Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

 

Адрес-календаръ Азербайджанской Республики на 1920 г., B.1920, III hissə, səh. 87. 
2
 Korkodyan Z., Sovet Ermənistanını  əhalisi, 1831-1931, (ermənicə).  İrəvan,  1932, səh.185; 
Bax: İ.Məmmədov, S.Əsədov, Ermənistan  azərbaycanlıları  və onların acı  taleyi, 
Bakı.1992, səh. 33. 
 
 
 
III FƏSİL: 
ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI REPRESSİYA 
VƏ DEPORTASİYA SİYASƏTİ 
 
 
1. OTUZUNCU İLLƏR REPRESSİYASI 
 
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra daşnak hakimiyyəti 
dövründə  qədim ata-baba yurdlarından didərgin salınaraq Azərbaycana,  İrana, Türkiyəyə  və 
Gürcüstana sığınmış müsəlman qaçqınlarının bir qismi qayıtmağa müvəffəq olmuşdular. 
Ermənistan rəhbərləri qaçqınların geri qayıtmasının qarşısını almaq məqsədilə müxtəlif 
bəhanələr gətirir, onları Ermənistan  ərazisinə buraxmaq istəmirdi. 1922-ci ilin yayında 
Ermənistan hökuməti yolxucu xəstəliklərin yayılmasını bəhanə edərək, İran ərazisində sığınacaq 
tapmış qaçqınların Culfa və  Şahtaxtı keçid məntəqəsindən keçərək Ermənistana qayıtmalarının 
qarşısını almaq üçün dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdi. Vedibasar və 
Zəngibasar qaçqınlarına o şərtlə qayıtmaqa icazə vermişdilər ki, onların 1918-1920-ci illərdə 
ermənilərə qarşı vuruşmalarda iştirak etməmələri sübuta yetirilmiş olsun.
1
 
Lakin Ermənistan hökumətinin müqavimətinə  və orada hökm sürən aclıq və  səfalətə 
baxmayaraq, artıq 1922-ci ildə 100 min qaçqın doğma yurdlarına qayıtmışdı. Müsəlmanların 
yaşamış olduqları  kəndlərin çoxunda Türkiyədən gəlmiş erməni ailələri yerləşdiklərindən, 
qayıdan qaçqınlar ya öz yurdlarını yenidən tərk etməyə məcbur olmuş, ya da ermənilərlə birgə 
yaşamağa məhkum olmuşdular. Sonralar 80-dən artıq ermənilərlə qarışıq yaşayış  məskənləri 
beləcə yaranmışdı. 
1926-cı ildə Ermənistanda 743573 erməni, 84717 türk siyahıya alınmışdı. 1939-cu ildə 
isə 1062000 erməni, 130800 türk qeydə alınmışdı. Müqayisədə 
 
1
 Azərbaycan Respublikası DA, F.28., siy.1, iş 210, vərəq 125. 
 
ermənilər 42,7%, türklər isə 56,8%  artmışdı, Türklərin yüksək artımı erməniləri narahat edirdi. 
Bəs Ermənistanda azərbaycanlılara qarşı repressiyalar necə  həyata keçirilirdi? Təbii ki, 
həmin dövr Ermənistan mətbuatında bu məsələ ilə  əlaqədar heç bir iz buraxılmamışdır. Lakin 
həmin dövrdə repressiyadan canını qurtarıb  İran və Türkiyəyə qaçan mühacirlərin verdikləri 
məlumatlar Türkiyədə  və Almaniyada çıxan bir sıra məcmuələrdə öz əksini tapmışdır. 20-ci 
illərin sonu və 30-cu illərin  əvvəllərində bütün Sovet İttifaqında həyata keçirilən 
kollektivləşmənin ən sərt tədbirləri Ermənistanda yaşayan azərbaycanlılara qarşı tətbiq edilirdi. 
İlk növbədə ata-babadan varlı olanların mal-qarasını  əllərindən alıb kolxoz təsərrüfatına qatır, 
özlərini isə “qolçomaq” damğası ilə Qazaxıstana və Sibirə sürgün edirdilər. Bir azdan bu cür 
tədbirlərin ortabab kəndlilərə  də  şamil edilməsi, mal-qaradan əlavə  əkin sahələrin də onların 
əllərindən alınması Vedibasarda, Zəngibasarda və Qəmərlidə kəndli üsyanlarının baş verməsinə 
səbəb olmuşdu. 
1930-cu ildə Türkiyədə  çıxan “Odlu yurd” məcmuəsi (baş redaktoru M.Ə-Rəsulzadə) 
“Vedibasar və Naxçıvan üsyanları davam edir” başlıqlı məqaləsində yazırdı: “Üsyan bir tərəfdən 
İrəvana və Göycə gölünə, digər tərəfdən Ordubad və Zəngəzura sirayət eyləmişdir. 


Böyük Vedibasar partizanlarının miqdarı 600 nəfərdir... Partizanlara heç bir tərəfdən yardım 
edilmir və Qızıl ordudan saldırdıqları silah və köylülərin verdikləri ərzaqla keçinirlər. 
Zəngəzur, Ordubad, Naxçıvan, Vedibasar və Göycə partizanları arasında rabitə mövcud 
olub, Qarabağ, Gəncə və Muğan partizanları ilə əlaqəyə girməyə səy edirlər. 
Sovet Ermənistanın Kommunistlər  Şurasının rəisi Sedrak Sarkisyan partizanların 
hücumuna məruz qalaraq öldürülmüşdür. Şofer və arkadaşı ağır y aral anmışdır.”
1
 
Getdikcə güclənən Vedibasar üsyanı haqqında həmin məcmuənin başqa bir sayında 
yazılır: “Minlərlə kəndlinin iştirak etdiyi partizan hərəkatı qüvvətli bir şəkil almışdır. Üsyançılar 
kollektivləşmə siyasətindən vaz keçilməsini,  ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil, 
sərbəst surətdə satılmasını  və terrora son verilməsini tələb  şüarı altında hərəkət etmədədirlər... 
Ən aktiv rolu orta hallı köylülər və əksəriyyətlə şəhər ünsürləri oynamaqdadır.”
2
 
“Odlu yurd” məcmuəsi Vedibasar üsyanının yatırılması zamanı qətlə yetirilən Abbasqulu 
bəy Şadlinskinin ölümü ilə bağlı başqa bir məlumat-onun daşnaklar tərəfindən qətlə yetirilməsi 
haqqında məlumat vermişdi. Məcmuənin “Vedibasarda qara bayraq” adlı  məqaləsində yazılır: 
“Zəngibasar, Vedibasar, Gərnibasar və Naxçıvan tərəflərdə üsyan məntəqələrində olan köylərdə 
qara bayraq çəkilmiş olduğu hüdud boyunda olan müxbirlərimiz tərəfindən xəbər verilməkdədir. 
Matəmdə erməni köylüləri də  iştirak etməkdədirlər. Abbasqulu ağanın qrupundan olan 
köylülərdən 80 nəfəri 17 tələfat vermək müqabilində Türkiyəyə keçməyə müvəffəq olmuşlar. 
Ruslar Araz boyunda hüdudu keçərkən öldürdükləri 17 köylünün meyitlərini günlərcə  səhrada 
buraxmışdılar. Türkiyəyə keçməyə müvəffəq olan 63 köylünün söylədiklərinə görə, Abbasqulu 
ağa daşnaklar tərəfindən qətl edilmişdir. Və bu hadisə daşnak olmayan erməni köylülərinin də 
nifrətinə səbəb olmuşdur.”
3
 
“Abbasqulu ağa neçin öldürüldü” sualına məcmuədə belə cavab verilir: “Hər kəsdən 
ziyadə bolşevikləri sevindirəcək olan bu qətl hadisəsinə Daşnaklar nədən müraciət etmişlər? 
 
1
“Odlu yurd” (“Odlu Yurt”) məcmuəsi, 1930-cu il, sayı 17(5), səh.193.  
2
 Həmin məcmuə, 1930-cu il, sayı 18(6), səh. 244. 
3
Yerə orada, səh. 229. 
 
Abbasqulu ağa rus inqilabından sonra əksəriyyəti türk olan İrəvan vilayətində “süni bir erməni 
əksəriyyəti” yaratmaq üçün türk köylərini yerlə yeksan etməyə başlayan daşnaklara, onların 
qəhrəmanı andraniklərə iki il müqavimət göstərmiş, bu yerlərdə türkün mövcudiyyətini mühafizə 
etməyə müvəffəq olmuşdu. 
O zaman İrəvan vilayətində Zaqafqaziya Seyminin xüsusi komissiyası 200-dən artıq türk 
köylərinin məhv edilmiş olduğunu təsbit eyləmişdi. Abbasqulu aqa daşnakların  şeytani 
tədbirlərinə qarşı çıxmış, bu sayədə Vedi və Naxçıvan tərəfləri bu soyqırımdan qurtara bilmişdi. 
Daşnaklar indi Abbasqulu aqanın ruslara qarşı mübarizə etməsindən istifadə edərək «intiqam» 
almışlar. Abbasqulu ağanın öldürülməsindən daşnak olmayan erməni köylüləri daha çox 
mütəəssir olmuşdular.”
1
 
Ermənistanda azərbaycanlılar yaşayan kəndlərin üsyanı yatırıldıqdan sonra, üsyançıların 
xeyli hissəsi  İran və Türkiyəyə qaçmaqa məcbur olmuşdularsa da, bu üsyanı  bəhanə edərək 
azərbaycanlı kəndlərində kütləvi surətdə həbs prosesi başlanmışdı. həbslərin başlanmasına ikinci 
bəhanə isə Ermənistanda yaşayan türklərin - azərbaycanlıların  İran və Türkiyə ilə qohumluq 
əlaqələrinin olması və onların guya həmin ölkələrə mühacirət etmiş əksinqilabçı qüvvələrlə əlaqə 
saxlamaları olmuşdu. 
“Odlu yurd” məcmuəsi “İrəvanda həbslər” adlı məqaləsində yazırdı: “İrəvan vilayətində 
130 türk millətsevərlər həbsə alınmışlar. Bunlar Rusiyaya sürüləcəklər. Məhbusların arasında 
Türkiyəyə keçməyə təşəbbüs etməkdə ittiham edilənlərdən Abbas və Məhəmməd Tağı bəylər də 
vardır. Martın 17-də sürüləcəklərdi. Fəqət Borçalıda və Qazax tərəflərində dəmiryol xəttinin türk 
köylərinin əlində olması nəzərə alınaraq hələlik təxirə salınmışdır.” 
 
1
 Yenə orada, səh.230. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə