Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   30   31   32   33   34   35   36   37   38

Fil ağacı 
tərpətdikcə 
arı ların  yuvası  da ğı lır ­
dı. Odur ki, onlar de dilər:
Fil qardaş, xahiş edirik, yuvamızı 
dağıtma
.
Fil dedi:
– Sizin yuvanızdan mənə nə? Mən oynamaq
is təyirəm!
Arılar dedilər:
– Ay fil qardaş, biz sənin oynamağına bir söz
demirik,  ancaq xahiş edirik, get o biri ağaclarla
oyna. Bizim yuvamız olan ağacla 
işin olmasın
.
Fil dedi:
– Mən heç yerə gedən deyiləm. Bunlara bir
bax, bapbalaca boyları var, gör mənə nə deyir­
lər!
Arılar dedilər:
Arılar yenə filə yalvarıb­yaxardılar, nə si hət
verdilər, ancaq lovğa fil onlara 
məhəl qoy madı
.
İşi belə görən arılar hücum
çəkib 
fi lin  başına,
gözünə, qulaqlarına, burnuna, do 
daqlarına,
bədəninə qondular, onu sanc ma ğa başladılar. Bir
dəqiqənin için də fi lin bədəni şişib 
dağa döndü
.
Onun 
ba ğır tısı  aləmə
yayıldı. Ağrıdan bilmədi
nə etsin, 
üz qoydu
qaçmağa. Ancaq fil qaçdıqca
arılar onun arxasınca uçur, iti iynələrini onun
bədəninə sancırdılar. Fil o qədər qaçdı ki, axırda
taqətdən düşüb
yerə yıxıldı. Arılar onu 
dörd
tərəfdən dövrəyə alıb
dedilər:
– Fil qardaş, öz 
gücünə
güvənib bizə 
mey­
dan oxuyurdun
, indi
halın 
necədir?
Fil utandığından başını qaldırmadı. Arılar dilləndilər:
Özündən 
zəifləri 
əzənlərin 
axırı
bax belə olar! 
Azərbaycan xalq nağılı
91
Biri var idi, biri yox idi, bir fil var idi. Bu fil hələ balacalığından çox 
dəcəl
idi. Hər dəfə bir heyvanla dalaşırdı. Günlərin bir gü nün  də filin yenə
dəcəlliyi tutmuşdu
. O, xortumunu bir ağaca dolayıb o tərəf­bu
tərəfə sil kələməyə başladı. Az qaldı ki, ağac 
kö kün dən  qopsun
.
Demə, bu ağacda bal arı la rının yuvası var imiş. 
ARILARIN QƏZƏBİ
– Fil qardaş, əgər sən bizim yuvamızı dağıtsan, biz də səni
sancıb
öldürəcəyik!
Fil  gülüb dedi:
– Gəlin sancın, sizdən qorxub eləyən yoxdur.
Arılar yuvalarına qayıdıb böyükləri ilə məsləhətləşdilər. Belə qərara
gəldilər ki, 
axırıncı
dəfə fildən xahiş etsinlər, əgər razı olmasa, onu
sancıb öldürsünlər.
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Nağılı aşağıdakı ardıcıllıqla danışmaq olarmı? Fikirlərinizi əsaslandırın.
1) Arıların xəbərdarlığı. 
2) Arıların xahişi.
3) Filin tərsliyi.
4) Arıların intiqamı.   
5) Dəcəl fil.        
2. Nağıldan nə nəticə çıxardınız? Danışın.
3. Atalar sözlərini oxuyun və  mətnin məzmununa uyğun olanı deyin.
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
4. Nağılı diqqətlə oxusanız, suallara cavab taparsınız. Hansı suala cavab verməkdə çətinlik
çəkdiniz? Həmin sualı səsləndirin.
1) Fil nə üçün ağacları silkələyirdi?
2) Arılar niyə filə müraciət etməli oldular?
3) Fil nə üçün arılara güldü?
4) Arılar niyə böyükləri ilə məsləhətləşməli oldular?
5) Fil niyə utandı?
6) Filin yerinə siz olsaydınız, necə hərəkət edərdiniz?
5. Müraciət formalarından hansı daha nəzakətlidir? Səsləndirin və tərcümə edin.
a) “Fil qardaş, xahiş edirik, yuvamızı dağıtma!”
b) “Ey yekəpər fil, yuvamızı uçurtma, yoxsa biz sənə göstərərik!”
c) “Filsən­nəsən, dəf ol burdan, burda bizim yuvamız var!”
6. Filin hərəkətinə necə qiymət verirsiniz? Dostlarınız, yoldaşlarınız içərisində belə xasiyyətdə
olanlar varmı? Fikirlərinizi açıqlayın.
7. Nəyə görə fil arılara qulaq asmaq istəmədi? Axı arılar ona çox nəzakətlə müraciət edirdilər?
Fikirlərinizi açıqlayın.
8. Arılar sizə necə müraciət etsəydi, ona qulaq asardınız?
a) “Sənə deyirlər, dəf ol burdan, karsan, eşitmirsən? Görmürsən burda bizim yuvamız var?”
b) “Xahiş edirik, get o biri ağaclarla oyna. Bizim yuvamız olan ağacla işin olmasın”.
c) “Nə qədər səni vurub öldürməmişik, çəkil o yana! Görmürsən bu ağacda bizim yuvamız var?!”
d) “Ey gombul, başına yer qəhətdir? Uzaqlaş burdan, bura bizimdir, yoxsa sənə pis olar!”
92
Zülm yerdə qalmaz.
Sonrakı peşmançılıq fayda verməz.
Acıqlı başda ağıl olmaz.
Yoldaşı yolda tanı!
boy – рост
lovğa – хвастун
sancmaq – жалить
dolamaq – обвивать
dağıtmaq – разрушать
güvənmək – положиться (на кого­то)
SÖZLÜK
dövrəyə almaq – окружить
dağa dönmək – распухнуть
meydan oxumaq – кичиться
taqətdən düşmək – обессилиться
məhəl qoymamaq – пренебрегать
qaçmağa üz qoymaq – бежать со всех ног
SÖZ EHTİYATI
 Çap üçün deyil


ALMA 
Payızın son ayı idi. Ağacların yarpaqları
çoxdan tökülmüşdü. Ancaq cır alma ağacının
uca budağında bir alma qalmışdı. Meşədə
qaçan dovşan almanı gördü. Dovşan almanı
yemək istədi. Ancaq necə dərsin? Dovşan tul­
lanmağa başladı, lakin almaya çata bilmədi.                  
– Qarr­qarr­qarr! Nə var atılıb­düşürsən?
Dovşan səs gələn tərəfə baxdı, çinar ağa ­
cın da bir qarğa 
oturmuşdu
.
– Ey qarğa,– dovşan 
çağırdı
, – almanı
mə  nim üçün dər, yerə at.
Qarğa uçub almanı dərdi. Lakin onu dim ­
di yin də saxlaya bilmədiyindən yerə saldı.
– Sağ ol, qarğa! – deyə dovşan almanı gö ­
tür mək istədi, götürə bilmədi. Alma ye rin dən
oy nadı 
və qaçmağa başladı.
Dovşan qorxdu. Sonra başa düşdü ki, alma
birbaş ağacın altında yumrulanıb yatan kir­
pinin üs tünə düşmüşdür. Yuxudan ayılan kirpi qaçmağa başladı, alma isə onun iynələrinə ilişib
qal mışdı.
– Dayan, dayan! – deyə dovşan 
çığırdı
, – mənim almamı hara aparırsan?
Kirpi dayanıb dedi:
– Bu  mənim almamdır. O, ağacdan düşmüş, mən də onu tutmuşam.
Dovşan kirpiyə tərəf tullandı.
– İndicə qarğa onu dərib, mənim üçün 
atmışdı
.
Qarğa da onların yanına uçub dedi:
– Düzdür, almanı mən dovşan üçün atdım.
Kirpi almanı verməyə razı olmadı. Onların 
hay­küyləri 
bütün meşəyə yayıldı. 
Savaşmağa
başladılar. Qarğa kirpinin burnunu dimdiklədi, kirpi iynələrini dovşana batırdı.
Bu zaman ayı gəlib çıxdı və nərildədi:
– Bu nədir? Bu nə hay­küydür?
Ayı fikirləşdi, fikirləşdi, qu la ğı ­
nın ardını qaşıdı və soruşdu:
– Almanı kim 
tapıb
?
– Mən! – deyə dovşan 
dilləndi
.
– Bəs almanı kim dərib?
– Əlbəttə, mən dərmişəm! – qar ­
ğa qarıldadı.
– Yaxşı, bəs almanı kim tutub?
– Mən tutmuşam! – deyə kirpi
fı sıl dadı.
93
Hamı ona tərəf 
döndü
. Ayıya bütün əhvalatı olduğu
kimi danışdılar və sonra dedilər:
– Hörmətli ayı, sən meşədə hamıdan 
böyüksən
, hamı­
dan 
ağıllısan
. Bu almanı kimə versən, onun da olacaqdır.
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə