136
Məhəmmədəli Mirzənin iqamətgahına aparıb bir odaya buraxdılar. Bütün ailə
üyələri hər kəs əlinə bıçaqdan, qayçıdan, qəmədən, baltadan bir şey alıb ona hücum
etdi. Rzaquluxan paramparça edildi.
Atasından bir çox insanlıq dərsi almış Cahangir Mirzə belə, bu öldürmə
macərasını adi bir hadisə kimi yazmaqdadır.
Təşrifat işləri sona ərdikdən, xanların hesablarına yetişildikdən sonra Şah,
Abbas Mirzə ilə ikili söhbət üçün zaman ayırmışdı. Əmr verdi ki, Abbas Mirzəni
ən yaxşı bir sarayda yerləşdirsinlər. Bu imarəti Şah sevgililərindən biri olan
Nuşafərin üçün yapdırmışdı. Şah, oğluna hər tür iltifat yağdırmağa başlamışdı.
Çünkü imperatorluğu bir çox bəlalardan ancaq Abbas Mirzə qorumuş, bir çox
şahzadənin öhdəsindən gələ bilmədiyi Xorasanda da Fətəli Şahın otoritəsini ancaq
Abbas Mirzə sağlamışdı. Lakin Şahzadənin düşmənləri yenə də aktiv idi.
Şahzadəyə qarşı bir şey edə bilməyəcəklərini görüb, Abbas Mirzə ilə bərabər gələn
və müxtəlif yerlərdə yerləşdirilən adamlara qarşı plan hazırlamağa başladılar.
Şahın sarayının güvənliyi əvvəlki kimi deyildi. Bəzən oğurluqlar olurdu. Törən
mərasimləri üçün nəzərdə tutulan bir çox altun yoxa çıxdı. Yalnız bəlli olmadı ki,
bu altunlar şübhə yaratmaq üçün qəsdən gizlədildi, yoxsa gerçəkdən də oğurlandı.
Şaha aid olan bütün əşyalar müqəddəs sayılırdı. Bu altunların ortadan yox olması
sadəcə, maddi ziyan olaraq deyil, həm də Şahın qüdsiyyətinə qarşı çirkin plan kimi
anlaşılırdı. Bəlkə bu oğurlanmış əşyadan vaz keçilə bilərdi, lakin elə ki, bunun
arxasında Şahın canına qəsd planı dilə gətirildi, məsələ çox ciddiləşməyə başladı.
Şahzadənin xidmətçilərini suçlamaqla onun öz şəxsiyətinə də zərbə vururdular.
Dərbarda çalışan fitnə uzmanları bilmirdilər ki, artıq bu kimi hadisələrlə Abbas
Mirzənin şəxsiyyətini şübhə altına ala bilməzlər. Şah üçün Xorasanda istiqrarın
sağlanması hər şeydən önəmli idi. Digər tərəfdən, oğurlanan altunların bir neçə qatı
məğlub xanlardan altun alınıb mərkəzə, Şaha hədiyyə olaraq gətirilmişdi. Fətəli
Şah o an keçmişdə din xadimlərinin və digərlərinin təsirinə düşərək, Abbas
Mirzədən şübhələnməsi dolayısıyla peşmanlıq duyğusuna qapılmışdı. Şah açıqca
görürdü ki, Xorasanın fatehini xəstəlik çökərtmək üzrədir. O, düşünürdü ki, fateh
oğluna qarşı ədalətli davranmayıbdır.
***
Şahın bir çox qadınları içində öncədən Tavus xanım olaraq tanınan, sonra
da Tac-əd Dövlə olaraq bilinən xanımın ayrıca bir yeri var idi. İsfahandan olan bu
qadın yazıb-oxumağı da bacarırdı, bəzən Şahla məktublaşaraq əlaqə saxlayırdı. Bu
qadının üstünlüyü başqa qadınlara da təhmil edilmişdi və Şahın qadınları onun
ayrıca bir yerinin olması ilə barışmışdılar, çünkü o həm də bir din xadiminin qızı
idi. Padşahın bir çox sirlərini bilməkdə idi. Şah da onun sirdaşlıq etməsinə xoş
görü ilə baxırdı. Qadınlar içində yalnız onun “Çeşmə imarəti”nə gəlmə haqqı var
idi.
65
Çeşmə imarəti Fətəli Şahın ən önəmli sarayı idi.
65
Tarix-e Əzodi.
137
Abbas Mirzənin bu önəmli yerdə istirahət etməsi, bir növ onun Xorasandakı
əməllərini təqdir etmə mahiyyəti daşımaqda idi. Abbas Mirzə özünü bütün səfərləri
boyunca yanında bulundurduğu doktor Karməkin müalicəsinə buraxdı. Çeşmə
imarəti bütün dedi-qodulardan uzaq olduğuna görə Şahzadənin dincəlməsi üçün
uyğun məkan idi. Orada xidmətçi qadınların və kişilərin sayı çox az idi. Kimsə
xəbər vermədən oraya girə bilməzdi.
Bir gecə Şah, oğlu ilə uzun saatlar bir yerdə olmaq istədi. Şahzadə bu fürsəti
gözləməkdə idi. Çünkü varislik və vəliəhdlik haqqında Şahın təkrar rəsmi və kətbi
görüşünü öyrənmək istəyirdi. Lakin Şahzadə öz ölümünün yaxında baş verəcəyini
xatırladıb, özündən başqa kimi varis olaraq nəzərdə tutduğunu şahdan öyrənmək
istəyirdi. Şah bu soruya cavab verməkdən çəkinirdi. Ancaq Şah ilk kəz olaraq
oğlunu bu qədər uzun dinləməyə başlamışdı. Abbas Mirzə qardaşlarının ittihamları
qarşısında vaxt tapıb özünü savuna bilməmişdi. O gecə Abbas Mirzə illər boyu
çəkdiyi əziyyətləri dilə gətirir və ürəyini atasına boşaldırdı. Bütün hər şeydən
xəbərdar olub, ancaq susub və Şahın verəcəyi ədalətli qərarı bəklədiyini söylədi.
Şahzadə atasına anlatmağa çalışdı ki, Azərbaycanda başlatdığı reformların dinə
qarşı heç bir yönü yoxdur və ayaqda dura bilməmiz üçün bu reformların sürətini
gücləndirməliyik. Din xadimləri müctəhidlərin söylədiyi kimi, ruslarla savaşa
səbəb olan onun islahatları olmamışdır. Abbas Mirzə atasına anlatdı ki, Tufarqanda
ruslarla müzakirə yürütdüyündə onun çəkdiyi əzabları din xadimləri və qardaşları
çəkmədilər. Onlar Azərbaycanı mənim qədər sevmədikləri üçün Azərbaycanın
böyük bir qisminin ruslar tərəfindən işğal edilməsinə üzülmədilər. Ancaq mən
Gülüstan və Türkmənçay müqavilələrinin sancılarını hələ də yaşayıram və son
nəfəsimə qədər də yaşayacağam. Mənim yurdum, yuvam olan bu məmləkətin
parçalanma ağrıları ruhumu incitməkdədir. Bilirəm ki, sağlığım Azərbaycanı təkrar
bütövləşdirməyə müsaidə etməyəcək. Bu da mənim üçün çox ağır bir dərddir.
Məzarımda belə Azərbaycanın parçalanma ağrılarını yaşayacağam. Çünkü
Gəncədən, Dərbənddən, Qarabağdan, Naxçıvandan rusların zülmündən qaçan
azərbaycanlılar din xadimlərinə və mənim qardaşlarıma sığınmırdılar. Onlar
Azərbaycan ordusuna, mənə sığınırdılar. Mənə sığınan bu insanlara bir iş görə
bilmədiyim üçün gündə yüz dəfə ölürdüm. Çünkü məni ayaqda tutan Azərbaycan
əhalisi və Azərbaycan ordusu oldu. Xorasanda sabitliyi sağlayan da Azərbaycan
ordusu, Azərbaycan oğulları oldu. Padşahım, mən bütün şəxsiyyətimi Azərbaycana
borcluyam, Tehran bütünü ilə mənə qarşı çıxdığında arxamda duran Azərbaycan
oldu, həyatıma məna verən, məni cəsarətləndirən Azərbaycan xalqı oldu. Bütün
ruhumla, vicdanımla və vücudumla Azərbaycana borcluyam. Bu durumda öz
ordumu sonucunu öncədən təxmin etdiyim bir savaşa soxarmı idim? Abbas Mirzə
atasına xatırlatdı ki, İrəvanın işğalından öncəki rusların daha yüngül barış planı ilə
Asəf-əd Dövlə, Hüseyn Xan, Şahzadələr və bu savaşı cihad olaraq dəyərləndirən
Dostları ilə paylaş: |