Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

 YANVAR-MART, 2010  
  
69 
2) 2001
273743,4
1608001, 3
1334257,9
3) 2002
393512,8
1463371,4
1069858,6
4) 2003
840918,1
1701494,8
860576,7
5) 2004
1190844,8
1841031,0
650186,2
Prezidentin  “avropa  İttifaqı  yanında  azərbaycan  respubli-
kası  nümayəndəliyinin  fəaliyyətinin  təşkilati  təminatı  haqqında” 
sərəncamı əsasında 2001-ci il aprelin 3-də azərbaycanın aİ-də daimi 
nümayəndəliyinin təsis edilməsi, 
31
 habelə 2001-ci ilin fevralın 21-də 
aİ-nin rəhbər üçlüyünün ilk dəfə azərbaycana rəsmi səfər etməsi
32
  
qarşılıqlı münasibətlərdəki irəliləyişlərin bariz nümunəsi idi.
2004-cü  ildə  aİ  Cənubi  qafqaza  yeni  status  verdi.  qarşılıq-
lı  münasibətlərin  yeni  səviyyəyə  keçməsini  şərtləndirən  “qon-
şuluq”  statusuna  əsasən  Cənubi  qafqaz  dövlətləri,  Şərqi  mdB 
dövlətlərindən  fərqli  olaraq,  aİ  ilə  daha  sıx  əməkdaşlıq  etmək 
və  cəmiyyətin  müxtəlif  sahələrində  həyata  keçirilən  inteqrasiya 
prosesinə  qoşulmaq  imkanı  əldə  etdilər.  yeni  qonşuluq  siyasəti 
təs-dən fərqli olaraq, daha kamil konsepsiyadır və bu konsepsi-
yaya əsasən hər bir dövlətin fərdi xüsusiyyətlərini nəzərə almaq-
la  əməkdaşlıq  qurulur. aİ  Şurasının  2004-cü  il  14  iyun  qərarına 
əsasən azərbaycan və digər Cənubi qafqaz dövlətləri yeni qon-
şuluq siyasətinə daxil edildilər.
33
 2005-ci il iyunun 1-də Prezident 
İlham  əliyev  azərbaycan  respublikasının  aİ-nin  yeni  qonşu-
luq  siyasətinə  daxil  olması  nəticəsində  ölkənin avropaya  inteq-
rasiyasının  keyfiyyətcə  yeni  mərhələyə  keçdiyini  nəzərə  alaraq, 
azərbaycan  respublikasının  aİ-yə  inteqrasiyası  üzrə  dövlət 
Komitəsinin  yaradılması  haqqında  sərəncam  verdi.  sərəncamda 
aİ ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, in-
san hüququları və demokratikləşmə, humanitar, elm, təhsil və digər 
əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılması nəzərdə tutu-
lurdu. azərbaycan respublikası ilə avropa İttifaqı arasında 2006-
cı ildə imzalanmış “enerji sahəsində strateji tərəfdaşlıq haqqında” 
anlaşma  memorandumu  avropa  İttifaqının  üzvü  olan  ölkələrin 
enerji mənbələri və nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, 
azərbaycan  respublikasında  enerji  infrastrukturunun  inkişafı  və 
31. “azərbaycan” qəzeti,  6 aprel 2000-ci il. 
32. “azərbaycan” qəzeti, 22 fevral 2001-ci il. 
33. resolution 1416 (2005)// http://assembly.coe.int/mainf.asp?link=/docu-
ments/adoptedtext/ta05/eres1416.htm 


70
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
müasirləşdirilməsi, enerji resurslarından səmərəli istifadə olunma-
sı və tükənməz enerji mənbələrindən yararlanmasına öz töhfəsini 
verəcəkdir.
Həm avropa İttifaqı, həm də avropa Şurası xxI əsrin əvvəllərində 
ermənistan– azərbaycan,  qağlıq qarabağ münaqişəsinə dair qəbul 
etdikləri sənədlərdə daha obyektiv və ədalətli mövqe tutmağa baş-
ladılar. aİ-nin 1992-1993-cü illərdə qəbul etdiyi “dağlıq qarabağa 
dair  bəyanat”larında
34
  münaqişəni  yaradan  işğalçı  dövlətlə  işğala 
məruz qalan tərəf  konkret göstərilmirdi. Bu bəyanatlarda dolayısı ilə 
ermənistanın münaqişə iştirakçısı olması, azərbaycan ərazilərinin 
yerli  ermənilər  tərəfindən  işğalı  faktı  və  ermənistanın  bu  prosesi 
maddi cəhətdən dəstəkləməsi, habelə aİ-nın azərbaycanın ərazi bü-
tövlüyü və suverenliyinə böyük əhəmiyyət verməsi qeyd olunurdu.
lakin 2002-ci ilin avqustunda qəbul edilmiş “dağlıq qarabağ-
da qarşıdan gələn “Prezident seçkiləri”nə dair avropa İttifaqı adın-
dan  sədrliyin  Bəyannaməsi”ndə  azərbaycanın  ərazi  bütövlüyü-
nün dəstəkləndiyi, dağlıq qarabağın müstəqilliyinin tanınmadığı, 
ermənistanın münaqişə tərəfi olması açıq və konkret ifadə edilir-
di.
avropa Parlamentinin 2003-cü ilin sonlarında Şuraya ünvanladığı 
“2225” saylı təklif-tövsiyə İttifaqın dağlıq qarabağ münaqişəsində 
tutduğu mövqenin təkamülünü daha aydın izləməyə imkan verir. 
Həmin sənəddə azərbaycanın maraqları baxımından mühüm olan 
aşağıdakı məsələlər öz əksini tapıb:
1.İşğal olunmuş ərazilərdə etnik təmizləmə əməliyyatının apa-
rılması  faktı  göstərilir  və  qeyd  olunurdu  ki,  bəzi  ərazilər  sürətlə 
erməniləşdirilib və açıq-aşkar son ilhaqa hazırlanıb;
2.avropa  İttifaqında  xüsusi  statusa  malik  regionların 
təcrübəsindən istifadə etməklə dağlıq qarabağ üçün uyğun həll va-
34.
 
dağlıq qarabağa dair bəyanat. Brüssel, 22 may 1992 //www.karabakh-doc.
gen.az/ru/law/law007az.htm
dağlıq qarabağa dair bəyanat. Brüssel, 18 iyun 1992 //www.karabakh-doc.gen.
az/ru/law/law007az.htm
dağlıq qarabağa dair bəyanat. Brüssel, 7 aprel 1993 //www.karabakh-doc.gen.
az/ru/law/law007az.htm
dağlıq qarabağa dair bəyanat. Brüssel, 3 sentyabr 1993 //www.karabakh-doc.
gen.az/ru/law/law007az.htm
 


 YANVAR-MART, 2010  
  
71 
riantı tapmaq;
3.Bakı-yerevan  dəmiryol  xəttinin  bərpası,  erməni  silahlı 
qüvvələrinin azərbaycanın  işğal  edilmiş  beş  rayonundan  çıxarıl-
ması planını siyasi və  maliyyə cəhətdən dəstəkləmək;
4. Cənubi qafqaz regionuna müəyyən status vermək və Cənub-
Şərqi avropa üçün sabitlik paktının elementlərindən istifadə etməklə 
Cənubi qafqaz üçün sabitlik paktı ideyasını inkişaf etdirmək;
5. regionda neftlə bağlı hər hansısa bir münaqişəyə girməkdən 
çəkinmək.
Bundan əlavə, 2004-cü ilin əvvəllərində aİ Parlamentinin xarici 
işlər, təhlükəsizlik və müdafiə məsələləri komitəsində deputat Per 
qartonun hazırladığı “avropa İttifaqının Cənubi qafqaz ölkələri ilə 
əməkdaşlığının yeni strategiyası” adlı sənəd qəbul edildi. sənəddəki 
vacib  məqamlardan  biri  də  ermənistanın  işğal  etdiyi  ərazilərdə      
etnik təmizləmə əməliyyatı aparması faktının göstərilməsidir.
avropa    Şurasının  Parlament  assambleyasında    2005-ci  ilin 
yanvar ayında qəbul edilmiş ermənistan-azərbaycan, dağlıq qa-
rabağ münaqişəsinə dair sənəd xüsusilə mühüm əhəmiyyət daşıyır. 
Bu sənəddə ermənistan avropa Şurası tərəfindən ilk dəfə olaraq, 
təcavüzkar ölkə kimi tanınırdı. 
35
 sənəddə xüsusi olaraq aşağıdakı 
məqamlara diqqət çəkilirdi:
azərbaycan  torpaqlarının  bir  hissəsi  ermənistan  qüvvələri 
tərəfindən işğal edilmişdir (maddə 1);
Dağlıq Qarabağ regionu separatçı qüvvələr tərəfindən nəzarətdə 
saxlanır;
İşğal olunmuş ərazilərdə etnik təmizləmə aparılmış və monoet-
nik ərazi yaradılmışdır (maddə2);
Avropa Şurasına üzv olan bir ölkənin digərinin ərazisini işğal 
etməsi onun üzərinə götürdüyü öhdəliklərə ziddir.
Beləliklə,  2000-ci  ildən  azərbaycan–avropa  İttifaqı  və 
azərbaycan–avropa 
Şurası 
münasibətlərinin 
inkişafında 
keyfiyyətcə  yeni  mərhələ  başlamışdır.  Bu  mərhələni  özündən 
əvvəlki  mərhələlərdən  fərqləndirən  münasibətlərin  strukturlaş-
35. resolution 1416 (2005)// http://assembly.coe.int/mainf.asp?link=/docu-
ments/adoptedtext/ta05/eres1416.htm 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə