48
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
qarabağa qayıdacaq, milliyyətcə azərbaycanlı olan vətəndaşların
da təhlükəsizliyinə beynəlxalq zəmanət təmin edilməlidir. Biz he-
sab edirik ki, indiki halda siyasi zəmanətlər hərbi və ya hər hansı
sülhməramlı zəmanətlərdən qat-qat sanballıdır”.
İşğal olunmuş ərazilərin statusu barədə söz açarkən azərbaycan
Prezidenti qeyd edib ki, hazırda qəbul olunan təkliflərdə status
məsələsi yoxdur: “dağlıq qarabağın statusu məsələsinə gəldikdə
isə bu, gələcəyin işidir. Bu gün bizim müzakirə etdiyimiz, qəbul
etdiyimiz və razılaşdırdığımız təkliflərdə status məsələsi yoxdur.
əgər mövqelərin razılaşdırılması üçün bu mövzu yenidən ilkin şərt
kimi irəli sürülərsə, biz heç nəyə nail olmayacağıq. Buna görə də
real həyatda olanları başa düşmək lazımdır. əlbəttə, biz dağlıq qa-
rabağın müstəqil dövlət kimi mövcud olmasını mümkün hesab et-
mirik və azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir. Bizə belə
gəlir ki, erməni tərəfi bunu başa düşür... Zənnimcə, əgər ermənistan
tərəfi siyasi iradə göstərsə və hər bir halda atmalı olduğu addımları
atsa, işğal edilmiş bütün ərazilərdən çıxsa, azərbaycanlılar Şuşaya,
dağlıq qarabağa qayıdandan sonra gələcəkdə biz, təbii ki, statu-
sun müəyyən edilməsi məsələsini də müzakirə edəcəyik. əlbəttə,
dağlıq qarabağın müəyyən statusu olmalıdır. Biz bunu başa düşü-
rük. lakin bir daha deyirəm, biz həmin statusu suveren azərbaycan
dövlətindən kənarda təsəvvür etmirik”.
Prezident İlham əliyev
bildirib ki, minsk qrupu həmsədrlərinin
təkliflərində də mövcud olan xronologiyaya əsasən sazişlər imza-
landıqdan dərhal sonra birinci mərhələdə ermənistan qoşunlarının
beş rayondan çıxarılması nəzərdə tutulur: “ermənistanla dağlıq
qarabağ arasında yerləşən Kəlbəcər və laçın rayonlarından erməni
silahlı qüvvələrinin çıxarılmasını məhz həmin rayonların coğrafi
şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin
etmək nəzərdə tutulur. Bizim fikrimizcə, bu, kompromis müddətdir
və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik tədbirləri təmin
edilməlidir ki, hər iki tərəfin sülhsevər xarakterinə heç kəsin şübhəsi
olmasın”.
azərbaycanın xarici siyasət sahəsindəki uğurları ölkə ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan
inamını, etimadını daha da artırır. aBŞ-da yerləşən və dünya üzrə
insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən
nüfuzlu “Gallup” təşkilatı iyulun 31-də keçmiş sovet respubli-