YANVAR-MART, 2010
99
inkişaf etmişdir. azərbaycan almaniyanı avropada, xüsusən də
avropaya inteqrasiya baxımından ən mühüm tərəfdaşlarından biri
hesab edir. Prezident İlham əliyev 2004, 2006 və 2007-ci illərdə
almaniyaya səfər etmişdir.
azərbaycanda bu gün baş verən iqtisadi sıçrayış almaniya
ilə iqtisadi münasibətlərdə də əks olunub. digər aİ ölkələri ilə
müqayisədə almaniya azərbaycan bazarına kifayət qədər gec
gəlmişdir. Buna baxmayaraq, bu ölkə azərbaycanda yüksək iqtisadi
imic qazanmışdır. neft almaniyanın azərbaycandan ixrac etdiyi ən
mühüm məhsuldur. almaniyanın azərbaycana ixrac etdiyi mallar
əsasən mühərrikli nəqliyyat vasitələri, polad və dəmir məhsulları,
maşınlar və istehsalat qurğuları ilə xarakterizə olunur. Bir neçə
alman enerji şirkəti azərbaycanda neft və qazın uzunmüddətli
işlənilməsi və hasilatı layihələrinə sərmayə qoymuşdur. almani-
yanın cənub bölgəsinin - Baden-Vürttemberqin Baş naziri cənab
Günter Ottinqerin və rWe şirkətinin prezidenti yurqen qrosmanın
azərbaycana son səfərləri iki ölkə arasında münasibətləri daha da
inkişaf etdirmişdir.
almaniyanın azərbaycanla texniki əməkdaşlığı ölkənin bazar
iqtisadiyyatının inkişafı və müxtəlifləşdirilməsinə yönəlib. Hazırda
mühüm birgə layihələr iqtisadiyyatın maliyyə və texniki sektorla-
rında həyata keçirilir. siyasi baxımdan əsas inkişaf sahəsi hüquqi
və məhkəmə islahatının davam etdirilməsinə almaniyanın yardı-
mıdır.
İki ölkə arasında mədəni münasibətlər xIx əsrin əvvəlində
azərbaycanda ilk alman məhəllələrinin salınması ilə başlamış-
dır. Bununla bağlı almaniya azərbaycanda müsbət imicə malik-
dir. 2008-ci ildə azərbaycan xaricdə ilk mədəniyyət ilini keçirt-
di və bu məqsədlə almaniya seçildi. 2009-cu ildə isə almaniya
azərbaycanda alman mədəniyyəti və təhsil sərgilərini keçirməklə
cavab addımı atmışdır.
azərbaycanla Fransa arasında münasibətlərdə, ənənəvi olaraq,
mədəniyyət sahəsi xüsusi yer tutur. Bununla belə, son bir neçə
il ərzində iki ölkə arasında əlaqələrdə bir sıra mühüm hadisələr
baş vermişdir. siyasi səviyyədə Fransa rusiya və Birləşmiş Ştat-
larla birgə atət-in minsk qrupu çərçivəsində ermənistan ilə
azərbaycan arasındakı mövcud münaqişənin həllində vasitəçi kimi
100
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
çıxış edir. Vaxtilə Prezident Şirak münaqişəni həll etmək məqsədilə
2002-ci ilin noyabrında Praqada keçirilmiş natO-nun Zirvə görü-
şü çərçivəsində Prezident Heydər əliyevlə görüşmüşdü. Bundan
başqa, Prezident İlham əliyev ölkə başçısı kimi ilk rəsmi xarici
səfərini 2004-cü ilin yanvarında Parisə etdi və növbəti rəsmi səfər
2007-ci ilin yanvarında baş tutdu. İki ölkə arasında parlament
əlaqələri də inkişaf etmişdir.
Fransa Cənubi qafqaz regionu ölkələri arasında məhz
azərbaycanla sıx iqtisadi münasibətləri inkişaf etdirib. Fransa ilə
azərbaycan arasında iqtisadi əlaqələr, xüsusən də aeronavtika və
neft xidmətləri sektorunda sürətlə inkişaf edir. Bu, qismən Bakı-
tbilisi-Ceyhan (BtC) neft boru kəməri və Bakı–tbilisi–ərzurum
qaz boru kəmərinin istismara verilməsindən sonra fransız şirkətləri
üçün sərmayə imkanlarının artmasının nəticəsidir. Fransız şirkətləri
qazaxıstanın neft yataqlarının BtC-yə qoşulmasını təmin edəcək
transxəzər neft boru kəməri layihəsində maraqlı olduqlarını
bildiriblər. İstehlak malları Fransanın azərbaycana ixracında xü-
susi yer tutur.
azərbaycan ilə Fransa arasında mədəni, elmi və texniki
əməkdaşlığın ümumi həcmi sabit olaraq qalır. əsas layihələr
səhiyyə, baytarlıq və kənd təsərrüfatı sahələri üzrə əməkdaşlığı
əhatə edir. digər layihələr sırasında ətraf mühitin qorunması, qanu-
nun aliliyinə dəstək, fövqəladə halların idarə edilməsi, fransız dili-
nin tədrisi və elmi əməkdaşlığın inkişafı mühüm yer tutur. 2004-cü
ildən etibarən Bakıda Fransa mədəniyyət mərkəzi fəaliyyət göstərir
və bu, azərbaycanda Fransanın mədəni təsiri üçün mühüm alətdir.
azərbaycan da türkiyə ilə münasibətlərə xüsusi önəm verilir.
türkiyə avropa İttifaqının üzvü olmasa da, onun avropa və avrat-
lantika işlərində xüsusən də natO-nun üzvlüyü hesabına oynadığı
rol azərbaycan və onun avropa planları üçün mühüm olaraq qalır.
Bundan başqa, türkiyə 1991-ci ilin noyabrın 9-da azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. 1992-ci il yanvarın 14-də
iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
türkiyə azərbaycanla münasibətlərə və dialoqa böyük
əhəmiyyət verir. Hər iki ölkə arasında çoxtərəfli mədəni və tarixi
əlaqələr mövcuddur. türkiyə azərbaycanla güclü tərəfdaşlığı in-
kişaf etdirmişdir. azərbaycan–türkiyə münasibətləri nəinki siya-
YANVAR-MART, 2010
101
si sahədə, o cümlədən iqtisadiyyat, ticarət, təhsil, nəqliyyat, tele-
kommunikasiya, kənd təsərrüfatı, sosial müdafiə, səhiyyə, idman,
mədəniyyət, elm və turizm sahələrində davamlı şəkildə inkişaf edir.
Hüquqi çərçivələr iki ölkə arasında imzalanmış bir sıra sazişlərlə
şərtlənir. tez-tez baş tutan yüksək səviyyəli görüşlər və bütün
səviyyələrdə qarşılıqlı səfərlər bu tərəfdaşlığın güclənməsinə töhfə
verir. Prezident abdulla Gülün 2009-cu ilin oktyabrında keçirilmiş
türkdilli dövlət Başçılarının Ix Zirvə görüşündə iştirakı bunun ba-
riz nümunəsidir.
ermənistan ilə azərbaycan arasındakı mövcud münaqişə Cənubi
qafqazda siyasi sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlığa
əsas maneədir. atət-in minsk qrupunun üzvü kimi türkiyə
minsk prosesini azərbaycan üçün əsas xarici siyasət məsələsi olan
münaqişənin sülh, uzunmüddətli və ədalətli həlli istiqamətində fay-
dalı mexanizm hesab edir.
Balkanlar bir sıra siyasi və iqtisadi faktorlar səbəbindən avro-
panın vacib hissəsidir. azərbaycan bu məkana xüsusi diqqət yeti-
rir. yunanıstanla münasibətlər bunun sübutudur. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. azərbaycan
geosiyasi mövqeyi və enerji sərvətlərinə görə yunanıstan üçün mü-
hüm əhəmiyyət kəsb edir. Bundan başqa, bu ölkə aİ – azərbaycan
münasibətlərini möhkəmləndirmək məqsədilə aİ təşəbbüslərini
dəstəkləyir və 2006-cı ilin noyabrında aİ-azərbaycan tədbirlər
Planının imzalanmasına töhfə vermişdir.
İkitərəfli münasibətlərə gəldikdə isə son iki il ərzində yüksək
səviyyəli rəsmi səfərlərin sayı xeyli artmışdır. Prezident Kons-
tantinos stefanopulosun 2004-cü ildə Bakıya səfəri və Prezident
İlham əliyevin 2009-cu ilin fevralında afinaya səfəri azərbaycan–
yunanıstan münasibətlərinin daha da inkişaf etdirilməsində güclü
iradənin olmasının göstəriciləridir. enerjinin nəqli infrastrukturu
sahəsində əməkdaşlıq daha da inkişaf edir. azərbaycan qazının av-
ropaya ixracında yunanıstanın ilk ölkə olmaq təklifini alqışlamış-
dır. Gələcəkdə azərbaycan qazının türkiyə və yunanıstan vasitəsilə
İtaliyaya tranziti yunanıstanla azərbaycan arasında münasibətləri
və strateji tərəfdaşlığı möhkəmləndirəcək.
mədəniyyət, xüsusən də yunan dilinin tədrisi və təbliği sahəsində
Bakı slavyan universitetində yaradılmış müasir yunan dili və
Dostları ilə paylaş: |