  bu  zəfəri  imperatoru  həvəsləndirmişdi.  Rus  İmperatoru 
Yermolova  belə  bir  məktub  yazdı:  “İrəvanı  ələ  keçirmə  fürsətini  qaçırmamalıyıq. 
İstər savaş  yolu ilə,  istərsə  də  İrəvan hakimini para  ilə  almaq yolu ilə  İrəvanı ələ 
keçirməliyik”.  Onlar  Sərdar  Hüseyn  Xanın  ruh  halını  yaxşı  bilirdilər.  Lakin 
Hüseyn Xan rusların altun təklifləri qarşısında təslim olmamışdı. 
Abbas  Mirzə  bu  savaşı  istəməmişdi.  Şahzadəyə  görə  bu  savaş  doğru 
zamanlanmamışdır.  Bu  savaş  hərb  taktikasından  heç  bir  şey  bilməyən,  sadəcə,  
cəhad  əmri  kimi  rahat  fətva  verməyi  başaran  din  xadimlərinin,  Şahzadənin 
rəqiblərinin  istəkləri  üzərinə  baş  vermişdi.  Sanki  onlar  bu  savaşın  məğlubiyyətlə 
sonuclanacağını  bilirlərmişcəsinə  hərəkət  etmişdilər.  Savaşa  hazırlıq  zamanı  hər 
kəs  Abbas  Mirzənin  savaşdan  yana  olmadığını  açıqca  görmüş,  sezmişdi.  Artıq   
Tehran  mollalarının  və  Abbas  Mirzənin  düşmənləri  kimi  davranan  şahzadələrin 
Abbas  Mirzə  ilə  mübarizə  etmək  üçün  əllərinə  yaxşı  bəhanələr  düşmüşdü.  Abbas 
Mirzənin  çox  güvəndiyi  və  nisbətən  modernləşmiş  Azərbaycan  ordusunun 
                                                           
*
Bu yer bu gün də Şaməsbi olaraq qalmaqdadır. Ərdəbillə Sərein (Sərcin Savalanın ətəklərində yerləşən 
kiçik  bir  şəhərdir.  Buradan  təbii  qaynar  sular  fışqırmaqdadır.  Bu  təbii  sularda  yuyunub  şəfa  bulmaq 
amacı  ilə  dünyanın  çeşidli  yerlərindən  buraya  turist  gəlməkdədir.  Bir  neçə  isti  göl  müalicəvi  önəmə 
sahiblər.  Səreinin  ən  böyük  isti  gölü  Gamış  gölüdür.  Bu  üzdən  də  bu  şəhər  get-gedə  böyüməkdədir.) 
arasında olan bu ərazi Ərdəbil şəhəri böyüdüyü üçün artıq Ərdəbilə yapışmış sayılır. (G.C.) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə