Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə34/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   30   31   32   33   34   35   36   37   ...   223

72 

 

III FƏS ĠL 

 

AZƏRBAYCANIN ĠQTĠSADĠ VƏ SOSĠAL HƏYATI 

1921-1927-ci illərdə  

 

§ 1. YENĠ ĠQTĠSADĠ SĠYASƏT 



 

Ġqtisadi  və  siyasi  vəziyyət.  Sovet  respublikalarında  vətəndaĢ 

müharibəsi  əsasən  1922-ci  ilin   payızında  baĢa  çatdı.  Dinc  quruculuq  mürəkkəb  

beynəlxalq vəziyyətdə, sovet ölkəsinin iqtisadi mühasirəyə alın masını təĢkil edən 

Qərb imperialist qüvvələrinin müqaviməti Ģəraitində baĢlandı. 

Sovet Azərbaycanında dinc quruculuğa keçid müharibə,  xarici  müdaxilə 

və  vətəndaĢ  müharibəsi  nəticəsində  yaranmıĢ  ən  ağır  təsərrüfat  dağıntısı 

Ģəraitində  baĢ  verirdi.  Ġqtisadi  təcridolun ma,  Ermənistanla  sərhəddə  tez-tez  baĢ 

verən  hərbi  münaqiĢələr,  Qarabağda  daĢnakların  təxribatları,  daxili  çəkiĢ mələr 

respublikanı  var-yo xdan  çıxarırdı.  Ermənistanda sovet  hakimiyyəti  qurulduqdan 

sonra  "daĢnak  hökuməti"  Ġrana  qaçaraq  Təbrizdə  yerləĢdi.  1922-ci  il  oktyabrın  

22-də  RSFSR  höku məti  nota  ilə  Ġrana  müraciət  edərə k,  onu  öz  ə razisindən 

çıxarmasını tələb etdi. Maraqlısı budur ki, o höku mətin üzvü, notada adı çəkilən  

Xondakaryan sonralar mühacirətdə olan Kerenskin in müavini olmuĢdu. 

1921 -1922-ci illərdə RSFSR və Ermənistan SSR-in Ġranda olan səfirləri 

öz notalarında Ġran höku mətinin nəzərinə çatdırırdılar ki, Ġranda "daĢnaksutyun" 

toĢkilatının olması qonĢuluq əlaqələrin in yaradılması  və inkiĢafı üçün təhlükədir. 

"DaĢnaksutyun" Rusiyadan qaçmıĢ əksinqilabçıları və ağqvardiyaçıları pulla ələ 

alıb  öz  ətrafında  cəmləĢdirərək  sovet  respublikalarına  basqınlar  təĢkil  edirdi. 

Onların  1922-ci  ilin   aprelində  Ġran ın  xarici  iĢlər  naziri  Hakim  əl-Mülkə 

göndərdikləri  notada  deyilirdi:  "Təbrizdə  daĢnaklar  əvvəllərdə  olduğu  kimi, 

qayduk  dəstəsini  təĢkil  et mə k  və  silahlandırmaqla  məĢğuldurlar,  hə m  də  onlar 

eyni  zamanda,  Mujdubər  anbarından  silahları  Zəngəzura  daĢıyır,  orada  üsyan 

qaldıracaqlarına ü mid ed irlər"

1

. Notada eyni  za manda qeyd olunurdu ki,  RəĢtdə 



daĢnak ko mitəsinin sədri dr Terteryan sovet respublikalarına garĢı ən cinayətkar 

fəaliyyət  göstərir.  "DaĢnaksutyunun"  Ģərq  bürosunun  sədri  Ruben  paĢa  öz 

mau zerçiləri  ilə  birlikdə  Ġranın  mü xtəlif  Ģəhərlərin i  sərbəst surətdə gəzir  və  hər 

yerdə sovetlər əleyhinə qruplar yaradırdı

2



Ərdəbil dairəsi,  1922-ci  ilin  il k  aylarında sovet Azərbaycanına böyük 



basqınlar  təĢkil  o lunan  meydana  çevrilmiĢdi.  Dairənin  ərazisində  Azərbaycan 

SSR-ə  qarĢı  silah lı  basqınçıla rın  və  qarətçilə rin  mə rkə zləri  var  idi.  RSFSR -in  

Ġranda  olan  səlahiyyətli  nümayəndəsinin  1922-ci  il  avqustun  9-da  Ġranın  xarici 

iĢlər  naziri  Qavam-əs-Səltənəyə  göndərdiyi  notada  qeyd olunurdu  ki,  Astara  və 




73 

 

baĢqa  rayonlarda  quldur  ġahverən  bəyin  150  nəfərlik  dəstəsi,  əksinqilabçılar 



Əh məd  Rəsulov  və  Xalıq  bəyin  hər  b irində  50-dən  150-yə  qədər  adam  olan  

quldur 


dəstələri 

fəaliyyət  göstərirlər.  Onlar  müntəzəm  olaraq  sovet 

Azərbaycanının  ərazisinə  silahlı  basqınlar  edir,  sərhədyanı  kəndləri  qarət  edir, 

sərhədçiləri və kəndliləri qətlə yetirirlər. 

Azərbaycanın  iqtisadi  həyatının  bütün  sahələri  -  sənayesi,  kənd  

təsərrüfatı  və  nəqliyyatı  dərin  böhran  iç ində  idi.  1921-c i  ildə  respublikanın  

sənaye  istehsalı  1913-cü  ilin  istehsal səviyyəsinin  43  faizini  təĢkil  edird i

3

.  Bakı 



neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmıĢdı, 1913-

cü ildə istehsal edilmiĢ 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon 

tona enmiĢdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təĢkil edirdi

4



Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmıĢdı. 1920/21-ci 

ildə qazılan quyuların sayı 1913-cü ildə qazılmıĢ quyuların cəmisi 2 faizin i təĢkil 

edirdi

5

. Qa zma iĢində Ba kı neft sənayesi 1878-ci ilin səviyyəsinə enmiĢdi



6

40  neft  emalı  zavodundan  yalnız  18-i  fəaliyyətdə  idi,  onlar  da  lazımi 



avadanlıq  və  xa mma l  çatıĢ mazlığı  ü zündən  fasilə  ilə  iĢ ləyird i 

7

.  Neft  emalı  3,5 



dəfəyə qədər azalmıĢdı. 

Bakıda  H.  Z.  Tağ ıyevin  toxuculuq  fabrikində  (ona  Len inin  adı 

 

verilmiĢdi)  1921-ci  ildə  dəzgahla rın  yaln ız  üçdə  biri  iĢləyird i.  Gədəbəy 



misəritmə zavodu, Tovuz və KeĢlə sement zavodları, kərp ic zavodlarının 98 faizi 

dayanmıĢdı.  ġəkidə  olan  69  baramaaçan  fabrikdən  yalnız  üçü,  1914-cü  ildən 

Ordubadda  fəaliyyət  göstərən  on  iki  baramaaçan  fabrikdən  yeddisi,  Azərbaycan 

qəzalarında olan pambıqtəmizləmə zavodlarının yalnız ikisi iĢləyirdi. 

Azərbaycanın  balıq sənayesi  tam  tənəzzülə  uğramıĢdı.  1920-ci  ildə  balıq  

ovu 1913-cü ilə nisbətən on yeddi dəfə azalmıĢdı. Naxçıvan qəzasında duz istehsalı 

1913-cü il səviyyəsinin 52 faizini təĢ kil edirdi

8



Azərbaycan  dəmir  yolu  çox  zərər  çəkmiĢdi,  parovoz  və  vaqonlar 

çatıĢmırdı.  1920-ci  ilin  sonuna yaxın  54  paravozun  əsaslı  təmirə  ehtiyacı  var  idi. 

Bakıda əsas dəmir yol emalatxanalarının yalnız  iy irmi  faizi əvvəlki istehsal gücü 

ilə  iĢləy irdi. 

ZəhmətkeĢ  xalq,  əsasən  Ģəhərlərdə  fəhlələr  ço x  ağır  maddi  ehtiyac 

içərisində yaĢayırdı, paltar, ayaqqabı, ərzaq çatıĢmırd ı. Bakıda əhalini təmin etmək 

üçün kartoçka sistemi tətbiq olunmuĢdu

9

. Çörəklə təchizatın çətinləĢməsi bütün neft 



sənayesinin iĢi üçün təhlükə doğururdu. Fəhlələrin mənzillə təminatı da olduqca pis 

idi. Müəssisələrdə  əmək  intiza mı  pozulmuĢdu.  Çətinliklərlə  üzləĢən  fəhlələr  tez-

tez  iĢə  çıxmamaq  məcburiyyətində  qalırdılar,  onların  arasında  tətil  etmək  meyli 

artırdı. Əmək  məhsuldarlığı 1921 -ci ildə 1913-cü ilə nisbətən buruq qazma iĢində 

6,5, neft istehsalında 1,2 dəfə a za lmıĢdı

10




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə