Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   2   3   4   5   6   7   8   9   ...   38

ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Hər iki şeiri diqqətlə oxuyun. Sonra qruplara bölünün. Bu şeirlər arasında uyğun
gələn və fərqli fikirləri  müəyyənləşdirin.
2. Nəyə görə ilk dərs günü  “Bilik günü” hesab olunur? Bu barədə düşünmü sü nüz ­
mü? Fikirlərinizi əsaslandırın. Məktəbinizdə bilik günü necə qeyd olunur?
3*. Necə düşünürsünüz, bu şeirlərdə uyğun gələn sözlər, cümlələr varmı, varsa bu
nə dən irəli gəlir? Qruplara bölünün və araşdırın .
4. Qruplara bölünün. “Məktəbə çağırış” şeirinin  ayrı­ayrı bəndləri üzrə məktəbin insan həya ­
tın  da rolu barədə təqdimat hazırlayın .
5*. Şeirlərdə  işlənmiş bəzi  sözlərin mənasını anlamaqda çətinlik çəkəcəksiniz. Bunun səbəbi
barədə düşünün və fikirlərinizi əsaslandırın. İpucu kimi, bu şeirlərin hər ikisinin 1907­ci ildə ya ­
zıldığını unutmayın.
6. “Sən nə yamansan, a buz!“  və “Gəl, gəl, a yaz günləri!”  misralarının  müəllifini ta nı yır sı ­
nız mı?   
7*. Qruplara bölünün və Məhəmməd Peyğəmbər tərəfindən deyilmiş aşağıdakı kəlamlardan
çı xar dı ğı  nız nəticəni müəlliminiz və yoldaşlarınızla bölüşün.  
1) “Bir saat elm öyrənmək altmış illik ibadətdən üstündür”.
2) “Alimin qələminin mürəkkəbi bir şəhidin qanından daha müqəddəsdir”.     
3) “Elm dalınca Çinə qədər getmək lazımdırsa, bunu edin!” 
8. ”Ehtiram“ sözünə yaxınmənalı söz hansıdır?
a) inam                  b) sədaqət                  c) hörmət                     d) etibar 
9. Şeirlərdə göy rəngdə verilmiş “ziyan, yaman, nur” sözlərini hansı sözlərlə əvəz edə
bilərsiniz?
10. Oxuyun, görün Çoxbilmiş sizə nə deyir?
Doslarına
,
özünnən
böyüklərə
ras
gələndə:
Səhərrər 
belə müraciət etmək lazımdır:
– Sabahınız xeyir!
Gündüz 
raslaşanda
:
– Salam!
Axşamlar:
– Axşamınız xeyir! 
Doslarınnan
ayrılanda belə demək məsləhətdir: 
– Hələlik! Sağ ol! 
17
sübh açıldı – рассвело
al şəfəqli  –  алыми зорями
təmənna etmək –  желать, просить
ehtiramını saxlamaq –  уважать, почитать
kəlam –  мудрые слова
saçılmaq –  разлиться, светить
sarılmaq –  привязаться, 
быть привязанным
SÖZ EHTİYATI
qul – раб
ibadət – богослужение
mürəkkəb – чернила
müqəddəs – святой
SÖZLÜK
 Çap üçün deyil


– 
Xudaafiz

– Görüşənə qədər! Görüşənədək! 
Evinizə 
gələnnəri
belə 
qarşılıyın
:
– Xoş 
gəlmisiz
!  Qapıda niyə 
dayanmısız
, buyurun, keçin içəri! 
Qonaxları
və ya
doslarınızı
yola salarkən :
– Yaxşı yol! Tez­tez gəlin, şad 
olarıx
!
– Gülə­gülə! Yenə də gəl(in)!
– Gecəniz xeyirə qalsın!– deyənlərə:
– Xeyirə qarşı gedin! – deyin.
11. Tapmacanı oxuyun, cavabını tapın.
Bir qapağı, min yarpağı.   
uuuuu
SƏNƏ ÜZÜK NƏ GƏRƏKDİR
Bəxtiyar Vahabzadə
18
Məktə
n
li
qiz, əynindəki
Nə şifondur, nə gülməxmər.
Lakin gözəl görünürsən
Bu paltarda sən nə qədər!..
Bu
məktə
n
li 
paltarında
Nə böyük bir sadəlik var,
Dərs oxuyan qızcığaza
Yaraşarmı, heç modalar ?!
Bir geyimdə, bir biçimdə
Siz məktəbə gedən zaman,
Elə bil ki, səf düzülür
Göydə durna 
qatarın
n
an
.
Sən məsələ həll edəndə,
Tər 
üzün
n
ən
axır dən­dən.
Bu dənələr 
qiymət
n
idir,
Min pay 
soyu
n
mirvaridən. 
Sənə üzük nə gərəkdir,
Hələ deyil onun yeri.
Barmağının üzüyüdür,

mürək
n
əb
ləkələri.    
sadəlik – простота
mirvari – жемчуг
gülməxmər – панбархат
ləkə – пятно
dənə – здесь: капля
yaraşmaq – подходить
SÖZLÜK
biçim – стать, крой
səf – ряд
yeri deyil – не место
SÖZ EHTİYATI
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Şeirdəki əsas fikri müəyyənləşdirin.  
2. Müzakirə edin. Məktəbə məktəbli geyimində gəlmək lazımdır, yoxsa sərbəst
geyimdə? Hansı daha yaxşıdır və nə üçün? Fikirlərinizi əsaslandırın.
3*. “Səf düzülmək” ifadəsi şeirdə hansı mənada işlənmişdir?
a) sıralanmaq         b) qatarlanmaq         c) bağışlanmaq         d) görünmək
4.* Necə bilirsiniz, “düz+ül (mək)” sözünün kökü aşağıda hansı variantda verilmişdir?  Müəl­
limin köməyindən istifadə edin və araşdırın.
a) düz – çöl       b) düz – hamar      c) düz  – doğru      d) düz (mək) – sırala (maq) 
5. “Bilməmək eyib deyil, öyrənməmək eyibdir” atalar sözündə nəyə işarə edilir? Fikirlərinizi
əsaslandırın.   
6. Aşağıda verilmiş müdrik kəlamları oxuyun və yadda saxlayın. Qruplara bölünün. Bu müdrik
kəlamlardan çıxardığınız nəticəni yoldaşlarınızla müzakirə edin.
1) İmam Məhəmməd Qəzalidən soruşdular:
– Elmdə bu dərəcəyə necə çatdın?
Dedi: –“Bilmədiyim şeyi soruşmaqdan utanmadım”.
2) ”Aşıb­daşsa biliyin, dinləməyə çalış sən,
Danışmağa çalışma, dinləməyə alış sən”.  
(Nizami Gəncəvi)
3) “Alim olsan, özünü nadan hesab et ki, bilik qapıları sənin üzünə açılsın”. 
(Qabusnamə)
4) “Öyrənməkdən və yaxşı sözə qulaq asmaqdan ar eləmə”. 
(Qabusnamə)
7*. “Dinləməyə alış sən” cümləsində  “alış” sözünün hansı mənada işləndiyini müəyyən edə
bilərsinizmi? Müəllimin köməyindən istifadə edərək araşdırın.
a) yanmaq           b)  odlanmaq              c) öyrəşmək                d)  vərdiş etmək   
1) a ; b            2)  c ; d                3) a ;  d          4) b ;  c
8.* Düşünün və cavab verin: “Bilik qapıları sənin üzünə açılsın” ifadəsini necə başa
düşürsünüz? Fikirlərinizi əsaslandırmağa çalışın.   
9. Necə bilirsiniz, “utanmaq” sözünün əvəzinə aşağıdakılardan hansını işlətmək olar?
a) danışmamaq           b) ar eləmək             c) susmaq             d) eşitmək
ÇOXBİLMİŞ GÜLDÜRÜR
10. Lətifəni oxuyun.
– Ana, yadında, demişdin ki, cümə günü “Tarix”dən “4” alsam,
şənbə bütün günü həyətdə oynaya bilərəm.
– Yadımdadır, məgər tarix dərsindən “4” almısan?
– Ana, elə qiymət almışam ki, şərtimizə görə ancaq yarım gün
həyətdə oynaya bilərəm.
11.  Şeir parçasında deyilənlərlə razılaşırsınızmı? Fikirlərinizi
yoldaşlarınızla bölüşün.      
19
Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir:
Ata kimi sənə bəzən
Kitab
doğru yol göstərir. 
Bəxtiyar Vahabzadə
müdrik – мудрый
dərəcə – здесь: уровень, степень
aşıb­daşmaq – здесь: бурлить
nadan – невежа
alışmaq – здесь: привыкать
ar eləmək – стыдиться
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə